“Kəndlərdə turizm obyektləri yaradılmalıdır”
Vahid Məhərrəmov:
“Əvvəllər normativə əsasən 1 ha
ərazidə 4 qoyun
otarılırdısa, bunun üçün 1 inək nəzərdə tutulurdusa, indi otlaq və biçənək sahələrinin
üzərinə düşən yük
2 dəfə artıb”
Əvvəli ötən sayımızda
Gənclərin
sürətlə şəhərlərə
axışması kənd təsərrüfatının
inkişafına mane olur.
Məsələdə diqqət çəkən əsas məqam
isə gənclərin işdən daha çox asudə vaxtlarının dəyərləndirilməsi
üçün iri
şəhər və şəhərtipli qəsəbələrə
üstünlük verməsidir. Qeyd edilən
amil də kənd təsərrüfatının
inkişafına işçi problemi yaradır. Ölkənin bu sahəsinə ən əhəmiyyətli zərbəni
isə Dağlıq Qarabağ və ətraf
rayonların işğal edilməsilə vuruldu. İqtisadçılar və ekspertlər
bununla əlaqədar ortaya
fantastik rəqəmli məbləğ
qoyurlar. Bu və digər
məsələlər barədə suallara
kənd təsərrüfatı üzrə ekspert
Vahid Məhərrəmli aydınlıq gətirdi.
“Kəndlərdə trikotaj fabrikləri vardı”
Vahid Məhərrəmov qeyd
edir ki, Azərbaycanın
1 milyon 600 min hektar əkin sahəsi var.
Həmin sahələr ölkənin ərzaq və kənd təsərrüfatı
məhsullarına olan tələbatını
artıqlaması ilə ödəyə bilər. V.Məhərrəmov
bildirdi ki, torpaq sahələri intensiv
olaraq inkişaf etdirilə
bilmədiyi üçün əhalinin
müəyyən qismi kəndlərdə
işsiz qalırlar. Kənd
təsərrüfatı fəaliyyəti yaşayış üçün normal gəlir
vermədiyi üçün ailəyə
düşən pulun miqdarının
azaldığını deyən V.Məhərrəmovun
sözlərinə görə, belə olan
təqdirdə insanlar iş
yeri tapmaq üçün şəhərlərə üz tuturlar. Ekspert hesab edir
ki, Bakı, Gəncə və Sumqayıt
şəhərlərində aparılan tikinti
və abadlıq işləri insanların bu
şəhərlərə gəlməsinə şərait
yaradır:
- Kənd yerlərinə
isə əhalinin fəal hissəsi üz
tutur. Həmin insanlar
kəndlərdə təsərrüfatın inkişafına
müsbət təkan verə bilərlər. Digər
ölkələrə gedənlər də əhalinin işgüzar hissəsini təşkil edir. Şəhərlərə üz tutanların sayı çoxaldıqca, kəndlərdə
yaşlılar və uşaqlar qalırlar
ki, onlar da vətəndaşların passiv
hissəsini əmələ gətirirlər. Belə
amillər isə kənd təsərrüfatının
inkişafına əngəl olur.
Aidiyyatı qurumlar insanların kənd təsərrüfatı
ilə məşğul olan insanlara həm də onun
emalı üçün şərait
yaratmalıdırlar. Birbaşa kəndlərdə
istehsal edilən təsərrüfat məhsullarının
şəhərlərə və digər xarici
ölkələrə göndərilməsi təmin edilməlidir.
Kəndlərdə kənd təsərrüfatı emalı sənayesi
yaratmaqla insanları işə cəlb etmək
olar. Sovet dönəmində
bəzi kəndlərdə maşınqayırma
zavodlarının filialları, yüngül
sənaye – trikotaj fabrikləri və
müxtəlif müəssisələr vardı. Əhalinin bir hissəsi çox rahatlıqla
bu cür obyeklərdə
işlə təmin edilirdi. Həmin
müəssisələrin böyük
hissəsi bağlanılıb. Yalnız çox
az sayda obyektlər fəaliyyətdədir.
Həmin müəssisələr isə yeni
texnologiyalar tətbiq etdiyi
üçün onların işçi qüvvəsinə ehtiyacı olmur. Kənd yerlərində insanların sosial vəziyyətlərinin
yaxşılaşdırılması üçün
bu cür müəssisələrin
fəaliyyətlərini təmin etmək yaxşı nəticə
ortaya qoya bilər. Belə
olmayanda isə şəhərə gedənlərin
sayı artır. Aidiyyatı qurumlar bütün diqqətlərini kənd yerlərinə
yönəltməlidirlər. Kəndlərdə müxtəlif
zavod, fabrik və digər
istehsal müəssisələrinin
yaradılması üçün böyük potensial var. İnvestorların kəndlərə cəlb
edilməsini düşünmək lazımdır. Yerli investorlara lazımi
şərait yaradılmalı, banklardan
istədikləri kredit verilməlidir. Məlum
problemlər həll edilməsə, şəhərlərə
axışan insanlar orada
da problemlər yaradacaqlar.
“Şəhərtipli qəsəbələr salınmalıdır”
Ölkədə hiss ediləcək dərəcədə əhali
sıxlığının olduğunu deyən
Vahid Məhərrəmovun sözlərinə
görə, Amerikada hər kvadrat metrə 13 adam
düşürsə, Azərbaycanda isə bu
rəqəm 100-dən çoxdur. Ekspert hesab edir
ki, Azərbaycanın ərazisi kiçik, əhalisi çox
olduğu üçün
bu cür tendensiya müşahidə edilir.
Ölkə əhalisinin sayı sürətlə artır. Hər
il təxminən əhalinin
artımında 1.3%-lik tendensiya
müşahidə olunur. V.Məhərrəmov
qeyd etdi ki, problemdən çıxış yolu üçün əhali
üçün ayrılmış torpaqlardan səmərəli istifadə etmək
lazımdır:
- Bəzi rayonlarda kəndlilərə verilən torpaqlardan da lazımi qaydada istifadə edilmir.
Belə olan halda
torpaqların bir hissəsi boş
qalır. Kəndlilərə kiçik pay torpağı verilir. Həmin
pay torpağı almış kəndliləri
birləşdirmək mümkün olmur. Kooperativlər yaradılmır. Bu da pay
torpaqlarından maksimum istifadəyə
icazə vermir. Problemin
qarşısını almaq üçün şəhərtipli qəsəbələrin
salınması mümkündür. Qəsəbələr
elə ərazilərdə yerləşdirilməlidir ki, ətrafında geniş
torpaq sahələri olsun
və həmin sahələrdə kəndlilər təsərrüfat
işləri ilə məşğul ola
bilsinlər. Gənclərin asudə vaxtlarının
keçirilməsi üçün də
şərait nəzərə alınmalıdır. Şəhərtipli
istirahət yerlərini kəndlərdə təşkil etmək
mümkündür. Kəndlərin çoxusunda müasir texnika və texnologiyalar var, şadlıq sarayları tikilir.
Həmin şadlıq saraylarında şənbə və bazar günlərində gənclər üçün istirahət proqramları təşkil
etmək olar. Yerlərdəki köhnə
mədəniyyət evlərindən istirahət mərkəzləri
kimi istifadə etmək mümkündür.
Azərbaycan kəndlərində turizmin
inkişafı üçün
çalışılmalıdır. Avropada
bu gün həmin praktika çox uğurla tətbiq olunur.
Azərbaycan kəndlərinin bunun üçün geniş
imkanları var. Gənclər üçün imkanlar
tanınmalıdır ki, kəndlərdə
müstəqil şəkildə turist
obyektləri yaratsınlar. Kəndlilər üçün
ayrılmış pay torpaqlarında
yaradılacaq turizm obyektlərinə əcnəbiləri
internet vasitəsilə cəlb etmək çox rahat məsələdir.
Aidiyyatı qurumlar bu
barədə müəyyən proqramlar qəbul
edə bilərlər. Kənd yerlərində
yaşayışı maraqlı etmək üçün
bu cür addımlar
atılmalıdır. Bu həm yerli gəncləri işlə təmin etməklə
yanaşı, həm də asudə vaxtlarının səmərəli
şəkildə keçirilməsinə şərait yaradacaq. Yollarda aparılan
təmir və yenidənqurma işləri yaxşı effekt verir. Dəmiryolunda olan problemlər həll edilsə yaxşı
olardı. Təyyarə vasitəsilə Bakıdan başqa digər şəhər və rayonlara getmək mümkündür.
Biz bacarıqlı millətik. Gənclər
Azərbaycandan heç bir
maliyyə vəsaiti aparmadan, buradan investisiya
yatırmadan Rusiya kimi
ölkələrdə çox
yaxşı biznes qura
bilirlər. Həmin praktikanı Azərbaycanda da
tətbiq etmək mümkündür. Bunun üçün mühit və şərait
yaradılmalıdır. Kəndlərdə turizmin
inkişafı insanların həm əyləncəsi, həm
də işi olar.
“Problemlər diqqətə alınmalıdır”
Ekspert qeyd etdi ki, Dağlıq Qarabağ
və ətraf rayonların işğal
edilməsi Azərbaycanın kənd təsərrüfatına
ciddi ziyan vurub. Ölkənin təxminən 200 min hektar əkin sahəsinin
işğal altında olduğunu
deyən V.Məhərrəmovun sözlərinə görə,
Qarabağda yaşayan əhalinin böyük əksəriyyəti
heyvandarlıqla məşğul olub: “Region dağlıq ərazidən ibarət olduğuna görə, heyvandarlığın
inkişafı üçün mübit şərait olub.
Üçüncüsü, bölgənin
böyük yem
bazası var idi.
Qarabağın otlaq və biçənək
sahələri heyvanların yemlənməsi üçün
mühüm əhəmiyyət kəsb edirdi. Qarabağdan məcburi
şəkildə Azərbaycanın digər bölgələrinə
köç edənlər
çalışırlar ki, ənənəvi
təsərrüfat sahələrindəki fəaliyyətlərini
davam etdirsinlər. Qaçqın
və məcburi köçkünlər
heyvandarlığı inkişaf etdirməklə
Azərbaycanın otlaq sahələrinə
düşən yükün həcmini
artırıblar. Əvvəllər normativə əsasən 1
ha ərazidə 4 qoyun
otarılırdısa, bunun üçün 1 inək nəzərdə tutulurdusa, indi Qarabağdan köçənlər əsasən
heyvandarlıqla məşğul olduqları üçün
otlaq və biçənək sahələrinin
üzərinə düşən yük
2 dəfədən çox artrıb. Bununla həm də heyvandarlıqda baş sayı çoxalıb. Otlaq
və biçənək sahələrinin üzərinə
düşən yükün artması bəzi
problemlər ortaya çıxarır. Məsələn,
torpaqların “ölü sahə”-lərində
də deqradasiya prosesi
güclənir. Məhz həmin o sahələrdə
erroziya baş verir ki, orada
heyvandarlıqla məşğul olurlar.
Belə mənfi hallara daha
çox dağlıq və dağətəyi
sahələrdə rast gəlinir.
Dağlıq Qarabağ və ətraf rayonlardan olanlar region işğal edilməmişdən
qabaq məşğul olduqları kənd
təsərrüfatı sahələrilə həmin məhsullara
olan tələbatlarını tam ödəyirdilər. Sovet dönəmində Qarabağ ərazisində kənd təsərrüfatı
sahəsindən əldə edilən məhsullar həm Azərbaycanının
digər rayonlarına, o cümlədən
başqa respublikalara
göndərilirdi. İşğal nəticəsində
ərazi azaldığı halda əhalinin
sayı getdikcə artır. Bu amil də kənd təsərrüfatının
inkişafında çox ciddi
problem yaradır. Qarabağın işğal edilməsindən sonra
Azərbaycanın digər bölgələrində də əkin
və otlaq üçün
nəzərdə tutulan torpaqlarda
azalmalar müşahidə edilir.
Bəzi rayonlarda hətta bu
məqsədlər üçün
ayrılmış torpaqlarda məskunlaşmalar
müşahidə edilir. Bu
da kənd təsərrüfatının
inkişafı üçün problemlər
yaradır. Problemlər diqqətə alınmalıdır.
Olaylar.-
2014.- 25 fevral.- S.12.