Diaspor təşkilatları Xocalını
anım mərasimləri keçiriblər
Xocalı soyqırımının 22-ci ildönümü dünyanın əksər
ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən
qeyd edilib. Belə ki, Almaniyanın Köln şəhərində Alman-Azərbaycan
Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini
Tanıtma İctimai Birliyi
və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı
ilə Xocalı Soyqırımı ilə bağlı “Köln Ev” adlanan
yerdə yürüş mitinq
keçirilib.
Mitinqə müxtəlif Avropa ölkələrindən
gəlmiş insanlar, o cümlədən Köln- Dayanışma
Azərbaycan Dərnəyinin Ufuk Kamal, Belçika-Azərbaycan
Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Alman-Azərbaycan
Dostluq Cəmiyyətinin sədri Naiba Hacıyeva Köln
Ülkü Ocaqları, Atatürkçü Düşüncə
Dərnəyinin, müxtəlif diaspor fəalları, həmçinin
almanlar dəstək veriblər. Səsgücləndirici
ilə Xocalı soyqırımı və Qarabağla
bağlı alman dilində məlumat verilib, çıxışlar dinlənilib. Almaniya vətəndaşları və müxtəlif
ölkələrdən olan turistlər mitinqi maraqla
qarşılayıblar. Onlara Xocalı
soyqırımı ilə bağlı broşürlər
paylanılıb. Xüsusilə, gənclərimiz ayrı
ayrılıqda turistlərə Xocalı soyqırımı və
Qarabağ məsələsi ilə
haqqında məlumat veriblər. Alman polisinin verdiyi xəbərə
görə, mitinqdə 500-dən yuxarı insan
iştirak edib. Mitinqin sonunda Kölndə
yaşayan tarzən Vahid
Vəliyevin ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilib.
Xocalı soyqırımının 22-ci ildönümü
ilə əlaqədar İstanbul Türkiyə-Azərbaycan
Dərnəyi İstanbulda anım tədbiri
təşkil edib. Tədbirdə
Milli Məclisin üzvləri Aqil Abbas, Elman
Məmmədov, Türkiyə Böyük
Məclisinin üzvləri Atilla Kaya, Ali
Özgündüz, Maltepe
Universitetinin professoru Türkan Saylan, Anadolu Aydınlar Ocağının Baş katibi İbrahim Öztekin və
soyqırımın şahidləri iştirak
ediblər. Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov çıxışında Xocalı
faciəsinin dünyanın 20 ölkəsində
soyqırım olaraq qəbul edildiyini söyləyib. Bildirib ki,
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində
da soyqırımın tanınmasında mühüm işlər görür.
İstanbul Türkiyə Azərbaycan
Dərnəyinin rəhbəri Səfər Qarakoyunlu
tədbirdə Xocalı soyqırımı haqqında
iştirakçılara ətraflı məlumat verib, Dağlıq Qarabağ
münaqişəsi zamanı Azərbaycanın müxtəlif
regionlarında məskunlaşan məcburi köçkünlərin
qısa zamanda doğma
yurdlarına qayıdacağını dilə gətirib. Tədbirdə "Nerede Adalet, Nerede İnsan Hakları. Bir Daha Hocalı Yaşanmasın" sloqanıyla
foto sərgi də nümayiş
olunub. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Almaniyadakı
Türk-Azərbaycan Birliyi (TAVD), Berlin-Brandenburg Atatürkçü
Düşüncə Dərnəyinin (ADD) təşkilatçılığı
və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi
ilə Berlində Xocalı Soyqırımının 22-ci
ildönümünə həsr olunmuş
anım mərasimi keçirilib. AAKM-nin
icraçı direktoru Samira
Patzer-İsmailova Xocalı
soyqırımının Almaniya ictimaiyyətində
tanıdılmasına dair kecirilən tədbir
və aksiyalar haqqında məlumat verib, bu günlərdə
Almaniyada Xocalı Soyqırımı
qurbanlarının xatirəsinə həsr edilən 30-a qədər
tədbirin keçirildiyini bildirib. O, vurğulayıb ki, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət !” beynəlxalq kampaniyasının ictimaiyyətə
yönəldilmiş çağırışı Almaniyada da fəal həyata
keçirilir. Mühüm tədbirlərin
Türk Evində Türk
icması ilə birgə keçirilməsinin artıq ənənə
halını aldığını söyləyən Azərbaycanın
Almaniyadakı səfiri Pərviz Şahbazov
çıxışında Türk və
Azərbaycan diasporlarının Almaniyada
sıx əməkdaşlığından bəhs edib. Səfir bildirib ki, son illərdə Almaniyada Azərbaycana olan
münasibət dəyişib və Qarabağ
problemi ilə bağlı bir
sıra qətnamələr qəbul edilib.
Türkiyə Cümhuriyyətinin Berlindəki Baş
konsulu Ahmet Başar Şen Xocalı
soyqırımının baş verməsinin
Türk və Azərbaycan xalqı üçün acı bir
örnək olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan
xalqına qarşı edilən haqsızlıq Türk xalqını da kədərləndirir,
bu səbəbdən Türkiyə acı
və üzüntüləri Azərbaycanla paylaşır. ADD-nin sədri
Olcay Başeğmez
artıq 4 ildən bəri Azərbaycan Diasporu
ilə sıx əməkdaşlığın olduğunu və birgə anım tədbirlərinin
keçirildiyini qeyd edib, 2015-ci ildə «qondarma
erməni soyqırımının ildönümündə“
gözlənilən təxribatlar haqqında danışıb. Milli Məclisin
üzvü Azay Quliyev, tarix elmləri doktoru Qasım Haciyev,
yazıçı- jurnalist Səriyyə
Cəfərova Türk-Azərbaycan qardaşlığından
danışıb, Qarabağ
münaqişəsinin həllinə apara
biləcək tezislərlə çıxış edib, mülahizələrini söyləyiblər.
Anım mərasimində Heydər Əliyev Fondunun
hazırladığı, Qarabağın tarixinə və Qarabağ müharibəsinə həsr olunan “Xocalı Qətliamı” adlı tarixi- sənədli film nümayiş etdirilib.
Fevralın 23-də Təl-Əvivdəki
"Şimon Peres Dünya Mərkəzi"ndə Xocalı faciəsinin
22-ci ildönümünə və 2009-cu ildə
başlanmış "Xocalıya ədalət!" Beynəlxalq
kampaniyasının 5 illiyinə həsr olunmuş
mərasim keçirilib. Kampaniya
çərçivəsində "İsrail-Azərbaycan"
BeynəlxalqAssosiasiyası ("Azİz")
Heydər Əliyev Fondunun dəstəyi ilə
İsrailin 10 şəhərində
Xocalı faciəsini özündə əks etdirən fotosərgi
keçirib.Fotosərginin açılış mərasimi bir il əvvəl Təl-Əviv
UniversitetininDiaspor Muzeyində olub. Sonradan həmin fotolar Afula,
Tirat-Karmel, Or-Akiva, Kiryat-Ekron, Netanya, Təl-Əviv,
Rehovat, Aşkelon, Akko və Loda şəhərlərində
nümayiş etdirilib.Bütün
sərgilərdə onun keçirildiyi
şəhərin rəhbərliyi, ictimaitəşkilatların
başçıları, mətbuat nümayəndələri
iştirak edib, sərgi
yerli və xarici
KİV-lərdə geniş işıqlandırılıb.Dağ
Yəhudiləri Regional İctimai
Xeyriyyə Fondunun dəstəyi ilə disk şəklində videofilm
və sərgidən bəhs edən kitabça
da buraxılıb.
Paris Azərbaycan Evi isə Xocalı
soyqırımının 22-cü ildönümü
ərəfəsində yerli ictimaiyyəti
faciə haqqında məlumatlandırmaq və beynəlxalq aləmi
hadisəyə ədalətli hüquqi
qiymət verməyə çağırmaq məqsədilə
Fransa paytaxtında aksiya
keçirib. Parisin mərkəzində - Mars çöllərindəki Joffre
meydanında təşkil olunmuş mitinq Xocalı qurbanlarının ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb
və 2 saat davam edib. Paris Azərbaycan Evinin rəhbəri Mirvari
Fətəliyeva aksiyada
çıxış edərək 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə ermənilərin
Xocalı şəhərində azərbaycanlı əhaliyə
qarşı törətdiyi qətliam haqqında məlumat verib. O bildirib ki, erməni diasporunun güclü olduğu Fransada bütün çətinliklərə
baxmayaraq Azərbaycan icmasının təmsilçiləri
ölkəsinin milli maraqlarını qorumaqdan və sözünü
deməkdən çəkinmir: “Azərbaycanın haqq səsini Fransada ucaltmaq hər bir azərbaycanlının mənəvi borcu
olmalıdır”. Mitinqdə
çıxış edən Azərbaycanın Fransadakı səfiri
Elçin Əmirbəyov 20-ci əsrin ən
dəhşətli qətliamlarından biri
- Xocallı soyqırımına, eləcə də, BMT qətnamələrinin
yerinə yetirilməməsinə, Azərbaycan
torpaqlarının hələ də işğal
altında olmasına beynəlxalq aləmin biganə qalmasını təəssüflə qeyd edib və Fransa ictimaiyyətini bu
faciəni azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım kimi qəbul etməyə
çağırıb. 1992-ci ildə Fransanın Azərbaycandakı
ilk səfiri olmuş Jean Perrin də həmin
hadisələrin şahidi kimi
aksiyaya qatılaraq acı xatirələrini
bölüşüb. O,
1992-ci ildə Xocalı faciəsi zamanı yaralanmış
sakinləri ziyarət etdiyini və dəhşətli
səhnələri hələ də unuda
bilmədiyini deyərək belə bir
cinayəti törədənlərin indiyəcən cəzasız
qalmasına təəccübünü gizlətməyib.
Fransız diplomat əlavə edib ki, həmin hadisələrdən 22 il keçməsinə baxmayaraq
günahkarların cəzalandırılması üçün heç
də gec deyil. Aksiya çərçivəsində
Xocalı faciəsinin əks etdirən “Xocalı
uşaqların gözü ilə”
adlı fotosərgi də təşkil olunub,
soyqırım haqqında məlumatlar olan
broşürlər, Heydər Əliyev Fondu
tərəfindən çap olunmuş kitablar yerli sakinlərə və qonaqlara
paylanıb, onlara soyqırım
haqqında videomateriallar da verilib. Azərbaycan,
Türkiyə, Fransa bayraqlarının dalğalandırıldığı
aksiyada Azərbaycan Səfirliyinin, Azərbaycanın
YUNESKO yanındakı daimi nümayəndəliyinin
təmsilçiləri, Azərbaycan diasporunun
və türk icmasının fəalları,
Azərbaycanın dostu olan
fransızlar iştirak edi Kanadanın Toronto şəhərində - Ontario
əyaləti parlamentinin
qarşısında keçirilən nümayişdə Toronto və Vaterlo
universitetlərində təhsil alan azərbaycanlı
tələbələr, eləcə də Toronto
və Vaterlo şəhərlərində
yaşayan soydaşlarımız iştirak ediblər.Nümayiş zamanı
1992-ci il fevralın 25-26-da Xocalıda erməni
hərbçiləri tərəfindən
azərbaycanlılara qarşı törədilmiş cinayətlər
və 1988-ci ildən davam edən erməni
işğalına qarşı fikirlər və “Erməni terroruna
son”, “Xocalı soyqırımının səbəbkarı
ermənilərdir”, “Erməni terrorçuları Qarabağdan çıxın” kimi süarlar səsləndiriblər. İştirakçılara və yerli sakinlərər Xocalı
soyqırımı ilə bağlı broşürlər
paylanılıb.Nümayiş iştirakçıları Ermənistan
tərəfindən həyata keçirilən
işğalçı siyasətə son
qoyulmasını tələb edib, Kanada millət vəkillərini Xocalı qətliamına
hüquqi və siyasi qiymət verməyə
çağırıblar.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 26 fevral.- S.15.