Hər bir
dövlət öz diasporunun
səmərəli fəaliyyətinə
çalışır
Əvvəli
ötən sayımızda
Fəlsəfə doktoru
Rövşən Raqifoğlu özünün “Kataklizm diasporu, diaspor növlərinin
elmi izahi” adlı elmi məqaləsində Azərbaycan diasporunun hazırkı durumu,
xarici ölkələrdəki
soydaşlarımızın fəaliyyətinə də yer ayrılıb.
Müəllifin yazdığına görə
təcrübə göstərir ki, Azərbaycan diasporunun aktiv
hissəsini əvvəllər müstəqil respublikada
yaşamış, sonra isə müxtəlif səbəblər
üzündən xaricə uz tutmuş soydaşlarımız
təşkil edir: “Kataklizm diasporumuz, başqa sözlə, məcburi
şəkildə və ya könüllü olaraq müstəqil
Azərbaycan Respublikasından kənarda yaşayan, yəni uzun
illər məskunlaşdığı və hətta
xalqımızın imperiyanın əsarətindən
qurtulmasından sonra belə yaşadığı ərazini tərk
etmək istəməyən soydaşlarımız arzuolunan səviyyədə
aktivlik nümayiş etdirmir, sakit həyat tərzinə
üstünlük verirlər. Mütəxəssislərin
fikrincə, kataklizm diasporu
nümayəndələrinin bir qədər
passiv fəaliyyəti onların yerli mühitə daha çox bağlılığı,
yaşadıqları ölkənin adət - ənənlərinə,
həyat tərzinə uyğunlaşmalarıdır. Odur ki, bu
tip diasporların fəaliyyətində
çətinliklər daha böyük
və daha çox olur. Çətinliklər isə həm də
psixoloji amillərlə
bağlıdır. Belə ki,
uzun illər imperiya əsarətində
yaşayan və sonradan
ya inqilab, ya siyasi çəkişmələr,
yaxud dövlət çevrilişləri
nəticəsində müstəqillik qazanan
xalqların özünü sərbəst,
azad, imperiyadan qurtulmuş kimi hiss etməsi üçün
xeyli vaxt
lazımdır. Həmin vaxt çərçıvəsində
onlar özlərinin müstəqil
dövlətə, dilə, vahid pul sisteminə və nəhayət, ümummilli mənafe, vahid
strategiya və dövlətçilik
prinsiplərinə malik olduqlarını dərk
edir, müstəqil düşünməyi
öyrənirlər. Bəzi xalqlar bu keyfiyyətləri tez, bəziləri
gec əxz edir”.
Rövşən Raqifoğlu yazır ki, kataklizm diasporunun
fəaliyyətinə mane olan
digər amil ölkənin yerli
mühiti və rejimin
yaratdığı imkanlardır. Bu cür diasporlar tarixən
yaşadığı əraziyə bağlı
olduqlarından və həmin ölkəni tərk etmək istəmədiklərindən
geniş seçim
imkanına malik olmur və
bu ölkənin qanunları çərçivəsində
çalışmaq məcburiyyətində qalırlar: “Müasir dövr tarixi ərazilərimizdə yaşayan
cənublu soydaşlarımız de-fakto diaspor sayılmasa da, de-yure başqa bir ölkənin tərkibindədirlər və
bu üzdən onları da
kataklizm diasporu hesab etmək olar. Bu gün İranda
təxminən 30 milyondan çox
azərbaycanlı yaşayır ki,
onların da çox az bir hissəsi fars şovinizminə, vətəndaşlıq
hüquqlarının pozulmasına qarşı mübarizə
aparır. Soydaşlarımız müxtəlif
illərdə söz və fikir azadlıqlarının müdafiəsi, sərbəst
toplaşmaq azadlığının təmin
olunması uğrunda etiraz
aksiyaları keçirsələr də, yerli
güc strukturlarının və rejimin ciddi müqaviməti
ilə üzləşiblər. Daha aktiv fəaliyyəti ilə seçilən həmvətənlərimiz
isə xüsusən Avropa ölkələrinə
üz tutmaqla ideoloji fəaliyyətlərini qürbətdə
davam etdirmək məcburiyyətində
qalırlar. Onlar mübarizənin daha effektli və sistemli aparılması üçün
Dünya Azərbaycanlıları Konqresi (DAK), Bütöv
Azərbaycan Birliyi (BAB), Cənubi Azərbaycan
Milli Azadlıq Hərəkatı (CAMAH) kimi önəmli təşkilatların
yaranmasına nail olublar.
Həmin təşkilatların əsas məqsədi Gülüstan və Türkmənçay sülh müqavilələrindən əvvəl
mövcud olmuş Azərbaycan
torpaqlarının qaytarılması və bütöv
Azərbaycan Respublikasının yaradılmasıdır. Bura azərbaycanlıların
tarixən yaşadığı, hazırda isə Ermənistanın işğalı altında olan Qərbi Azərbaycan, İran
respublikasının ərazisi sayılan Cənubi Azərbaycan,
Gürcüstan respublikasının tərkibində
olan Aşağı Kartlinin
tam, Kaxetiyanın isə bir
hissəsi, Rusiyanın tərkibində olan
Dağıstanın cənubu və İraqın bir hissəsi daxildir. Göründüyü kimi,
çoxsaylı problemlərə baxmayaraq,
kataklizm diasporu
dövlətçilik prinsipləri uğrunda
mübarizədə kifayət qədər böyük
güc, potensial təsir
qüvvəsinə malikdir. Lakin həmin gücdən yetərincə yararlanmaq üçün
diaspor nümayəndələri ilə sistemli iş aparmaq, onların vahid fəaliyyət
proqramı çərçivəsində
çalışmasını, Vətənlə daim əlaqədə olmasını təmin
etmək zəruridir. Bu istiqamətdə
atılan hər bir uğurlu
addım isə diaspor təşkilatlarının
daha da
formalaşması, istər say, istərsə
də keyfiyyət baxımından konkret nəticələrin
əldə olunması anlamına gəlir. Bu
da təsadüfi deyil.
Belə ki, hansı tarixi şəraitdə və siyasi
mühitdə yaşamasından asılı olmayaraq,
şüur, əqidə və mənən
Vətənə bağlı olan, Vətən
təəssübü ilə yaşayan diasporlar öz aktivliyi, səmərəli işi,
ictimai-siyasi dəyərləri ilə
ölkəsinə daha çox
fayda gətirir. Məhz buna görə də, hər bir
dövlət öz diasporunun
vahid proqram, düzgün struktur və
düşünülmüş siyasi xətt üzrə səmərəli fəaliyyətinə
çalışır. Bunu reallaşdırmaq nə dərəcədə mümkün olur və ya güclü təsir
gücünə malik diaspor
yaratmaq istəyi nə dərəcədə
uğurlu alınır, bu,
artıq həm dövlətdən, həm də diaspordan asılıdır. Yalnız
qarşılıqlı əməkdaşlıq və məqsədyönlü
iş birliyi nəticəsində
hər hansı məqsədə nail olmaq mümkündür”.
Qeyd edək ki,
Rövşən Raqifoğlu “Kataklizm diasporu, diaspor növlərinin elmi
izahi” adlı elmi məqaləsində
aşağıdakı ədəbiyyatlardan istifadə edib.
1. Məmmədov R., Azərbaycan
diasporu və milli mətbuat, Bakı, Qartal, 2004
2. Ïîïêîâ Â.Ä., Ôåíîìåí ýòíè÷åñêèõ
äèàñïîð, Ìîñêâà, ÈÑ ÐÀÍ, 2003
3. Barclay, John M. G., (ed.), Negotiating Diaspora: Jewish Strategies
in the Roman Empire, Continuum International Publishing Group, 2004
4. www.tovievich.ru
5. www.nr2.ru
6. www.karabagh.com
7. www.khojaly.net
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 4 iyul.- S.15.