Diaspor Komitəsinin

12 illik uğurlu fəaliyyəti

 

Azərbaycan müstəqillik qazandıqdan sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi dövlət qurumunun yaradılması zərurətini yaratdı. Bu zərurət nəticəsində ümummilli lideür Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli müvafiq fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis olundu. Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında duran əsas məqsədlər xaricdəki soydaşlarımızın təşkilatlanması, onlarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi idi. Ötən 12 il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının II Qurultayı, Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin Forumu, Dünya azərbaycanlılarının III qurultayı, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantıları kimi tədbirləri keçirməklə, Dünya Azərbaycanlılarının Xartiyasını hazırlamaqla qarşıya qoyulmuş ilkin məqsədlərə - azərbaycanlıların təşkilatlanmasına nail olub. Bu gün dünyanın 50-dən çox ölkəsində 462 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, bunun da yarıdan çoxu son on ildə təsis olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır ki, qurum bu sahədə məqsədyönlü fəaliyyət göstərib. Belə ki, 12 ərzində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilmiş 2500-dən artıq tədbirin yarısı məhz dünya ictimaiyyətini Qarabağ haqqında məlumatlandırmaq, erməni təcavüzünə, Xocalı faciəsinə obyektiv qiymətin verilməsinə xidmət edib. Keçirilmiş tədbirlərin böyük bir hissəsi isə mədəni irsimizin təbliği, lobbi quruculuğu və digər istiqamətlərdə olub. Bu tədbirlər ölkəmizin beynəlxalq aləmdə təbliğinə mühüm töhfələr verib, dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlığın inkişafında önəmli rol oynayıb. Məhz bu fəaliyyətin nəticəsində Birləşmiş Ştatlarda Xocalı soyqırımını tanıyan ştatların sayı 12-yə çatıb. 2013-cü ildə Evin rəsmi saytında petisiyanın yerləşdirilməsi, qısa müddətdə 125 mindən çox imza toplanması da Azərbaycan diasporunun fəaliyyətinin nəticəsi idi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirib, səmərəsini artırıb. Bundan başqa, diaspor təşkilatları hər il dünyanın bir çox ölkəsində Xocalı soyqrımı ilə bağlı müxtəlif aksiya və tədbirlərlə yerli ictimaiyyətin diqqətini bu hadisəyə yönəltməyə çalışıblar. Belə tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrinin parlament üzvləri, dövlət rəsmiləri, ictimaisiyasi xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlər keçirilib, onların bir çoxunun Azərbaycana səfərləri təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsi öz fəaliyyəti dövründə xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi işinə də xüsusi önəm verib. MDB məkanında, xüsusən Rusiyada, Ukraynada yaşayan soydaşlarımızın vətəndaş hüquqlarının etibarlı müdafiəsinin təmin olunması məqsədilə hüquq müdafiə mərkəzləri  təsis edilib. Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini həll etmək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək isə Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi diqqət ayırdığı istiqamətlərdəndir. 2008-ci ildən  Gürcüstanda fəaliyyət göstərən  Azərbaycan məktəblərində «Gürcü dili» kursları açılıb, həmin kurslar hər cür dərs vəsaiti, lüğət və digər zəruri materiallarla təmin olunub. Məhz həmin kursların açılması ilə Gürcüstanın ali məktəblərinə qəbul olunan azərbaycanlıların sayında nəzərəçarpacaq artım müşahidə olunub. Təkcə 2010-2011-ci tədris ilində Gürcüstan ali məktəblərinə qəbul olmuş 458 tələbənin 350-dən çoxuGürcü dili” kurslarının dinləyiciləri idi. Halbuki əvvəlki illərdə bu rəqəm cəmi 20 nəfər olurdu. Hazırda Gürcüstanın ali məktəblərində 1600-dən çox tələbə təhsil alır. Diasporla İş üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biritürkdilli ölkələrlə münasibətlərin inkişafıdır. Bu məqsədlə ötən müddət ərzində Bakıda türkdilli ölkələrin diaspor qurumları və təşkilat rəhbərlərinin bir neçə toplantısı keçirilib. Bu tədbirlər türkdilli xalqların diasporunun birgə fəaliyyəti, xüsusilə də türkdilli xalqları narahat edən məsələlərin dünya ictimaiyyətinə çatdırılması və müəyyən məsələlərin həlli baxımından əhəmiyyətli olub. Bu istiqamətdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan diasporunun birgə fəaliyyətini təmin etmək məqsədilə ortaq fəaliyyət strategiyası qəbul olunub. Artıq azərbaycanlıların demək olar bütün təbliğat xarakterli tədbirlərində, aksiyalarda, türkdilli ölkələrin bayraqları görünür. Hazırda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin diasporunun beynəlxalq arenada mövqeyini daha da  gücləndirmək və yaşadıqları ölkələrdə təsir dairəsini artırmaq üçün koordinasiya mərkəzlərinin qurulması prosesinə başlanılıb. Bütün bunlarla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsi nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlığa da xüsusi diqqət ayırır. Diasporla İş üzrə Dövlət Komitəsinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və nüfuzlu Madrid Klubu 2013 və 2014-cü illərdə təşkil etdiyi beynəlxalq Forumda onlarla ölkədən 200-dən artıq nümayəndə - ekspert, yüksək səviyyəli rəsmilər, sabiq dövlət və hökumət başçıları, alimlər iştirak edib. Əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ problemi olan Forum Azərbaycanın müsbət imicinin formalaşdırılması, tolerantlıq məkanı kimi tanınması istiqamətində atılmış mühüm addımlardan biri olub. Diasporla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi əhəmiyyət verir. 2013-cü il dekabrın 2-də Bakıda Dünya Azərbaycanlıların Onlayn Forumunu keçirmiş qurum bu ənənəni davam etdirmək niyyətindədir. Diasporla İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında göstərilmiş Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyası və Azərbaycan həqiqətlərinin təbliğində müasir informasiya texnologiyalarının tətbiqi, xaricdəki azərbaycanlıların inteqrasiyasının sürətləndirilməsi, digər xalqların diasporları ilə əməkdaşlığın inkişaf etdirilməsi, türk dünyasının birliyi ideyalarının yayılması və həyata keçirilməsi, lobbi quruculuğu istiqamətlərində öz fəaliyyətini davam etdirir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 8 iyul.- S.15.