Azərbaycan diasporunun

İspaniyada formalaşma tarixi

 

Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər bir sahədə olduğu kimi diaspora sahəsində də uğurlu addımlar atıldı, dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarının formalaşma prosesi başlandı. Srvindirici haldır ki, bu gün Aropadan tutmuş Amerikaya qədər, Asiyadan uzaq Avstraliyaya qədər dünyanın hır bir nöqtəsində Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Bu gün Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də İspaniyadır.

İspanların Azərbaycana və azərbaycanlı alimlərə marağı XII-XIII əsrlərdən başlanıb. Xüsusilə, Azərbaycanın görkəmli alimi Nəsrəddin Tusinin əsərləri ispan səyyahları və alimlərinin böyük marağına səbəb olub. Xristofor Kolumbun Amerika səfərini maliyyələşdirən İspan Kralının xəzinədarı, milliyyətcə yəhudi olan Qabriel Sanxes onu pul və əşyalarla təmin edib. Qabriel Sanxesin əldə etdiyi sədəf üçün ləvazimatlar içərisinə müəllifi Nəsrəddin Tusi olan xəritə, miqyas (kompasın qədim növü) və digər astronomiya cihazları daxil idi. XV əsrdən etibarən Azərbaycan dövlətləri (Ağqoyunlu, Səfəvi) Avropa ilə müntəzəm əlaqələr saxlayırdı. İspaniya ilə də diplomatic ticari münasibətlər qurulmuşdu. Xüsusən, Şah Abbasın dövründə qarşılıqlı əlaqələr inkişaf etmiş və 1599-cu ildə Huseynəli bəyin başcəlığı ilə İspaniya Kralının hüzuruna nümayəndə göndərilmişdi. Nümayəndə heyətinə Əliqulu bəy, Oruc bəy Bayat və Bunyad bəy daxil idi. Turkiyə əleyhinə müqavilə bağlamağa gedən elçilər Xəzər dənizi, Volqa çayı, Rusiya, Skandinaviya, Almaniya, İtaliya yolu ilə gedərək İspaniyaya çıxmış və burada naməlum səbəblərüzündən xristianlığı qəbul etmişlər. İspan Kralı III Filip onları xaç suyuna salmış və Əliqulu bəyə don Filip, Bunyad bəyə don Dieqo və Oruc bəyə isə Don Juan adı vermişdi. Bu elçilər xristianlığı qəbul etdikdən sonra İspaniya və Avropada öz müsbət keyfiyyətlərinə görə tanınmış və sevilmişlər. 1604-cu ildə isə ölkənin o zamankı paytaxtı Valyovildə Azərbaycan Səfəvi dövlətinə aid kitabın nəşr olunmasında Oruc bəyin rolu böyük olur. İspaniyaya soydaşlarımızın mühacirəti XIX əsrin sonu - XX əsrin əvvəllərində daha kütləvi şəkil alır. Avropadan mühacirət edən azərbaycanlılar İspaniyanın paytaxtı Madriddə və digər şəhərlərdə məskunlaşırlar. II dunya muharibəsindən sonra da xeyli sayda soydaşımız İspaniyada məskunlaşmalı olur. 1991-ci il dövlət müstəqilliyimiz elan edildikdən sonra İspaniya ilə iki tərəfli diplomatik münasibətlər qurulur və hazırda ticari, iqtisadi, diplomatik sahələrdə əlaqələrin intensiv şəkildə inkişaf edir. Son statistik məlumatlara əsasən İspaniyada yaşayan azərbaycanlıların təqribi sayı 5 minə yaxın göstərilir. Hazırda İspaniyada məhdud sayda Azərbaycan cəmiyyət və ya təşkilatı fəaliyyət göstərir. Bunlardan biri də “Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətidir. “Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti İspaniyanın Valensiya şəhərində yaradılıb. Təşkilatı Valensiya şəhərinin qubernatorluğu qeydə alıb. Cəmiyyətin məqsədi Azərbaycanı İspaniyada tanıtmaq, ispan və Azərbaycan xalqları arasında əlaqələri  möhkəmləndirmək, eyni zamanda, bu şəhərdəki  soydaşlarımızın İspaniya ilə daha yaxından tanışlığını təmin etməkdir. “Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti, həmçinin, bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan icmaları, eləcə də başqa xalqların diaspor  təşkilatları ilə əlaqələri var. “Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin rəhbəri Gülnarə Xanbabayevadır. O  həmçinin, CF Baku de Valencia ispan futbol klubunun yeganə qadın prezidentidir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 4 iyul.- S.15.