Azərbaycan Diasporunun
Almaniyadaki
Mərkəzi Şurasi uğurlu diaspor təşkilatı
kimi
Azərbaycanı Avropada layiqincə təmsil edən
diaspor təşkilatlarından biri də Azərbaycan Diasporunun Almaniyadakı
Mərkəzi Şurasıdır.
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi
Şurası 2007-ci ilin yanvar ayından fəaliyyət göstərir.
Mərkəzi Şuranın məqsədi – Almaniyanın
bütün həyat əhatəsində yardıma ehtiyacı
olan Azərbaycan diasporuna kömək göstərilməsi,
onların bərabər hüquqa olmalarının təmin
edilməsi, xüsusilə praktiki yolla həyat
üçün gərəkli olan yardımın göstərilməsi,
hüquqi məsləhətlərin verilməsi və göstərilməsi,
vətəndaşlarımızın maraqlarını
bütün ictimai səviyyələrdə təmsil edilməsi
və həmçinin Almaniya Federativ Respublikasında
yaşayan əhalinin Azərbaycan mədəniyyəti,
musiqisi, tarixi və siyasəti ilə tanış etmək, digər
dövlət və qeyri dövlət idarələrilə Azərbaycan
Respublikasıarasında sıx əlaqələrin
yaradılmasıdır. Mərkəzi Şuranın prezidenti həmyerlimiz
cənab Tengis Sade Baron zu Romkerhalldır.
Şura fəaliyyət göstərdiyi
müddət ərzində bir sıra uğurlu layihələr
icra edib, Azərbaycanın təbliği sahəsində
mühüm tədbirlər keçirib. Bu günlərdə isə Azərbaycan
Diasporunun Almaniyadakı Mərkəzi Şurası Azərbaycanın
işğal altında olan torpaqlarının geriyə qaytarılması
ilə əlaqədar Almaniyanın Bundestaqına müraciət
edib Almaniyanın Bundestaqına ünvanlanan müraciətdə
Azərbaycanın ərazi bütövlüyünün və
sərhəd toxunulmazlığının tanınmasına,
münaqişənin beynəlxalq hüququn norma və prinsipləri,
ilk növbədə isə ərazi bütünlüyü əsasında
həll olunması bildirilib.
Mərkəzi Şuranın rəhbəri cənab
Tengis Sade Baron zu Romkerhall Mətbuat Xidmətinə bunları
bildirib: “Əlbəttə, biz istəyirik ki,
qarşılıqlı səylər sayəsində
mümkün qədər tez razılıq əldə edilsin və
bu vəziyyətə son qoyulsun. Bu
vəziyyətin daha nə qədər davam edəcəyi,
Almaniyada yaşayan azərbaycanlıları və bütün
Azərbaycan xalqını narahat edən bir məsələdir.
Düzdür, qeyd etmək lazımdır ki, ikitərəfli
danışıqlar prosesində müəyyən irəliləyiş
vardır, lakin Ermənistan hər zaman bu irəliləyiş
prosesini uzadır. Mərkəzi Şura tərəfindən
göndərilən müraciətin mənası ondan ibarətdir
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı aparılan
danışıqlar prosesində Almaniya daha fəal iştirak
etsin.” Almaniyada fəaliyyət göstərən Azərbaycan
Diasporunun Mərkəzi Şurası bu ölkədəki Ermənistan
səfirliyinə də etiraz müraciəti göndərib.
Müraciətdə Baden-Vürtemberq əyalətində yerləşən
konsulluğun internet saytında Qarabağla bağlı
uydurmaların, guya 1920-ci il dekabrın 1-dә Azәrbaycan
hökumәti “Dağlıq Qarabağı
Ermәnistanın ayrılmaz hissәsi elan etməsinin, guya
1921-ci il iyulun 5-dә RK(b)P MK Qafqaz bürosu
“biabırçı әdalәtsizliyә” yol
verәrәk “Ermәnistanın әzәli vilayәti
әhalisinin 95 faizi ermәnilәrdәn ibarәt olan
Dağlıq Qarabağı mexaniki surәtdә
Ermәnistandan qoparıb” Azәrbaycana
qatılmasının, guya Dağlıq Qarabağ
ermәnilәrinin alban mәnşәli olmalarının,
Qarabağın əzəli erməni torpaqlari olması
haqqında və sairə səhv fikirlərin internet
saytından pozulmasını tələb edib. Məsələ
ilə əlaqədar Mərkəzi Şuranın prezidenti
Tengis Sade Baron zu Romkerhall deyib ki, erməni sayasətçiləri
və tarixçiləri tərəfindən Dağlıq
Qarabağın tarixi və sonralar onun Ermәnistandan
qoparılıb Azәrbaycanın tәrkibinә daxil
edilmәsi haqqında yalanlar dünyada gəzməkdədir.
Ermənistanın konsulluq idarəsinin internet saytında məlumat
verilir ki, guya Arsax, 387-ci ilә qәdәr, yәni
Ermәnistan Bizans vә İran arasında
bölünәnә qәdәr vә İran
ermәni çarlığı lәğv edilәnә
qәdәr (428-ci il) Ermәnistan tәrkibindә olub. Bir
tarixi hәqiqәt dә var ki, 387-ci ildәn, yaxud, 428-ci
ildәn 1918-ci ilә
qәdәr, yәni әsrlәr boyu Ermәnistan
dövlәti olmayıb, ermәni xalqı
dövlәtçilikdәn mәhrum olub. Demәli, IV-V
әsrlәrdәn sonra da Arsax, mövcud olmayan
Ermәnistan dövlәti tәrkibindә vә Ermәnistan
dövlәti hakimiyyәti altında ola bilmәzdi vә
olmayıb.Biz isә müraciaətdə tarixi faktlarla əasalanaraq
, Vәtәn tariximizi, o cümlәdәn Qarabağın
tarixini saxtalaşdıranlara cavab vermәkdә aciz
qalmayacağımızı bildirdik və saxta, səhv fikirlərin
internet saytından pozulmasını tələb etdik.”
Almaniyada rəsmi fəaliyyət göstərən Azərbaycan
Diasporunun Almaniyadakı Mərkəzi Şurasının
prezidenti həmvətənimiz cənab Tengis Sade Baron zu
Romkerhall təşəbbüsü və səyi nəticəsində
Almaniyada ilk dəfə Azərbaycan və alman dillərində
“Qarabağ” ictimai-siyasi jurnalı buraxılacaq. Mərkəzi
Şuranın rəhbəri və jurnalın baş redaktoru Tengis
Sade Baron zu Romkerhallın verdiyi məlumata görə, Azərbaycan
və alman dillərində buraxılan jurnalın əsas məqsədi
Azərbaycan siyasətini, tarixini, mədəniyyətini, maddi
mədəniyyət abidələrini, musiqisini Almaniyada və
alman dilli ölkələrdə təbliğ etmək, Azərbaycan
ilə yaxından maraqlanan insanları məlumatlandırmaqdan
ibarətdir. İki dildə və 50 səhifəlik
jurnalın üç min tirajla ildə dörd dəfə
buraxılması nəzərdə tutulub. Hazırda Mərkəzi
Şuranın rəhbəri tərəfindən “Qarabağ”
ictimai-siyasi jurnalın Frankfurt am Main beynəlxalq hava
limanından “Lufthansa” hava yolları vasitəsilə Bakıya
uçan təyyarələrə paylanılması ilə əlaqədar
danışıqlar aparılır. Qeyd etmək
lazımdır ki, yuxarıda xatırlanmış jurnaldan
başqa, həftəlik “Qarabağ” ictimai-siyasi qəzetin də
buraxılması planlaşdırılıb. Sevindirici
haldır ki, şura və onun rəhbərinin uğurlu fəaliyyəti
Almaniyadakı bir sıra qurumlar tərəfindən müsbət
qiymətləndirilərək təltif edilir. Belə ki,
Almaniyanın Maqdeburq şəhərində rəsmi fəaliyyət
göstərən “Azərbaycan Diasporunun Mərkəzi
Şurası”nın prezidenti, həmyerlimiz Tengis Sade Baron zu
Romkerhall, həmvətənlərimiz arasında dünyada ilk
dəfə olaraq “Qızıl Göyərçin” sülh
mükafatına layiq görülüb. Həmyerlimiz Tengis Sade
Baron zu Romkerhall hüquqşünas kimi Almaniyada yaşayan həmvətənlərimizin
maraqlarını dövlət orqanları və ictimai təşkilatları
qarşısında müdafiə edən nümayəndə
qismində çıxış edir. Onu da bildirək ki,
BMT-nin 60-cı ildönümünə həsr olunan
“Qızıl Göyərçin” beynəlxalq sülh
mükafatı 2008-ci ildən etibarən inteqrasiya, sülh,
insan hüquqları bərabərliyi, sosial tərəqqi və
azadlıq şəraitində yaşayış səviyyəsinin
daha da yaxşılaşdırılması uğrunda
mübarizə aparan şəxslərə təqdim edilir.
2008-ci ildən etibarən bu yüksək mükafata Roma
Papası XVI Benedikt, Dalai Lama, Nobel mükafatı laureatları
Desmond Tutu və Lex Valesa, Çexiya prezidenti Vaclav Havel,
Almaniya prezidenti Roman Hertsoq, Almaniyanın Vitse-Kansleri Frank Valter
Ştaynmayer, Almaniya Bundestaqının spikeri Lammert, AFR-in təhsil
naziri xanım Annette Şavan, AFR-in Ailə naziri xanım Dr.
Kristina Şröder və digər görkəmli şəxsiyyətlər
layiq görülüblər. Fəaliyyəti dövründə
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi
Şurası yeni aksiya layihəsini həyata keçirib.
Aksiyada üzərində “Biz Dağlıq Qarabağda gedən
müharibəyə qarşıyıq. Biz tələb edirik:
Dağlıq Qarabağa Azərbaycan daxilində müstəqillik
verilsin. Ermənilər öz əsgərlərini Azərbaycanın
zəbt olunmuş torpaqlarından
çıxartmalıdırlar” yazılan 300 ədəd
köynək şəhər əhalisinə paylanılıb
və Azərbaycan xalqının ölkəsində, regionunda
sülh və əmin-amanlıq yaranmasının istəməsi,
müharibənin yenidən başlanmasının əleyhinə
olması barədə məlumat verilib. Mərkəzi Şuranın
rəhbəri cənab Tengis Sade Baron zu Romkerhall deyib ki, aksiya rəhbərlik etdiyi təşkilatın
bu ildəki layihələrindən biridir. Bu layihə, bu ilin
sonunadək Almaniyanın bir neçə şəhərlərində,
o cümlədən Hannofer, Noymünster, Düsseldorf və
digər şəhərlərində də keçiriləcəkdir:
“ Alman ictimaiyyətinə düzgün məlumatları
çatdırmalıyıq. Xalqımız Qarabağ
probleminin dinc yolla həll olunmasını, Azərbaycanın
işğal olunmuş torpaqlarının azad edilməsini və
bu torpaqlardan zorla qovulmuş bir milyondan artıq vətəndaşımızın
öz yerlərinə qayıtmasını, ölkəmizin ərazi
bütövlüyünün təmin edilməsini və buna
sülh yolu ilə nail olmasını istəyir”. Bundan
başqa Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü
ilə bu ölkədə ilk dəfə rəsmi olaraq üzərində
Milli Qəhrəman Mübariz İbrahimovun adı və şəkli
ilə poçt markası dövriyyəyə
buraxılıb. 1000 ədəd tirajla çap olunmuş
markanın üzərində Azərbaycan Respublikasının
bayrağı və Milli Qəhrəman Mübariz
İbrahimovun təsviri ilə yanaşı, ingilis dilində
“Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov”,
markanın yuxarı hissəsində isə “Azərbaycan
Respublikası” sözləri yazılıb. Tengis Sade Baron zu
Romkerhall deyib ki, xalqımızın mərd oğlu Mübariz
İbrahimov ömrünün ən gənc cağında
igidliklə şəhid olub şəxsi nümunəsi ilə
Azərbaycan döyüşçüsünün Qarabağın
işğalı ilə heç vaxt
barışmayacağını sübut edib. Onun əziz xatirəsinə
həsr olunmuş bu poçt markası Almaniyanın
bütün ünvanlarına göndəriləcək.
Şura tanınmış şəxsiyyətləri də
müntəzəm olaraq yad edir. Belə ki, Azərbaycan
Diasponun Almaniyadaki Mərkəzi Şurasının rəhbəri
həmyerlimiz cənab Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü
nəticəsində Almaniyada oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın 91-ci il dönümünə həsr
edilmiş poçt markası təqdim olunub. Markanın üzərində
alman dilində “Akademik – Oftalmoloq Zərifə Əliyeva”
sözləri yazılıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 14-17 iyun.- S.15.