Azərbaycan diasporunun

Polşada məskunlaşma tarixi

 

Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Polşadır. Avropanın bu ölkəsində soydaşlarımız yaşasa da, lakin buradakı Azərbaycan diaspor təşkilatlarının sayı arzu etdiyimiz səviyyədə deyil. Rəsmi Bakı ilə Varşava arasındakı münasibətlərin tarixinə nəzər salsaq görərik ki, Azərbaycan ilə Polşa əlaqələrinin başlanğıcı bəzi mənbələrdə X əsrdən götürülür. Polşa Avropa ailəsinə dövlət kimi daxil olan zaman artıq Azərbaycan ipəyi, zərgərlik məmulatları, xalçaları barədə Polşalılarda ümumi məlumat var idi.

Polşalı tacirlər Azərbaycana gəlir, azərbaycanlı tacirlər ilə Polşaya mal aparıb satırdılar. XVII-XVIII əsrdə Polşadan dini missiyalar Azərbaycana gəlirdi. Diplomatik münasibətlər XV əsrdən qurulduğundan, polşalı missionerlərin katolik təriqətini yaymaq üçün ölkəmizə azad səfər edə bilirdilər. Azərbaycanlı müğənnilərin və musiqiçilərin Polşada səs yazdırması, elm-təhsil dalınca gəlməsi, ticari əlaqələr Polşa ilə Azərbaycan münasibətlərinin inkişafında böyük rol oynayırdı. XX əsrin əvvəllərindən isə Polşaya ilk azərbaycanlı mühacirlər köçməyə başlayırlar ki, onların əksər hissəsini cənublu soydaşlarımız təşkil edirdi. Lakin II dünya müharibəsi illərinin başlaması şimallıların sayının çoxalmasına şərait yaratdı. Təəssüf ki, Polşada yaşayan azərbaycanlıların bir hissəsinin milliyyətinin rus, türk və iranlı göstərilməsi burada yaşayan azərbaycanlıların təqribi sayını müəyyən etməyə maneə törədir. Polşada azərbaycanlılar Varşava, Qdansk, Plotsk və digər şəhərlərdə məskunlaşıblar. Polşada Azərbaycanla bağlı bir çox mənbələr və sənədlər var. Abbasqulu ağa Bakıxanovun, Məmməd Əmin Rəsulzadə və digər ədiblərimizin əsərlərində Polşa barəsində də məlumat əldə  etmək olar. Polyak dillərində Azərbaycan dastanları, şerləri, nağılları hazırda buranın arxiv və kitabxanalarında saxlanılır.

Yuxarıda qeyd etdiyimiz kimi Polşada Azərbaycan diaspor təşkilatlarının sayə məhdud çərçivədədir. Bu ölkədəki diaspor təşkilatlarından biri Azərbaycan-Polşa Birlik Cəmiyyətidir. Azərbaycan-Polşa Birlik Cəmiyyəti 2009-cu ildə təsis olunub. Birlik Cəmiyyəti əsasən Varşava və ətraf şəhərlərdə yaşayan həmyerlilərimizi ozundə cəmləşdirir. Cəmiyyət yeni yaranmasına rəğmən Polşada yerli ictimaiyyətə uğurla inteqrasiya olunur, mövqeyimizi bilavasitə yerli idarəetmə strukturlarına çatdırır. Azərbaycan-Polşa Birlik Cəmiyyəti Azərbaycan reallıqlarından, tariximizdən, mədəniyyətimizdən Polşa ictimaiyyətinin xəbər tutması istiqamətində də işlər görülür. Bu baxımdan cəmiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqişəsi, onun ağrılı nəticələri, ərazilərimizin hələ də 20 faizinin erməni işğalı altında olmasına dair həqiqətlərin Polşa xalqına çatdırılmasında xeyli nailiyyətlər əldə edib. Azərbaycan-Polşa Birlik Cəmiyyətinin belə nailiyyətlərindən biriAvropa Parlamentinə üzv olan polşalı deputat Tomas Porebanın (“Qanun və Ədalət” Partiyasının üzvü) 2010-cu ilin dekabrında Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getməsinin tənqidi və bununla bağlı protest aksiyalarıdır. Tomas Porebanın məxsus olduğu partiyanın rəhbərliyinə, onun özünə və müxtəlif şəhərlərdə olan bürolarına Azərbaycan- Polşa Birlik Cəmiyyəti öz etirazını bildirmişdi. Bununla bağlı başqa partiyalara da bu cür hərəkətlərin beynəlxalq qanunlaraPolşa dövlətinin xarici siyasətinə zidd olduğu çatdırılıb. Azərbaycan-Polşa Birlik Cəmiyyətinin sədri Nəbi İbadovdur. Polşada fəaliyyət göstərən digər bir təşkilat “Qafqaz Evidir. “Qafqaz EviPolşada 2007-ci ildən fəaliyyət gostərir. Cəmiyyət Qafqaz xalqları arasında anlaşma və əməkdaşlığa yardım üçün birləşmiş fiziki şəxslərin istəyi əsasında qurulub. Cəmiyyətin məqsədi Qafqaz regionuna məxsus tarix, ənənə, mədəniyyət, iqtisadiyyat haqqında biliklərin və aktuallıq kəsb edən ictimai-siyasi vəziyyətin yayılması, regionda inkişaf-təbliğ proqramların dəstəklənməsidir. Cəmiyyətin fəaliyyəti PolşaQafqaz xalqları arasında, xüsusən Gürcüstan və Azərbaycanla birgə elmi, elmi-texniki, mədəni, təhsil, ictimaisiyasi əməkdaşlığın yaradılmasına yönəldilib. “Qafqaz Evinin sədri Hicran Əliyevadır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2014.- 24 iyul.- S.15.