”Vətən” Cəmiyyəti
Danimarkada Azərbaycanın
təbliği istiqamətində aparıcı rol
oynayır
Səfər Sadiqi: “Azərbaycan Evinin fəaliyyəti Danimarkadakı diasporamızın inkişafında mühüm rola malikdir”
Azərbaycanı Avropada layiqincə təmsil edən diaspor təşkilatlarından biri də Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətidir. Adi çəkilən təşkilat fəaliyyət göstərdiyi 7 il ərzində ölkəmizin təbliği istiqamətində bir sıra layihələrə imza atıb. Cəmiyyətin sədri Səfər Sadiqi “OLAYLAR” verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun qarşısında duran vəzifələrdən danışıb
-Səfər bəy, rəhbərlik etdiyiniz “Vətən” Cəmiyyətinin yaxın vaxtlar üçün nəzərdə tutduğu layihələr, tədbirlər nədən ibarətdir?
-“Vətən” Cəmiyyəti
2007-ci ildə Hillerod şəhər bələdiyyəsinin
rəsmi qeydiyyatından keçərək fəaliyyətə
başlayıb. Cəmiyyətimizin əsas məqsədi,
azərbaycanlıları bir araya gətirib, danimarkalılara və şəhərin
qonaqlarına Azərbaycan torpaqlarının işğal
olunması, BMT-nin qərarlarını erməni
işğalçıları tərəfindən yerinə
yetirilməməsi, bir milyon
insanın öz dədə-baba
torpaqlarından məcburi çıxarılması,
Xocalı soyqrımı, Azərbaycanın müstəqiliyi uğrunda mübarizə aparan
20 yanvar şəhidləri haqqında, həmçinin
Azərbaycanın mədəniyyəti və incəsənəti
barədə geniş məlumat verməkdir.
Cəmiyyətimiz Azərbaycana qarşı olan
yalan məlumatlara cavab
olaraq hər zaman öz etirazlarını rəsmi qaydada bildirir. Cəmiyyətimizin
təşkil etdiyi hər bir
tədbirimiz barədə internet səhifəmiz olan
www.vetencemiyyeti.com-da məlumat verilir. Bildiyiniz kimi ermənilər 2015-ci ildə ”
yalançı erməni soyqrımını” geniş
surətdə qeyd etməyə
hazırlaşırlar. Buna qarşı olaraq Cəmiyyətimiz bir
çox tədbirlər planı
hazırlayıb. Kopenhagen Universitetlərində
erməni işğalını əks etdirən foto sərgilər, kitablar
və sənədli məlumatları danimarkalı tələbələrin
ixtiyarına verməyi planlaşdırmışıq. Cəmiyyətimizin
təşəbbüsü ilə bu
yaxında Kopenhagendə Türkdilli Cəmiyyətlərin
Koordinasiya Şurası yaradılacaq. Artıq bu
istiqamətdə işlər gedir. Bundan başqa Danimarka Parlamentində türk
mənşəli millət vəkilləri ilə sıx əlaqəmiz
var və onlarla gələcəkdə
Xocalı soyqrımını geniş
müzakirəyə çıxarmaq üçün
müzakirələr aparırıq.
-Cəmiyyətinizin Danimarkadakı azərbaycanlı uşaqlar üçün təşkil etdiyi kurslar üçün lazım olan əyani vəsaitlər, kitabların alınmasında problemlər mövcud idi. Həmin problemləri aradan qaldıra bildinizmi?
-Diasporla
İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə Kopenhagendə iki ildən
çoxdur ki, Azərbaycan
Evi fəaliyyət göstərir. Azərbaycan
Evinin fəaliyyəti Danimarkadakı
diasporamızın inkişafında mühüm
rola malikdir. Azərbaycan
Evində tədbirlərimizlə yanaşı, bir çox
görüşlər, ad günləri,
yubileylər keçirilir. Azərbaycan Evinin nəzdində azərbaycanlı uşaqlar üçün
”həftə sonu ”Ana dili” məktəbi təşkil etmişik. Bu şəraiti
bizə yaratdıqlarına görə Azərbaycan dövlətinə
öz minnətdarlığımızı
bildiririk. Bununla
arxamızda güclü bir
dövlətin olduğunu hiss
edirik. Bu da bizim gələcək
işlərimizdə yüksək nəticə əldə etməyimizə
zəmin yaradır. Bunlarla yanaşı ”Ana dili” məktəbində
dərs kitablarının çatışmamazlığı
problem olaraq qalır. Biz keçirilən dərsi uşaqlara
kitabdan kopiya
çıxararaq vərəqələr şəklində
paylayırıq. Bu da
gələcəkdə vərəqələrin uşaqlar tərəfindən itməsi və ya uşaqların evdə gələcək dərslərə
baxmaq marağının
qarşısını alır. Inanırıq ki,
Təhsil Nazirliyi tərəfindən bu problemimiz yaxın vaxtlarda həll olunacaq. Azərbaycan diasporasının gələcəyi olan uşaqlarımızın öz
ana dillərində yazıb
oxuması, tarixini
və mədəniyyətini bilməsi üçün
şəraiti yaratmaq hamımızın borcudur. Ümumiyyətlə, ”Vətən” Cəmiyyəti
Danimarkada Azərbaycanın təbliği
istiqamətində aparıcı rol
oynayır. Yuxarıda qeyd
etdiyim kimi Cəmiyyətimiz
millət vəkilləri ilə, nazirlərlə, Danimarkada fəaliyyət göstərən başqa cəmiyyətlərlə, media nümayəndələri ilə, Danimarka hökumətinin təşkil etdiyi tədbirlərdə, festivallarda
görüşlər keçirib Azərbaycan
barədə məlumatlar verir. Cəmiyyətimiz
2008-ci ildən Avropa Azərbaycanlıları
Konqresinin idarə heyətinə üzv seçilib . Uşaqlardan ibarət “Cücələrim“
yaradıcılıq qrupu təkil olunub. Azərbaycanin təbliğində
böyüklərlə yanaşı uşaqlarımız da aktiv rol
oynayırlar.“Cücələrim” yaradıcılıq qrupu, Kopenhagen bələdiyyəsi tərəfindən
təşkil olunan “Inteqrasiya
Günü” və Helsinqor
şəhər bələdiyyəsinin təşkil etdiyi “Kültür festivalda “ iştirak
edərək hədiyyələr alıb.
-Danimarkadakı Azərbaycan diaspor təşkilatları arasında birlik və bərabərlik, həmrəylik varmı?
-Danimarkada fəaliyyət göstərən Azərbaycan
cəmiyyətləri ilə əlaqələrimiz var. Orhus şəhərində
fəaliyyət göstərən Danimarka–
Azərbaycan ”Dostluq ”Cəmiyyətinin sədri
Yusif bəy. Danimarka –
Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Kərimbəy.
Kopenhagendə uzun müddətdir fəaliyyət
göstərən Danimarka – Azərbaycan Cəmiyyətinin
sədri Abbas bəylə sıx əməkdaşlıq
şəklində çalışırıq. Bizim bütün tədbirlərimizdə
Abbas bəy iştirak
edir. Onun təcrübəsindən
və məsləhətlərindən istifadə edirik.
-Bəs diasporumuz Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının Danimarka cəmiyyətinə çatdırlması istiqamətində nə dərəcədə aktivdir?
-Azərbaycan
torpaqlarının işğalı və Xocalı soyqrımə
bizim ən agrılı yerimizdir.
Cəmiyyətimizin bu istiqamətdə təbliğatı
bir kompaniya formasinda yox, mütamadi şəkildə davam
etdirilir. Qarabağ problemi və Xocalı soyqrımına aid olan kitablar
Kopenhağen, Hillerod və
Bikerod kitabxanalarına paylanaraq
geniş kütlə oxucusunu
məlumatlandırıb. Xocalı
soyqrımı ilə bağlı 2013-cü ilin
fevralında Kopenhagenin ən böyük meydanı olan
Rodhuspladsda torpaqlarmızın
işğalına qarşı etiraz mitinqi keçirdik.
2014-cü ildə isə Kopenhagendə Xocalıyla
bağlı 600-dən çox bukletlər
danimarkalılara və şəhərin qonaqlarına
paylandı. Həmçinin Azərbaycan Evində böyük tədbir təşkil etdik. Tədbir iştirakçılarına sənədli
videolar nümayiş etdirildi. Torpaqlarımızın erməni
işğalçıları tərəfindən zəbt
olunması ilə bağlı məlumatları mütəmadi
olaraq uşaqlarımıza da təbliğ edirik. Bu istiqamətdə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən
“Ana dili“ məktəbinin
rolu böyükdür.
-Damimarkadakı digər diaspor təşkilatları, xüsusilə Türk diaspor təşkilatları ilə əməkdaşlıq hansı səviyyədədir?
-Türk
dilli cəmiyyətləri hər zaman özümüzə arxa
bilmişik və onlarla
əlaqələrimiz qırılmazdır. Danimarka Ülkü
Ocaqlarının sədri Ilhan bəy,
Türkmən Yardım Cəmiyyətinin sədri Yurtan bəy, Danimarka Uyğur Cəmiyyətinin sədri Səttar bəylə
yaxın əlaqələrimiz var qarşılıqlı
olaraq tədbirlərdə iştirak
edirik. 2012-ci ildə cəmiyyətimiz Danimarkada ”Turk dilli cəmiyyətlərin birliyini” yaratmaq təklifi
ilə çıxış etdi. Artıq
birliyimizi yaratmışıq. Bu birlikdə türk,
türkmən, uyğur və Azərbaycan
diaspora nümayəndələri təmsil
olunur. Bu
yaxınlarda Türkdilli
cəmiyyətlərin Koordinasiya
Şurasını yaradacağıq. Koordinasiya
Şurasının əsas məqsədi birgə tədbirləri
təşkil etmək və əlaqələrin daha da six
şəkildə genişləndirməkdir. Eyni
zamanda 2015-ci ildə ermənilərin
yalançı soyqrımının 100 illiyinə
qarşı tədbirlər planının hazırlanması və
təşkil olunması qarşımızda duran
əsas məqsədlərimizdən biridir.
-Azərbaycan səfirlikləri diaspor təşkilatları ilə nə dərəcədə əməkdaşlıq edir? Çünki Dünya Azərbaycanlılarının Qurultayında prezident İlham Əliyev səfirliklərə diaspora ilə yaxından əməkdaşlıq etməyi tapşırmışdı.
-Dünya Azərbaycanlılarının III
Qurultayında dövlət başçısı öz çıxışında qeyd etdi “Səfirliklər,
cəmiyyətlərlə bir komanda kimi işləməlidilər.
Biz artıq müdafiə mövqeyindən
çıxıb, hücum taktikasına
keçməliyik“. Çox doğru fikirdir. Səfirliklər
cəmiyyətlərlə birlikdə fəaliyyət göstərib
Azerbaycan diasporasının
inkişafına öz töhfələrini
verməlidilər. Təssüf ki, Danimarkada Azərbaycan səfirliyi yoxdur. Böyük Britaniyada olan Azərbaycan
səfirliyinin fəaliyyəti Danimarkaya da aiddir. Cəmiyyətimizin
yüksək nəticələr əldə etməsində səfirliyin
böyük rolu olub. Səfirimiz Danimarkaya
gələndə mütləq bizim cəmiyyətin
nümayəndələri ilə görüşür.
Hər zaman cəmiyyətimizin fəaliyyəti
ilə maraqlanıb bizə hər bir sahədə
dəstək olur. Bildiyiniz
kimi Danimarka Avropa ölkələri arasında nüfuza malik olan ölkələrdəndir. Bu
ölkədə Azərbaycan səfirliyinin olmaması tək diaspora sahəsində deyil,
həmçinin danimarkalıların Azərbaycana turist səfərlərinə getməsi və
vizanın alınması baxımından da
çətinliklər yaradır. Bu
baxımdan danmarkalılar Gürcüstana
və Ermənistana getməyə üstünlük
verirlər.Təsəvvür edin ki, son illərə qədər
Danimarkada erməni diasporası yox dərəcəsində idi.
Ermənilər dövlət tədbirlərində heç vaxt iştirak etmirdilər. Ancaq
üç ilə yaxındır ki, Kopenhagendə Ermənistanın səfirliyi
açılıb. Bunun nəticəsi olaraq ermənilər artıq fəallaşıblar.
Azərbaycan səfirliyinin Danimarkada
açılması çox vacib və təxirəsalınmaz məsələlədədir.
Inanırıq ki, bu məsələ
tezliklə öz həllini tapacaq.
-Danimarkada yaşayan azərbaycanlılar bu ölkənin cəmiyyətinə inteqrasiya etməkdə maraqlıdırlarmı?
-Əgər istəyiriksə
yaşadığımız ölkənin ictimai
və siyasi həyatında öz sözümüzü
deyək, o zaman həmin
cəmiyyətə inteqrasiya olunmalıyıq.
Qapalı şəkildə yaşamağımız ancaq özümüzə ziyan
vuracaq. Sevindirici
haldır ki, gənclərimizin
hamısı təhsil sahələrində oxuyurlar.
Insanlarımızın əksəriyyəti ziyalılardir.
Danimarkalılar azərbaycanlıları, yüksək intektuala sahib bir insanlar kimi
tanıyırlar. Azərbaycanlılar arasinda
professor, həkimler, müəllimlər, compüter mühəndisləri, iş adamları fəaliyyət göstərir.
Mən və qızım Danimarkada iqtidarda olan Sosial Demokrat
Partiyasının üzvüləriyik. Bu partiyanın tədbirlərində
bir neçə dəfə Danimarkanın gənclər və təhsil naziri Kristina Antanoli ilə görüşüb, azərbaycanlı
gənclərlə baglı
məlumatlar vermişik.
Yaşadığımız ölkənin cəmiyyətinə
inteqrasiya oldugumuz halda hər bir azərbaycanlı öz iş yerində və ya oxuduğu təhsil müəssisəsində
danimarklıların Azərbaycan
barədə suallarına
dolgun və ətraflı cavab verə bilməlidi. Uşaqlarımızın bu
suallara cavab verməsi üçün
“Ana dili“ məktəbimizin
xüsusi rolu vardir. Vətəndən uzaqda yaşasaq da Azərbaycanın hər bir uğuruna
sevinir və inanırıq ki, dövlətimizin
apardığı siyasət
nəticəsində işğal
olunmuş torpaqlarımız
tezliklə azad olacaq. Hesab edirəm ki,
o gün uzaqda deyil və o gün tezliklə gələcək.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 10 iyun.- S.15.