Lobbiçilik və onun fəaliyyət
istiqamətləri
Son zamanlar
poli-etnik cəmiyyətdə yaşayan milli azlıqlar
arasında öz etnik
mənsubiyyətinə, mədəniyyətinə maraq artıb, qrupdaxili inteqrasiya prosesləri güclənib. Bu proseslərin nəticəsi kimi
bir çox hallarda müxtəlif etnik
qruplar diasporlarda birləşiblər.
Ekspert Ceyhum Mahmudov deyir ki, diaspora ilə əlaqədar
elmi ədəbiyyatda iki mövqe var. Bir qrup tədqiqatçı bu
anlayışı yunanlarla əlaqələndirsə
də, başqa bir qrup isə onu yəhudilərlə
əlaqələndirir: “Son dövrlərdə
diaspora, anlayışı müxtəlif
proseslərlə əlaqələndirilərək kəsb etdiyi mənanın sərhədləri
genişləndirilib. Q. Şefferə görə diaspora etnik qrupların könüllü və ya
məcburi miqrasiya prosesləri nəticəsində
ortaya
çıxır. Onlar mühacirət
etdikləri ölkələrdə milli
azlıq statusunda yaşayırlar, etnik və etno-dini mənsubiyyətlərini,
qrupdaxili həmrəyliklərini
mühafizə edirlər. Bundan başqa diaspora
anlayışı miqrasiya və milli azlıqlar sözləri ilə sinonimlik təşkil edir.
Son dövrdə rus
dilində "diaspora" kəlməsi
istənilən etnik qrupu
ifadə etmək üçün işlədilir”.
Ceyhun Mahmudov deyir ki, 1945-ci il qədər diaspora fenomeni tamamilə yəhudilər
ilə əlaqələndirilsə də, bu
dövrdən sonar dünyada
baş verən proseslər nəticəsində
şimali afrikalılar, hindlilər,
türklər öz tarixi
torpaqlarını tərk edərək, yeni
diasporlar formalaşdırdılar. Məhz
həmin hadisələrin axarında "diaspora"
anlayışı yeni mənalar kəsb
etməyə başladı: “Müasir beynəlxalq
sistemdə dövlətlərin xarici siyasətində
prioritet təşkil edən mənsəblərdən
biri də diaspor quruculuğu və diasporla
əməkdaşlıq məsələsidir. Bunun
əsas səbəblərindən biri diaspora təşkilatlarının beynəlxalq
sistemə təsir edə bilən beynəlxalq aktyorlara
çevrilməsidir. Diaspora təşkilatları
əsasən ABŞ, Avropa İttifaqı
ölkələri, Rusiya və digər dünya siyasətinə təsir edə bilə
dövlətlərdə fəaliyyət göstərirlər.
Bu qrupların əsas məqsədləri
öz etnik
qruplarının və tarixi vətənlərinin
lehinə qərarlar qəbul etdirməkdir. Dünyada
təsir imkanlarına gorə yəhudi, yunan
və erməni diasporlarını göstərmək olar. Adı cəkilən etnik qruplar xüsusilə
dünyanın super dövləti olan ABŞ-da fəaliyyət
göstərir və tarixi vətənlərinin
lehinə əhəmiyyətli qərarların verilməsində
müstəsna rol oynayırlar. İstər
yəhudi, istər yunan, istərsə də
erməni diasporu qrupdaxili
həmrəyliyə əsaslanaraq müxtəlif ölkələrdə
təşkilatlanaraq öz etnik
birliklərini qurublar. Amma
son dövrlərdə diasporların təşkilatlandırılmasına
dövlətlər özləri nəzarət edirlər. Məsələn,
dünyanın onlarla ölkəsinə səpələnmiş
Azərbaycan diasporu uzun
tarixə sahib olsa da, bir müddət pərakəndə
fəaliyyət göstərərək, qarşısına qoyduğu məqsədlərə çata bilməyib. Məsələnin ciddiyyətini
anlayan Azərbaycan dövləti bu prosesi öz
nəzarətinə götürüb milli diaspora quruculuğunda birbaşa iştirak etməyə başlayır.
Hazırda bu məsələ ilə məsğul
olan xüsusi kommitə
fəaliyyət göstərməkdədir”. Ekspert
bildirir ki, lobbiçilik bu gun yəhudi, yunan və
erməni diasporlarının müvəffəq olduqları fəaliyyət
növündəndir: “Lobbiçilik fəaliyyətini
təhlil etməzdən əvvəl "lobbi"
sözünün etimologiyasına diqqət
etmək lazımdır. Lobby _ ingilis dilindən tərcümədə
gözləmə salonu adlanır. "Lobbiçilik" isə bir
fəaliyyət növüdür, "lobby" sözünün
zamanla öz mənasını
dəyişməsi nəticəsində formalaşıb. Ehtimal olunur ki, bu ifadənin işlədilməsinin
tarixi ABŞ-ın 1869-1877-ci illərdə
18-ci prezidenti olmuş
Ulysses S.Granta aiddir. General Grant Villard hotelinin
lobbisində siqar çəkməyi sevərdi.
Mövcud şəraitdən istifadə edən
siyasi alverçilər müəyyən
məsələləri həll etmək üçün
onunla danışıqlara girib
müvafiq qərarın qəbul
olunmasına çalışırdılar. Beləliklə bu işlə məşğul olan
siyasi alverçilərə "lobbiçi" bu fəaliyyətə
isə "lobbiçilik" fəaliyyəti
adı verildi. ABŞ-da
"lobbiçilik" qanunla
müəyyənləşdirilmiş ölçülər
çərçivəsində fəaliyyət göstərir.
Bu fəaliyyəti tənzimləmək üçün 1946-cı ildə Federal Lobbi qanunu
qəbul edildi. Bu qanunda
lobbiçinin kim olduğu müəyyənləşdirilir və
onun maliyyə imkanları nəzarət
altına alınırdı. Həmin qanunda
deyilir ki, Amerika Konqresindəki qanunlara
təsir etməyə və ya müvafiq qanun
çıxmasına çalışan, bunun
üçün birbaşa
və ya dolayı yolla
pul və digər qiymətli əşyalar
toplayan və ya əsl
məqsədi bu olan
şəxslər lobbiçi olaraq adlandırılır”. Ceyhun
Mahmudov deyir ki, lobbiçilik növlərinə
görə iki yerə bölünür:
“Birbaşa lobbiçilik;
İctimaiyyət arasında təşviqat aparılaraq qurulan lobbiçilik. ABŞ-da lobbiçiliklə xususi
maraqlı qruplar və etnik
diaspora təşkilatlan məşğul olur. Etnik diaspora təşkilatları ya özləri birbaşa olaraq bu işlə məşğul
olur, ya da ixtisaslaşdırılmış lobbi şirkətləri vasitəsi ilə öz fəaliyyətlərini həyata
keçirirlər. Özəl lobbi
şirkətləri çox bahalı olduğu üçün
adətən etnik biznes
təşkilatları bu işi
özləri həyata keçirməyə üstünlük
verirlər. Lobbilər öz məqsədlərinə
çatmaq üçün
bir çox üsuldan istifadə edirlər. Bu üsullardan üz-üzə görüşmə,
konqresin komitələrinin iclaslarında iştirak etmə, məktub göndərmə,
ictimaiyyətlə əlaqələr kampaniyalarının
keçirilməsi, lobbilər arası əməkdaşlıq
və koalisiyalann qurulması, namizədin seçki kompaniyasına pul
yardımı göstərilməsi və.s. daxildir.
Üz-üzə görüşmə ən təsirli üsullardan biridir. Bu zaman lobbiçi
konqresin üzvü və
ya başqa bir bürokratla birbaşa ünsiyyətə keçir,
bacardığı qədər təsir etməyə
çalışır. Bu üsuldan
istifadə edərkən lobbiçinin
şəxsi keyfiyyəti çox əhəmiyyətli
rol oynayır. Hər hansısa bir seçici qrupunun birbaşa olaraq əlaqədar şəxsə məktub
yazması çox təsirli ola bilər. Adətən seçieilərdən
asıh olan şəxslər bu məzmunda olan məktublara
çox ciddi
yanaşırlar. Mümkün qədər
məktubda göstərilən tələbi yerinə yetirməyə
çahşırlar. Lobbi qrupları bəzi
xüsusiyyətlərinə görə bir-birindən güclü və ya zəif
ola bilərlər. Təcrübə
göstərir ki, maraqlar
üst-üstə düşdüyü zaman zəif lobbilər güclü
lobbilərin imkanlarından geniş istifadə
edir. Erməni lobbisinin
bir çox hallarda yunan lobbisinin imkanlarından istifadə etdiyi məlumdur. Lobbiçilik
fəaliyyətinin ən təsirli üsullanndan
biri də konqresə keçirilən
seçkilərdə namizədlərin kompaniyalarmda
aktiv iştirak etməkdir.
Seçki kompaniyasında maliyyə və
insan resursları ilə iştirak
edən hər hansısa etnik Iobbi qrupu seçkilərdə
qalib gələn konqresmenə fəliyyəti
dövründə təsir etmək imkanına sahib
olur”
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 27 fevral.- S.15.