Gənclər diaspor
hərəkatının
potensial qüvvəsi kimi
Azərbaycan gəncliyi daim ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsi
olub, respublikamızın
inkişafında mühüm
rol oynayıb. Təsadüfi
deyildir ki, ümummilli lider Heydər
Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə
yanaşıb, yüksək intelektual səviyyəyə,
müasir dünyagörüşünə
malik gənc nəslin yetişməsinə
xüsusi önəm verib. 1970-ci illərdə ümummilli
liderin təşəbbüsü ilə
SSRİ-nin 50-dən artıq böyük
şəhərinin 170-dən çox ali təhsil müəssisəsində 15 mindən
artıq azərbaycanlı gənc təhsil alırdı. Bu gün Azərbaycan diasporunun ən fəal üzvlərini məhz
həmin gənclər təşkil edir.
1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıtdıqdan sonra ümummilli lider
Heydər Əliyev gənclərə daim diqqət və
qayğı ilə yanaşırdı. Heydər Əliyevin təşəbbüsü
ilə gənclərlə iş sahəsindəki
fəaliyyətini əlaqələndirməki məqsədilə
1994-cü ildə Gənclər və İdman
Nazirliyi yaradıldı. Ümummilli liderin sərəncamı ilə 1996-cı il, fevral ayının 2-də
Azərbaycan Gənclərinin I Forumu keçirildi. Forum gənclərlə iş sahəsində
dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının
qarşısında duran vəzifələri
müəyyənləşdirərək, gənc nəslin hərtərəfli
inkişafına zəmin yaradan qərarlar
qəbul etdi. Ümummilli
lider Heydər Əliyev forumun
əhəmiyyətini və gənclərin
çoxsaylı müraciətlərini nəzərə alaraq 1997-ci ildə imzaladığı sərəncamla
forumun keçirildiyi
günü-fevralın 2-ni “Azərbaycan Gənclər Günü” elan etdi. 2002-ci il, may ayının 6-da Azərbaycan
Respublikasında gənclər siyasətinin məqsədlərini,
istiqamətlərini, təşkilati-hüquqi əsaslarını
müəyyən edən “Gənclər siyasəti
haqqında” Azərbaycan Respublikasının Qanunu
qəbul edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev bu siyasətə sadiq qalaraq gəncliyə həmişə
böyük diqqət və qayğı ilə yanaşır.
Cənab Prezidentin imzaladığı “Azərbaycan Gəncliyi
Dövlət Proqramı” (2005-2009-cu illər), “Azərbaycan Gəncliyi
Dövlət Proqramı” (2011-2015-ci illər), “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə
Dövlət Proqramı”, həmçinin gənclərin təhsil
səviyyəsinin yüksəldilməsi, sosial
müdafiəsinin
yaxşılaşdırılması sahəsində
imzaladığı digər sənədlər bunun parlaq nümunəsidir.
Azərbaycan dövlətinin göstərdiyi
diqqət və qayğı sayəsində bu
gün Azərbaycan gəncliyi ictimai-siyasi proseslərin fəal
iştirakçısına çevrilərək, ölkəmizin
milli maraqlarının müdafiəsi, respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf
proseslərinin sürətləndirilməsinə öz töhfəsini verir.
Azərbaycan gəncliyi intelektual
potensialı, vətənpərvərliyi, ictimai
fəallığı ilə əsl vətəndaş mövqeyi nümayiş etdirir. Təqdirəlayiq haldır ki, xarici ölkələrdə
yaşayan və təhsil alan
azərbaycanlı gənclər bu prosesin ən fəal
iştirakçısı kimi
çıxış edir. Son illərdə xarici lkələrdə yaşayan
azərbaycanlı gənclərin ictimai-siyasi
fəallığının yüksəlməsi, diaspor quruculuğu
işində iştirakının genişlənməsi bu sahədə əhəmiyyətli nailiyyətlərin
əldə olunması ilə nəticələnib. “Azərbaycan
Gəncliyi Dövlət Proqramı”na uyğun
olaraq 2010-cu ilin noyabr ayında Almaniyanın Frankfurt
şəhərində Dünya Azərbaycanlı
Gənclərinin I Konqresi bunun
bariz təzahürlərindən biri oldu. Dünya Azərbaycanlı Gənclərinin
I Konqresinin Qətnaməsinə uyğun olaraq gənclər
təşkilatlarının diaspor quruculuğu, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, milli-mənəvi dəyərlərimizin
qorunması, mədəni irsimizin təbliği
istiqamətində fəaliyyətinin koordinasiya
edilməsi məqsədilə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi ilə əlaqədar
təşəbbüs qrupu
yaradıldı. 2011-ci il, iyul
ayının 5-də Bakı şəhərində keçirilmiş Dünya
Azərbaycanlılarının III Qurultayının Qətnaməsində
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi
təşəbbüsü dəstəkləndi
və bu prosesin
sürətləndirilməsi üçün
müvafiq tədbirlərin görülməsinin
zəruriliyi qeyd edildi.
2012-ci il, mart
ayının 12-də Bakı şəhərində keçirilmiş Dünya
Azərbaycanlı Gənclər Birliyinin təsis
qurultayı Azərbaycan gəncliyinin həyatında mühüm hadisələrdən biri oldu. Qurultayda
aparılmış müzakirələr, irəli sürülmüş təklif və
tövsiyyələr yeni dövrdə Azərbaycan
gəncliyinin qarşısında çox
mühüm vəzifələr qoydu.
Dünya Azərbaycanlı Gənclər Birliyi
yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında gənclərin daha fəal
iştirakını təmin etmək, xarici ölkələrdə
yaşayan azərbaycanlı gənclərin təşkilatlanması
istiqamətində keyfiyyət dəyişikliyinə nail olmaq,
Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsindəki
siyasətinə dəstək olmaq, dünya azərbaycanlı
gənclərinin hüquq və azadlıqlarının təmin
edilməsi istiqamətində daha təsirli tədbirlər
görmək, mədəni irsimizin təbliği işini
genişləndirməyi prioritet vəzifələr kimi qəbul
edir. Dünya Azərbaycanlı Gənclər Birliyi Azərbaycan Respublikası Prezidentinin Dünya Azərbaycanlılarının
III Qurultayındakı nitqindən irəli gələn
tövsiyyələri, qurultayın qəbul etdiyi
sənədlərin tələblərini, Dünya
Azərbaycanlılarının Həmrəylik Xartiyasında öz əksini tapan müddəaları, Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qərarlarını nəzərə
alaraq aşağıdakı fəaliyyət
istiqamətlərini müəyyən edir.
Dünya Azərbaycan Gənclər Birliyinin başlıca məqsədi Azərbaycan
Råspublikasında və xarici
ölkələrdə yaşayan azərbaycanlı
gənclərin hərtərəfli inkişafının təmini,
elm, təhsil, mədəniyyət,
sahibkarlıq, idman, könüllülük
işinin inkişafı və vətənpərvərlik
sahəsində fəaliyyətin qurulması istiqamətində
işlərin aparılması dünya azərbaycanlılarının
milli-mənəvi dəyərlər əsasında səfərbər
olmasıdır. Bundan əlavə
dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin Azərbaycan
Råspublikasının milli
maraqlarının qorunması, xalqımızın zəngin mədəni
irsinin təbliği, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması, soydaşlarımızın hüquq və
azadlıqlarının müdafiəsi işinə cəlb
olunması və beynəlxalq səviyyədə əməkdaşlığın
təmin olunmasıdır. Ölkədən kənarda təhsil
almış vətəndaşlarımızın uyğun fəaliyyətlərini təşkil
etmək, gənc kadrlar bazasının
təşkili, ölkədən kənarda yaşayan
azərbaycanlı gənclərin şəbəkələşmə
işinin təşkil edilməsində fəal
rol oynamaq da birliyin məqsəd və
fəaliyyətlərinə daxildir. Eyni zamanda Dünya
Azərbaycanlı Gənclər Birliyi xarici ölkələrdə yaşayan
azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə
intåqrasiyası, ictimai-siyasi
həyatda daha fəal
iştirakının təmin olunması məqsədilə
layihələr həyata kåçirmək, habålə bu cür layihələrin
həyata kåçirilməsinə dəstək
vårmək istiqamıətində də fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 25 iyul.- S.15.