Azərbaycan diasporu

Almaniyada aktiv fəaliyyətdədir

 

Bu gün Almaniya Azərbaycan diasporunun aktiv olduğu Avropa ölkələrindən hesab edilir. Hazırda bu ölkədə onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Belə diaspor təşkilatlarından biri də Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasıdır. Ölkəmizin təbliği istiqamətində çoxsaylı layihələr, tədbirlər həyata keçirən Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası Dağlıq Qarabağ probleminin əsl mahiyyəti, ermənilərin işğalçılıq siyasətinin alman cəmiyyətinə çatdırılması istiqamətində də fəal aparır. Buna misal olaraq Şuranın yaxın müddət ərzində Dağlıq Qarabağ problemi ilə bağlı keçirdiyi tədbirləri göstərmək olar.

Belə ki, bir müddət əvvəl Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası Almaniyanın Maqdeburq şəhərində yeni aksiya həyata keçirib. Aksiyada üzərində “Biz Dağlıq Qarabağda gedən müharibəyə qarşıyıq. Biz tələb edirik: Dağlıq Qarabağa Azərbaycan daxilində müstəqillik verilsin. Ermənilər öz əsgərlərini Azərbaycanın zəbt olunmuş torpaqlarından çıxartmalıdırlar” yazılan 300 ədəd köynək şəhər əhalisinə paylanılıb və Azərbaycan xalqının ölkəsində, regionunda sülh və əmin-amanlıq yaranmasının istəməsi, müharibənin yenidən başlanmasının əleyhinə olması barədə məlumat verilib. Aksiyanın başlaması ilə bağlı açıqlama verən Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şuranın rəhbəri cənab Tengis Sade Baron zu Romkerhall bildirib ki, layihə cari ilin sonunadək Almaniyanın bir neçə şəhərlərində, o cümlədən Hannofer, Noymünster, Düsseldorf və digər şəhərlərində də keçiriləcək: “Alman ictimaiyyətinə düzgün məlumatları çatdırmalıyıq. Xalqımız Qarabağ probleminin dinc yolla həll olunmasını, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini və bu torpaqlardan zorla qovulmuş bir milyondan artıq vətəndaşımızın öz yerlərinə qayıtmasını, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini və buna sülh yolu ilə nail olmasını istəyir”.

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının daha bir uğurlu addımı Almaniyada ilk dəfə “Qarabağ” ictimai-siyasi jurnalının buraxılmasıdır. Bu barədə yayılan məlumatlarda da bildirilirdi ki, Almaniyada rəsmi fəaliyyət göstərən Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti həmvətənimiz cənab Tengis Sade Baron zu Romkerhall təşəbbüsü və səyi nəticəsində Almaniyada ilk dəfə Azərbaycan və alman dillərində “Qarabağictimai-siyasi jurnalı buraxılacaq. Mərkəzi Şuranın rəhbəri və jurnalın baş redaktoru Tengis Sade Baron zu Romkerhallın verdiyi məlumata görə, Azərbaycan və alman dillərində buraxılan jurnalın əsas məqsədi Azərbaycan siyasətini, tarixini, mədəniyyətini, maddi mədəniyyət abidələrini, musiqisini Almaniyadaalman dilli ölkələrdə təbliğ etmək, Azərbaycan ilə yaxından maraqlanan insanları məlumatlandırmaqdan ibarətdir. İki dildə və 50 səhifəlik jurnalın üç min tirajla ildə dörd dəfə buraxılması nəzərdə tutulub. Mərkəzi Şuranın rəhbəri tərəfindən “Qarabağictimai-siyasi jurnalın Frankfurt am Main beynəlxalq hava limanından “Lufthansahava yolları vasitəsilə Bakıya uçan təyyarələrə paylanılması ilə əlaqədar danışıqlar aparılır. Qeyd etmək lazımdır ki, yuxarıda xatırlanmış jurnaldan başqa, həftəlik “Qarabağictimai-siyasi qəzetin də buraxılması planlaşdırılıb.

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının uğurlu fəaliyyətlərdən biri də Azərbaycanın işğal altında olan torpaqlarının geriyə qaytarılması ilə əlaqədar Almaniyanın Bundestaqına müraciətin ünvanlanmasını göstərə bilərik. Belə ki, Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının rəhbəri həmyerlimiz cənab Tengis Sade Baron zu Romkerhall Almaniyanın Bundestaqına Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan torpaqlarının geriyə qaytarılması ilə əlaqədar müraciət göndərib. Almaniyanın Bundestaqına ünvanlanan müraciətdə Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının tanınmasına, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, ilk növbədə isə ərazi bütünlüyü əsasında həll olunması bildirilib. Mərkəzi Şuranın rəhbəri cənab Tengis Sade Baron zu Romkerhall bildirib ki, qarşılıqlı səylər sayəsində mümkün qədər tez razılıq əldə edilməsini istəyirik: “Bu vəziyyətin daha nə qədər davam edəcəyi, Almaniyada yaşayan azərbaycanlıları və bütün Azərbaycan xalqını narahat edən bir məsələdir. Düzdür, qeyd etmək lazımdır ki, ikitərəfli danışıqlar prosesində müəyyən irəliləyiş vardır, lakin Ermənistan hər zaman bu irəliləyiş prosesini uzadır. Mərkəzi Şura tərəfindən göndərilən müraciətin mənası ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində Almaniya daha fəal iştirak etsin.” Azərbaycan Diasponun Almaniyadaki Mərkəzi Şurası Azərbaycan mədəniyyətinin təbliği, tanınmış ictimai-siyasi xadimlərin alman cəmiyyətinə çatdırılması istiqamətində də aktiv fəaliyyət göstərir. Belə fəaliyyətlərdən biri kimi Almaniyada akademik Zərifə xanım Əliyevanın 91-ci il dönümünə həsr olunmuş poçt markasının təqdim olunmasını göstərmək olar. Azərbaycan Diasponun Almaniyadaki Mərkəzi Şurasının rəhbəri həmyerlimiz cənab Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü nəticəsində Almaniyada oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 91-ci il dönümünə həsr edilmiş poçt markası təqdim olunub. Markanın üzərində alman dilində “AkademikOftalmoloq Zərifə Əliyeva” sözləri yazılıb. Markanın təqdimat mərasimində Azərbaycan Diasponun Almaniyadaki Mərkəzi Şurasının rəhbəri Tengis Sade Baron zu Romkerhall bildirib ki,  Zərifə xanım hər şeydən əvvəl görkəmli alim-oftalmoloq olub: “Onun elmi fəaliyyəti hamıya məlumdur. O, eyni zamanda böyük filosof, gözəl pedaqoq, çox xeyirxah, çox sadə insan idi. Bu gözəl şəxs barədə çox danışmaq olar. Zərifə xanım işinin çoxluğuna, cəmiyyətdə tutduğu yüksək mövqeyə baxmayaraq həmişə, birinci növbədə adamlara xeyirxahlıq və qayğı ilə yanaşırdı. Bizim qəlbimizdə Zərifə xanım gözəl Alimİnsan kimi həmişəlik qalacaq”.

Bundan başqa Almaniyada ilk dəfə “Azərbaycan Respublikasının Konstitusiyası” kitabı alman dilində nəşr edilib. Bu Almaniyada rəsmi fəaliyyət göstərən “Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası”nın rəhbəri, həmyerlimiz Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü ilə baş tutub. 1995-ci ildən etibarən Almaniya Federal Ekspertlər İttifaqının Azərbaycan dili tərcümələri üzrə mütəxəssisi olan cənab Sade Baron zu Romkerhall 03.10.2011-ci il tarixində Almaniyanın Noymünster şəhərində ilk təqdimatı keçən “Azərbaycan Respublikasının Konstitusiyası” kitabının üzərində bir neçə müddət işləyib. Təqdimat mərasimində Tengis Sade Baron zu Romkerhall bunları bildirib ki, iştirak etdiyi tədbirlərin, görüşlərin əksəriyyətində almanlar ona yaxınlaşıb Azərbaycan dövlətinin Konstitusiya çərçivəsində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruması, ədalətli iqtisadisosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması barədə məlumatları əldə etmək istəyirlər: “Bildiyiniz kimi, xalqın iradəsinin ifadəsi yalnız qanunların aliliyini təmin edən “Azərbaycan Respublikasının Konstitusiyası”nda əks etdirilib. Xalqımız bütün obyektiv çətinliklərə baxmayaraq, tarixi baxımdan olduqca qısa bir müddətdə Azərbaycanı müstəqil dövlət kimi bütün dünyada tanınıb. Son zamanlar almanlar qanunlarımız, tariximiz, siyasətimiz və adət-ənənələrimizlə daha çox maraqlanmağa başlayıblar. Bu vacibliyi nəzərə alaraq “Azərbaycan Respublikasının Konstitusiyası”nın nəşri üçün əlimdən gələni əsirgəmədim”.

Sevindirici haldır ki, görülən bu kimi işlərə görə Tengis Sade Baron zu Romkerhall zaman-zaman fərqli-fərqli təşkilat və qurumlar tərəfindən mükafatlara da layiq görülüb.  Belə ki, Almaniyanın Maqdeburq şəhərində rəsmi fəaliyyət göstərən “Azərbaycan Diasporunun Mərkəzi Şurası”nın prezidenti, həmyerlimiz Tengis Sade Baron zu Romkerhall, həmvətənlərimiz arasında dünyada ilk dəfə olaraq “Qızıl Göyərçin” sülh mükafatına layiq görülüb. Onu da bildirək ki, BMT-nin 60-cı ildönümünə həsr olunan “Qızıl Göyərçin” beynəlxalq sülh mükafatı 2008-ci ildən etibarən inteqrasiya, sülh, insan hüquqları bərabərliyi, sosial tərəqqi və azadlıq şəraitində yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması uğrunda mübarizə aparan şəxslərə təqdim edilir. 2008-ci ildən etibarən bu yüksək mükafata Roma Papası XVI Benedikt, Dalai Lama, Nobel mükafatı laureatları Desmond TutuLex Valesa, Çexiya prezidenti Vaclav Havel, Almaniya prezidenti Roman Hertsoq, Almaniyanın Vitse-Kansleri Frank Valter Ştaynmayer, Almaniya Bundestaqının spikeri Lammert, AFR-in təhsil naziri xanım Annette Şavan, AFR-in Ailə naziri xanım Dr. Kristina Şröder və digər görkəmli şəxsiyyətlər layiq görülüblər.

 

Olaylar.- 2014.- 18 iyul.- S.15.