“Litva
– Azərbaycan” Assosiasiyası-
Uğurlu diaspor təşkilatı
kimi
Litvada ən yeni tarixin
ilkin mərhələlərindən başlayaraq Azərbaycana döst
münasibət bəsləyən, Azərbaycan xalqının
haqq-ədalət səsinə səs verən və azərbaycanlılara
dövlət müstəqilliyi uğrunda
apardıqları mübarizədə tərəfdaş olan, ölkənizin ərazi
bütövlüyünü birmənalı olaraq dəstəkləyən
və xalqınızın milli-mədəni dəyərlərini
Litvada sevə-sevə yayımlayan
ziyalı şəxslər və tanınmış peşə
sahibləri olub. 1988-ci ildən etibarən
həmin şəxslərin böyük bir qismi həmçinin Litva azərbaycanlıları cəmiyyəti
ilə fəal əməkdaşlıq əlaqələri
saxlayırlar. Səkkiz il öncə isə
sözügedən azərbaycanpərəst şəxslər
Litva azərbaycanlıları cəmiyyətinin
sədri Mahir Həmzəyevin təşəbbüsü
ilə Vilnüsdə öz təşkilatlarını
yaradıblar.
Mahir Həmzəyev yazır ki, “Litva – Azərbaycan”
Assosiasiyası adlanan həmin təşkilat müstəqil
yuridik şəxs hüququna malik olan ictimai qurum olaraq 11 yanvar
2007-ci ildə Litvanın Dövlət Reyestrində qeydiyyatdan
keçib. Assosiasiyanın fəaliyyətində
80 nəfərə yaxın müxtəlif millətlərdən
olan (litvalılar, yəhudilər, ukraynalılar,
estonlar, latışlar, almanlar,
tatarlar, karaimlər, özbəklər,
gürcülər, beloruslar, macarlar, rumınlar və b.)
Litva vətəndaşları iştirak edirlər. Assosiasiyanın fəalları
sırasında tarixçilər, siyasi
icmalçılar, politoloqlar, jurnalistlər,
pedaqoqlar, din təmsilçiləri,
muzey və kitabxana
işçiləri, millət vəkilləri, ictimai
xadimlər, yazıçılar, rəssamlar və digər
yaradıcı insanlar vardır. Mahir Həmzəyev qeyd edir ki, “Litva
- Azərbaycan” Assosiasiyasının çoxşaxəli fəaliyyətinin
əsas məqsəd və vəzifələrindən biri Azərbaycan həqiqətlərinin Litvada yayımlanması ilə bağlı təbliğat
işlərini aparmaqdır: “ Bu sahədə xüsusilə önəm verilən mühüm məsələlər - Qarabağ münaqişəsi, Ermənistan -
Azərbaycan münasibətləri, onun geosiyasi səbəbləri, əsl mahiyyəti
və nəticələri, xalqınızın əsrlər boyu məruz qaldığı
haqsızlıqlar, azərbaycanlılara qarşı törədilmiş terror və
soyqırımı aktları, aparılmış etnik təmizləmələr barədə obyektiv bilgiləri Litva
ictimaiyyətinə çatdırmaq və bu
baxımdan ölkədə ictimai fikrin doğru istiqamətdə
formalaşmasına yardım göstərmək, erməni diasporu və lobbisinin uzun illərdən bəri apardığı
fəaliyyət nəticəsində ölkədə
yaranmış yanlış təsəvvürləri aradan qaldırmaq və sözügedən tarixi faciələri Litva siyasi dairələrinin müzakirəsinə
çıxarmaq, həmin faktlara hüquqi və siyasi qiymətin
verilməsi üçün
çalışmaq, Ermənistan dövlətinin
işğalçı siyasətini ifşa etmək
və beynəlxalq hüququn
hamılıqla qəbul edilmiş
normaları əsasında təcavüzkarı cəzalandırmaq
məqsədi ilə addımlar atmaq və
sairə bu qəbildən olan
vəzifələr yaradıldığı gündən
Assosiasiyanın fəaliyyət gündəmində yer tutub.
Assosiasiyanın təbliğat sahəsində həyata keçirdiyi tədbirlər mahiyyət və formalar baxımından özündə bir neçə istiqaməti ehtiva
edir. Belə ki,
azərbaycanlıların soyqırım tarixi
və Qarabağ münaqişəsi ilə
bağlı obyektiv məlumatların Litva ictimaiyyətinə
çatdırılması işində digər xalqların (litva, yəhudi, latış, eston,
ukrayna, polyak və b.) diaspor təşkilatlarının
təcrübəsindən də istifadə edilir.
Bu işdə məhz litvalı və digər
avropalı müəlliflərin əsərlərinin (oçerk, məqalə, reportaj,
icmal, rəy, müsahibə və s. çıxışların)
hazırlanıb yayımlanması daha
inandırıcı və faydalı təbliğat üsulu kimi tətbiq olunur. Təbliğat tədbirlərini
həyata keçirən zaman ən
qabaqcıl texnologiyalardan, Avropa
düşüncə və həyat tərzinə uyğun vasitələrdən istifadə edilməsinə
və müasir təbliğat
konsepsiyasına uyğun informasiya
üsullarının tətbiq olunmasına üstünlük
verilir. Assosiasiya
bu sahədə daha optimal və ən yeni təbliğat
üsullarını işləyib hazırlamaq üçün
daima yaradıcılıq
axtarışları aparır. Assosiasiya
2007-ci ildən başlayaraq Litva azərbaycanlıları cəmiyyəti
ilə birgə bu yönümdə bir sıra yaddaqalan təbliğat
və təşviqat tədbirləri həyata keçirib.
Tədbirlər müxtəlif yerlərdə, və
o cümlədən Litva
Respublikası Seyminin Konstitusiya
zalında və Seymdə Avropa
İttifaqı informasiya mərkəzinin konfrans zalında, Vilnüsdə Litva Genosid muzeyində,
ELTA xəbərlər agentliyinin mətbuat
konfransı zalında, Litva Milli İcmalar Evində, Vilnüs Tolerantlıq mərkəzində, Varena rayonunun mərkəzi
kitabxanasında, Kaunasda Mayronis
adına ədəbiyyat muzeyində, Vilnüsdə M. K. Çürlyonis adına Milli
incəsənət məktəbində və digər yerlərdə
təşkil edilib. Assosiasiyanın
üzvlərindən Vitaliyus Karakorskisin, İmantas
Melyanasın, Arvidas Banyulisin,
Tomas Çivasın, Ramunas
Trimakasın, Aras Lukşasın, Aydanas Praleykanın, Gintaras
Visotskasın Ermənistan – Azərbaycan münasibətləri
və Qarabağ münaqişəsi mövzusunda hazırladıqları tarixi oçerk və sənədli
məqalələr, icmal, müsahibə
və digər publisistik yazılar Litva və Azərbaycan mediasında yer alıb, litvalı müəlliflərin
çıxışları həm də ictimai
radio və milli televiziya kanalları ilə yayımlanıb. Assosiasiya fəallarının
səyləri ilə 2009-cu ildə Vilnüsdə “Genocidas ir Rezistencija”
adlı elmi jurnalda litvaca çap edilib “Azərbaycan xalqının
soyqırımı (1905-1994)” tarixi öçerki Baltik
ölkələrində bu mövzuda işıq üzünü
görmüş ilk elmi əsər olaraq Litvada, Azərbaycanda, Ermənistanda, Rusiyada və digər ölkələrdə
böyük rezonans doğurub. Yuxarıda göstərilən
litvalı müəlliflərdən bəziləri Azərbaycan
Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin xətti
ilə xarici ekspertlər qismində 2010-cu
ildə Azərbaycana dəvət edilib, burada Xocalı faciəsi ilə bağlı
keçirilən tədbirlərdə, AMEA Tarix
İnstitunda, İnsan
Hüquqları İnstitutunda və
digər ictimai-elmi dairələrdə təşkil
edilmiş görüşlərdə məruzələr
oxuyub və KMV ilə
çıxışlar ediblər. Assosiasiyanın
Prezidenti, Litva tarixçisi İmantas
Melyanasın “Erməni məsələsi və ondan qaynaqlanan erməni – türk qarşıdurmasının tərkib
hissələrinə baxış” adlı elmi
məqaləsi Azərbaycan Respublikası Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzinin
„Analitik baxış“ analitik
informasiya məcmuəsinin 2010-cu ilin may ayında çapdan çıxmış sayında dərc
edilib“. Mahir Həmzəyev
yazır ki, Assosiasiya
fəallarının böyük qismi faktiki olaraq
Azərbaycanın ərazi bütövlüyü
prinsipi əsasıında birləşərək
Azərbaycan ideyası uğrunda
mübarizə aparırlar: „Qeyd etmək
istərdik ki, „Litva -
Azərbaycan“ Assosiasiyası və Litva azərbaycanlıları
cəmiyyətinin birgə məqsədyönlü fəaliyyəti
nəticəsində 2007 - 2009-cu illərdə Litvada
erməni təbliğat mərkəzinin monopoliyası
dağıdılıb. „Litva – Azərbaycan“ Assosiasiyası və Litva
azərbaycanlıları cəmiyyətinin təşkil etdiyi birgə təbliğat tədbirləri
sayəsində, mediada apardığı
maarifləndirmə işləri nəticəsində və bir yerdə hazırladıqları elmi-populyar əsərlərin ictimai-siyasi,
elmi və mədəni dairələrdə
yayımlanması hesabına Litvada erməni
lobbisinin fəaliyyətini zərərsizləşdirmək
üçün nəzərəçarpan
zərbələr vurulub. Assosiasiya fəallarının
Qarabağ münaqişəsi barədə
real bilgilərin Litvada
yayımlanması işinə göstərdikləri intellektual və informasiya
dəstəyi nəticəsində bu mövzu ölkənin mediasında və ictimai-siyasi dairələrində daima diqqət mərkəzində saxlanılır.
Bu gün Assosiasiya və Litva azərbaycanlıları
cəmiyyətinin rəyi hesaba
alınmadan heç bir
ciddi Litva təşkilatı
həmin mövzunu gündəmə
salmır. Son vaxtlar isə Litvada
erməni təbliğat mərkəzi bir
neçə il bundan
öncə itirdiyi mövqeləri inadla geri qaytarmağa
çalışır. 8 noyabr 2011-ci ildə
Litvada Ermənistan Respublikasının Səfirliyi
fəaliyyətə başladıqdan sonra
xüsusilə başqa vəziyyət
alıb. Səfir Ara Ayvazyan təcrübəli və
bacarıqlı Ermənistan diplomatı olaraq
Litvadakı erməni diasporunu və erməni
əsilli iş adamlarını, bəzi
jurnalistləri və politolqları, bir
sıra Litva millət vəkillərini və
digər ermənipərəst qüvvələri səfərbər
edə bilib. Bu
qüvvələr Litvanın parlamenti də
daxil olmaqla ölkənin
siyasi və ictimai-mədəni dairələrində,
həmçinin mediasında eyni geosiyasi və ideoloji
müstəvidən çıxış edirlər. Litvada yaşayan Araik Tunyan, Marat
Sarkisyan və Karen Babayan adlı iş
adamları başda olmaqla
bu ölkədə fəaliyyət
göstərən erməni biznesmenləri təbliğat tədbirlərinə
nəzərəçarpan dərəcədə maliyyə dəstəyi
verirlər. Belə fəaliyyətin nəticəsi olaraq 26 fevral 2013-cü ildə
Seymin deputatları Dalya
Kuodite və Algis Kaşeta başda olmaqla ölkənin bir
sıra millət vəkilləri Litva
Respublikasının Seymində „Dağlıq Qarabağla
Parlament dostluq qrupu“ yaradıblar. Bir neçə zamandır ki, Litva siyasətçiləri
və ermənipərəst qüvvələrin təşəbbüsü
ilə Litva Respublikasında keçirilən
ictimai-siyasi və mədəni tədbirlərə
„Dağlıq Qarabağ
Respublikası“nın „rəhbərləri“ də dəvət olunurlar. Məsələn,
Xocalı qırğınının 21-ci ildönümü
günündə - 26 fevral 2013-cü ildə
Litva - Ermənistan Forumu,
Ermənistan Səfirliyi və Litva - Ermənistan
parlamentlərarası işçi qrupunun təşkilatçılığı
ilə Litva Respublikasının Seymində
keçirilmiş beynəlxalq konfransda „Dağlıq Qarabağ
Respublikasının Xarici işlər
naziri“ Karen Mirzoyana məruzə etmək üçün
siyasi tribuna verilib. Həmin Konfransda
„Dağlıq Qarabağ Respublikası“ ilə
Litva Seymi arasında rəsmi
şəkildə təməli qoyulmuş
əlaqələri daha yaxın siyasi müstəviyə keçirmək barədə
təkliflər olunub və planlar cızılıb“.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 11 iyul.- S.15.