İsveçdə Azərbaycan
diasporunun formalaşma
tarixi
Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropa qitəsidir. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlıların sayı Türkiyədə və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır. Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir..
Azərbaycanlıların
məskunlaşdığı Avropa ölkələrindən
biri də İsveçdir. İsveç də yaşayan
soydaşlarımızın təqribi sayı 30 minə
çatır. Azərbaycandan İsveçə mühacirət
XIX əsrin sonu - XX əsrin əvvəllərindən
başlayıb. Əsasən Cənubi Azərbaycandan bu ölkəyə
köçən azərbaycanlılar
artıq XX əsrin ortalarında burada icmalarını yarada
biliblər. Hazırda çoxsaylı media orqanları və təşkilatlarının
fəaliyyət göstərdiyi İsveçdə
soydaşlarımız fəal təbliğat işi apara bilir.
İsveçdə Azərbaycanla bağlı bir çox
tarixi sənədlərə və məlumatlara rast gəlmək
olar. Xüsusilə, Upsala Universitetində Azərbaycan ədəbiyyatı,
folkloru və tarixinə aid onlarla sənəd və material
var. Azərbaycanlılar İsveçin bir cox şəhərlərində
məskunlaşmışlar. İsveçin "Dag lus
Nyhyer" ("Gundəlik xəbərlər") qəzetində
verilən məlumata gorə, təkcə 2002-2003-cu illərdə
İsveç vətəndaşlığına 1000-dən
cox azərbaycanlı daxil olmuşdur. İsveçdə cənubi
azərbaycanlılar xüsusilə çoxluq təşkil
edir. Onların əksəriyyəti 20 ildən çoxdur ki, İsveçdə
yaşayır və bu ölkənin cəmiyyətinə
artıq uyğunlaşıb. Azərbaycan Respublikasından
olan miqrantlar, əsasən, son illər ərzində
İsveçə mühacirət etmişlər. Azərbaycanın
dəstəyinə ehtiyaclarını gizlətməyən
İsveç azərbaycanlıları informasiya sahəsində
bir qədər fəaldırlar. Soydaşlarımız burada
“Tribun”, “Varlıq”, “Azərbaycan”, “Araz” və sairə qəzet
və jurnallar nəşr edirlər. İsveç Parlamentində
“Azərbaycan dostları” qrupu mövcuddur. Hələ
Xocalı faciəsinin 17- ci il dönümündə Manaf Səbabinin
təşəbbüsü ilə İsveç parlamentinin
uç nəfər üzvü Azərbaycanda səfərdə
olmuşdu. Onlar Xocalı faciəsinin nəticələri ilə,
yurd-yuvalarından didərgin duşmuş qaçqın və
məcburi köçkünlərin qeyri-insani
yaşayış şəraitləri ilə tanış
olmuş, bütün bunlar haqqında İsveç və
Avropa parlamentlərində məsələ
qaldıracaqlarını bildirmişlər. İsveçdə
fəaliyyət göstərən İsveç Azərbaycan
Federasiyası (AFİ) ölkə üzrə milli təşkilatların
əksəriyyətini ("Durna", "Ulduz", "Az
link", "Gunəş", "Ərk",
"Savalan", "Azərbaycan Dostluq", "Yanar",
"Azər", "Təbriz", "Akademik Mərkəz",
"Oyanış", "Varlıq",
"Türk-Az", "Babəkin şopinq", "21 Azər"
və başqa təşkilatları) özün də birləşdirə
bilib. AFİ İsveçdə fəaliyyət göstərən
milli təşkilatlar tərəfindən 1998-ci ildə təsis
edilib. Təşkilatın məqsədi İsveçdə
yaşayan azərbaycanlılar və burada fəaliyyət
göstərən milli təşkilatlar vasitəsilə Azərbaycan
mədəniyyətini, tarixini, dilini, adət-ənənələrini
yaşatmaq, Qarabağ və digər bölgələrin
işğal edilməsini, Cənubi Azərbaycanda yaşayan
soydaşlarımızın problemlərini ölkə ictimaiyyətinə,
eləcə də İsveçdə fəaliyyət göstərən
beynəlxalq təşkilatlara və dövlət
strukturlarına çatdırmaqdır. Azərbaycan
Federasiyası İsveç demək olar ki, bu ölkədə
yaşayan azərbaycanlıların həmrəyliyi, millimənəvi
birliyinin möhkəmlənməsi uğrunda
çalışan ictimai təşkilatdır. Azərbaycan
Federasiyası İsveçin məqsədi Azərbaycan və
onunla bağlı problemləri İsveç toplumu və quruluşlarına
tanıtmaq, İsveçdə yaşayan azərbaycanlıların
bu topluma inteqrasiyasına çalışmaqdır. Eyni
zamanda, İsveçdə fəaliyyət göstərən
Azərbaycan dərnəkləri, fəal şəxslər
arasında əlaqələrin qurulmasına yardım etməkdir.
İsveç mediasında Azərbaycan
dilində proqramların yayımının təşkili də
Azərbaycan Federasiyasi İsveçin qarşısına
qoyduğu vəzifələrdəndir. Azərbaycan
Federasiyası İsveçə (AFİ) hazırda Səttar
Sevigin rəhbərliyi altında fəaliyyət göstərir.
Müsbət məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan Federasiyasi
İsveçin (AFİ) rəsmi internet səhifəsi-www.azfi.org-da
fəaliyyət göstərir və federasiyanın
gördüyü işlər, həyata keçirdiyi layihə
və tədbirlər barədə saytda ətraflı məlumat
verilir. Azərbaycan Federasiyası İsveçin www.azfi.org
adlı internet saytı dörd dildə - Azərbaycan,
türk, isveç və ingilis dillərində
yayımlanır. Maraqlı dizayn və məlumat bolluğu
baxımından diqqəti cəlb edir. Saytın manşetini
20-yə qədər “flash” formatlı xəbər tutur. Burada
İsveçdəki diasporunun fəaliyyətinə dair məlumatlara, Azərbaycanla ən son xəbərlərə
rast gəlmək mümkündür. Müasir saytlara xas
“forum”, “ən çox oxunan”, “facebook” və “twitter” sosial
şəbəkələrinə keçidlər də
saytın dizaynı zamanı nəzərə alınıb. Məlumatların
operativ yerləşdirilməsi, məzmun və mövzu
baxımından rəngarəngliyi diqqəti cəlb edir.
İsveçdə fəaliyyət göstərən digər
bir diaspor təşkilatı “Babək” Kültür Dərnəyidir.
“Babək” Kültür Dərnəyinin əsası
İsveçin Linşoping şəhərində 1990-cı
ildə qoyulmuşdur. Zaman-zaman dərnəyin fəaliyyətində
fasilələr yaranmış, hətta dövlət
orqanlarındakı rəsmi qeydiyyatı ləğv
edilmişdir. Lakin bu ləğvolunma uzun sürməmiş,
2007-ci ilin sentyabr ayında 48 nəfər üzvün iştiraki ilə dərnək
yenidən formalaşdırılmışdır. Dərnəyin
Linşopingdə yaşayan azərbaycanlılarla bərabər
qonşu qəsəbə və şəhərlərdən
olan üzvləri də vardır. Dərnəyin məqsədi
Azərbaycan mədəniyyət kursları təşkil etmək,
gənclərin mədəni şüurunu istiqamətləndirmək,
bununla bağlı müxtəlif təşəbbüslər göstərməkdir.“Babək”
Kültür Dərnəyinin rəhbəri Aslan Ərəbluidir.
“Babək” Kültür Dərnəyinin də www.babekderneyi.org
adlı internet səhifəsi fəaliyyət göstərir. Dərnəyin
internet səhifəsinin də əsası İsveçin
Linşoping şəhərində 1990- cı ildə
qoyulmuşdur. Məlumatların informasiya yükü və
dolğunluğu ilə diqqət cəlb edir. İnternet səhifəsi
daha çox dərnəyin fəaliyyətini
işıqlandırır. Bundan əlavə, dərnəyin təşkil
etdiyi tədbirlər barədə məlumatlar, anonslar və
kurslar haqda məlumatlar əks olunur. Qeyd edək ki, dərnəyin
məqsədi Azərbaycan mədəniyyəti kursları təşkil
etmək, gənclərin mədəni şüurunu istiqamətləndirmək,
bununla bağlı müxtəlif təşəbbüslər
göstərməkdir.
“Xəzər”
Azərbaycan-İsveç Dostluq Cəmiyyəti-“Xəzər” Azərbaycan-İsvec
Dostluq Cəmiyyəti 1999-cu ildə İsvecin Malmo şəhərində
yaradılmışdır. Cəmiyyətin
uzvləri həm cənubdan, həm də şimaldan olan
kimliyini danmayan, Azərbaycan
türkü olması ilə fəxr edən insanlardan ibarətdir.
“Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyətini
yaratmaqda məqsəd azərbaycanlıları bir araya gətirmək,
milli adət-ənənələrimizi qoruyub yaşatmaq,
İsveç cəmiyyətinə inteqrasiya olmaq, isveçlilərlə
sıx əlaqə saxlamaq və onlara ölkəmizi,
tariximizi, mədəniyyətimizi, musiqimizi tanıtmaqdır.“Xəzər”
Azərbaycan-İsvec Dostluq Cəmiyyəti yalnız Malmodəki
dərnəklərlə deyil, digər şəhərlərdəki
təşkilatlarla da əlaqə saxlayır. Son illərdə
isə Danimarkada fəaliyyət gostərən “Vətən” Cəmiyyəti
ilə sıx əməkdaşlıq edir, Malmodəki turk,
turkmən cəmiyyətlərinin tədbirlərində fəal
iştirak edir. “Xəzər” Azərbaycan-İsveç Dostluq
Cəmiyyətinə Leyla Kiani rəhbərlik edib.
İsveç Azərbaycanlıları Konqresi-İsveç Azərbaycanlıları
Konqresinin təsis qurultayı 2010-cu ilin iyununda İsveçin
paytaxtı Stokholm şəhərində
keçirilmişdir. Tədbir 15 Azərbaycan diaspor təşkilatının
iştirakı ilə baş tutmuşdur. İsvec Krallığında
fəaliyyət gostərən bir necə diaspor təşkilatının
bu qurumu yaratmaqda məqsədi Azərbaycan həqiqətlərini,
tarixini, mədəniyyətini yaşadıqları ölkənin
ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Eyni zamanda,
vahid diaspor təşkilatı kimi bu yolla Azərbaycan
icmaları, cəmiyyətləri arasında əlaqələri
inkişaf etdirmək, onların imkanlarını və
güclərini səfərbər etmək, bu qurumların fəaliyyətini
koordinasiya etmək, mövcud problemləri birlikdə
çözməkdir. İsveç Azərbaycanlıları
Konqresinin sədri Emil Mirzəyevdir. İsveç Azərbaycanlıları
Konqresinin də www.azeri.se adlı rəsmi internet səhifəsi
mövcuddur. İnternet saytı iki dildə: Azərbaycan və
isveç dillərində fəaliyyət göstərir. Sayt
sadə dizaynlıdır. Başlıqda “Azərbaycan
haqqında” və “Qarabağ konflikti” linkləri diqqət cəlb
edir. Burada Ermənistanın təcavüzkar siyasəti barədə
ətraflı məlumat verilir. Bundan başqa, Konqres, təşkilatın
İdarə heyəti və Nizamnaməsi haqda informasiya əldə
etmək mümkündür. Bakı mənzərələrinin
uğurlu rəng çalarları ilə bəzədilərək
“flash” formatda təqdim edilməsi səhifəni gözəgəlimli
edir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 20 iyun.- S.15.