Qırğızıstandakı
Azərbaycan diaspor
təşkilatından daha bir uğurlu
tədbir
Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək Fondu
Xocalı soyqırımının 22-ci ildönümünü
qeyd edib
Xocalı
soyqırımının 22-ci ildönümü
ərəfəsində Azərbaycandan kənarda fəaliyyət
göstərən diaspora təşkilatları
xüsusi fəallıq nümayiş
etdirərək soyqırım qurbanlarının xaturəsinə
həsr olunmuş müxtəlif tədbirlər
təşkil edirlər. Belə tədbirlərdən biri Qırğızıstandakı diasporumuz tərəfindən təşkil olunub.
Belə ki, bu ölkədə fəaliyyət
göstərən Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondu ənənəsinə sadiq qalaraq Bişkekdə
soyqırım qurbanlarını anıb. Məlumata görə, Bişkek şəhəri
meriyasının mədəniyyət idarəsi mərkəzləşdirilmiş
kitabxanalar sisteminin bütün kitabxanalarında eyni
vaxtda Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondunun təşkilatçılığı
ilə Xocalı soyqırımının 22-ci ildönümü
ilə əlaqədar tədbir
keçirilmişdir. Məlumat üçün
qeyd edək ki, Bişkek kitabxanalar sisteminə
30 kitabxana daxildir. Tədbirdə
Bişkekdəki Ali məktəblərin tələbələri,
Azərbaycan diasporunun fəalları və
kitabxanaların oxucuları iştirak
etmişlər. Tədbiri giriş
sözü ilə açan
Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondunun prezidenti
Nüsrət Məmmədov demişdir:”1992-ci
il fevralın 25-dən 26-na keçən
gecə Azərbaycanın Xocalı şəhərində erməni
silahlı birləşmələrinin keçmiş
sovet ordusunun Xankəndindəki
366-cı motoatıcı alayı ilə birgə torətdiyi
cinayət istər Qarabag müharibəsi, istərsə də dünya
müharibələri tarixində
dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir.
Şəxsi heyətində erməni
zabitlərinin də oldugu bu alayın
coxsaylı agır texnikası
şəhərə yeridilmiş, yaşayış evləri və şəhrin sosial infrastrukturu tamamilə
dagıdılmış və yandırılmışdır.
Cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində
qalan dinc insanları
amansızcasına qətlə yetirmişər. Xocalı
soyqırımı zamanı adları bəlli olan 613
nəfərin, o cümlədən 106
qadın, 63 azyaşı uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin agır yaralanaraq şikəst olmuş,
1275 nəfər əsir və girov götürülmüşdür. İtkin düşmüş
150 nəfərin taleyi indiyədək
məlum deyildir. Həmin
kütləvi qırgın həyata keçirilərkən 8
ailə bütünlüklə
məhv edilmiş, 25 uşaq
hər iki valideynindən, 130 uşaq isə
valideynlərinin birindən məhrum edilmiş,
mülki əhali görünməmiş
vəhşiliklə qətlə yetirilmiş, əsir
və girov götürülənlərə amansız
isgəncələr verilmişdir. Bu zaman
soydaşlarımızın əsas insan
hüquqları, ən başlıcası isə təməl hüquq
olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur. Heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri
bu kütləvi insan
qırgını
aglasıgmaz qəddarlıgı
və qeyri-insani
cəza üsulları ilə əsl
vəhşilik, birmənalı olaraq, genosid
faktıdır. Beynəlxalq hüquqa gorə,
genosid sulh və bəşəriyyət
əleyhinə yonələn əməldir
və ən agır beynəlxalq cinayətlərdən hesab olunur. BMT
Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli
96 (I) saylı qətnaməsində
qeyd olunur ki, genosid insan
qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir
edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən
məhrum edir. Belə əməllər
BMT-nin məqsəd və vəzifələrinə,
ümumbəşəri dəyərlərə tamamilə ziddir.
Genosid cinayətinin hüquqi
əsası, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, “Genosid cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında” Konvensiyada müəyyən edilmişdir. Həmin Konvensiyaya qoşulan
dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən
asılı olmayaraq,
genosidin beynəlxalq hüquq
normalarını pozan cinayət oldugunu təsdiq
edərək, onun qarşısının
alınması və səbəbkarlarının
cəzalandırılması üçün
tədbirlər görməyi öhdələrinə götürmüşlər. Xocalı soyqırımı zamanı baş
vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş
qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə
törədilmiş beynəlxalq,
həmçinin dövlət daxili hüquqa əsasən məhz genosiddir
və həmin vandalizm aktı insanlıga qarşı
törədilən qatı cinayət
kimi öz layiqli qiymətini almalıdır. Ermənistanın
Azərbaycana qarşı təcavüzü zamanı adı
çəkilən Konvensiyada təsbit
olunmuş genosid cinayətinin
əsasını təşkil
edən bütün əməllər tətbiq
olunmuşdur. Işgal
edilmiş Daglıq Qarabag
və yeddi ətraf rayon
Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq
hüquq, o cümlədən
BMT Təhlükəsizlik Şurasının məlum 822, 853,
874 və 884 saylı Qətnamələri, BMT Baş
Məclisinin “Azərbaycanın işğal
olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, ASPA-nın Azərbaycan ərazilərinin
erməni hərbi qüvvələri tərəfindən
isgal edildiyini və
Daglıq Qarabag regionunun
separatçi
qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 2009-cu il tarixli 1690 saylı tövsiyəsi bir
daha sübut edir. Avropa Parlamentinin 23 oktyabr 2013-cu il tarixli Daglıq Qarabagla bağlı
qətnaməsi də beynəlxalq
birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsinin və işğal
faktını
tanımasını təsdiqləyir.
Həmin sənəddə ilk dəfə olaraq, Daglıq Qarabag
münaqişəsinin BMT Təhlükəsizlik
Surasının məlum qətnamələri əsasında həllinin
vacibliyi qeyd olunmuş və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan
ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb
edilmişdir. Təəssuf ki, bununla baglı heç bir tədbir görülməyib, məhz beynəlxalq
qətnamələrə əhəmiyyət verməyən Ermənistanın
qeyri-konstruktiv mövqeyi
səbəbindən münaqişə hələ də həll olunmayıb. Ümummilli liderimiz Heydər
Əliyev Xocalı
soyqırımının əsl mahiyyətini
açıqlamış, hələ 1994-cu ilin
fevralında Azərbaycan Respublikasının Milli
Məclisi Xocalı soyqırımına hüquqi-siyasi
qiymət vermişdir. Olkə
Prezidenti cənab Ilham
Əliyev bu münaqişənin yalnız
ölkəmizin ərazi bütövlüyü
çərçivəsində
həllini tapmasının, zəbt edilmiş
Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasınnn zəruriliyini
daim qətiyyətlə vurgulayır. “Xocalı
soyqırımının iyirmi ikinci ildönümünün
keçirilməsinə dair Tədbirlər planı” təsdiq edilmiş, bu hadisə ilə
baglı mətbuat konfranslarının, anım mərasimlərinin
keçirilməsi, xarici KIV və teleradio
kanallarında Xocalı soyqırımına həsr olunmuş materialların yayılması, təhsil
ocaqlarında xususi dərslərin təşkili
nəzərdə tutulmuşdur. ABS-ın Vest
Virciniya ştatının qanunverici
orqanının Nümayəndələr Palatasında Xocalı
faciəsi ilə baglı qətnamə qəbul edilmişdir.
Qətnamədə Xocalıda torədilmiş cinayətlərin
1988-ci ildən Azərbaycanın Daglıq Qarabag
regionunda erməni hərbi qüvvələri
tərəfindən həyata keçirilən təcavüzün tərkib hissəsi oldugu
qeyd edilir. Bundan əvvəl
isə Kaliforniya, Massacusets,
Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi
statlarının qanunverici orqanlarında da müvafiq qətnamələr
qəbul olunmuş, Xocalıda
qırgın törədənlərin məsuliyyətə cəlb
olunması tələb edilmişdir.
Artıq Kanada, Meksika,
Kolumbiya, Peru, Pakistan Islam Respublikası,
Bosniya və
Herseqovina, Rumıniya, Cexiya və Iordaniyanın parlamentləri də
Xocalı soyqırımını tanımışlar.
Daha sonra
çıxış edən Bişkek
şəhəri meriyasının mədəniyyət idarəsi
mərkəzləşdirilmiş kitabxanalar
sisteminin direktoru Gülsayra Dandıbayeva, Rusiyadan
gəlmiş polkovnik Baloğlan
Səfərov, Rusiyadan gəlmiş böyük iş
adamı Aleksandr Sobolev
və Osman
Səfərov, Bişkekdə çalışan iş adamı Cavanşir Hüseynli və
Süleyman Bayramov tədbir iştirakçılarina Xocalı
soyqırımı haqda geniş
məlumat vermişlər. Daha sonra Vahid Mustafayevin
çəkdiyi qırğız dilinə Türkdilli
Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə tərcümə olunub dublyaj edilmiş “Xoca” filminin Bişkek Kitabxanalar sisteminə
daxıl olan 30 kitabxanada
eyni vaxtda təqdimatı olmuşdur. “Xoca” filmini tədbir iştirakçıları
gözyaşları ilə izləmişlər. Filmin sonunda Rusiyadan gəlmiş polkovnik
Baloğlan Səfərov tədbir iştirakçılarının
çoxsaylı suallarını
cavablandırmışdır.
Onu da qeyd
edək ki, hazırda “Xoca”
filminin qırğız dili
variantının Qırğızıstanın
telekanallarında göstərilməsi üçün Türkdilli
Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbərliyi telekanalların rəhbərlikləri
ilə danışıqlar aparır. Qeyd
edək ki “Xoca” filmi Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə
çəkilib.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.-
2014.- 21 fevral.- S.15.