Diaspor təşkilatları

Qurtuluş Gününü qeyd edib

 

15 iyun-Milli Qurtuluş Günü təkcə Azərbaycanda deyil, eləcə də ölkəmizdən kənarda geniş şəkildə qeyd edilib. Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları və səfirliklərimizin təşkilatçılığı ilə keçirilən bayram tədbirlərində bu günün mahiyyəti, tarixi əhəmiyyəti, eləcə də Heydər Əliyev şəxsiyyətindən danışılıb. 15 iyun-Milli Qurtuluş Günü tədbirləri qardaş Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyasında daha geniş şəkildə qeyd edilib.

Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk bölməsi Milli Qurtuluş Gününə və Rusiya Gününə həsr edilmiş tədbir keçirib. Tədbirdə Murmansk vilayətindəki müxtəlif mədəniyyətlərin nümayəndələri, regionun ictimai xadimləri iştirak ediblər. Murmansk vilayəti İctimai Palatasının üzvü, Ümymrusiya Azərbaycanlıları Konqresinin regional bölməsinin sədri Afil Hüseynov tədbirdə çıxış edib. O, Azərbaycanda hər il iyunun 15-də qeyd edilən Milli Qurtuluş Günü haqqında məlumat verib. Bildirib ki, 1993-cü ildə Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət vətəndaş müharibəsinə gətirib çıxara bilərdi. Hakim AXC-Müsavat tandemi yaranmış vəziyyətdən çıxmaq məqsədilə kömək üçün son anda Heydər Əliyevə müraciət etdi. O dövrdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri vəzifəsində çalışan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev bu dəvəti qəbul edərək iyunun 9-da təyyarə ilə Bakıya gəldi. Heydər Əliyev ölkəni vətəndaş müharibəsindən xilas etmək missiyasını öz üzərinə götürərək, özünü təhlükəyə məruz qoyaraq Gəncəyə yola düşdü. Heydər Əliyevin orada apardığı danışıqlar nəticəsində Azərbaycanda vətəndaş qarşıdurması təhlükəsi aradan qalxdı. Afil Hüseynov deyib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və beləliklə, Azərbaycanın yeni tarixində bu günə qədər davam edən növbəti uğurlu inkişaf mərhələsi başlandı. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş Günü kimi daxil oldu. Konqresin vilayət bölməsinin İdarə Heyətinin üzvü Qədir Hüseynov tədbirdə çıxış edərək deyib ki,  Heydər Əliyevin aktiv diplomatiyası sayəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, habelə onun zorla cəlb edildiyi silahlı münaqişəyə münasibətinin kökündən dəyişməsinə nail olub. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin sərhədlərinin bütövlüyünə və toxunulmazlığına, ərazi bütövlüyünə hörmət və qarşılıqlı əməkdaşlıq prinsipləri təşkil edirdi. Siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində Heydər Əliyev tərəfindən həyata keçirilmiş planlar artıq Azərbaycanın reallıqlarına çevrilmişdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu xətti uğurla davam etdirir”. Sonra ÜAK-ın və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları çıxış ediblər. Onlar da qeyd ediblər ki, Azərbaycanla Rusiya arasında müvəffəqiyyətlə inkişaf edən münasibətlərin əsası dünya siyasətinin patriarxı Heydər Əliyev tərəfindən qoyulubbu gün həmin əlaqələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra Murmansk vilayətinin qubernatoru Marina Kovtunun Rusiya Günü bayramı münasibətilə təbrikinin mətni oxunub. Tədbir iştirakçılarına Azərbaycan haqqında Bakıdan – Heydər Əliyev Fondundan alınmış kitabjurnallar, AzərTAc-ın saytında dərc edilmiş materiallar, “Baku” jurnalının, “Azerbaydjanskiy konqress” qəzetinin nüsxələri və digər informasiya materialları paylanıb.

Azərbaycanın Özbəkistandakı səfirliyinin, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin və Səmərqənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Günü münasibətilə mərasim keçirilib. Tədbirdə Səmərqənd şəhər hakimiyyətinin təmsilçiləri, elm və mədəniyyət xadimləri, şəhərdəki Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər. Mərasimdə səfirliyimizin birinci katibi, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti haqqında danışıb. Bildirib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etsə də, ilk illərdə ölkədə hakimiyyət böhranı yaranmış və Ermənistanın təcavüzü getdikcə güclənmişdi. Vurğulaıb ki, xalqımızın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Daşkənddəki Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov ulu öndər Heydər Əliyevin diaspora qayğısından danışıb, Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ideyasının Ümummilli Liderə məxsus olduğunu vurğulayıb.  Bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə Xarici Ölkələrdə  Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış və bu gün həmin qurum Diasporla üzrə Dövlət Komitəsi kimi müvafiq istiqamətdə məqsədyönlü aparır. Səmərqənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Adil Mirzəyev görülən işlər haqqında məlumat verib, birgə işin səmərəli olduğunu vurğulayıb. Sonra Milli Qurtuluş Günü münasibətilə böyük dostluq konserti olub. AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi, Novruzaxon Abbasova, Otadcon Axmedcanov və Xəlil Həsənov Azərbaycan, özbək və tacik dillərində mahnılar ifa ediblər. Sonra Samir Abbasov Otadcon AxmedcanovNovruzaxon Abbasovaya AMM-nin fəxri fərmanlarını təqdim edib. Rumıniyanın xəbər agentliyində isə 15 İyunMilli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub. Ölkənin “Amos News” müstəqil xəbər agentliyinin saytında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimovun “Azərbaycan Milli Qurtuluş Gününü qeyd edir” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə 15 iyun tarixinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyətindən, Milli Qurtuluş Gününün tarixindən bəhs edilib. Yazıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Prezident seçildikdən sonra respublika həyatının bütün sahələrində başlanan inkişaf, xarici investorların sərmayələrini yerləşdirmələrinə yaranan stabil şərait, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” barədə məlumat verilib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib.  Avropanın enerji təhlükəsizliyini təmin edə bilən tərəfdaş rolunu oynayan Azərbaycan, TAP və TANAP layihələrini uğurla reallaşdırır. 15 İyunMilli Qurtuluş Günü münasibətilə ABŞ-da fəaliyyət göstərən Dünya Türkləri Şurasının prezidenti Ata Erim, Türkiş Forumun prezidenti Kayaalp BöyükatamanTürk Dünyası Qəzetçilər Federasiyasının Türkiyə təmsilçisi Türer Yener Azərbaycanın İstanbuldakı baş konsulluğunda olublar. Qonaqları salamlayan baş konsul Həsən Zeynalov 15 İyunMilli Qurtuluş Günü barədə məlumat vermiş, xalqımızın xilaskar oğlu Heydər Əliyevin türk dünyası qarşısındakı tarixi xidmətlərindən danışıb. Müasir Azərbaycan dövlətinin qüdrətlənməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran baş konsul bildirib ki, Ulu Öndərimizin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi ölkəmizin dünyadakı mövqeyini daha da möhkəmləndirib, qüdrətini artırmış, inkişafını təmin edib. Bu tarixi hadisə münasibətilə baş konsulluğumuzu ziyarət etməyi Azərbaycan xalqı və ulu öndər- Heydər Əliyevin ruhu qarşısında özlərinə borc hesab etdiklərini diqqətə çatdıran qonaqlar ölkəmizin inkişafından qurur duyduqlarını ifadə edib, Prezident İlham Əliyevin uğurlu fəaliyyətini diqqətlə izlədiklərini və dəstəklədiklərini bildirmiş, xalqımıza firavanlıq arzulayıblar. Yeni Nəfəs İctimai Birliyinin Rusiya nümayəndəliyi 15 İyunMilli Qurtuluş Günü münasibətilə Moskvada “Azərbaycan diasporu və Heydər Əliyev” mövzusunda konfrans keçirib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Konfransın açılışında çıxış edən YNİBRN-nin sədri Toğrul Allahverdili tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, ulu öndərin Azərbaycan xalqı qarşısında xilaskarlıq missiyasından, onun Rusiya və Azərbaycan naminə göstərdiyi səylərdən ətraflı bəhs edib. O qeyd edib ki, Heydər Əliyev bizim dahi müasirimizdir: “Bu faktın özü hər bir azərbaycanlı üçün qüruriftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq”. Konfransda Rusiya, Ukrayna, Tacikistan və Özbəkistan diaspor nümayəndələri çıxış edərək Azərbaycan xalqını Milli Qurtuluş günü münasibəti ilə təbrik ediblər. Seminarın sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 18 iyun.- S.15.