Azərbaycan diasporunun

Danimarkada məskunlaşma tarixi

 

Danimarka da Azərbaycan diasporunun aktiv olduğu Avropa ölkələrindən sayılır. Bu ölkədə soydaşlarımızın sayı 2,5 minə yaxın göstərilir. Danimarkaya azərbaycanlıların mühacirəti üç əsas dövrə bölünür. Birinci, 1890-1918-ci illər – passiv mühacirət dövrü. Bu illərdə cənubdan, şimaldan və əsasən Türkiyədən köçən azərbaycanlılar iri şəhərlərdə məskunlaşırdılar. Əksəriyyəti ziyalılar və ticarətçilər olan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası uzun vaxt aparıb.

İkinci, 1920-1990-cı illər azərbaycanlıların mühacirətinin fəal dövrüdür. Xüsusən 1941- 1945-ci və 1960-cı illərdə Azərbaycandan və Turkiyədən olan soydaşlarımızın çoxsaylı qrupları Danimarkanın paytaxtı Kopenhagendə və digər şəhərlərdə məskunlaşıblar. Bu mühacirlər qapalı və gizli həyat yaşamalarına baxmayaraq, ticari-iqtisadi sahələrdə xeyli uğurlar əldə ediblər. Yerli əhali və türk diasporunun nümayəndələrilə qarışıq nikaha girən azərbaycanlıların bir hissəsi milli kimliklərini qoruyub saxlaya biliblər. Üçüncü, 1991-ci ildən sonrakı dövr. Müstəqillik əldə olunduqdan sonra şimaldan kütləvi halda başlayan mühacirət nəticəsində Danimarka yüzlərlə təhsil, iş və yaşamaq üçün gələn azərbaycanlını qəbul etmişdi. Danimarka azərbaycanlıları bir qədər fəal hesab olunurlar. Xüsusən, Danimarkada azərbaycanlı gənclərin fəaliyyəti qənaətbəxş hesab oluna bilər.  Azərbaycandakı prosesləri diqqətlə izləyən Danimarka azərbaycanlıları Qanlı yanvar, Xocalı faciəsi və torpaqlarımızın işğal günlərində etiraz cıxışları edir, milli bayramları bir yerdə keçirirlər. Əsasən mədəni tədbirlərin tez-tez həyata keçirildiyi Danimarkada fəaliyyət göstərən “Azərbaycan radiosu” nun işini müsbət qiymətləndirmək olar. Radio Azərbaycan musiqi mədəniyyəti, poeziyası ilə əlaqədar çoxsaylı proqramlar hazırlayıb. www.indvandlerradio.dksaytından radio barədə ətraflı məlumat əldə etmək olar. Danimarkada əsasən Turkiyədən köçmüş, xüsusilə Iğdırlı azərbaycanlılar üstünlük təşkil edirlər. Onların yaxşı təmin olunan işləri, biznesləri var. Soydaşlarımız Danimarkada müxtəlif sahələrdə çalışırlar. Əsas etibarı ilə orta təbəqə sinfinə aid olan Danimarka azərbaycanlılarının bir neçə təşkilatı var. Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti-Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti Danimarkanın Hillerod şəhərində mərhum Elxan Hüseynov tərəfindən təsis edilib. Cəmiyyətin faəliyyəti nəticəsində Danimarka ictimaiyyətinin Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı soyqırımı etməsi haqqında məlumatları artmış, ölkənin  ictimai rəyində Azərbaycanın ədalətli  mövqeyinə dair fikirlərin formalaşması sürətlənib. Elxan Huseynovun  vəfatından sonra Danimarka- Azərbaycan Dostluq Cəmiyyətinə Kəmalə Hüseynova rəhbərlik edir. Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti-Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin əsası Orhus şəhərində qoyulub. Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti danimarkalı və azərbaycanlı şəxslərdən ibarət könüllü bir cəmiyyətdir. Cəmiyyətin hədəfi cəmiyyət üzvlərinin qarşılıqlı kültür anlayışları zəminində dialoq yaratmaq və inteqrasiya prosesindən ibarətdir. Hazırda Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yusif Nejatbakışdır. Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi-Danimarka-Azərbaycan Turk Qadınlar Birliyi 2009-cu ildə təsis edilib. Birliyin məqsədi Danimarkada yaşayan azərbaycanlıları bir araya gətirmək, Azərbaycan haqqında həqiqətləri Danimarka ictimaiyyətinə məqsədyönlü və elmi səviyyədə çatdırmaqdır. Həmçinin, Danimarkada yaşayan azərbaycanlıların milli-mənəvi dəyər və hüquqlarının müdafiəsində, oradakı yurddaşlarımızın problemlərinin həllində yardımçı olmaq da Danimarka- Azərbaycan Türk Qadınlar Birliyinin qarşısına qoyduğu vəzifədir. Danimarka-Azərbaycan Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova, sədr  müavini isə Nemət Temaltaşdır. “Vətən” Cəmiyyəti-“Vətən” Cəmiyyəti 2007-ci ilin fevral ayından Hillerod şəhərində fəaliyyət göstərir. Cəmiyyətin məqsədi Azərbaycanın mədəniyyətini, tarixini Danimarka əhalisinə tanıtmaqdır. Həmçinin, Azərbaycan xalqının başına gətirilən bəlalar, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalı, 1 milyon insanın qaçqın və məcburu  köçkü n həyatı yaşamaq məcburiyyətində qalması,  Dağlıq  Qarabağ  münaqişəsinin nizamlanması ilə bağlı BMT tərəfindən qəbul edilən 4 qətnamənin tələblərinin ermənilərin yerinə yetirməməsi barədə danimarkalıların məlumatlandırılması Cəmiyyətin əsas fəaliyyət istiqamətidir.“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqidir.

 

 Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 11 iyun.- S.15.