Hayıf
İL gəlib
calandı ilə, bilmədim,
Bir dəfə yanına gələ bilmədim,
Əhvalın necədi,
bilə bilmədim,
Hayıf sizə dağlar, min dəfə
hayıf.
Aradan gör neçə
fəsillər ötdü,
Həm yaxşı, həm
də ki, pis illər ötdü
Nəsillər dəyişdi,
nəsillər ötdü,
Hayıf sizə dağlar, min dəfə
hayıf.
Oxşarın,
bənzərin, tayın
harda var?
Günəşin,
ulduzun, ayın harda var?
Payızın
harda var, yayın harda var?
Hayıf sizə
dağlar, min dəfə
hayıf.
Göyündə dumanı,
çəni görürəm,
Yerində bitməyən
dəni görürəm,
Gecələr yuxuda
səni görürəm,
Hayıf
sizə dağlar, min dəfə hayıf.
Sənsiz ocağımın
odu azalıb,
Doğması dağılıb,
yadı azalıb,
Ağzımın ləzzəti,
dadı azalıb,
Hayıf
sizə dağlar, min dəfə hayıf.
Bir də o baxçanı-bağı deyirəm,
Gəzəydim
hər axşam çağı deyirəm.
Adını çağırıb
ağı deyirəm,
Hayıf
sizə dağlar, min dəfə hayıf.
Ayağım tutulub,
yolum bağlıdı,
Sağım yaralanıb,
solum bağlıdı,
Burdan sənə
tərəf yolum bağlıdı,
Hayıf
sizə dağlar, min dəfə hayıf.
İndi dərələrdən
selin yığılmır,
Cəm olub
bir yerə, elin yığılmır,
Çiçəyin dərilmir, gülün yığılmır,
Hayıf
sizə dağlar, min dəfə hayıf.
Nə yükdü
çiynimə götürdüm,
billəm,
Gələndə mən
nəyi gətirdim, billəm,
Sizinlə nəyi
də itirdim, billəm,
Hayıf
sizə dağlar, min dəfə hayıf.
Kamandar gedəmmir
o dağa,hayıf,
Dözür bu
həsrətə, bu dağa, hayıf,
Müqəddəs saydığım torpağa
hayıf,
Hayıf
sizə dağlar, min dəfə hayıf.
Dondum
Bu nə tale, nə
qismətdi,
Qışda
yanıb, yayda dondum.
Dərya məni
üşütmədi,
Çimdim,
dayaz çayda dondum.
Onda bildim kədər
nədi,
Ömrü vermək
hədər nədi,
Qismət nədi,
qədər nədi,
Vaxtsız
düşən vayda dondum.
Dağ çəkildi
ürəyimə,
Ox vuruldu kürəyimə.
Bayis oldu çörəyimə
Neçə
insan, sayda dondum.
Ay Kamandar, çox ağlama,
Aya,ilə bel bağlama.
Yeri gəlib de, saxlama,
El qaldıran vayda dondum.
Peşmanam
Mən nələrin
sınağından çıxmışam
Bir
salamı aldığıma
peşmanam.
Bir məclisdə, bir görüşdə, bir axşam,
Xəyallara
daldığıma peşmanam.
Sonra bildim göz
əlliyə aldanıb,
Dil ürəyə, söz əlliyə aldanıb,
Yaraşığa, gözəlliyə aldanıb,
Qonaq
olub qaldığıma
peşmanam.
Vaxtsız əsən
bir küləkmiş,
sən demə,
Baş tutmayan
bir kələkmiş,
sən demə,
Nə huriymiş,
nə mələkmiş,
sən demə,
Ona
meyil saldığıma
peşmanam.
Sehr
Saz sinədə, göz bəbəkdə ağladı,
Bu aləmin sirri nəydi, sehri nə?
Aram-aram elə coşdu, çağladı
Məni
saldı barmaqların
sehrinə.
Ayrılığı qana-qana çaldı o,
Olanları ana-ana
çaldı o,
Alovlandı, yana-yana
çaldı o,
Dözəmməyib
bu dünyanın qəhrinə.
Ay Kamandar, hekayətdi, gördün ki,
Yuxu deyil, həqiqətdi,
gördün ki,
Ədalət də
Ədalətdi, gördün
ki,
Yaman
düşdün bu ovqatın təhrinə.
Kəndimin
Belə söyləyirlər
gəlib-gedənlər
Azalıb
şirini-balı kəndimin.
Bulaqlar üstündə
əvvəlki kimi
Açılmır süfrəsi,xalı kəndimin.
Ağaclar boy atmır
barı düşənnən
Yarı quruyannan,
yarı düşənnən,
Şaxtası, çovğunu,
qarı düşənnən
Çoxalıb
saçının çalı
kəndimin.
Şair Kamandarın
özü də deyir,
Söhbəti də
deyir, sözü də deyir,
Yanan ocaqların közü də deyir
Yamanca
dəyişib halı
kəndimin.
Ötən günlər sorağında
Qarşımda şəkil
var, sənə oxşayır,
Başımda duman
var, çənə oxşayır,
Saçına ağ düşüb,
dənə oxşayır
Tanıya bilmirəm
həmin gözləri-
Mən
necə qaytarım ötən günləri?
Yadına
düşürmü, biz görüşərdik?
Verib bir-birinə söz, görüşərdik,
Vaxtına-vədinə düz, görüşərdik
Bölüb saatları-dəqiqələri-
Mən
necə qaytarım ötən günləri?
Səni qısqanardım
deyib-güləndə,
Dərsə mənsiz
gedib, mənsiz gələndə,
Sən sağa
baxanda, sola dönəndə
Cırıb dağıdardım
kitab-dəftəti-
Mən
necə qaytarım ötən günləri?
Biri elm öyrənib, dərs oxuyardı,
Biri dostlarıyla birgə olardı,
Mənim bir
adətim, bir işim vardı-
Gəzərdim arxanca
bütün şəhəri
Mən
necə qaytarım ötən günləri?
Budur, həmin küşə, həminki
təhər,
Səni
gözləmişəm burda
hər səhər.
Mindiyin avtobus
gələnə qədər
Sayardım yiğdığım
son qəpikləri-
Mən
necə qaytarım ötən günləri?
Bu duyğu payızın əsən yelimi?
Bu həsrət dağların axan selimi?
Ən əziz
xatirə kitabı kimi
Açıb vərəqlədim
keçən illəri-
Mən
necə qaytarım ötən illəri?
Bu şəkil necə
də oxşayır sənə,
Bu duuman necə
də oxşayır çənə...
Bir zaman gözəl
tək əzizdin mənə
Bu günsə ana
tək... el bəxtəvəri-
Mən
necə qaytarım ötən günləri?
Mənimdi
Göz açıb
yummamış əllini
keçdim,
Alnıma
yazılan bu yaş mənimdi.
Özüm istədiyim
bir yolu seçdim
Bu ağıl, bu kamal, bu
baş mənimdi.
Yanan ocaqlara pərvanə oldum,
Eşqdən alovlanıb
divanə oldum,
Mən necə
dağılıb biranə
oldum,
Bu nəmli göz üstə bu qaş mənimdi.
Kamandarnan hər
bir adam
danışar,
Küsən
varsa gələr, görər, danışar.
O çay daşı
məzarıma yaraşar,
O daşa dəyməyin,
o daş mənimdi.
Yaraşır
Yazı,qışı deyəmmirəm
Yaylaqlara
yaz yaraşır.
Dağı, daşı
deyəmmirəm
Bulaqlara
naz yaraşır.
Kənddə-şəhərdə görmüşəm,
Qəmdə-qəhərdə görmüşəm,
Vallah, hər
yerdə görmüşəm
Deyib-gülmək az yaraşır.
Yaş gələndə
nədi, deyir
Tənbəl
yatır, qoçaq yeyir.
Göy çəmənə
ceyran-cüyür
Çölə
ördək-qaz yaraşır.
Uşaqlara noğullanmaq,
Qocalara cığallanmaq,
Nazirlərə sığallanmaq,
Alimlərə
daz yaraşır.
Vurma şaça hər darağı,
Yaz, qarala ağ varağı.
Kamandara tut arağı,
Zəlimxana
saz yaraşır.
Kamandar Eyvazlı
Olaylar.-
2014.- 12 iyun.- S.12.