Norveçdə Azərbaycan
diasporu
Azərbaycan diasporunun
fəaliyyət göstərdiyi ölkələrdən biri də Norveçdir.Burada
da təqribən 3 minə yaxın
soydaşımız yaşayır. Əsasən XX əsrin əvvəllərindən
bu gunə qədər buraya
köçən azərbaycanlı Norveçə məxsus adalarda yaşayırlar. Norveç
dövlətinin daxili qanunvericiliyi
bura köçən ilk
mühacirlərə iri şəhərlərdə
yaşamaq imkanı vermir.
Norveç-Azərbaycan arasında münasibətlərin
günü-gündən inkişaf etməsi
buradakı soydaşlarımızın fəaliyyətinə ciddi təsir gostərir. Norveç Mədəniyyət Nazirliyinin
təşəbbusü ilə norveçli
musiqiçilər Bakıda, azərbaycanlı müğənnilər
isə Osloda konsert
proqramları ilə çıxış edirlər. Bu ölkədə uğurlu
fəaliyyət göstərən diaspor təşkilatlarından
biri Norveç Azərbaycanlıları
Gənclər Təşkilatıdır.
Norvec Azərbaycanlılarının Gənclər
Təşkilatı 2005-ci ildə Norveçdə
yaradılıb. Beş nəfərdən ibarət idarə heyyəti
olan NAYO
dünyəvi, sivil, qeyri-siyasi
və gəlir əldə etmək məqsədi olmayan bir təşkilatdır.
Bizim təşkilatın əsas məqsədi
orada yaşayan azərbaycanlıların
Norveç ictimaiyyətinə inteqrasiya olunmasında yardımcı olmaq, onları təşkilatlandırmaq,
hüquqlarını müdafiə etmək və sosial problemlərinin həlli istiqamətində
işlər görməkdir. Azərbaycan
xalqının mədəniyyətini, tarixini,
problemlərini və nailiyyətlərini çatdırmaqla
yanaşı, iki
ölkə arasında dostluq əlaqələrini
möhkəmləndirmək, iqtisadi, elmi və mədəni əlaqələrin
inkişafına dəstək verməklə dostluq
və əməkdaşlıq körpüsü rolunu oynamaqdır.
NAYO təşkilatı həm Norveçdə, həm də xaricdə
davamlı olaraq müxtəlif mövzularda tədbirlər,
layihələr həyata kecirir. Ən böyük layihələrdən biri kimi Norvecçin
Beynəlxalq Əlaqələr İnstitutunda
"Azərbaycanın Cənubi Qafqazda geosiyasi rolu" mövzusunda seminarı göstərmək
olar. Həmin tədbirdə Norveçdə
akkreditə olan dörd
səfirliyin nümayəndəsi, parlamentin
üzvləri, QHT-lər iştirak edib. Bundan başqa
Norveçin Biznes Menecment İnstitutunda biznes təşkilatlarının
iştirakı ilə "Azərbaycanın yüksələn
iqtisadiyyatında investisiya
imkanları" mövzusunda biznes-forum təşkil edilib.
NAYO-nun layihələri üç
hissəyə bölünür. Belə ki, tədbirlərdə ilk olaraq Azərbaycanın
potensialı, neft strategiyası, regionda mövqeyi, daha sonra isə
Dağlıq Qarabağ problemi,
Xocalı faciəsi və ermənilərin törətdiyi digər
vəhşiliklər, nəhayət, sonda tibbi və Azərbaycanın turizm
potensialını əks etdirən kitablar
təqdim edilir. NAYO Azərbaycan diaspor təşkilatları içərisində
şəbəkəsi olan yeganə təşkilatlardandır.
Norveç Azərbaycanlıları Gənclər
Təşkilatının sədri Ramil
Əliyevdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 5-7 iyul.- S.15.