Moldovada Azərbaycan
diasporunun formalaşma tarixi
Azərbaycan
diasporunun fəaliyyət göstərdiyi ölkələrdən
biri də Moldovadır. Moldovada təxminən 6 mindən
çox soydaşımız yaşayır. Azərbaycanlıların
bu ölkədə məskunlaşması XX əsrin ilk
onilliyindən başlayıb. Azərbaycanlılar Moldovaya
işləmək və təhsil almaq üçün
köçürdülər və bu proses xüsusilə XX əsrin 60-80-ci illərində
daha intensiv xarakter aldı. Moldovanın Kişinyov başda
olmaqla, digər şəhər və rayonlarına səpələnən
azərbaycanlıların əsas iş yerləri ticari obyektlər
və elm təhsil müəssisələri idi. Burada 1993-cu ilə
qədər pərakəndəlik və passivlik var idi.
Artıq bu tarixdən etibarən təşkilatlanmaq, Vətənlə
əlaqə qurmaq, birləşmək fikri tez-tez
soydaşlarımız arasında səslənməyə
başladı. İlk zamanlar təbliğat sahəsində bir
sıra uğurlar əldə edən Moldova azərbaycanlıları
"Araz" adlı qəzet nəşr edirdilər. Moldova dovlət televiziya
kanallarında, radio proqramlarında və
qəzetlərdə Azərbaycan və azərbaycanlılar barəsində
bir sıra məlumatlarda dərc olunub və yayımlanmışdı.
Hazırda Moldovada bir neçə Azərbaycan
diaspor təşkilatı fəaliyyət göstərir.
Bunların içərisində Moldova Azərbaycanlıları
Konqresi ən böyük təşkilatdır. Konqresin azərbaycanlılar
yaşayan regionlarda bölmələri fəaliyyət göstərir.
Moldova Azərbaycanlıları Konqresi 2001-ci ildən Kişinyov şəhərində
fəaliyyət göstərir. Moldova Azərbaycanlıları
Konqresinin Moldovada yaşayan bütün azərbaycanlıların
vahid ideya ətrafında birləşməsi,
soydaşlarımızla əlaqələrin genişləndirilməsi,
onlar arasında birlik və həmrəylik hisslərinin
gücləndirilməsində müstəsna rolu var. Moldovada
yaşayan soydaşlarımız daim bəşəri dəyərlərin
və mütərəqqi milli ənənələrimizin,
dilimizin, mədəniyyətimizin daşıyıcısı
olmuş, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında öz fəallıqları ilə
seçilmişlər. Hazırda MAK-ın nəzdində Azərbaycan
dilini və tarixini tədris edən “Həftəsonu” məktəbi
fəaliyyət göstərməkdədir. Bununla
yanaşı, MAK-da Azərbaycan mədəniyyətini və
musiqisini təbliğ edən rəqs ansamblı da
yaradılmışdır. MAK-ın mətbu orqanı
olan“Araz” qəzeti isə buradakı Azərbaycan diasporunun həyatı
ilə bağlı yenilikləri, habelə Azərbaycanda gedən
sosial-iqtisadi inkişaf prosesləri ilə bağlı məlumatları
yerli ölkə ictimaiyyətinə çatdırır.
Konqres Mərkəz, Cənub, Şimal, Şərq və Qərb
regionları olmaqla 5 regional təşkilatı özündə
birləşdirir. Moldova Azərbaycanlıları Konqresinin sədri
Vuqar Novruzovdur. Vuqar Novruzov Moldova Prezidenti tərəfindən
"Gloria Muncii" ordeni, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən isə 2011-ci
ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Moldovadakı Azərbaycan diasporunun rəhbəri millətlərarası
dostluğun möhkəmləndirilməsi, inkişafı və
milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi
sahəsində, həmçinin, məhsuldar təşkilati və
ictimai fəaliyyətinə görə bu yüksək
mükafatlara layiq görülmüşdü. Moldovada fəaliyyət
göstərən digər diaspor təşkilatı “Araz” Cəmiyyətidir.
1991-ci ildə Kişinyov şəhərində fəaliyyətə
başlayan “Araz” Cəmiyyəti Moldova azərbaycanlılarının
sosial hüquqlarının
müdafiəsi, Azərbaycanla Moldova arasında əlaqələrin
inkişaf etdirilməsi ilə məşğul olur. “Araz” qəzeti
məhz bu Cəmiyyətin himayəsi ilə nəşr edilməkdədir.
“Azəri” Mədəniyyət Mərkəzi 1995-ci ildə
Kişinyov şəhərində yaradılmış “Azəri”
Mədəniyyət Mərkəzi Moldovada Azərbaycanın mədəniyyətinin,
dilinin, elminin təbliği istiqamətində fəaliyyət
gostərir. Moldova-Azərbaycan Əməkdaşlıq Cəmiyyəti
2000-ci ildə Kişinyov şəhərində təsis
edilmiş Moldova-Azərbaycan Əməkdaşlıq Cəmiyyəti
iki dövlət arasında hərtərəfli əlaqələrin
qurulması və inkişaf etməsi üçün
prinsipial mübarizə aparır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 8 iyul.- S.15.