15 iyun-xalqın xilas tarixi
Azərbaycanın müstəqillik tarixində
müstəsna yeri olan
15 İyun-Milli Qurtuluş
Günü ölkəmizin həyatında
yeni dövrün
başlanğıcı kimi xarakterizə edilir. Məhz 15 iyun
tarixindən sonra dövlətçiliyimiz
daha da möhkəmləndi,
müstəqilliyimiz dönməz və əbədi xarakter aldı. Həmin tarixə qədər olan müddətdə böyük
bir imperiyanın çökməsi səbəbindən
müstəqillik qazanmaq kimi
tarixi fürsəti əldə edən
Azərbaycan qısa vaxtdan sonra
onun itirilməsi təhlükəsi ilə
üzləşdi. Həmin dövrdə iqtidarda olanların səriştəsizliyinin məntiqi
nəticəsi olan hakimiyyət
böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə
çatdı. Ölkəni bürüyən vətəndaş
müharibəsi müstəqilliyimizin itirilməsi təhlükəsini
yaratmışdı. Yaranmış vəziyyətdən,
ölkəni parçalanmaq təhlükəsindən
isə yalnız Heydər Əliyev xilas edə
bilərdi. Beləliklə, 1993-cü ilin
15 iyununda xalqın təkidi ilə yenidən
hakimiyyətə qayıdan Heydər Əliyev müdrik
siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv
olmaq təhlükəsindən xilas etdi.
Heydər Əliyevin qayıdışı ilə
başlanan Qurtuluş Azərbaycanı faciələrdən,
parçalanmaqdan xilas etməklə yanaşı, ölkəmizin sonrakı sürətli, dinamik
inkişafının etibarlı əsasını yaratdı. Heydər Əliyevin
qayıdışı ilə Azərbaycan başının üstünü
almış real təhlükələrdən, hərc-mərclik və xaosdan, iqtisadi tənəzzüldən
xilas oldu. Ulu öndər
Heydər Əliyevin gərgin səyləri nəticəsində
1994-cü il mayın 12-də atəşkəs
sazişi imzalandı. Həmin il sentyabrın 20-də tarixə “Əsrin
müqaviləsi” kimi daxil
olan neft müqaviləsinin
imzalanması ilə Azərbaycanın iqtisadi
inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası
qoyuldu. Bu gün böyük
fəxr hissi ilə qeyd
edirik ki, ölkəmiz
ümummilli lider Heydər
Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını
yaşayır. Çoxlarına əfsanə kimi
görünən BTC və BTƏ neft-qaz
layihələrinin reallığa çevrilməsi ilə
iştirakçı, eyni zamanda
dünya dövlətlərinin
uzunmüddətli iqtisadi inkişafına
zəmin yaradıldı. Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən
biri məhz Azərbaycanın ətrafında
informasiya blokadasının
yarılması oldu. Dahi
şəxsiyyətin xarici ölkələrə
elə bir səfəri yox
idi ki, Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ münaqişəsinin
əsil mahiyyəti faktlar əsasında beynəlxalq ictimaiyyətə
çatdırılmasın. Azərbaycan beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması üçün tribunalar əldə
etdi. Ümummilli lider Heydər Əliyev faktlar
əsasında erməni yalanlarını ifşa
edir, onların əsil simasını dünyaya nümayiş etdirirdi. Aradan 21 il ötməsinə baxmayaraq Azərbaycan xalqı hələ də
həmin tarixi şərəflə qeyd edir, bu
günü Azərbaycana bəxş edən
ümummilli lider Heydər
Əliyevə öz dərin
ehtiramını bildirir. Çünki
15 iyun-Milli Qurtuluş
Günü Azərbaycan dövlətçiliyinin,
xalqının xilas günüdür.
Qurtuluş günü
Azərbaycanın xaosdan, anarxiyadan,
hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa,
demokratiyaya qovuşduğu
gündür. O gündən etibarən başlanan inkişaf bu gün də Heydər
Əliyev siyasi kursunun
davamçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Təsadüfi deyil
ki, müasir
dövrümüzdə Azərbaycanın müxtəlif sahələrdə
əldə etdiyi nailiyyətlər birbaşa Heydər Əliyevin adı ilə
bağlıdır. Elə bunun nəticəsidir
ki, bu gün
Azərbaycan regionun lider
dövlətinə çevrilib. Artıq
yerləşdiyimiz regionda Azərbaycanın
iştirakı olmadan heç
bir layihə həyata keçirilmir.
Dünyanın aparıcı maliyyə qurumları öz hesabatlarında Azərbaycanın iqtisadi sahədə ciddi
nailiyyətlərə imza
atdığını qeyd edirlər. Bütün bunlar onu deməyə əsas verir
ki, 15 iyun-Qurtuluş Günündən
etibarən başlanan inkişaf
bundan sonra da davam edəcək və
Azərbaycan daha böyük
zirvələrə yüksələcək.
F. Məhəmməd
Olaylar.-
2014.- 14-17 iyun.- S.9.