Diaspor siyasəti yeni mərhələdə

 

Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən cənab prezident İlham Əliyev öz fəaliyyətində dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsinə, güclü Azərbaycan diasporulobbisinin yaradılmasına xüsusi önəm verir. Mütəmadi olaraq xarici ölkələrə səfərləri zamanı İlham Əliyev həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşür, onların qayğı və problemləri ilə yaxından tanış olur, bu problemlərin aradan qaldırılması istiqamətində təsirli tədbirlər görürdü.

Azərbaycan icmalarının təşkil etdiyi forum və tədbirlərdə iştirak edən dövlət başçısı bununla azərbaycançılıq ideyalarının uğurla davam etdiyini və inamla həyata keçirildiyini bir daha təsdiq edir Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsində apardığı ardıcıl və məqsədyönlü siyasət artıq öz uğurlu nəticəsini verməkdədir. Diasporlobbi quruculuğu sahəsində ekspert Günay Novruzova deyir ki, qısa müddət ərzində Amerika, Avropa, AsiyaŞimali Afrikanın ayrı-ayrı ölkələrində yüzə yaxın yeni Azərbaycan icması yaradıldı və bununla da xarici ölkələrdəki soydaşlarımızı birləşdirən təşkilatların sayı 300-ü ötmüş oldu. Qazanılan bütün bu uğurlar Azərbaycan Respublikası və onun hüdudlarından kənarda yaşayan azərbaycanlılar arasında sosial-mədəni, ictimai-siyasi əlaqələrin möhkəmləndirilməsində, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızın təşkilatlanaraq vahid güc mərkəzi kimi özünü dünyada tanıtmasında mühüm rol oynadı: “Azərbaycan diasporunun fəaliyyətinin yeni istiqamətlərini müəyyənləşdirmək, bu fəaliyyəti daha da inkişaf etdirmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı il mart ayının 16-da keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı xüsusi ta¬rixi əhəmiyyət kəsb etdi. Dünyanın müxtəlif ölkələrindən seçilən 1231 nümayəndələri 49 ölkədən 593 nümayəndə və 388 nəfər qonağın iştirak et¬diyi bu qurultay öz tarixi məzmununa və ictimai əhəmiyyətinə görə birinci qurultaydan bir çox cəhətləri ilə fərqlənirdi Bu fərqlərdən ən əsası ölkəmizin müstəqil bir dövlət kimi keçdiyi yüksək inkişaf yolu ilə bağlı idi. İkinci qurultay diaspor quruculuğu sahəsində qarşıya çıxan problem və maneələrin həll olunması istiqamətlərini müəyyənləşdirməkdə də mühüm rol oynadı. Yaşadıqları ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrində fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlərin, ziyalıların, iş adamlarının, müxtəlif ölkələrin parlament üzvlərinin, siyasiictimai xadimlərin, bir sözlə, Azərbaycanı sevən, onun inkişafını və tərəqqisini arzulayan insanların iştirak etdiyi bu qurultayda dərin məzmunlu və proqram xarakterli nitq söyləyən ölkə Prezidenti İlham Əliyev Azərbaycan diasporlarının fəaliyyətini yüksək qiymətləndirərək deyirdi: "Biz çox şadıq ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar o ölkələrin həyatında, iqtisadiyyatında çox mühüm rol oynayırlar və demək olar ki, artıq çox möhkəm mövqelərə malikdirlər." Ölkə başçısı qurultaydakı tarixi nitqində xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, diaspor quruculuğu siyasətinin yeni mərhələsinin başlıca istiqamətlərini və bu mərhələdə qarşıda duran vəzifələri də müəyyənləşdirdi. Onun nitqindəki tövsiyə və tapşırıqlar Azərbaycan di¬asporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etməklə yanaşı, dünya azərbaycanlılarının birliyinin konseptual əsaslarının milli dövlətçilik ideologiyası istiqamətində formalaşmasının tarixi-siyasi əhəmiyyətini daha da dəqiqləşdirdi”. Ekspertin sözlərinə görə, Dünya Azərbaycanlılarının II Qurultayının yüksək səviyyədə təşkili, onun qəbul etdiyi qərarlar diasporumuzun yeni mərhələyə qədəm qoyduğunu əminliklə söyləməyə əsas verirdi. Qurultay bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin və onun timsalında Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini əyani olaraq sübut etmiş oldu: Qurultayda Azərbaycan və türk diasporlarının birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi məsələsinin müzakirəyə çıxarılması və bununla bağlı qətnaməyə xüsusi maddənin daxil edilməsi də böyük uğur kimi dəyərləndirilməlidir. Qurultay Dağlıq Qarabağ münaqişəsinin həllində bütün dünya azərbaycanlılarının yekdil mövqedən çıxış etdiyini göstərmişdir. Son illər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ölkəmizin mövqeyinin beynəlxalq qurumlar və dünyanın inkişaf etmiş ölkələri tərəfindən dəstəklənməsində Azərbaycan diasporu¬nun da mühüm rolu vardır”. Günay Novruzova hesab edir ki, Dünya Azərbaycanlılarının II Qurultayının nəticələri Azərbaycan dias¬porunun tarixində yeni bir mərhələnin başlanması üçün ideoloji baza rolunu oynadı. Qurultayın sənədlərində öz əksini tapmış təklif və tövsiyələrə uyğun olaraq, 2006-cı ildə dünyada yaşayan azərbaycanlı ziyalıların forumunun keçirilməsi onların dövlətimizlə bağlılığını, eyni zamanda Azərbaycan Prezidenti ətrafında sıx birləşdiyini bir daha təsdiqləmiş oldu: “2007-ci ilin mart ayında Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk Diaspor Təşkilatı rəhbərlərinin I Forumu da olduqca mühüm bir hadisə idi Forumda türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, sosial-mədəni, ictimai-siyasi əlaqələrin dərinləşdirilməsi, mədəniyyət, iqtisadiyyat və digər sahələrlə bağlı ortaq məsələlər müzakirə edilmişdir. Forum "Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası", "Bakı Bəyannaməsi" və digər zəruri sənədləri qəbul etməsi ilə yadda qaldı. Elə həmin il Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının keçirilməsi də öz siyasi əhəmiyyətinə görə olduqca önəmli bir tədbir kimi dəyərləndirilməlidir. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi fəaliyyətinin bütün istiqamətlərində diaspor quruculuğuna xüsusi əhəmiyyət vermişdir. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı tərəfindən soydaşlarımızın tarixi Vətənin ümumi mənafeləri çərçivəsində həmrəyliyinin təmin olunmasına, milli maraqlarımızın qorunmasında, diasporun imkanlarından səmərəli istifadə edilməsinə istiqamətlənmiş siyasət yürüdülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə diplomatları ilə keçirdiyi müşavirədə onlara diaspor ilə əlaqələrinin möhkəmləndirilməsini tövsiyə edərək demişdir: "Xaricdə yaşayan azərbaycanlılar bu və digər məsələlərdə səfirliklərə öz köməyini göstərə bilərlər. Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz bir tərəfdən onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar". Ölkə başçısının təşəbbüs və səyi ilə 2008-ci il dekabrın 18-də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Bakıda "Azərbaycan - Şərqin dünyaya açılan qapısı" mövzusunda keçirdiyi tədbirdə də daha bir əhəmiyyətli hadisə qeydə alındı. Diaspor əlaqələrinin daha da genişləndirilməsi məqsədilə keçirilən bu tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası layihəsi əsas kimi qəbul edildi. "Diaspor təşkilatlarının konstitusiyası" adlandırılan bu sənəd Azərbaycan dövlətinin və xalqın milli maraqlarının müdafiəsində dünya azərbaycanlılarının fəal iştirakını təmin etməyi qarşıya konkret bir məqsəd kimi qoyurdu. Bu sənəd həm də xaricdə yaşayan soydaşlarımızın tarixi vətənin mənafeləri naminə vahid ideyaamal ətrafında birləşmək əzmini ifadə edən, bu birliyin siyasi, fəlsəfi və mənəvi aspektlərini müəyyənləşdirən mükəmməl ideoloji bir konsepsiya idi. Bu gün dünyada yaşayan soydaşlarımızın hüquqlarının qorunması, onların yaşadıqları ölkələrin ictimai-si¬yasi həyatına uğurlu inteqrasiyasının təmin olunması, diasporlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının geniş anlamda təbliği dövlətimizin qarşısında duran mühüm vəzifələrdəndir. Azərbaycan Respublikası Prezidentininonun simasında Azərbaycan dövlətinin diaspor işinə verdiyi önəm bu sahənin nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin göstəricisidir. Əminik ki, dövlətimiz bütün sahələrdə böyük nailiyyətlər əldə etdiyi kimi, bu istiqamətdə də əhəmiyyətli uğurlar əldə edəcəkdir”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 28 fevral.- S.15.