Gənclərin diaspor hərəkatında rolu

 

Azərbaycan gəncliyi daim ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsi olub, respublikamızın inkişafında mühüm rol oynayır. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə xüsusi önəm verirdi. 1970-ci illərdə ümummilli liderin təşəbbüsü ilə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən artıq ali təhsil müəssisəsində 15-mindən çox azərbaycanlı gənc ali təhsil alırdı. Təsadüfi deyil ki, bu gün Azərbaycan diasporunun ən fəal üzvlərini məhz həmin gənclər təşkil edir.

 

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ümummilli lider Heydər Əliyev daim gənclərə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Ümummilli liderin təşəbbüsü ilə  gənclərlə sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı.  Ulu öndərin sərəncamı ilə 1996-cı il, fevral ayının 2-də Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Forum gənclərlə sahəsində dövlət orqanlarının qeyri-hökumət təşkilatlarının qarşısında duran vəzifələri müəyyənləşdirərək, gənc nəslin hərtərəfli inkişafına zəmin yaradan qərarlar qəbul etdi. Ümummilli lider Heydər Əliyev forumun əhəmiyyətini və gənclərin çoxsaylı  müraciətlərini nəzərə alaraq 1997-ci ildə imzaladığı sərəncamla forumun keçirildiyi günü-fevralın 2-ci tarixini “Azərbaycan Gəncləri Günüelan etdi. 2002-ci il, may ayının 6-da Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bu siyasətə sadiq qalaraq gəncliyə həmişə böyük  diqqət və qayğı ilə yanaşır. Cənab prezidentin imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), eləcə də 2011-2015-ci illər Dövlət Proqramı, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, eyni zamanda gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, onların sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər bunun parlaq sübutudur.

Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan gəncliyi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilərək, ölkəmizin milli maraqlarının müdafiəsi, respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf proseslərinin sürətləndirilməsinə öz töhfəsini verir. Azərbaycan gəncliyi intellektual potensialı, vətənpərvərliyi, ictimai fəallığı ilə əsl vətəndaş mövqeyi nümayiş etdirir. Təqdirəlayiq haldır ki,  xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclər bu prosesin ən fəal iştirakçısı kimi çıxış edirlər. Son illərdə xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, diaspora quruculuğu işində iştirakının genişlənməsi bu sahədə əhəmiyyətli nailiyyətlərin əldə olunması ilə nəticələnib. “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq 2010-cu il, noyabr ayında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi bunun tarixi təzahürlərindən biri oldu. Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin Qətnaməsinə uyğun olaraq gənclər təşkilatlarının diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin təbliği istiqamətində fəaliyyətinin koordinasiya edilməsi məqsədilə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradıldı. 2011-ci il, iyul ayının 5-də Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsində Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi təşəbbüsü dəstəkləndi və bu prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd olundu. 2012-ci il, mart ayının 12-də Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı Azərbaycan gəncliyinin həyatında  mühüm hadisələrdən biri idi.  Qurultayda aparılmış müzakirələr, irəli sürülmüş təklif və tövsiyyələr yeni dövrdə Azərbaycan gəncliyinin qarşısında çox mühüm vəzifələr qoyurdu.

Dünya Azərbaycanlı Gənclər Birliyi yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin daha fəal iştirakını təmin etmək, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması istiqamətində keyfiyyət dəyişikliyinə nail olmaq, Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsindəki siyasətinə dəstək vermək, dünya azərbaycanlı gənclərinin hüquq və azadlıqlarının təmin olunması istiqamətində daha təsirli tədbirlər görmək, mədəni irsimizin təbliği işini genişləndirməyi prioritet vəzifələr kimi qeyd edirdi. Dünya Azərbaycanlı Gənclər Birliyi Azərbaycan Respublikası  prezidentinin Dünya Azəbaycanlılarının III qurultayındakı  nitqindən irəli gələn tövsiyyələri, qurultayın qəbul etdiyi sənədlərin tələblərini, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında öz əksini tapan müddəaları, Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qərarlarını nəzərə alaraq özü üçün fəaliyyət proqramı müəyyən etdi. Fəaliyyət proqramında xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanma işini təkmilləşdirmək və gənclər birliklərinin fəaliyyətini daha səmərəli şəkildə koordinasiya etmək məqsədilə Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının elm, təhsil, gənclərlə , idman və mədəniyyət sahələri üzrə dövlət qurumları, həmçinin gənclər təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi əksini tapırdı. Bundan başqa qeyd edilən istiqamətdə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərə uyğun tərbiyyə olunması məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması prosesinə dəstək vermək, yeni azərbaycanlı gənclər birliklərinin yaradılmasına nail olmaq üçün tədbirlərin həyata keçirilməsi, həmçinin diaspor təşkilatlarına azərbaycanlı gənclərin daha geniş cəlb edilməsi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulurdu. Azərbaycan gənclər təşkilatları arasında daimi əlaqələrin yaradılmasını təmin etmək məqsədilə Dünya Azərbaycanlı Gənclər Birliyinin üzv təşkilat rəhbərlərinin müntəzəm olaraq görüşlərinin təşkili, xarici ölkələrdə məskunlaşmış azərbaycanlı gənclərin yaşadıqları ölkələrin gəncləri ilə əlaqələrinin qurulması, yerli gənclər təşkilatları ilə əməkdaşlıq münasibətlərinə nail olunması yolu ilə onların cəmiyyətə inteqrasiyasını sürətləndirəcək tədbirlərin görülməsi də fəaliyyət proqramında həyata keçirilməsi vacib olan məsələlər sırasında idi.

Dünya Azərbaycanlı Gənclər Birliyi xarici ölkələrdə Azərbaycan lobbisinin yaradılması işinə dəstək vermək məqsədilə nüfuzlu beynəlxalq təşkilatların müvafiq strukturları ilə işgüzar münasibətlər qurmağa səy göstərilməsi, onların Azərbaycan haqqında obyektiv məlumatlandırılması üçün tədbirlər təşkil etmək, beynəlxalq təşkilatların təşkil etdiyi tədbirlərdə, konfransseminarlarda iştirak etməyə nail olmaq, Azərbaycan icmalarının toplantılarında  xarici ölkələrin parlament və hökumət üzvlərinin, siyasi xadimlərinin, nüfuzlu adamlarının, alim və jurnalistlərin iştirakını təmin etmək istiqamətində də aparır. Eyni zamanda birlik xarici ölkələrin ictimaisiyasi xadimlərinin Azərbaycana səfərlərinin təşkili istiqamətində mütəmadi və sistemli tədbirlər həyata keçirir.

Xarici ölkələrdə fəaliyyət göstərən siyasi partiyalarla əlaqələrin yaradılması, bu məqsədlə həmin partiyaların üzvləri ilə işgüzar münasibətlərin qurulması, digər xalqların diaspor təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi, onların təcrübə və imkanlarından  Azərbaycan diasporunun inkişafı, həmçinin Azərbaycan lobbisinin yaradılması məqsədilə istifadə edilməsi də fəaliyyət proqramında yer alan məsələlərdəndir.  Bundan başqa birlik dünyanın müxtəlif şəhərlərinin bələdiyyə və parlamentlərində azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının tanınması məqsədilə aparılması, bu məqsədlə imzatoplama kampaniyalarının təşkilini həyata keçirir. Eyni zamanda xarici ölkələrin parlamentlərində, dövlət və hökumət strukturlarında, siyasi partiyalarda təmsil olunan, Azərbaycana müsbət münasibəti olan ictimai-siyasi xadimlərlə əlaqələrin qurulmasına çalışır və bu istiqamətdə əməli addımlar atır. Azərbaycan diasporunun maraq və mənafelərnə buya digər formada təsir götərə biləcək qanun layihələrinin hazılanmasına təsir mexanizmlərinin işlənilməsi,  qanun layihələrinin müzakirəsi ilə bağlı strateji planların hazırlanması və həyata keçirilməsi, bu məqsədlə təşəbbüs qruplarının yaradılması və onların fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi də qarşıda duran prioritet vəzifələrdən hesab edilir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 25 fevral.- S.15.