“Ədəbi cərəyanlar
yazarların birliyidir”
Məlahət Xəlilova: “Bir
ədəbi əsərin dəyəri və gözəlliyi
ağıla, sağlam duyğuya
uyğun olmasından qaynaqlanır”
İyunun
5-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə
“Azərbaycan ədəbiyyatında müasir
yaradıcılıq cərəyanlarının izlənməsi
və təhlilinə dair təşəbbüslər”
adlı layihəsi çərçivəsində yekun mətbuat
konransı keçirilib.
Qeyd edək ki, layihə 14 martdan 14 iyunadək
– 3 ay müddətinədək həyata keçirilib. Tədbiri
giriş sözü ilə açan layihə rəhbər Məlahət
Xəlilova bildirib ki, ədəbi cərəyanlar
dünyagörüş, hiss, anlayış baxımından
yeniliklər ortaya qoyur. M.Xəlilova hesab edir ki, cərəyanlar
müəyyən tarixi dövr ərzində yazar və
şairlərin yaratdıqları birlikdir. İzmlərin
yarandığı dövrdən etibarən müəyyən
bir müddət ərzində ədəbiyyat mühitində
özünə yer tapdığını deyən layihə rəhbərinin
sözlərinə görə, cərəyan nümayəndələri
ortaya çıxardığı əsərlərlə
insanlar arasında geniş müzakirələr
yaratmağı bacarıb: “İzmlər yeni fikir istinadına
çevrilərək cəmiyyətlərin gündəlik həyatında,
xüsusilə də mədəni həyatında əhəmiyyətli
dəyişikliklər meydana gətiriblər. Ədəbi cərəyanların
çoxu varlıqlarını özündən əvvəlki
izmlərin varlığına borcludur. Çünki bir
çox izm özündən əvvəlki ədəbi cərəyana
reaksiya kimi ortaya çıxıb. Məlahət Xəlilova qeyd
edib ki, ədəbiyyatın
müxtəlif növlərini araşdırmamışdan qabaq yazarlar ədəbi cərəyanlarla
mütləq tanış olmalıdırlar. Ədəbiyyatın
inkişafı baxımından izmlərin əhəmiyyətli
olduğunu deyən M.Xəlilova bildirib ki, ədəbi janrlar cərəyanlar
içərisində müxtəlif səpkidə dəyərləndirilirlər.
Layihə rəhbərinin sözlərinə görə, cərəyanlar
müəyyən bir dövrdə estetik düşüncə və sənət
üçün ətrafında toplanan yazıçı, şairlərin üslub, duyğu və fikir baxımından biri-birlərini
xatırladan əsərlər ortaya
çıxarmaları ilə yaranıb: “Məsələn, romantizm ədəbi cərəyanı klassizmə
reaksiya kimi XIX əsrdə
İngiltərədə yaranıb. Romantizmin
ortaya çıxması ilə klassizm ənənələrinə zərbə
vuruldu. Klassizmin əksinə
olaraq romantizmdə duyğu,
xəyal, intuisiya və ehtiraslara
həddindən artıq dərəcədə yer
verilir. Dil və ifadədə
sərbəst davranış ortaya
çıxır. Dildə də mövzuda
olduğu kimi təzada
xüsusi yer verilir. Mövzuları daha
çox milli tarix və gündəlik həyatdan
alınır. Klasisizmin laqeyd
yanaşdığı din məsələsi
qabağa çəkilir. Təbiət təsvirləri
ön plana
çıxarıldı. Yazarlar əsərlərində
kimliklərini gizləməmiş, əksinə öz hisslərini, sevinclərini, kədərlərini,
təəssüratlarını açıq şəkildə
ifadə etmişlər. Bu tendensiya
bu gün də davam edir. Romantizmin
ən görkəmli nümayəndləri Russo,
Hüqo, Şiller, Dumas, Musset Viqni,
Bayron, Şekspir və
başqalarıdır. Azərbaycan ədəbiyyatında
Mikayıl Müşfiq, Hüseyn
Cavid və s. bu cərəyanın görkəmli nümayəndələridir”.
Layihə çərçivəsində ədəbi
cərəyanların təhlili məqsədilə ictimai mizakirələr təşkil edilmiş,üç dyirmi
masa keçirilmiş,ayrı-ayrı cərəyanlar
barədə söylənilən tənqidi fikirlərə
aydınlıq gətirilmiş,çağdaş ədəbi
cərəyanların müsbət və mənfi tərəfləri barədə maarifləndirmə işi aparılmışdır.30 nəfər
müxtəlif yaş
qrupları arasında rəy
sorğuları keçirilmişdir.Layihə ilə
bağlı mövzuda mətbuat
orqanlarında təbliğat materialları yerləşdirilmiş,bütün
tədbirlər işıqlandırılmışdır.
Çıxışçılar
müstəqil jurnalist Yeqzar
Cəfərli, layihənin eksperti Alim Hüseynli, ədəbi
tənqidçi Mənsur Rəğbətoğlu,
yazıçı Əyyub Qiyas ədəbi
cərəyanların Azərbaycanın ədəbi mühitinə
təsirləri barədə fikirlərini bildiriblər.
Tədbirdə Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasından Xanım Cəbrayılova, layihənin
eksperti Fatma Abbasquliyeva, yazıçılar və KİV
nümayəndləri iştirak ediblər.
Mənsur
Rəğbətoğlu
Olaylar.-2014.-
6 iyun.- S.9.