Avstriyada Azərbaycan

diasporunun formalaşma tarixi

 

Bu gün Azərbaycan diasporunun fəaliyyət göstərdiyi Avropa ölkələrindən biri də Avstriyadır. Azərbaycan və Avstriya əlaqələrinin tarixi orta əsrlərə təsaduf edir. Əsasən ticarət üzərində qurulan ikitərəfli əlaqələr nəticəsində Azərbaycan xalçaları, zərgərlik məmulatları, ipəyi BizansRusiyadan keçməklə Avropanın bu dövlətinə də gəlib cıxmışdı. Hələ 1473-cu ildə Azərbaycan Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən Avstriya-Macarıstandan Azərbaycana gələn nümayəndə heyətilə görüşmüş, sonra venesiyalı Katerino Zena vasitəsilə Avropa monarxları, o cümlədən Milan, Avstriya və Macarıstan krallarına məktub göndərmişdi. Sonradan Vyanaya Uzun Həsənin başqa səfiri, venesiyalı Nikolo Qrolo gəlmiş, iki tərəfli əlaqələrin inkişafına çalışmışdı. Avstriya ilə münasibətlər tarixin sonrakı illərində də davam etmişdi. 1599-cu ildə Səfəvi hökmdarı Şah Abbas başda Hüseynəli bəy olmaqla, digər şəxsləri Avropaya, o cümlədən Avstriyaya səfirliyə göndərmişdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində də Bakıda Avstriya-Macarıstan konsulluğu fəaliyyət göstərirdi.

I dünya müharibəsindən sonra bu ölkəyə azərbaycanlıların passiv mühacirəti başlayır. Əsasən iqtisadisosial səbəbli mühacirət bolşevik işğalından sonra siyasi xarakter alır. Avropanın bir çox ölkələri kimi Avstriya da Azərbaycan siyasi mühacirlərini qəbul edir. Azərbaycanlıların Avstriyada məskunlaşmasının ikinci böyük dalğasına II dünya müharibəsindən sonra əsir düşmuş bəzi azərbaycanlıların Vətənə geri qayıtmayaraq Avstriya ilə paralel digər ölkələrdə məskunlaşmasını aid etmək olar. Avstriyada məskunlaşan təqribən 5 minə yaxını Sovet vətəndaşlarının müəyyən hissəsi soydaşlarımız idi. Sonradan bu şəxslərə cənublu və turkiyəli soydaşlarımızın qoşulması Avstriyada Azərbaycan diasporunun formalaşmasına səbəb olmuşdu. Hazırda Avstriyada azərbaycanlıların sayı 3 mindən artıq gostərilir.

Bu gün Avstriyada 5-dən artıq Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Ötən müddətdə Avstriyada azərbaycanlı icması tərəfindən xalqımızın tarixinin və mədəniyyətinin təbliği ilə bağlı muxtəlif tədbirlər təşkil olunmuşdu. Qeyd etmək yerinə duşər ki, türk dunyasının dostu, tarixçi alim mərhum Erix Fayql da məhz avstriyalı idi. Avstriyanın paytaxtı Vyanada "Michaelerplatz" adlanan sarayda təntənəli Nar festivalını məhz Avstriyadakı Azərbaycan diasporu təşkil edib. Qeyd edək ki, bu ölkədə böyük maraqla qarşılanan festivalın hər il keçirilməsi diasporumuzun böyük uğurlarından sayılr. Burada milli rəqslərin, xalq oyunlarının ifa edilməsi və qonaqlara milli Azərbaycan yeməkləri və içkilərinin təqdim olunması dövlətimizin təbliğ edilməsində mühum əhəmiyyət kəsb edir.

Avstriyada fəaliyyət göstərən diaspor təşkilatlarından biri Azərbaycan Akademik Birliyidir. Azərbaycan Akademik Birliyi Avstriyada 2002-ci ilin oktyabrında yaradılıb. Cəmiyyət Azərbaycan Respublikasının dovlət strukturları, ictimai təşkilatları ilə sıx əməkdaşlıq edir. Azərbaycan Akademik Birliyinin sədri Baxış Əliyevdir.

Azər-ATA (Azərbaycan-Türkiyə-Avstriya) Dostluq Cəmiyyəti-Avstriyadakı daha bir Azərbaycan diaspor  təşkilatı Azər-ATA (Azərbaycan-Türkiyə- Avstriya) Dostluq Cəmiyyətidir. Azər-ATA Vyana şəhərində yerləşir. Cəmiyyət 2004-cü  ildən etibarən fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi Azərbaycan həqiqətlərini təbliğ etməkdir.

Avstriyadakı daha bir Azərbaycan diaspor  təşkilatı Azər- Azərbaycan Mədəniyyət Mərkəzidir. Azərbaycan Mədəniyyət Mərkəzinin məqsədi respublikamızda baş verən  ictimai siyasi, demokratik prosesləri açıqlamaq, geniş ictimaiyyəti onların mahiyyəti ilə tanış etməkdir. Mərkəz Azərbaycanla əlaqələri möhkəmlətməklə, respublikanın mürəkkəb ictimai-siyasi vəziyyətini, xüsusən erməni təcavüzü  nəticəsində baş vermiş müharibə haqqında həqiqəti Avstriyada çatdırmaq  istiqamətində xeyli görür. Mərkəz Azərbaycandan bu ölkəyə musiqiçilər dəstəsinin, alimlərin, yazıcıların və dövlət xadimlərinin dəvət olunması sahəsində də səmərəli fəaliyyət göstərir. Avstriya ilə iqtisadi əlaqələrin yaradılmasında,  Azərbaycan mədəniyyəti sərgilərinin təşkili işində yaxından köməklik göstərir. Mərkəz, həmçinin istər sənədli lentlərin, istərsə də əyani vəsaitlərin – kitab, jurnal, qəzet və s. köməyi ilə Azərbaycanın bügunku həyatı, Qarabağ  həqiqətləri haqqında qiymətli telereportaj və məqalələri ilə dünyanın  müxtəlif telekanallarına, mətbuat səhifələrinə çıxır. Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Cəmşid Qızılbaşdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 6 iyun.- S.15.