Diaspora sahəsində möhkəm
hüquqi baza mövcuddur
Azərbaycan diasporunun uğurlu fəaliyyət gstərməsinə
təsir edən amillərdən biri də
bu sahədə möhkəm qanunvericilik bazasının olmasıdır.
Dövlət müstəqilliyinin bərpasından keçən
dövr ərzində imzalanan
fərman və sərəncamlar, qanunvericilik
aktları diaspor sahəsinə dövlətin
nə qədər diqqət ayırdığını ortaya qoyur. Diaspor
sahəsində qəbul edilmiş mühüm sənədlərdən biri də Azərbaycan Respublikasinin
Diasporla İş
üzrə Dövlət Komitəsi Haqqinda
Əsasnamənin qəbul edilməsidir. Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli Fərmanı ilə
təsdiq edilmiş əsasnamə
öz-özlüyündə möhkəm hüquqi
baza rolunu
oynayır.
Əsasnamədə qeyd olunur ki, Diasporla
İş üzrə Dövlət Komitəsi diasporla iş
sahəsində dövlət siyasətinin həyata
keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar,
eləcə də onların təsis etdiyi diaspor təşkilatları,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporları ilə əlaqələrin
genişləndirilməsini və inkişaf etdirilməsini,
dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının
bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini
təmin edən mərkəzi icra hakimiyyəti
orqanıdır. Komitə
öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərar və sərəncamlarını və bu
Əsasnaməni rəhbər tutur. Qurum öz vəzifələrini yerinə yetirərkən
və hüquqlarını həyata keçirərkən digər
icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə
orqanları, qeyri-hökumət təşkilatları, Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurası, Azərbaycan
Respublikasının xarici ölkələrdəki
diplomatik nümayəndəlikləri,
xaricdə yaşayan azərbaycanlılar,
eləcə də onların təsis etdiyi
diaspor təşkilatları, habelə Azərbaycana
dost münasibət bəsləyən digər
xalqların diasporları ilə qarşılıqlı əlaqədə
fəaliyyət göstərir. Diasporla Iş üzrə Dvlət Komitəsi diasporla iş sahəsində
vahid dövlət siyasətinin
formalaşdırılmasında iştirak
edir və bu siyasətin
həyata keçirilməsini, diasporla iş sahəsinin inkişafını təmin
edir; Dövlət Komitəsi həmçinin beynəlxalq
hüququn qəbul edilmiş
prinsip və normalarına, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun
olaraq, eləcə də müvafiq
xarici dövlətlərin qanunvericiliyi
nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata
keçirilməsinə və onların öz
milli varlığını
yaşatmasına və inkişaf etdirməsinə,
ana dilini öyrənməsinə
və tətbiqinin genişləndirilməsinə, habelə Azərbaycana
dost münasibət bəsləyən digər
xalqların diasporları ilə əlaqələr qurmasına
və inkişaf etdirməsinə köməklik
göstərir. Xaricdə yaşayan
azərbaycanlıların, eləcə də onların təsis
etdiyi diaspor təşkilatlarının,
habelə Azərbaycana dost münasibət
bəsləyən digər xalqların diasporlarının Azərbaycan
Respublikasının dövlət orqanları və
qeyri-hökumət təşkilatları ilə əlaqələr
qurmalarına və inkişaf etdirmələrinə,
Azərbaycan Respublikasının daxili və
xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni
həyatı haqqında düzgün informasiya almalarına şərait yaradır; Diasporla İş üzrə Dövlət Komitəsi
xaricdə yaşayan azərbaycanlıları,
eləcə də onların təsis etdiyi
diaspor təşkilatlarını, habelə
Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporlarını Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi,
sosial və mədəni inkişafına,
cəmiyyətin və dövlətin siyasi
həyatına, habelə Azərbaycan Respublikası ilə digər
dövlətlər arasında qarşılıqlı surətdə
faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb edir; Komitə beynəlxalq hüquq normalarına və müvafiq
dövlətlərin qanunvericiliyinə uyğun
olaraq xaricdə yaşayan
azərbaycanlıların milli-mədəni muxtariyyətlər
və ictimai birliklər yaratmaq
hüququnun həyata keçirilməsinə
yardım göstərir; Bütün bunlarla yanaşı qurum
xaricdə yaşayan azərbaycanlıların
vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini,
qiymətləndirilməsini və bu məqsədlə
xüsusi məlumat bankının
yaradılmasını təmin edir;
qanunvericiliklə müəyyən edilmiş
digər istiqamətlərdə fəaliyyət göstərir.
Diasporla İş üzrə Dövlət
Komitəsi xaricdə yaşayan azərbaycanlılara,
onların yaratdıqları qurumlara, kütləvi informasiya
vasitələrinə beynəlxalq hüquq normaları çərçivəsində
öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini,
milli-mənəvi dəyərləri mənimsəmək,
yaşatmaq və inkişaf etdirmək, eləcə də Azərbaycana
dost münasibət bəsləyən digər xalqların
diasporları ilə əlaqələr qurmaq, onların təcrübəsini
öyrənmək məqsədi ilə müxtəlif
yönlü təşkilati, informasiya, maddi və mənəvi
yardım göstərmək, Azərbaycan Respublikasında həyata
keçirilən müstəqil, hüquqi və dünyəvi
dövlət, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi,
ictimai-siyasi və mədəni inkişaf haqqında xarici
ölkələrdə yaşayan həmvətənləri,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporlarını məlumatlandırmaq,
dövlət proqramlarının və inkişaf
konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri
daxilində təmin etmək, digər icra hakimiyyəti
orqanlarının diaspor işi ilə bağlı fəaliyyətini
əlaqələndirmək istiqamətində fəaliyyət
göstərir. Bundan başqa qurum Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
həyata keçirilməsini öz səlahiyyətləri
daxilində təmin etmək, dünya azərbaycanlılarının
mənəvi birliyinə və həmrəyliyinə xidmət
edən ümummilli ideyaları, milli-mənəvi
dəyərləri
sistemləşdirmək, onların Azərbaycan
Respublikasının vətəndaşları və xarici ölkələrdə yaşayan
soydaşlarımız arasında yayılmasını təmin
etmək, xaricdə yaşayan azərbaycanlıların
mədəniyyət mərkəzlərinə, mədəni-maarif
təşkilatlarına, kitabxana, arxiv, muzey, teatr, musiqi ansambllarına
və yaradıcı kollektivlərinə digər dövlət
orqanları ilə birgə yardım göstərmək kimi məsələlərə də xüsusi diqqət ayırır.
Xaricdə yaşayan həmvətənləri
Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi
islahatlar prosesinə yaxından cəlb etmək, onların Azərbaycanın
iqtisadiyyatına investisiya qoyması və ölkə ərazisində
sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaları üçün əlverişli
şərait yaratmaq, onların bir-biri ilə əlaqə
yaratmasına, təşkilatlanması işinə dəstək
vermək, yaradılan ictimai, mədəni və digər
birliklərin, habelə onların əməkdaşlıq
etdiyi digər diaspor təşkilatlarının Azərbaycan
Respublikası ilə əlaqələrinin qurulmasına və
inkişafına kömək göstərmək, xaricdə
yaşayan azərbaycanlıların öz milli və vətəndaşlıq
hüquqlarının təmin edilməsi ilə bağlı həyata
keçirdikləri fəaliyyətə beynəlxalq sənədlərdə
təsbit olunmuş insan haqlarının müdafiəsi və
qorunması prinsipinə uyğun olaraq dəstək vermək,
bu məqsədlə azərbaycanlıların sıx
yaşadığı dövlətlərin aidiyyəti
strukturları ilə səmərəli iş mexanizmi qurmaq və
problemlərin həllinə kömək göstərmək də
Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyət
istiqamətlərinə daxildir. Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların
keçirdikləri mühüm tədbirlərdə
Azərbaycan Respublikasının müvafiq
dövlət və qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin iştirakına kömək
göstərir, Azərbaycan Respublikasının beynəlxalq aləmdə təbliğ
edilməsi və mənafelərinin müdafiəsi işində
Azərbaycana ənənəvi müsbət münasibəti olan diasporların imkanlarından istifadə edir, diasporla iş sahəsinə ayrılan büdcə vəsaitləri,
kreditlər, qrantlar və digər maliyyə
vəsaitlərindən təyinatı üzrə səmərəli
istifadə olunmasını təmin edir,
qanunvericiliyə uyğun olaraq
dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün
zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə
uyğun təhlükəsizlik tədbirləri
görür. Bundan başqa
öz fəaliyyəti haqqında əhalinin
məlumatlandırılmasını, diaspor
işinin təşkili sahəsində kadr hazırlığını təmin etmək,
Komitənin strukturunun və fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər
görür. Xaricdə
yaşayan azərbaycanlıların vəziyyəti
və onlarla aparılan iş,
Azərbaycan diaspor təşkilatlarının
fəaliyyəti, habelə Azərbaycana dost
münasibət bəsləyən digər xalqların diaspor qurumları ilə əməkdaşlığın
inkişafı sahəsində görülmüş
işlər haqqında vaxtaşırı hesabatlar, illik məruzələr
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim edir. Eyni zamanda
Diasporla İş
üzrə Dövlət Komitəsi xarici
ölkələrdə Azərbaycan diasporunun
formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə
yardım etmək, azərbaycanlıların ayrı-ayrı
beynəlxalq təşkilatlarda təmsil olunmasına, lobbiçilik fəaliyyətinin gücləndirilməsinə,
Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları
ilə əlaqələrin genişləndirilməsinə
kömək edir, xaricdə yaşayan azərbaycanlıların problemləri,
eləcə də Azərbaycan diaspor təşkilatlarının
fəaliyyəti ilə bağlı dəyirmi masalar,
seminarlar və konfranslar
keçirir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 17 iyul.- S.15.