“Qədim ön Asiya və ön Qafqaz türk tayfaları”
erməni saxtakarlığını elmi əsaslarla
ifşa edir
70 ildən artıq müddətdə
Rusiya imperiyasının təsiri
altında milli kimliyimiz,
tariximiz, adət-ənənələrimizdən
uzaq düşsək də, lakin müstəqillik qazandıqdan sonra xalq olaraq
bizdən gizlədilən gerçək tariximizi,
kimliyimizi, adət-ənənlərimizi
öyrənməyə, onu dərk
etməyə və gələcək nəsillərə
çatdırmağa başladıq. Heç
şübhəsiz ki, bu
istiqamətdə araşdırmaçılar, tədqiqatçılar,
tarixçilərin də əməyi
böyük oldu.
Müstəqilliyin ilk illərindən
araşdırılmaya başlayan, tədqiq
edilən tariximiz bu gün də öyrənilir, arxiv
materialları əsasında xalqa, gənc
nəslə çatdırılır. Sevindirici
haldır ki, son illər
qədim tariximizi araşdıran, onu xalqa çatdıran
yazarlarımızın sayı artmaqdadır. Yaqub
Mahmudov, Firudin
Ağasıoğlu, Yunus Oğuz
kimi
araşdırmaçılarımızın qələmə
aldığı tarixi əsərlər, romanlar əsasında indiyə qədər bizə
gizli saxlanılan bir çox gerçəkliklər üzə
çıxıb. Belə araşdırmaçılardan biri də filologiya elmləri
doktoru, professor Əjdər
(İsmayılov) Tağıoğludur.
Əjdər Tağıoğlunun müəllifi
olduğu çoxsaylı əsərlər sırasında “Qədim
ön Asiya və ön Qafqaz türk tayfaları” kitabı
xüsusi diqqət çəkir.
Bu əsəri Azərbaycan elmində çox böyük bir hadisə kimi də
xarakterizə etmək olar. Erməni
və muzdlu ermənipərəsət
tarixçilərin qədim türk
torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən
günümüzə qədər kilsə əfsanə və
rəvayətlərə söykənərək “Böyük Armeniya”
uydurması ilə əlaqədar qaldırdıqları iddialar bu əsərlə
alt-üst edilir. Belə
ki, problemlə əlaqədar zəngin tarixi faktlar əsasında
geniş araşdırma aparan
müəllif ilk növbədə rusdilli nəşrlərdə coğrafi
ərazi adı olan “Armeniya”
sözünün mənşəyindən
danışır. O, həmin toponimin mənşəyini
Fəratın yuxarı axarında yerləşmiş miladdan öncə III minillikdə zəngin mədəniyyətli
bir ölkə olmuş
qədim Şuprianın ikinci adı olan “Arme” ilə əlaqələndirilir. Müəllif erməni
saxtakarlığını açmaq və
oxucunu “Böyük Armeniya” mifi ehkamından xilas etmək üçün
“Arme” ölkə adının “Armeniya” formasında yazılışınadək
ayrı-ayrı tarixi mənbələrdə
qeydə alınmış şəklinə tarix
və tarixilik kontekstində izahlar verərək aşağıdakı
şəkildə izləyir: “Arme/Armeini (Biaini
yazılarında) Armina/Harminula/Ura-aş-tu-ru (Boqistan qaya mətnlərində) Armini
(Ksenefontda), Arminia/Armenia (sonrakı dövrlərdə Yunan və Bizans mənbələrində),
Ərməniyyə/Ərminiyyə (ərəbdilli mənbələrdə),
Armenia (Roman-German dillərində),
Armeniya (rusdilli nəşrlərdə)”
Əjdər
Tağıoğlu “Qafqaz Albaniyası” modelinin XIX əsrin əvvəllərində
“Türksüz Qafqaz”
siyasətilə əlaqədar Rus
imperiyasının işğalçı ideoloji
makinası tərəfindən yaradıldığını
söyləyir. Müəllifə görə “Qafqaz Albaniyası”nı Kürün
sol sahili ilə Alban dənizinin arasında dar,
kiçik bir ərazidə
yerləşdirməkdə müstəmləkəçi
imperiyanın başlıca məqsədi özünün
etibarlı Şərq dayaqlarını yaratmaq
üçün vaxtı ilə
babaları Ön Asiyanın Qərb ərazilərinə
günəmuzd iş üçün
səpələnmiş “xristian
qardaşlarına” Qafqazda qədim “erməni
evi” və “gürcü
evi” tikməkdir.
Azərbaycan türklərinin qədim
tarixinə qarşı çevrilmiş bu qətl və qarətdən keçəcək
qanlı siyasətə tarixi don geyindirmək üçün
Sovet dövründə “dostluq
və qardaşlıq” pərdəsi altında xristian-bolşevik
metodologiyası əsasında planlı şəkildə
yazdırılan tarix kitablarında Qafqaz Oğuz Albaniyasının
qədim, siyasi-inzibati coğrafi
ərazisinin Qərb sərhədləri birmənalı olaraq dəyişdirildi. Bundan sonra
Oğuz Albaniyasının Qərb ərazilərində-Cənubdan
Dərəşam Oğuz nekropolundan
Şimala Qara Dənizə
tökülən Rion çayının
sahillərinə qədər yerləşmiş qədim insan məskənlərində
aparılmış arxeoloji
qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət dədə malı kimi gəlmə
ermənilərin və gürcülərin adına
yazıldı. Müəllif yazır ki,
özlərinə tarixi “Vətən” təşkil
etmək məqsədilə dünya erməni
irtica qüvvələrinin Kiçik Asiya və Ön Qafqaz türklərinə
qarşı torpaq iddialarının qətl
və qarətdən keçən tarixi ötən yüzilliklərdən
başlayır. Ümumtürk tarixinə,
xüsusilə Osmanlı və Azərbaycan türklərinə
qarşı tarixdə misli olmayan qanlı fəlakət səhifələri
açacaq ideoloji irtica maşınının Mxitar
Sevastiyski tərəfindən 1717-ci ildə
Venesiyanın yaxınlığında Müqəddəs
Lazar adasında inşa
etdirilmiş monastırda mxitaristlər dərnəyində,
digəri XVIII əsrin əvvəllərində Moskvada yaradılmış Musin-Puşkin
məktəbində işə salınır. Mxitaristlər qədim
ən qüdrətli dövlətlərindən olmuş Biaini
çarlığının “erməniləşdirilməsi”
ilə əlaqədar kilsə materiallarını ciddi redaktə etməyə başlayırlar. Bunun üçün onlar Biaini tarixini
Armeniya “dövlətinin” guya
bir “epoxası” olduğunu
“sübut” etməyi
planlaşdırırlar. 1843-cü ildə Venesiyada
erməni dilində buraxılan
“Bazmaveb” (“Çoxcildi”)
adlı jurnal da bu məqsədi həyata keçirmək üçün təsis edilir.
Müəllif qeyd edir
ki, erməni keşişləri Şərq
rəvayətlərinə istinadən silsilə yazılarla
çıxış edirlər. Məsələn,
erməni xalqının istər şifahi,
istər yazılı mədəniyyəti ilə heç bir
yaxınlığı olmayan, onların
etnolinviqistikasının tələblərinə əsla cavab verməyən Biaini
yazılarını “Armeniya” və “armyan” prizması altında
işıqlandıran, oradan erməni
babalarını “tapmağa” çalışan, lakin reallıqdan çox-çox uzaq, uydurmadan başqa əsla həqiqətə
söykənməyən, saxtakarlıqda Avropada
ad çıxarmış mxitaristlərdən Nerses Sarkisyan, Qevond Alişan, İ.Sandalcyan və
başqa keşişlər
ayrı-ayrı kitablar nəşr etdirirlər,
məqalələr qələmə alırlar. Əjdər Tağıoğlu yazır ki, Venesiya keşişləri yalnız Bia (Van) gölü
ətrafında olan Biaini
dövlətinin coğrafi ərazisini “Armeniya” adı ilə “erməniləşdirmişlər”,
hətta onlar Biaini
çarlarının inzibati hakimiyyətlərinə
müəyyən hissəsi müvəqqəti daxil edilmiş Ön Qafqaz və
Atropatenanın tarixini “Böyük Armeniya”nın “Urartu
epoxası” uydurması ilə “erməni babalarının”
adına tarixiləşdirirlər. Bundan sonra Venesiya erməni kilsəsi
arzuedilən xəyali “baba evi”
ilə əlaqədar “Böyük
Armeniya”nın ikinci fantastik
versiyasını ortaya atır.
Əjdər
Tağıoğlu kitabın “M.Xorenski anonim keşiş “tarixçi”dir” adlı birinci fəslində qeyd edir ki, orta
əsrlərdən başlayaraq erməni
keşişləri və onların daha
sonrakı alim varisləri bu
günə qədər Qərbi Avropanın adı və
lokalizasiyası özlərinə də dəqiq bəlli naməlum coğrafi
ərazisindən Kiçik Asiyaya gəlmiş adsız babalarının əcdad
“ünvanını” qədim Şərq xalqlarının
tarixinə “yazmağa”
çalışmışlar. Müəllif daha
sonra haqlı olaraq bir sual orta
qoyur. Bəs orta əsrlərə
qədər erməni babalarının etnoinsan
adı olmuşdurmu? Professor
bu suala cavab olaraq yazır: “Erməni
xalqının tarixi ilə əlaqədar
meydana çıxan bir
çox suallar kimi, bu suala
da insan tarixi sükutla cavab verir. Təsadüfi
deyildir ki, XIX əsrdən
günümüzə qədər istər Türkiyə
Respublikasının ərazilərində, istərsə də
Qərbi Azərbaycan torpaqlarında arxeoloji
qazıntılar çirkin imperiya siyasəti və dini
təəssüb mövqeyindən tendensiyaslı, elmi tarixin tələblərindən
uzaq mövqedən aparılsa da, aşkarlanmış hər hansı bir mədəniyyət nümunəsi, cüzi də olsa, özlərini
dini əfsanə qəhrəmanı mifik çar Haykın
törəməsi hesab edən Hayların
“qədim tarixinə” şahidlik etmir. Məhz buna görə
də orta əsrlərdən başlayaraq keşişlərin bu yolu bağlı idi. Onların yeganə yolu minilliklərdən bəri Şərq
dünyasını qanadları altına almış, yeri gəldikcə adını çəkəcəyimiz
Ön Asiyanın yerli-
köklü qohum
tayfalarının zəngin şifahi və
mifoloji ədəbiyyatından istifadə
edərək, öz məqsədlərinə
uyğun gələn rəvayət
variantları yaratmalı və filoloji materiallar əsasında “armyan
tarixləri” tərtib etməli idilər. Bu
baxımdan anonim keşiş
müəllif M.Xorenskinin
adına yazılmış “Armeniya tarixi” ilə dünya
tarixində erməni saxtakarlığının əsası qoyulur. Erməni tarix
ədəbiyyatında keşiş müəlliflərə
aid edilən “Armeniya tarixi” kitabından ayrı-ayrı tarixi çağlarda Biaini və Part dövlətlərinin
tərkibinə müvəqqəti daxil edilmiş Ön Asiya və Ön Qafqaz vilayətlərini və onların qədim
yerli əhalisinin tarixi
çağdaş erməni xalqının
adına birbaşa bağlayan
hissələri çıxsaq, şübhəsiz həmin
kitabların bir üz
qalıqları qalacaq, bir
də onların üstlərində əksəriyyəti anonim olan keşiş
adları”. Tarixi faktlar əsasında erməni
yalanlarını elmi şəkildə ifşa edən Əjdər Tağıoğlu
sonda qeyd edir ki, kilsə ədəbiyyatında
özlərini “hay”, real
torpaqda mövcud olmayan, lakin keşiş arzusu ilə Kiçik Asiyada
“yaradılmış” “ölkələrini” “Hayastan”
adlandırılan əhalinin qədim keçmişi
barədə elmi tarixin
üç riyazi düsturunun (arxeoloji kəşfiyyat,
antropologiya və linqivistika)
təsdiq edəcəyi hər hansı maddi
sübut günümüzə qədər
aşkar edilməyib. Bu
qaçılmaz həqiqəti tanınmış erməni
alimlərinin özləri də etiraf etməyə
məcbur olublar. Manuk Abeqyan yazır: “Erməni xalqının əsli
nədir, necə və nə vaxt, haradan, hansı yollarla o buraya, yəni Kiçik Asiyaya gəlib, armiyan olmazdan əvvəl
və sonra hansı tayfalarla
əlaqədə olub, onun
dilinə və etnik tərkibinə kim necə təsir göstərib. Bu amilləri və armiyanların kimliyini sübut etmək üçün əlimizdə dəyərli,
aydın və dəqiq dəlillər yoxdur”.
Professor
Əjdər Tağıoğlu yazır ki, məsələ bu
qədər aydın olduğu halda Güney Anadolu və Qafqaz Oğuz Albaniyası ərazisini başdan-başa işğal
etmək üçün XIX əsrin əvvəllərindən
başlayaraq, dünyanın qüvvətli
xristian dövlətlərinin (xüsusən
fransız, ingilis və
rusların) əli ilə Damokl
qılıncı kimi Türk
oğlunun boynunun
ardına qoymuş “Böyük
Hayastan”ın, başqa iddiada
Böyük Armeniyanın “kilsə
geneologiyası” bu
günə qədər Azərbaycan tarixçiləri tərəfindən
elmi şərhini tapmayıb. Əgər
“Azərbaycan tarixi” adına
kitablar yazmış “bizim”
bəzi tarixçilərimiz Kremlin siyasi köləsinə çevrilməsəydilər
və M.Xorenskiyə istinad edilmiş
üç kitabdan
ibarət olan “Armeniya tarixi”nin təkcə “Böyük Armeniya”nın geneologiyası” adlanan birinci
kitabını vətəndaşlıq mövqeyindən tarix və tarixçilik
kontekstində araşdırmış olsaydılar,
bu gün qüvvətli
xristian dövlətlərinin müstəqil
Azərbaycanın başı üzərində fəlakət
kabusu kimi
saxladıqları “Böyük
Armeniya”nın ideoloji terrorizm
bünövrəsi vaxtında məhv edilmiş
olardı. Bu ölüm
və fəlakət makinasını qədim Türk
torpaqlarında mənsub olduqları kiçik icmaya “vətən”
“təşkil etmək” üçün üç yüz ildən
bəri türklərə qarşı hayları tarixdə misli görünməmiş amansızlıq və
qəddarlığa çağıran Venesiya
qadın monastrı keşiş Mxitar Sevastiyski tərəfindən
1717-ci ildə Venesiya
yaxınlığında Müqəddəs Lazar adasında inşa edilmişdir.
Olaylar.-
2014.- 18 iyun.- S.12.