Azərbaycan diasporunun

Rusiyada formalaşma tarixi

 

Azərbaycan diasporunun ən genişintensiv fəaliyyət göstərdiyi ölkələr içərisində Rusiya Federasiyasi xüsusilə diqqəti cəlb edir. Hazırda qeyri-rəsmi statistikaya görə, Rusiyada 2,5 milyona yaxın soydaşımız yaşayır ki, onlar Federasiyanın 89 subyektinin hamısında məskunlaşıblar. Rusiya ilə Azərbaycanın tarixi əlaqələri X əsrdən etibarən inkişaf etməyə başlayıb. Zamanla Rusiyanın güclənməsi səbəbilə imperiya maraqlarına Azərbaycan da daxil edildi. Xususilə, Azərbaycan uğrunda Rusiya-Turkiyə-İran qarşıdurması qanlı nəticələr vermişbundan yerli əhali əziyyət cəkmişdi. Rusiya dövlətinin qüdrətli inkişaf dövrü keçdiyi zaman başqa yerlərdə olduğu kimi, Azərbaycanda da bu dövlətə köçənlər arasında ticarət və elm xadimləri var idi.

Tədqiqatçıların araşdırmalarına görə, Böyük Moskva knyazı III Vasili, İvan Qroznı və I Pyotrın çarlığı dövründə Rusiyaya köçən azərbaycanlı sənətkarlar, tacirlər, elm xadimləri Moskva, Sankt-Peterburq, Moskva ətrafı ərazilərdə məskunlaşırdılar. Azərbaycanlılar içərisində Rusiya dövlət idarələrində çalışanlar barəsində arxivlərdə məlumata rast gəlmək olar. Rusiya Xarici İşlər Nazirliyində tərcüməçi işləmiş Nəsirov və Mirzə əbu Turab Vəzirov XVIII əsr Azərbaycan diasporunun tanınan nümayəndələri olublar. 1828-ci il “Türkmənçay” müqaviləsinə qədər Rusiyaya təhsil almaq məqsədilə gedib burada daimi yaşayan soydaşlarımızdan Mirzə Abdulla Vəzirov, Mirzə Cəfər Topçubaşov, Abbasqulu ağa Bakıxanov kimi tanınmış şəxslərin adlarını çəkmək olar. 1813-1828-ci illər imzalanan “Gülüstan” və “Türkmənçay” sülh müqavilələri Azərbaycanı bir dövlət, azərbaycanlıları bir millət kimi iki hissəyə parçaladı. Rusiya tabeçiliyində qalan Şimali Azərbaycanın vətəndaşları Rusiya təbəəsi olurdular. 1828-1991-ci illər arası Rusiyaya axını güclənən mühacirət prosesini təqribi olaraq aşağıdakı dövrlərə bölmək olar:

1828-1918-ci illər – əsasən elm, sənət və digər işlərlə məşğul olan Azərbaycan mühacirləri Rusiya ərazisində say etibarı ilə seçilən icmalarını yarada biliblər. Bu illər ərzində bir çox tanınmış azərbaycanlılar imperiyanın sayılıb-seçilən insanlarından olmaqla, Rusiyanın elminə və iqtisadiyyatına öz töhfələrini vermişlər. Rusiya elmində, hərbində və iqtisadiyyatında danılmaz rolu olan azərbaycanlılardan Əliağa Şıxlinski, Mirzə Məhəmmədəli, Hacı Kazım, Mirzə Kazım bəy, Ağababa Sadıqov, İbrahim ağa Usubov və yüzlərlə digər insanın adını çəkmək olar.

1922-1960-cı illər – Azərbaycan Demokratik Respublikasının süqutundan sonra bolşevik siyasi ideologiyasının tərəfdarı olan bəzi azərbaycanlılar Rusiyaya köçməyə başladılar. Əsasən II dünya müharibəsi illərində və müharibədən sonrakı dövrdə rus qadınları ilə ailə qurub burada yaşayan soydaşlarımız Azərbaycan mühacirətinin ikinci dalğasının nümayəndələridir. 1932-ci il repressiyaları zamanı Sibir, Mərkəzi və Orta Asiya, Rusiyanın ucqar əyalətlərinə sürgün edilən azərbaycanlılardan sağ qalanlar bu ərazilərdə yaşamağa məcbur olmuş və çox cuzi hissə vətənə qayıda bilmişdi.

1960-80-ci illər – bu dövrün mühacirəti sosial və iqtisadi səbəblərlə bağlıdır. İlk olaraq Rusiyanın əyalətlərində böyük tikililər – Sibirdə Baykal-Amur magistralı, Volqa boyunda, Tumendə yeni neft yataqlarının istismarı, yeni şəhərlər salınması səbəbilə minlərlə azərbaycanlı bura köçmüş və ya köçürülmüşdur. Bu mühacirət prosesinə muvafiq olaraq II Bakı, III Bakı, IV Bakı kimi anlayışlar ya ranmışdı. 1970-ci ildən isə Rusiyaya təhsil almağa gedib geri qayıtmayan azərbaycanlılar da çoxluq təşkil edirlər. Moskva, Leninqrad və digər iri şəhərlərə oxumağa gedən azərbaycanlılar təhsil muddəti bitdikdən sonra oz ixtisasları üzrə işləyərək Azərbaycan icmasının ziyalı təbəqəsini təşkil ediblər. Bu barədə Azərbaycan xalqının umummilli lideri 2002-ci ilin 9 iyununda Rusiyaya işgüzar səfəri zamanı etdiyi nitqdə xüsusi olaraq qeyd etmişdir: “Mən o vaxt SSRİ-dən böyük çətinliklərlə ilbəil kvota alırdım. Birinci il 100 yer verdilər ki, onlar imtahansız qəbul ediləcəklər. Yəni, imtahanı Azərbaycanda verəcəklər, gəlib Moskvada imtahan verməyəcəklər. İkinci il 200, sonra 300, daha sonra bu rəqəm 800-ə qalxdı. Axır vaxtlar biz ildə 800 gənc gondərirdik. Əgər burada onlardan varsa, ola bilər, xatirələrindədir. Lenin sarayında, indi Respublika sarayı adlanır, hər il onlarla görüş keçirirdik. 17-18 yaşlı 2500 gənci avqust ayında biz Respublika sarayına yığırdıq, hamısına ağ köynəklər, qalstuk geyindirdik, hərəsinə yol pulu, bir aylıq təqaüd verirdik. Mən də harada olsam da, avqust ayının ya 29-u, ya da 30-u gərək mütləq Bakıda olardım. Çünki mən özüm onlarla görüşməli idim. İnanın, mən hər bir gəncə öz övladım kimi baxırdım. Mənim arxivimdə çox şeylər var. Bir çox şeyləri də mən Moskvaya köçəndə Bakıda qoyub getdim. Sonra biri Azərbaycana gəlmiş, mənim arxivimin Bakıda qalan hissəsini yandırmışdı. Əvvəl kranı açıb otaqlara su tökmüşdü, arxivdəkilər xarab olandan sonra çıxarıb yandırmışdı. Amma o şeyləri ki, mən Moskvaya aparmışdım, indi də qalır. Hər il 800 adam ki, SSRİ-nin bütün ali məktəblərinə müsabiqədən kənar qəbul olunurdu, onların siyahısı mənim arxivimdədir. Nə üçün? Çünki bilirsinizmi, bu, mənim əsərimdir. Bunlar mənim övladlarımdır. İndi kim bunu qiymətləndirirsə, qoy qiymətləndirsin, kim unudursa, qoy unutsun. İnsanın doğma övladlarının da bəziləri, görürsən, sonra atasını unudur. Amma mən bunların hamısına övladlarım kimi baxmışam. Sözü nəyə gətirirəm? Biz hətta bu cür edirdik. Amma indi, əgər müəyyən miqrsaiy gedirsə, azərbaycanlılar gəlib Rusiyada yerləşiblərsə, bunun nəyi pisdir? İndi Rusiyada bizim iki milyonluq diasporumuz var”.

1991-ci ildən bu günə qədər davam edən mühacirət prosesi əsasən iqtisadi səbəblərlə əlaqəlidir. Bu tarixdən başlanan mühacirət prosesi barədə tədqiqatlarda qeyd edilir ki, bu şəxslər Rusiyanın müxtəlif şəhər və rayonlarında məskunlaşdıqdan sonra diaspor formalaşdırılması zərurəti meydanan çıxmışdı. Hazırda sayı 2-2,5 milyona çatan Rusiya azərbaycanlılarının əksəriyyətini 1991-ci ildən sonra kütləvi şəkildə bu əraziyə köçənlər təşkil edirlər.

Göründüyü kimi, Rusiyada Azərbaycan diasporunun formalaşması bir neçə mərhələdən keçib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra buradakı soydaşlarımızın diaspor formalaşdırması prosesi xususi intensivliklə başlanmış və hazırda davam etməkdədir. Rusiyada azərbaycanlıları ətrafında birləşdirməyə calışan 13 mərkəz fəaliyyət göstərsə də, bunlardan ikisi - Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti FNKA-AZERROS ətrafında Azərbaycan cəmiyyətləri və təşkilatları toplaşıb və Rusiyanın bir çox bölgəsində özəkləri var. Rusiyada Azərbaycan diaspor təşkilatları 89 obyektin hamısında fəaliyyət göstərir. Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və cəmiyyətlərini ətrafında birləşdirən iri qurumlar fəal işlə məşğul olur. Belə qurumlardan böyüyü və geniş imkanlara malik olanı Ümumrusiya azərbaycanlıları Konqresidir. UAK 2001-ci il martın 5-də Moskva şəhərində təsis olunub. Azərbaycan və Rusiya rəsmi dövlət strukturları tərəfindən tanınan konqresin Rusiyanın 60-dan çox şəhərində strukturu formalaşıb. Rusiyanın demək olar ki, bütün iri şəhərlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri konqresin üzvləridir. 2001-ci il 4 oktyabrın da UAK-ın birinci qurultayı keçirildi. UAK-ın məqsəd və vəzifələrinə Azərbaycan Respublikasının vətəndaşı olub, Rusiya Federasiyasında yaşayan azərbaycanlıların vətəndaş hüquqlarının müdafiəsi, sosial-mədəni inkişafa yardım etməklə reallaşdırmaq, Rusiya Federasiyasındakı azərbaycanlıların milli əlaqələrini, kimliyini və dinini, mədəni irsini qoruyub saxlamaq və inkişaf etdirmək, Rusiya və Azərbaycan xalqları arasında dostluq munasibətlərini inkişaf etdirmək, milli-mədəni tədbirlərin reallaşdırılmasında iştirak, mədəni və milli əlaqələrin üuxtəlif formalarda (mədəniyyət mərkəzləri, icmalar, tarixi abidələrin və məzarların qorunması, milli təhsilin inkişafı) inkişaf etməsinə dəstək vermək daxildir. Hazırda konqres "Azerbaydjanskiy konqress" qəzetini nəşr edir. www.azcongress.ru internet saytını yaradıb. UAK-ın təşəbbüsü ilə Tumen yerli televiziyasında Azərbaycan dilində verilişlər yayımlanır.

2009-cu il aprelin 18-də Moskvada Rusiyanın azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı keçirilmişdir. Konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubu və təşəbbüs qrupundan 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak etmişlər. Toplantıda gənclərimizin qarşısında duran vəzifələr, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması zərurəti, gənclərin diaspor quruculuğu işində daha fəal iştirakının vacibliyi ilə bağlı fikir mübadiləsi aparılmışdı. Toplantının yekununda təşkilatın nizamnaməsi səsə qoyularaq qəbul edilmiş, rəhbər orqanlara seçkilər keçirilmişdi. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva yekdilliklə Rusiyanın azərbaycanlı Gənclər Təşkilatının sədri seçilmişdi.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 3 iyun.- S.15.