Oxucu zövqü ilə mübahisə etmək ağılsızlıqdır”

 

“Zəmanəyə görə yaşayanlar tarixə görə elə tez yaddan çıxırlar ki…”

 

Müsahibimiz şair, nasir, tərcüməçi Əyyub Qiyasdır.

 -Uzun illərdir ki, ədəbi cameənin içindəsiniz. Ədəbiyyat ümumilkdə sizin üçün nə deməkdir?

-İndi mən deyim ki, ədəbiyyat mənimçün həyatımın ayrılmaz bir hissəsidir, ədəbiyyat mənimçün duyğularımın, xəyallarımın ifadəsidir, ədəbiyyat mənimçün bədii təsir vasitəsidir, filan... Bu saydıqlarımın hamısı düzdür. İlk əvvəl ədəbiyyatla məşğul olmağa başlayanda bu hisslər yazıçının əsas hədəfi olur. Amma bir halda ki, özünüz dediyiniz kimi uzun illərdir ədəbi cameənin içindəyəm və söhbət peşəkardan gedirsə, bu gün ədəbiyyat mənim işimdir. Necə ki, müəllim, həkim, mühəndis, mühasib var və necə ki, onlar öz sahələri üzrə peşəkarlar hesab edilirlər, bu gün mən də ədəbiyyatla məşğul olan peşəkar yazıçıyam. Hər gün öz işimlə məşqul oluram.

-Müasir ədəbi prosesi yaxından izləyirsinizmi?

-Bacardığım qədər izləməyə çalışıram. Bunsuz mümkün deyil. Həm ölkədə, həm də dünyada gedən ədəbi prosesləri izləmədən peşəkar olmaq olmaz. Amma fiziki cəhətdən bütövlükdə hər bir təzə əsəri oxumaq imkanszdır. Bütövlükdə götürdükdə isə mən özümü bu prosesləri izləyənlərin önündə hesab edirəm.

-Gənclər arasında bəyəndiyiniz imzalar varmı?

-Əlbəttə var. Çağdaş ədəbi gəncliyin içində özünü təsdiq edən imzalar az deyil. Onları arasında dostluq etdiklərim də var, kəhardan izlədiklərim də. Amma təəssüf ki, bir-iki kitabdan sonra ədəbi istedadı tükənən imzalar da var. Ətrafları, əhatə olunduqları ədəbi mühitdə düşünülmüş şəkildə içkiyə qurşandırılaraq məhv edilən istedadlı gənclər də... yox deyil...

-Həm şair, həm nasir, həm də tərcüməçi kimi çoxşaxəli fəaliyyət göstərirsiniz? Bütövlükdə bu üçlükdən hansını özünüzə daha çox doğma hesab edirsiniz?

-Nəsri. Mən nasirəm. Özümə heç vaxt şair deməmişəm. Kimsə məni arada şair kimi təqdim etdikdə düzü, utanıram.

-Necə düşünürsünüz, indiki romançılığın zəif, (daha dəqiq desək öncəki dövrlə müqaisədə) təsir bağışlaması nə ilə bağlıdır?

-Mən deməzdim ki, indiki romançılıq öncəki romançılıqdan zəifdir, əksinə indiki romançılıq daha dinamikdir, daha azaddır. Sadəcə bu janra yanaşma düz deyil. Bizim cəmiyyətdə isə tamamilə düz deyil. “NEO ROMANÇILIQ” köhnənin üstündən xətt çəkmək və ağlına gələni yazıb onu roman adı ilə sırımaq deyil. Ucuz ədəbiyyatçılıq xatirinə nəsə yazmaqonu tezbazar çap etdirib imza günü keçirmək də deyil. Bu sahədə ciddi olmaq lazımdır. Məsələn xatirə dəftəri janrında yazılar yazıb roman adı ilə oxucuya təqdim edən imzalar da var bizim cəmiyyətdə. Və onların kifayət qədər də oxucuları var. Bu çox normal bir şeydir. Oxucu zövqü ilə mübahisə etmək ağılsızlıqdır. Şəxsən mən daha ciddi ədəbiyyat tərəfdarıyam, hansı ki, orada oxucu olaraq bütün kateqoriyaların zövqü və marağı nəzərə alınsın. Yeddidən yetmiş yeddiyə hər kəsin...

-Sonuncu dəfə səhv etmirəmsə, “Sonuncu büt” adlı romanınız çap olunmuşdu. Bu roman haqqında sonradan internet saytlarında maraqlı yazılar da çap olundu. Bir romançı kimi romançılığın əsas tələbini məzmunu nədə görürsünüz?

-“Sonuncü bütsonuncu çap olunan romanım deyil. Ondan sonra “Sultan körpüsüçap olundu o da çox maraqla qarşılandı. Amma nədənsə mənim oxucum daha çoxSonucu büt”ün üstündə qaldı. O ki romançlığın əsas tələbinə, bundan əvvəlki sualda da buna qismən cavab verməyə çalışdım, yenə təkrar edirəm: ucuz yazı yazmağın, ucuz mətnçiliyə qaçmağın, ədəbi şou yaratmağın qəti əleyhinəyəm. Məsələn, olur ki, gənclərdən biri mənə çap olunmayan bir romanını göndərir ki, oxuyub fikir bildirəm, mən bacardığm qədər diqqətlə oxumağa fikilərimi bildirməyə çalışıram. Amma kitab çıxandan sonra görürəm ki, dediyim fikirlər, tapdığım qüsurlar aradan qaldırılmayıb, peşəkarlıq itib, hətta üslub səhvləri belə işlənmədən qalıb. Bu sadəcə imzaya hörmətsizlikdir. Belə çox da uzağa getmək olmaz.

-Yeni yaranan ədəbi cərəyanlara münasibətiniz necədir? Bu cərəyanları yeni ədəbi nümunələr vasitəsilə romantizm ya realizm səviyyəsinə qaldırmaq olarmı?

-Bilirsiz, yeni ədəbi cərəyan, köhnə ədəbi cərəyan deyilən bir anlayış yoxdur mənimçün. Mən yazıçıyam, tənqidçi deyiləm ki, məqsədli şəkildə yazdığımı hər hansısa bir ədəbi cərəyana siğə edim getsin. Mən sadəcə bir məqsəd olaraq yaxşı yazmaq haqqında düşünürəm. O ki qaldı romantizmə, ya da realizmə, məncə bugünün ədəbiyyatı bütövlükdə ədəbi janrların sintezindən ibarətdir. Bu sintezi peşəkarlıqla, ustalıqla etdikdə olur super.

-Bu yaxınlarda Olaylar İnformasiya Agentliyi olaraq ədəbi cərəyanlarla bağlı layihəyə yekun vurduq. Təşkil etdiyimiz tədbirlərin iştirakçısı kimi, həm tanınmış bir ədəbiyyat adamı olaraq müasir ədəbiyyatda cərəyanlaşma prosesini necə qiymətləndirirsiniz?

-Bu cərəyanlaşma qaçılmazdır. Sualınızın əvvəlində dediyim kimi, buna yanaşma düz deyil. Bunu təqdim etmək, buna münasibət düz deyil. Biz ingilis kimi, fransız kimi, amerikalı kimi yazmamalıyıq, biz özümüz kimi yazmalıyıq, öz həyat tərzmizi yazmalıyıq, öz problemlərimizi yazmalıyıq. Bəzən mən yeni romanları oxuyuram, çaşıb qalıram, tez-tez kitabın titul səhifəsinə baxıb müəllifi dəqiqləşdirməyə çalışıram. Sanki tərcümə ədəbiyyatı oxuyuram. Ədəbi dili bilmədən yazıçı olmaq gülüncüdür. Dili formalaşdırmağın yolları var: ilk olaraq folkloru oxumaq mənmsəmək. Dil qüsurları ilə yazıçı olmaq - bu dəhşətdir. O ki qaldı sizin Olaylar İnformasiya Agentliyi olaraq ədəbi cərəyanlarla bağlı layihəyəniz çərçivəsində keçirilən tədbirlərə, mən orada da dedim, bir daha təkrar edirəm ki, ədəbi mentallığı qoruyub saxlamaq lazımdır. Vulqarizmi böyük ədəbiyyat kimi təqdim etmək olmaz! yazırıqsa yazaq, buna müəllif olaraq hər birimizin haqqımız var, amma qarşı tərəfin- oxucunun haqqını unutmaq olmaz! Sizin keçirdiyiniz tədbirlər tez-tez olmalıdır daha çox imzalar toplanmılıdır elə tədbirlərə. Fikir mübadiləsi aparılmalıdır. Elə tədbirlər icitimaiyyətə daha çox çatdırılsa yaxşı olar.

-AYB-nin sonuncu qurultayı biz yazarlara (özəlliklə gənclərə) hansı perspektivləri vəd edir?

-Bu sualın quruluşu ilə razı deyiləm. AYB Azərbaycanda qələm adamlarını bir qurumda birləşdirən bir ictimai təşkilatdır. Orada heç kəsə yazmağı öyrətmirlər. Orada sadəcə olaraq reklam, təbliğat, dəstək kimi reallıqlardan bəhrələnmk olur. AYB həmişə gənclərə perspekiv üçün şərait yaradıb. Buna naxələf çıxanlar da olub, bunu dananlar da olub, ona sadiq olanlar da. Kimliyindən asılı olmayaraq ümumiyyətlə ədəbiyyat adamı bir qədər şəxsiyyət olmalıdır. Gənc oldu,yaşlı oldu fərq etməz. olsun ey, söz azadlğı var, amma gərək sözü elə deyəsən ki, özünü ifadədə qüsura yol verməyəsən. Çox vaxt AYB haqqında fikir səsləndirənlər elə yazdıqları kimi mənasız adamlar olur.

-Qarşıdakı planlarınız barədə məlumat almaq maraqlı olardı.

-Əlbəttə. Yeni romanımı bitirməyə çalışıram. Bədii film ssenarisi var, tamamlamışam, tərcümələr üzərində işləyirəm. Yəni yazı masama sədaqətim davam edir.

-Ədəbiyyata yenicə qədəm qoyan gənc yazarlara məsləhət tövsiyyələriniz?

-Təkəbbürlü olmasınlar. Ağac bar verdikcə başını aşağı salırməsəlini unutmasınlar. Dəyərlərə hörmətlə yanaşsınlar. olursa olsun, tarixdə ancaq istedadlı adamlar qalır. Zəmanəyə görə yaşayanlar tarixə görə elə tez yaddan çıxırlar ki...

 

Yeqzar Cəfərli

 

Olaylar.- 2014.- 9 iyul.- S.12.