Gündə ən azı beş boşqab çiy

tərəvəz və meyvə qəbul edilməlidir

 

Həyat boyu sağlamlığın ən fundamental dayağı sağlam qidalanmaqdır. Sağlam qidalanma beşikdən məzara qədər insanın həyatına təsir edər. Sağlam qidalanmanın mənası kafi və balanslı qidalanmaqdır. Kafi qidalanma, adamın ehtiyac duyduğu qida elementləri və enerjini təmin edəcək miqdarda qida qəbul etmə mənasını verər. Balanslı qidalanma isə enerji və qida elementləri ehtiyacının dəyişik qaynaqlardan təmin edilməsidir. Bir adam ola bilər kafi qidalanır, əgər fərqli qidalar qəbul etmirsə, yəni tək növ qidalanırsa, qidalanma baxımından risk altındadır. 

Həkim-endokrinoloq Fərhad Qurbanovun sözlərinə görə, sağlam qidalanma-qidalanma qanunlarına tam və daim əməl etmək deməkdir. Yayılmış fikirlərin əksinə, sağlam qidalanma bahalı, ya da ləzzətsiz deyil. Hər kəsin sağlam qidalanma haqqı və şansı vardır: “Həyatdan həzz alaraq , xəstə olmadan uzun illər yaşamaq və həmişə rahat və enerjili olmanın ən kəsə yolu olan sağlam qidalanma həyat boyu davam etdirilməlidir. Kafi və balanslı qidalanın… Qida ehtiyaclarınızı tam olaraq və fərqli qaynaqlar istifadə edərək təşkil edin. Fərqli qida qaynaqları qəbul etməmək tək növ qidalanmaya səbəb olar və bədən öz tarazlığını davam etdirməkdə çətinlikıə qarşılaşar. Qeyri-kafi qidalanma isə, vitamin və mineral qeyri-kafiliyinə gətirib çıxarar”.

 

Sadə şəkər qəbulunu azaldın

 

Həkim bildirdi ki, sadə şəkərlər boş enerji qaynaqlarıdır. Bədənimiz üçün lazımlı olan vitamin minerallardan olduqca kasaddırlar: “Həddindən artıq qəbulu, köklüyə şəkər, ürək, təzyiq kimi xroniki xəstəliklərə tutulma riskini artırar. şəkər qəbulunu minimum səviyyəyə endirməlisiniz. Doymuş yağ qəbulunuzu azaldın. Qatı yağlar doymuş yağ turşuları ilə zəngindirlər. Doymuş yağ turşuları ilə zəngin bir qidalanma ürək xəstəliklərinə səbəb olar. Bu səbəblə mümkün olduqca az doymuş yağ qəbul etməyə diqqət edin quyruq yağı, yağı kimi yağlardan uzaq durun. Onun əvəzinə keyfiyyətli yağ qəbulunu təmin edin. Qidalarda fərqli növ yağlar vardır bunların sağlamlığa olan təsirləri bir-birindən fərqlidir. Salatlarımızda zeytun yağı ya digər bitki yağlarından istifadə etmək, yeməklərimizi günəbaxan ya zeytun yağı ilə bişirmək həftədə 2-3 dəfə balıq qəbul etmək qidalanma proqramımızda yağların keyfiyyətli olmasını təmin edər”. Həkimin sözlərinə görə, gündə ən az beş boşqab çiy tərəvəz meyvə qəbul edilməlidir. Bədənimizin ehtiyac duyduğu vitaminlər mikroelementlərlə təmin edilməsi üçün nizamlı tərəvəz meyvə qəbulu çox əhəmiyyətlidir. Hər pay çiy salat tərəvəz yeməklərinə yer vermək ara paylarda təzə meyvə şirələrini meyvələri seçmək sağlam qidalanmanin bir parçasıdır. F.Qurbanov onu da vurğuladı ki, mövsümündə olan tərəvəz meyvələr seçilməlidir: “Təzə tərəvəz meyvə qəbulu qədər əhəmiyyətli olan bir başqa mövzu da tərəvəz meyvələrin mövsümündə olanlarının seçilməsidir. Mövsümünə uyğun qidalanmaq, mövsümü xəstəliklərdən qorunmanın ən fundamental yoludur. Gündə 2 stəkan qatıq qəbul edilməlidir. Güclü sümüklər üçün kalsium lazımlıdır. Kalsimun ən yaxşı qaynağı isə süd məhsullarıdır. Gündə 2 su stəkanı süd ya qatıq qəbul etmək sümük əriməsi (osteoporoz) riskini azaldar bədənimizin daha balanslı işini təmin edər”.

 

Heyvani zülal əhəmiyyətlidir

 

Əzələlərimizin istehsalında, böyümə inkişafda əhəmiyyətli rol sahibi olan zülallarla zəngin qaynaqlar ət, süd məhsulları, yumurta, yağlı ləpələr taxıl məhsullarıdır. Lakin heyvanı zülallar bitki mənşəli qaynaqlılara görə bədəndə daha təsirli istifadə edilməkdədir. Ayrıca heyvanı zülal qaynaqları dəmir mineralının ən yaxşı mənbəyidir. Bu səbəblə həftədə 2 dəfə qırmızı ət, 2 dəfə toyuq ya hind toyuğu 2-3 dəfə balıq qəbul etmək lazımdır: “Bitki mənşəli zülallarla heyvanı zülallar yoldaşdır. Sağlam bir qidalanma proqramında gündəlik zülal ehtiyacının yarısı heyvanı zülallardan, digər yarısı isə bitki mənşəli zülallardan təmin edilməlidir. Bundan başqa tam taxıl məhsulları seçilməlidir. Rafina taxıl məhsulları keçirdikləri əməliyyatlar nəticəsində tərkibindəki vitamin mikroelementləri, lifləri itirər. Bu səbəblə B vitaminləri tərkibində liflər(selluloza) olan tam taxıl məhsulları seçilməlidir. Düyü plovu az, yarma plovu çox hazırlanmalıdır. Yarma düyüyə görə B qrupu vitaminlərdən liflərlə daha zəngin bir qaynaqdır. Ayrıca aşağı glikemik indeksi ilə daha uzun müddət toxluq qan şəkərinin nizamlanmasını yüksəldər. Bu səbəblə süfrələrimizə yarma plovu düyü plovuna görə daha çox qonaq olmalıdır. Əgər spirtli içki qəbul edirsinizsə gündə 1-2 alkaqol vahidindən çox qəbul etməməyə çalışın. Həddindən artıq miqdarda spirtli içki köklüyə gətirib çıxarar, vitamin mineral balansının pozulmasına səbəb olar, ürək sağlamlığını təhdid edər qaraciyəri yorar”.

 

Çoxlu su için

 

Bədənimizin düz çalışa bilməsi hərəkətimizin çətinləşməməsi üçün suya ehtiyacımız vardır. Gündə 8-12 stəkan su qəbul etmək su ehtiyacınızı təmin edər. İsti havalarda isə daha çox su qəbul edilməlidir. Endokrinoloq bildirdi ki, bişirmə üsulları doğru seçilməlidir. Sağlamlıq üçün ən uyğun bişirmə üsulları sobada suda qaynatmaqla bişirmədir. Qızartma qovurmalar isə sağlamlığımıza mənfi təsirlər edər. Qızartma nəticəsində yaranan sərbəst radikallar, xərçəngə tutulma riskini artıra bilər.

 

Aygün

 

Olaylar.- 2014.- 24 iyul.- S.6.