Gözdəki zəifliyi
necə
aradan qaldırmaq olar?
Universitetə hazırlıq, tələbəlik illəri, işgüzar həyat, kompüter önündə kifayət qədər vaxt keçirtmək səhhətimizə mənfi təsirini göstərir. Ən əsas da görmə qabiliyyətimizi zəiflədir. Şəkərli xəstələrin də əziyyət çəkdiyi başlıca problemlərdən biri göz zəifliyidi. Gözdə yorğunluq, katarakta, azyaşlılarda yaranan erkən göz zəifliyinin qarşısının necə alınması ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının oftalmoloqu, uzman həkim Elşən İbrahimovla söhbətləşdik.
-Bu gün göz zəifliyi ən çox rast gəldiyimiz problemlərdən biridi. Xüsusilə də şəkərli diabet xəstələri üçün bu başlıca bəlaya çevrilib...
-Diabetli
xəstələr nəzarət altında qalmadıqda diabet qan şəkərinin
yüksəlməsinə təsir etməklə yanaşı uzun müddət ürək, böyrək, sinir hüceyrələri və gözə zərər
verir. Diabet və göz arasındakı əlaqə əhəmiyyətlidir.
Belə xəstələrin gözündə keçici
görmə problemləri yaranır, müalicə edilmədiyi
təqdirdə görmə itkisinə səbəb olur. Nizamsız gedən qan
şəkəri eynək nömrələrində müvəqqəti
dəyişikliklərə səbəb olur.
Diabetli xəstələrdə ən
sıx qarşılaşılan göz problemi "diabetik göz xəstəlikləri" dir. Diabetik göz
xəstəlikləri indiki vaxtda inkişaf etmiş ölkələrdə belə 20-65 yaş qrupunda öncədən
yaranan korluqla əlaqəlidi.
Lakin nizamlı təqib və müalicə
ilə önlənə bilən bir vəziyyətdir.
Göz dibində ilk lezyonlar diabet
başlanğıcından təxminən 5 il
sonra görülməyə
başlayır. Ancaq 2-ci tip
diabet hiyləgər
başlanğıclı olduğundan xəstədə
diabet başlanğıcı illər
öncə yarana bilir.
Bu səbəblə 2-ci tip
diabetli xəstələrə diaqnoz qoyulduğunda ilk göz müayinəsinin
dərhal edilməsi lazımdır. Müxtəlif işlərdə
rəqəmlər dəyişsə də, yeni
diaqnoz qoyulan 2-ci tip diabetli xəstələrin
20%-də diabetik retinopatinin
başlamış olduğu müəyyən
edilir. Göz dibi müayinəsi, işıq
qaynağı və xüsusi linzalarla kürə şəklindəki gözün iç
divarı retinanın araşdırılmasıdı. Gözbəbəyi
işıqda kiçildiyi üçün
xəstənin gözünə göz bəbəyini
genişləyən bir damla
damladılır. Lazım olduğunda
əlavə testlər tətbiq olunur.
-Diabet xəstələrinin ən çox əziyyət çəkdiyi göz xəstəliyindən biri də kataraktadı. Bunun qarşısını necə almaq oalr?
-Diabet xəstələrində kataraka xəstəliyinə daha
tez və daha erkən
yaşlarda rast gəlinir.
Katarakt , göz bəbəyinin
arxasında olan və görməyi təmin
edən təbii göz obyektinin
şəffaflığını itirərək
matlaşmasıdır. Katarakta , orta yaş
üstü insanlarda daha çox rast gəlinən bir göz xəstəliyi olmaqla
yanaşı yeni doğulan
körpələrdə, şəkər xəstələrində,
gözdə yaranan fiziki
zərbələrdən, davaamlı olaraq
kortizonlu dərman istifadə edən şəxslərdə
təsadüf edilən xəstəlikdir.
-Kataraktanın əlamətləri nədi?
-Görmədə yavaş-yavaş azalma
işığa həssaslıq,
göz qamaşması, cüt görmə, oxuma
çətinliyi rəngləri solğun
görmək, eynək nömrələrinin tez-tez
dəyişməsi bu xəstəliyin ilkin əlamətlərindəndi.
Kataraktanın dərman və ya eynəklə
müalicə etmək olmur. Kataraktanın
kəskinləşməsinin qarşısını alan təsirli bir üsul yoxdur və meydana gəlmiş bir
kataraktanın tək müalicəsi əməliyyatdır. Müasir texnikanın inkişafı ilə indiki vaxtda katarakta
əməliyyatları iynəsiz, narkozsuz,
ağrısız edilir. Xəstə elə
həmin gün evə buraxılır. Katarakta əməliyyatında diqqət yetirilməsi
lazım olan bəzi əhəmiyyətli
ünsürlər vardır. Həkimin təcrübəsi və
göz içinə qoyulan
linzanın keyfiyyəti , əməliyyatın müvəffəqiyyətini
birbaşa təsir edər. Keyfiyyətsiz
edilən bir əməliyyat sonrasında
gözdə infeksiya və fərqli fəsadlar
inkişaf edə bilər. Bu
vəziyyət qısa bir müddət sonra xəstənin ikinci dəfə
katarakta olma riskini də özünə qaytarır.
-Gözdəkli zəifliyin qarşısını almaq üçün tətbiq edilən vasitələrdən biri də linzalardı. Bəzi mütəxəssislər linzaların göz üçün zərərli olduğunu deyir. Bəziləri isə tam əksinə. Siz necə düşünürsünüz?
- Görmə zəifliyinin
aradan qaldırılmasında, göz rənginin dəyişdirilməsində,
ya da kornea
xəstəliklərinin müalicəsində dünyanın
istənilən bucağında milyonlarla insan kontakt linza
istifadəsindən faydalanıb.
-Nə zaman linzadan
istifadə etmək olar?
-İlkin olaraq xəstə müayinə
edilir. Daha sonra
lens növü, dərəcəsi,
döşəmə curve və
diametri müəyyən
edilir.Linzanın hərəkəti,
tarazlığı müəyyənləşdirilir.
Lens linzaların optik bölgəsi daha geniş olduğundan daha geniş bir görüş sahəsi təmin edər. Yüksək
oksigen ötürmə
qabiliyyətinə sahib olduğu
üçün lens linzalardan
daha çox istifadə edilir. Linzaların müxtəlif
növləri var: planlı dəyişmə,
gündəlik, Toric Lensler, gecə gözdə qala bilən, afaq (pediatrik) linzalar vardı.
-Linzaların saxlanma şəraiti necə olmalıdı?
-Gigiyenik təmizliyi
qorumaq üçün
lazım olan vəsaitlər hər zaman əlinizin altında olmalıdı. Linzaları götürməzdən əvvəl
əllərinizi lanolin ehtiva
etməyən sabunla yuyub yaxşıca qurulayın.
Qarışdırmamaq
üçün təmizliyə
hər zaman eyni lensten başlayın
(sağ, ya da sol). Daha sonra linzaları
ovucunuza qoyaraq üzərinə bir neçə damla məhlul tökün.
İşarət barmağınızı irəli geri oynadaraq linzanın iki üzünü dırnağınız dəymədən
yüngülcə ovalayın.
Linzaları çıxardıqdan sonra təmizləməklə
üzərindəki depozit
təbəqəsi aradan
qalxar. Onları təmizlədikdən sonra qurulanana qədər üzərinə
məhlul damladın.
Hər dəfə istifadədən
sonra linzanı təmizləməklə onun
üzərindən sıyrılan
depozit və toz təbəqəsi, qıcıq və ya infeksiyaya səbəb olan mikroorqanizmlərin yox olmasını təmin edər. Daha sonra linzaları
saxlama üz qabığındakı hissələrə
yerləşdirin. Qabın qapağını
yaxşıca bağladıqdan
sonra ən azı dörd saat və ya
bir gecə ona əl dəyməyin.
-Bu gün orta yaş,
yaşlı təbəqə
ilə yanaşı uşaqlar da göz zəifliyindən əziyyət çəkir...
-Bir çox əhəmiyyətli göz
xəstəliyi kiçik
yaşlarda ortaya çıxar. Ancaq erkən diaqnoz
və doğru müalicə ilə müvəffəqiyyətli nəticələr
əldə edilə bilər. Göz xəstəlikləri ilə əlaqədar məlumatın azlığından,
valideynin laqeydliliyindən
belə problemlər yaranır.
0-16 yaş qrupundakı uşaqların
gözlərini qorumaq
üçün 1 yaşadək
onların gözləri
müayinə edilmıəlidi. Məktəb
illərində də
azyaşlıların mütəmadi
olaraq gözləri müayinə edilməlidi.
-Gözdəki yorğunluğu
necə aradan qaldırmaq olar?
-Göz yorğunluğu olan kəslərdə ümumiyyətlə ana
problem gözdəki bir
sıra ağrılar,
sulanma şikayətləri
şəklində qarşımıza
çıxır. Bəzən
baş ağrısı
ola bilir.
Ümumiyyətlə göz yorğunluğu
oxuyarkən, komputerdən
istifadə edərkən
ortaya çıxdığı
üçün daha çox bu işlər
əsnasında, bu şeyləri edərkən
şəxslərdə müxtəlif
şikayətlər ortaya
çıxır. Məsələn, kitab
oxuyarkən yuxumuzun gəlməsini normal qarşılayırıq.
Əslində bu normal bir şey deyil. Bu müəyyən problemdən xəbər verir. Bu zaman
problemin kökünü
araşdırmaq lazımdır.
Əslində yuxu gəlmə
də göz yorğunluğunun əlamətidir.
Göz yorğunluğu olduğu zaman qızartı yarana bilər. Ümumiyyətlə göz
yorğunluğu hiss edilən
zaman istirahət etmək lazımdır ki, göz dincəlsin.
Göz yorğunluğu varsa şübhəsiz ki, müalicəyə keçmədən
əvvəl səbəbini
aramaq lazımdır.
-Göz yorğunluğu varsa ilkin olaraq
hansı addımı
atmaq lazımdı?
-Səbəblərini tapmaq üçün ətraflı
bir göz müayinəsi ediləcək.
Edildikdən sonra, həkim səbəbini tapdıqdan sonra müalicə etmək lazımdı. Sadalasaq, əvvəlcə hipermetropiya
və ya astigmat şəklində
bir göz qüsuru əhəmiyyətli təsirə malikdi. Çəpliklə əlaqədar olaraq da bizə müraciətlər
daxil olur. Gözdəki
quruluq da göz yorğunluğuna səbəb
olan amillərdən biridi.
Hansı ki, göz quruluğundan sonra daha ciddi problemlər ortaya çıxır. Bu
da məsələn gözün
görmə dərəcəsinin aşağı olması, tam görmürsə, gözümüzdə handikap varsa bir göz təzyiqi, retinlə
əlaqədar bir problem
ola bilər.
Nigar Məhərrəm
Olaylar.-
2014.- 21 fevral.- S.10.