Rusiyadakı diaspor nümayəndələrinin
tanınmasında Ramin Məmmədovun
əsərləri xüsusi önəm
daşıyır
Azərbaycan
həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə
də ermənilərin xalqımıza qarşı zaman-zaman həyata
keçirdikləri soyqırımların dünya ictimaiyyətinə
çatdırılmasında informasiya vasitələri,
yazılı ədəbiyyatın rolu danılmazdır. Sevindirici
haldır ki, müxtəlif ölkələrdə
yaşayan soydaşlarımız və diaspor rəhbərləri bu
istiqamətdə xüsusi fəallıq
göstərərək həmin ölkələrin KİV-ləri
ilə yaxından əməkdaşlıq edir,
müxtəlif maarifləndirici materiallar dərc
edirlər. Belə soydaşlarımızdan biri də Azərbaycanla bağlı çoxsaylı
kitablar yazan Ramin Məmmədovdur.
Ümumrusiya Azərbaycanlıları Konqresinin
(ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı
(RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, region
hökuməti yanında millətlərə dair işlər
üzrə Məsləhət Şurasının, Azərbaycan
və Rusiya Jurnalistlər İttifaqının üzvü. Əlihüseyn Şükürov deyir ki, Rusiya - Azərbaycan
münasibətlərini tərənnüm edən Ramin Məmmədov diaspora
quruculuğu sahəsində
yazdığı çoxsaylı kitablara
görə Azərbaycanda bir vətəndaş
institutu yaratdıb: “Onu əvvəllər
kitabları vasitəsilə tanıyırdım. Bundan başqa Rusiyada fəaliyyət
göstərən diaspor cəmiyyətlərimizin
işinə, perspektivlərinə, fəallarına və azərbaycançılığın
təbliğinə dair “Vışka”, “Kredo”, “Qarabağa aparan yol”, “Mübariz
keşikdə” və digər qəzetlərdə təqdim olunmuş silsilə yazıları və bu mövzuya həsr olunmuş müxtəlif tele-radio
verilişlərindəki çıxışları da diqqətimi cəlb etmişdi.
Onu da qeyd etməliyəm ki, “Azərbaycan”, “Xalq qəzeti”,
“Respublika”, “Bakinskiy raboçiy”, “Ədalət” və başqa populyar, nüfuzlu qəzetlərdə Ramin
Məmmədovun yaradıcılığına dair getmiş materiallar onun
yazıb-yaratdığı sahəni böyük
həvəslə arayıb-araşdırmasından, bir qələm sahibi kimi mənəvi və vətəndaşlıq
borcunu doğma övlad kimi, vicdanla yerinə yetirməsindən xəbər
verir.
Ramin Məmmədov öz oxucu kütləsi ilə
bir daha agah edir ki, qonşu ölkənin Moskva, Sankt-Peterburq,
Arxangelsk, Murmansk , Anapa, Rostov, Krasnodar, Barnaul, Biysk, İrkutsk, Krasnoyarsk,
Ulan-Ude, Tomsk, Novokuznetsk, Kemerovo, Tümen, Nijnevartovsk, Surqut,
Radujnı, Dərbənd, Volqoqrad, Belqorod, Kursk, Oryol, Voloqda,
Petrozavodsk, Saratov, Voronej, Ryazan, Tver, Perm kimi yaşayış məntəqələrində
Odlar Yurdunun övladları şərəfli sahələrdə
ən məsul vəzifələrdə ləyaqətlə
çalışırlar. Bu bölgələrdəki Azərbaycan diaspor icmaları quru fəaliyyətlə
kifayətlənmir, qəzetlər, kitablar
nəşr etdirərək ölkələrimiz arasında əlaqələri
möhkəmləndirir, xalqımızın adət və ənənələrini,
qəhrəmanlarını, ləyaqətlilərini qürbətdə daim nümayiş etdirirlər.
Əlihüseyn Şükürov deyir ki, onun əsərləri
ilə ətraflı tanışlıqdan sonra həmin topluları Rusiyadakı
adamlarımızın, diaspor hərəkatımızın
salnaməsinə bənzətmək mümkündür: “Onun
geniş qəlbində böyük Azərbaycanımızı
gəzdirdiyini görməmək mümkün deyil. Onun 1994-2000-ci illərdə
işıq üzü görmüş
“Vətən həsrətilə keçdiyim
yollar”, “Yaddaşımın izilə”, “Qəbələ:
insanlar, talelər,
ziyalılar”(üç kitabda),
“Bakıdan Moskvaya”, “Neftin
işığında-Lökbatanda”, “Bakıdan Moskvaya və uzaqlara...”
kitabları ilə əlaqədar əvvəllər bir məqaləmdə söhbət
açmışdım. Ona görə
də bu günki
açıqlamalarımı sonraki illərdə
çıxmış toplularına həsr edirəm. 2001-ci
ildə “Şirvannəşr” kitab nəşriyyatında
Ramin Məmmədovun “Səfərnamə-Puteşestviye”
adlı növbəti toplusu
buraxıldı. Müəllif uzun illər
ərzində topladığı materialları zənginləşdirmək
üçün 1998-2000-ci illərdə
Moskva, Surqut, Nijnevartovsk, Kaluqa, Yekaterinburq, Meqion,
Pıt-Yax, Nyaqan şəhərlərinə
yaradıcılıq səfərləri etmiş,
ziyalılarla görüşmüş, başqa maraqlı məlumatlar toplamış
və həmin nəşrdə istifadə etmişdir”.
Azərbaycan və Rusiya Jurnalistlər
İttifaqının üzvü yazır ki,
yazıçı-jurnalist gəzdiyi şəhərlərin hər
birində Azərbaycanımıza dair maraq doğuran məlumat
tapa bilmiş, dəyərli adamlarla ünsiyyət
yaratmışdır: “Məsələn, Kaluqada əslən Lənkəran
rayonunun Boladı kəndindən olan, hərəkətləri,
davranışı və cinayətlərin
açılmasında göstrədiyi cəsarətləri ilə
Mehdi Hüseynzadəni xatırladan, Kaluqa Daxili İşlər
İdarəsinin Xüsusi Təhlükəsizlik Şöbəsinin
rəisi Müqəddəs Mikayılovla
görüşüb. Həmin Daxili İşlər
İdarəsinin İctimai
Əlaqələr və Məlumat bölməsinin rəisi mayor İqor Korotkov M.Mikayılovun yüksək peşəkarlığından,
geniş erudisiyasından söhbət açaraq onun daha iki vacib
keyfiyyətini-analitik zəkasını və vacib
məsələlərin həllində fikrini
cəmləşdirərək
hadisənin özəyini qavraya bilməsini
vurğulayır.
Kaluqada olarkən Ramin Məmmədovun diqqətini
milis idarəsinin qarşısında ucaldılmış abidədə
həkk olunmuş adlar arasında Hacı Səfərovun
familyası cəlb edir. İqor Korotkovun köməyilə
araşdıraraq müəyyən edir ki, o Dərbənddə doğulub, milliyyətcə azərbaycanlıdır,
vətəndaşları
cinayətkar ünsürlərdən qoruyarkən faciəli
surətdə həlak olub. Dörd azyaşlı qız yadigarı
qalıb. 1998-ci ildə Moskvada işıq
üzü görmüş
“Bizim xidmət cinayət
axtarışıdır” adlı kitabda İ.Korotkov M.Mikayılovun peşəkarlığından,
H.Səfərovun şücaətlərindən də geniş söhbət açır. Müəlllif
hələ 1997-ci ildə xidməti vəzifəsilə
bağlı Moskvada ezamiyyətdə olarkən
fürsətdən istifadə edərək bir
zamanlar ölkənin ən qocaman və ən nüfuzlu
mətbu orqanı sayılan “Pravda” qəzetinin
redaksiyasına gedib. “Pravda”nın baş redaktorunun MDB
ölkələri üzrə müavini İqor Leonidoviç Lenski ilə söhbətləşib. Müsahibi on il öncə Bakıda olduğunu, şəhərin gözəlliyi,
yaşıllığı, yaraşıqlı binaları, tarixi abidələri onu valeh etdiyini söyləyib.
1997-ci ilin avqust
ayında isə beynəlxalq hüquq
müdafiəçiləri və jurnalistlərdən ibarət
qrupun tərkibində İrəvanda, Xankəndində
olan zaman bu adamların təkidilə işğal altında olan
Ağdam və Füzuli
şəhərlərinə də getdiklərini söylədi.
İ.Lenski bildirir ki, orada dəhşətli vəziyyətin şahidi olublar”.
Əlihüseyn Şükürov bildirir ki, 2002-ci ildə Ramin Məmmədovun rusca
“Səfərnamə” və “Moskva: onlar əslən Azərbaycandandır”,
2003-cü ildə “Moskva, Sankt-Peterburq:
onlar Azərbaycandandır” topluları nəşr
edilir: “2004-cü ildə “Rusiya
şəhərlərinə səfərlərim”, “Doğmalarımın axtarışında”, 2005-ci ildə “Azərbaycan-qədim
ölkədir”, “Azərbaycanlılar Vətən uğrunda döyüşüblər”,
2006-cı ildə “Dostluq telləri”,
2007-2010-cu illərdə “Həmvətənlərimiz Tümen vilayətində” və “Həmvətənlərimiz”
adlı kitablarının hər birinin üç nəşri yeni
əlavələrlə çapdan
buraxılır, “Bir torpağın
adamları”, “Rusiyanın ürəyində”, “Alim
ömrü”, “Müharibə yox, sülh olsun!”, azərbaycanca “Rusiya:
ziyalılarımız, mətbuatımız, münasibətlərimiz”,
“Sibir dəftərindən”, “50-ci bahardan boylananda”
topluları oxucu ixtiyarına verilmişdir. Yazının həcminə müvafiq olaraq yüzlərlə
məlumatları özündə cəmləşdirən bu kitabların hər birindən bir neçə iftixar doğuran nümunə gətirməklə
hörmətli oxucularda ümumi
anlayış yaratmağa
çalışacağam.
Müəllifin özünün qeyd etdiyi kimi
mətbuat orqanlarının, qələmdaşlarının və
poqondaşlarının, ayrı-ayrı ziyalıların və
sadə adamların onun işinə olan diqqəti onu həvəsləndirir
və ilhamlandırır. Görundüyü kimi bu nəşrlərin
böyük əksəriyyəti rusdilli oxucular üçün nəzərdə tutulmuş və soydaşlarımızın dəstəyi
ilə Rusiya Dövlət Milli
kitabxanasından başlayaraq həmin
ölkənin şəhərlərindəki kitabxanalara,
elm ocaqlarına, redaksiyalara, diaspor cəmiyyətlərimizə
çatdırılmışdı. “Səfərnamə”dən
bizə məlum olur ki,
müəllif Yekaterinburq şəhər
Jeleznodorojnı rayon İcra
Hakimiyyəti başçısı Anatoli
Zaxaroviç Klimenko
ilə görüşür. Ramin Məmmədov
Nijnevartovsk dəmir yolu
nəqliyyatı milisində xidmət etdiyi
zaman həmin Klimenko podpolkovnik rütbəsində Orta
Ural Nəqliyyatda Milis
İdarəsinin rəisi general-mayor Ari Mixayloviç Pervakovun kadrlar üzrə
müavini idi. İndi Klimenkonun fəal həyat
tərzini, savadını, bacarığını nəzərə
alaraq şərəfli və məsuliyyətli
vəzifəyə təyin ediblər. Həmin gün
Anatoli Klimenko və Ramin Məmmədov keçmiş
iş yoldaşı kimi
görüşüb bir
çox başqa
problemlərlə yanaşı milli məsələyə
də toxunurlar. Ramin Məmmədov
qeyd edir ki, milli qürur
hər bir insanın olduqca
incə, ani olaraq zədələnə
bilən və ağrılı yeridir. A.Klimenko bildirir ki, biz bunu
yaxşı dərk edirik və imkan vermirik ki, regionumuzda milli zəmində konflikt baş versin. Həmin kitabda getmış başqa bir yazıda oxuyruq ki, Ulyanovsk
şəhərində “Qolos Azerbaydjana” qəzeti
oradaki həmvətənlərimizin layiqli tribunasına çevrilib.
Şəhərdəki fəallarımız bu
dərgi vasitəsilə Azərbaycan-Qarabağ həqiqətlərini
lazımınca təbliğ edirlər.
“Moskva, Sankt-Peterburq... onlar Azərbaycandandır” toplusu bizə yeni-yeni sevindirici, dəyərli məlumatlar açıqlayır. Belə ki, müəllif Moskvada “Azərros” qəzetinin redaksiyasında Qalib Ağayevlə görüşür. Bu həmin Qalib Ağayevdir ki, Azərbaycan Politexnik İnstitutunu bitirib, sabiq Sovet İttifaqının bir çox regionlarında əmək fəaliyyəti ilə məşğul olub. Azərbaycanımızın ağır günlərində vətənə dönüb, milli azadlığımız uğrunda mübarizə aparan xalq hərəkatının cərgələrinə qoşulub, torpaqlarımızın bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak edib, Ağdam, Ağdərə istiqamətlərində gedən döyüşlərdə hərbi əməliyyatlar aparan döyüşçülər sırasına qoşulub. SSRİ idman ustası Qalib Ağayev boks üzrə yeddi dəfə Respublika çempionu adını qazanıb və Ümumittifaq turnirlərində dəfələrlə müxtəlif prizlərə layiq görülüb, Mingəçevir Boks Federasiyasının yaradıcılarından və rəhbərlərindən biri olmaqla əvvəlki uğurlarını daha da möhkəmləndirib... Hazırda Moskva vilayəti İstra şəhərində Azərbaycan milli mədəni muxtariyyatını yaradır. O, artıq ətrafına fəal soydaşlarımızı, idmançı həmyerlilərimizi birləşdirib, yerli dövlət orqanları və ictimai təşkilatlarla isti münasibətlər yaradıb, məktəbli azərbaycanlılara mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi öyrətmək üçün Bakıdan dərs vəsaiti də gətirib”.
Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 1 iyul.- S.15.