Yaxın Şərq regionunda Azərbaycan
diasporunun məskunlaşması
Bu gün
Azərbaycan diasporunun fəaliyyət
göstərdiyi bölgələrdən biri
də Yaxın Şərq regionudur. Düzdür, regionun bir sıra ölkələrində Azərbaycan
diaspor təşkilatları, cəmiyyət
və birliklər olmasa da,
ancaq diasporumuzun kifayətqədər
fəal olduğu ölkələr də var. Etiraf etmək
lazımdır ki, regionun
Səudiyyə Ərəbistanı, Livan,
Yəmən, Oman, Suriya,
Bəhreyn, İordaniya, Qətər kimi ölkələrində
formalaşmış şəkildə diaspor
təşkilatlarımız yoxdur. Ancaq Yaxın Şərqin digər ölkələrindən
sayılan Türkiyə, Birləşmiş Ərəb
Əmirlikləri, Küveyt, Misirdə Azərbaycan
diaspor təşkilatları fəaliyyət
göstərir. Yaxın Şərqdə Azərbaycan diasporunun ən aktiv olduğu ölkələrdən biri Türkiyə Cümhuriyyətidir.
Hazırda Türkiyədə onlarla Azərbaycan
diaspor təşkilatı fəaliyyət göstərir. Belə diaspor təşkilatlarından
biri də Azərbaycan Kültür
Dərnəyidir. 1949-cu ildə Türkiyədə dünyada ilk Azərbaycan diaspor təşkilatı kimi
tarixə düşmüş Azərbaycan
Kültür Dərnəyi
yaradılıb. Bu təşkilat Azərbaycan
Xalq Cümhuriyyətinin banilərindən
olan Məmməd Əmin Rəsulzadə tərəfindən
təsis edilib. Dərnəyin ilk sədri Həmid Atanan olub. 1952-ci ildə dərnək “Azərbaycan”
jurnalının nəşrinə başlayıb, istiqlaliyyət
ideyalarının təbliğinə çalışıb. Bununla yanaşı, Azərbaycanın zəngin
mədəni irsini və qədim tarixini təbliğ edən bir
sıra kitablar da məhz
bu dərnəyin yardımı ilə nəşr
edilib. Dərnəyin fəaliyyətinə
H.Atanandan sonra R.Unsal, Kərim Odal,
Əhməd Yasaf, Cəmil Odeli,
İsgəndər Ağuzum, Məhəmməd
Kəngərli və Camal Unsal
rəhbərlik ediblər. Azərbaycan Kültür
Dərnəyinin sədri Camal Unaldır.
Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyası-Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyası 2004-cü ildə Kocaelidə təsis edilib. Federasiyanın fəaliyyəti nəticəsində
demək olar ki, Kocaeli ictimaiyyəti Azərbaycanın dostluğu, qardaşlığı, tarixi əlaqələrinə yaxşı bələddir.
Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının fəaliyyəti nəticəsində
2010-cu il Dünya Azərbaycanlılarının
Həmrəylik Günü ərəfəsində
Kartəpə bələdiyyəsində Heydər Əliyev
parkı açılıb. 2011-ci il noyabrın
29-da isə Perincedə
başqa bir park istifadəyə verilib. Bundan başqa
Azərbaycan Mədəniyyət
Mərkəzi və Mərkəzin tərkibində
Heydər Əliyev kitabxanası, muzeyinin yaradılması da planlaşdırılır. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Dağlıq
Qarabağ münaqişəsi
və onun nəticələri barədə
də işlər aparır, dünya ictimaiyyətini Azərbaycanın
problemlərinə biganə
qalmamağa çağırır.
Bu istiqamətdə aparılan
səylər nəticəsində
Federasiya Balıkesir bələdiyyəsi tərəfindən
ermənilərin Xocalıda
törətdiyi vəhşiliklərin
soyqırım kimi tanınması barədə
qərarın qəbuluna
nail olub. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri
Bilal Dundardır.
Türkiyə-Azərbaycan Dostluq Vəqfi-1996-cı ildə
görkəmli alim İhsan Doğramacının
təşəbbüsü əsasında ulu öndər Heydər Əliyev və Türkiyənin 9-cu Prezidenti
Süleyman Dəmirəlin
fəxri sədrliyi ilə Türkiyə- Azərbaycan Dostluq Vəqfi təşkil olunub. Vəqfin ilk təşəbbüsü isə Türkiyədə
Azərbaycan Evinin açılmasının təşkili
olub. Bununla yanaşı, 2003-cü ildə
yaradılmış İzmir
Azərbaycan Kültür
Evi və Dayanışma Dərnəyi,
Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi,
Balıkesir Azərbaycan
Evi Dərnəyi, İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyi,
2004-cü ildə təsis
edilmiş Bursa Azərbaycan
Evi Dərnəyi, Kocaeli Azərbaycan Evi Dərnəyi, Çanakkale Azərbaycan Evi Dərnəyi, Aydın Azərbaycan Evi Dərnəyi, Muğla Azərbaycan Evi Dərnəyi, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Antaliya Azərbaycan Evi Dərnəyi, Ankara Azərbaycan
Kültür və Dayanışma Dərnəyi,
İqdır Azərbaycan
Kültür və Dayanışma Dərnəyi,
Hatay Azərbaycan Türk Kültür Mərkəzi, Manisa Azərbaycan Kültür və Dayanışma Mərkəzi, Hatay-Durtyol Azərbaycan Türk Kültür Dərnəyi,
Ədirnə Azərbaycan
Evi Dərnəyi, Azərbaycanlıların Dayanışma
Dərnəyi qardaş
ölkədə yaşayan
soydaşlarımızı öz ətrafında birləşdirərək, ölkəmiz
haqqında həqiqətlərin
yayılmasında fəal
iştirak edir.
Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Mərkəzi-2006-cı
ilin noyabr ayında Türkiyədə
təsis edilmiş Türkiyə-Azərbaycan Strateji
Araşdırmalar Mərkəzinin
fəaliyyətinin əsas
istiqamətlərindən biri
də “erməni soyqırım” iddiaları
ilə bağlı elmi-praktik konfranslar təşkil elmək, bu iddiaların reallıqdan tamamilə uzaq olduğunu sübut edən elmi araşdırmaların
nəticələri barədə
dünya ictimaiyyətini
məlumatlandırmaqdır. Mərkəzin nəzdində ayrı-ayrı
sahələr üzrə
fəaliyyət göstərən
bölmələr var. Mərkəz
Azərbaycanla Türkiyə
arasında münasibətlərin
inkişafına da töhfə verməyə
çalışır, iki
qardaş ölkənin
dostluq və əməkdaşlıq əlaqələrinin
dərinləşməsinə xidmət edən tədbirlər təşkil
edir.
İstanbul-Türkiyə
Azərbaycan Dərnəyi-Mərkəzi
ofisi İstanbulda yerləşir. İSTAD
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması, zəngin tarixi-mədəni
irsimizin təbliğində
fəal iştirak edir. Dərnəyin sədri Səfər
Karakoyunludur.
Yaxın
Şərqdə Azərbaycan
diasporunun fəaliyyət
göstərdiyi ölkələrdən
biri də Birləşmiş Ərəb
Əmirlikləridir. Burada yalnız bir diaspor təşkilatı Azərbaycan Cəmiyyəti
fəaliyyət göstərir.
Birləşmiş Ərəb Əmirliklərindəki
(BƏƏ) Azərbaycan Cəmiyyəti
2004-cu ildə yaradılıb.
Cəmiyyət Dubay şəhərində
təsis edilib. Azərbaycan Cəmiyyəti BƏƏ-də
Dağlıq Qarabağ
problemi haqda ictimaiyyətə və dövlət orqanlarına
məlumat verən yeganə qurumdur. Cəmiyyət rəhbərliyi
yerli qəzetlərə
bununla bağlı mütəmadi müsahibələr
verir, il
ərzində dəfələrlə
dövlət kitabxanalarına
problemlə bağlı
ərəb və ingilis dillərində kitablar, jurnallar təqdim edir, hər bir nazirlik
və ya komitəni ayrı-ayrı
ziyarət edib, rəhbərlərini bu haqda ətraflı məlumatlandırır. Birləşmiş Ərəb Əmirliklərində
(BƏƏ) fəaliyyət göstərən Azərbaycan
Cəmiyyətinin sədri
Samir İmanovdur.
Regionun
iri dövlətlərindən
biri sayılan Misirdə də diasporumuz möcuddur. Azərbaycanlıların Misirdə məskunlaşması
II dünya müharibəsindən
sonrakı dövrə
təsadüf edir.
Alman ordusunun tərkibində fəaliyyət gostərən
azərbaycanlı mühacirlərin
müharibədən sonra
köçdükləri ölkələr
içərisində Misirdə
var. Bəzi tarixi mənbələrdə II dunya
müharibəsindən sonra
əsir düşən
azərbaycanlıların ingilis
və fransız hərbi qüvvələrindən
xilas edilərək Misirdə yerləşdirilməsi
barədə məlumatlara
rast gəlmək mümkündür. Misir kralı
və onun yaxın adamlarının sayəsində xilas olan soydaşlarımız
Misirdə evlə, işlə təmin olunub və özlərini qorumaq məqsədi ilə pərakəndə və gizli formada yaşamağa
məcbur olublar.
Cənubi Azərbaycandan da
mühacirət prosesinin
güclənməsi nəticəsində
Misirdə azərbaycanlılar
icması yaradıldı.
Enerjili, intellektual və sosial baxımdan xeyli fəal və gənc hesab olunan azərbaycanlılar
90-cı illərdən etibarən
ictimai həyat da fəal iştirak
etməyə başlayıblar.
Hazırda Misirdə
on minlərlə həmvətənimizin
yaşadığına dair
təsdiqlənməmiş məlumatlar var. Misirdə
təhsil alan
gənclərimizin işini
qənaətbəxş hesab
etmək olar. 1999-cü ildən başlayaraq, Qahirə radiosunda iqtisadi, siyasi, mədəni və dini proqramlar
hazırlayan Azərbaycan
xidməti yaradılıb.
Küveyt
Azərbaycan Mədəniyyət
və Dostluq “Vətənsevər” Cəmiyyəti-Küveytdə
cəmi bir Azərbaycan diaspor təşkilatı var. O da
Küveyt Azərbaycan
Mədəniyyət və
Dostluq “Vətənsevər”
Cəmiyyətidir.Təşkilat dekabrın 31-də 2010-cu ildə
yaradılıb. Cəmiyyət
burada Azərbaycan mədəniyyətini, tarixini,
ölkəmizdəki ictimai
prosesləri Küveyt
dövlətinə, xalqına
layiqincə tanıtmaq,
onlara mütəmadi informasiya ötürmək
missiyasını yerinə
yetirir.Hər il Azərbaycanın Müstəqillik
Günü, milli lider Heydər Əliyevin doğum və anım günləri, Novruz bayramı və Azərbaycanın bir çox tarixi-mədəni
əlamətdar günləri
geniş şəkildə
qeyd olunur. “Vətənsevər” Cəmiyyəti tərəfindən
qardaş Türkiyənin
diaspor təşkilatları
ilə güclü əlaqələr qurulub.
Bu məqsədlə burada yaşayan türk diaspor təşkilatları, cəmiyyətləri
ilə tez-tez görüşlər keçirilir,
tədbirlər təşkil
edilir.
Azərbaycan-Küveyt Mədəniyyət və
Dostluq Cəmiyyətinin
sədri Könül Hacızadədir. Şimali
Kipr Türk Respublikası-Bu ölkədəı
Kipr-Azərbaycan Kültür
Mərkəzi, Yaxın
Doğu Universiteti-Azərbaycanlı
Tələbə Birliyi
kimi təşkilatlar
var. İsraildə ən
güclü diaspor təşkilatı İsrail-Azərbaycan
Beynəlxalq Assosiasiyası
hesab edilir. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası
2007-ci ilin aprelində
Təl-Əviv şəhərində
təsis olunub. İsrail-Azərbaycan
Beynəlxalq Assosiasiyasının
təsis qurultayında
İsrail Baş nazirinin müavini, strateji planlaşdırma naziri Aviqdor Liberman, turizm naziri İsax Aranovic, nəqliyyat naziri Şaul Mofaz, bu ölkənin
bir sıra tanınmış ictimai xadimləri, Türkiyədən
bu ölkənin İsraildəki səfiri Mehmet Tan, Mərmərə
Sosial-Siyasi Araşdırmalar
Vəqfinin prezidenti Akkan Suverin başcılığı
ilə nümayəndə
heyəti, Azərbaycan
Respublikası Diasporla
İş üzrə
Dövlət Komitəsinin
sədri Nazim İbrahimovun rəhbərlik
etdiyi nümayəndə
heyəti iştirak edib. Qurultaya ABŞ, İsvecrə, Ukrayna, Rusiya, Moldova, Özbəkistan
və digər ölkələrdəki yəhudi
icmalarının nümayəndələri
qatılmışlar. Qurultayda
İsrailin 26 şəhərində
yaşayan 30 minə yaxın Azərbaycandan köçmüş yəhudini
təmsil edən 30 Azərbaycan icması tərəfindən secilmiş
408 nəfər nümayəndə
iştirak edib. Təşkilatın nəzdində müxtəlif
sahələr üzrə
12 komitə fəaliyyət
göstərir. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının
sədri İsrail Parlamentinin deputatı İosif Şaqaldır.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.-
2014.- 23 iyul.- S.15.