Azərbaycan diasporunun
Özbəkistanda formalaşma tarixi
Bu gün
Azərbaycan diasporunun fəaliyyət
göstərdiyi ölkələrdən biri
də Özbəkistandır. Orta
Asiyanın bu dövləti ilə Azərbaycan
arasında mədəniyyət və ticarət əlaqələrinin
kökü qədim dövrlərə təsaduf
edir. Tarixən Orta
Asiyanın bu respublikasına azərbaycanlıların
bir hissəsi könüllü
mühacirət etmiş, bir
qismi isə zorla köçürülmüşdür.
Xüsusən, Əmir Teymurun Azərbaycana
yürüşləri nəticəsində yüzlərlə
sənətkar, elm xadimi
və nüfuzlu peşə sahibləri Səmərqəndə
sürgün edilmişlər. Azərbaycanlılar
Özbəkistanın ictimai, mədəni
həyatında tarixən mühüm izlər
qoymuşlar.
Qədim Xarəzmin X əsr tikililərindən
olan Beleuciyolustu karvansara binası Şirvan ustalarının zəhmətinin
bəhrəsidir. Əmir
Teymurun doğma şəhəri
Şəhri-Səbzdə 1380- ci ildə
tikilən Ağ saray kompleksinin müəllifi də azərbaycanlı
memar Məhəmməd Yusif
Təbrizi idi. XIV-XV əsrlərdə Səmərqənddə
inşa edilmiş
Şahizində türbə kompleksi isə
Fəxsar Zeynəddin Şəms Təbrizi tərəfindən
tikilmişdir. Böyük
bir imperiyanın yaradıcısı olan Əmir Teymur azərbaycanlı
sənətkarları Səmərqənddə aparılan inşaat işlərinə cəlb etmək məqsədilə
sürgün etmişdir.
Bu sürgünlər XIV əsrin II
yarısı - XV əsrin əvvəllərində azərbaycanlıların
Özbəkistanda kütləvi şəkildə məskunlaşdırılmasına
səbəb olmuşdur. Sonrakı
dövrdə baş verən ictimai-siyasi proseslər, dünyanın siyasi xəritəsində yeniliklərin
çoxalması, rus işğalı və
s. hadisələr Özbəkistandakı
azərbaycanlılar barədə məlumatların itməsinə
səbəb olmuşdur. Bu
səbəbdən, tədqiqatçılar Özbəkistanda
Azərbaycan diasporunun
formalaşmasını XX əsrin əvvəllərindən başlayaraq bu günə
qədər davam edən mühacirət prosesi kimi xarakterizə
edirlər. Jurnalist-tədqiqatçı Yaşar
Qasım Özbəkistanda konkret olaraq Azərbaycan diasporunun
formalaşma prosesini
aşağıdakı mərhələlərə bölür.
Birincisi, 1905-1907-ci illərdə ermənilərin
Azərbaycan ərazilərində həyata keçirdiyi
kütləvi qırğınlar zamanı başqa
ölkələrə, o cümlədən
Özbəkistana miqrasiya edənlər,
İkincisi, oktyabr çevrilişi, vətəndaş müharibələri
və ümüumən 1918-1920-ci illərdəki hadisələr
nəticəsində mühacirət edənlər,
Üçüncüsü, 19
30-40-cı illərdəki deportasiya və
repressiyalar zamanı Özbəkistana məcburi
sürgün edilənlər,
Dördüncüsü,
1950-1960-cı illərdə aparılan quruculuq
işləri ilə əlaqədar köçürülənlər,
Beşincisi,
1960-cı illərin axırı və 1970-ci illərin əvvəlində
başlanan sənayeləşmə ilə
xarakterizə olunan yeni
dövr.
1991-ci il Azərbaycan dövlət müstəqilliyinin
əldə olunmasından sonra həmvətənlərimizin
Qərb və Şərq ölkələrinə başlanan kütləvi miqrasiyası azərbaycanlıların
Özbəkistana mühacirətinin sonuncu
mərhələsi kimi qiymətləndirilə
bilər. Müasir
dövrdə Azərbaycan diasporunun Özbəkistanda
sayı təqribən 60000 nəfərə çatır.
Özbəkistan azərbaycanlılarının məskunlaşdıqları
əsas yaşayış məntəqələri
aşağıdakılardır.
1-Daşkənd vilayətin
- 20 000
2-Səmərqənd
vilayəti - 13 000
3-Buxara vilayəti - 4
000
4-Sırdərya vilayəti
- 4 000
5-Nəvai vilayəti
- 4 000
6-Fərqanə vilayəti
- 3 000
7-Əndican vilayəti - 3
000
8-Qaraqalpaq vilayəti - 4 000 və s.
Seyid
Rza Əlizadə, Maqsud Şeyxzadə kimi görkəmli şəxsiyyətlər yetişdirən
Özbəkistanda Azərbaycan
diasporu bu ölkənin ictimai- siyasi həyatında iştirak edir, vətənlə intensiv əlaqə saxlayır, mədəni-kütləvi tədbirlər
həyata keçirir.
Bu gün Özbəkistanda bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir
ki, onlar da müntəzəm olaraq Azərbaycanın təbliği, zəngin tarixi-mədəni irsimizin
özbək cəmiyyəinə
çatdırlması istiqamətində
müxtəlif layihələr,
tədbirlər həyata
keçirirlər. Belə diaspor təşkilatlarından
biri də Özbəkistan Azərbaycanlılarının
Mədəni Assosiasiyasıdır.
Özbəkistan Azərbaycanlılarının Mədəni Assosiasiyası
4 noyabr 2002-ci ildə Özbəkistanda təsis
edilmişdir ki, bu birlik 6 vilayətdə
filiallarını qeydiyyatdan
keçirərək geniş
fəaliyyət göstərir.
2003-cü ildə Daşkənddə “Azərbaycan
evi” və məscid tikililərinin başa çatdırılması
yeniyetmə və gənc soydaşlarımızın
milli adət-ənənələr
ruhunda tərbiyə olunmasına xidmət edir. Özbəkistan Azərbaycanlılarının Mədəni Assosiasiyası
Özbəkistandakı ən
böyük Azərbaycan
diaspor təşkilatlarından
biri hesab olunur. Bu təşkilat
Azərbaycan həqiqətlərinin
yerli ictimaiyyətə
çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın
hüquq və azadlıqlarının müdafiəsi
ilə bağlı çox mühüm işlər həyata keçirir. Təşkilat Özbəkistanın ictimai-siyasi
dairələri ilə
də yaxşı əlaqələrə malikdir.
Özbəkistandan Azərbaycan mədəniyyətini
ilk illər "Lalə"
qızlar ansamblı, indi isə "Mehrican" Qəyyumluq Şurasının adını
daşıyan "Mehrican"
ansamblı təbliğ
edir. Hazırda Özbəkistanda yaşayan azərbaycanlılar
elm, incəsənət, kənd
təsərrüfatı, biznes,
idman və digər sahələrdə
çalışırlar. Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi-Azərbaycan-Özbəkistan
Mədəni-İqtisadi Əlaqələr
Mərkəzi 1992-ci ilin
aprelində Səmərqənddə
yaradılmışdır. Mərkəzin əsas vəzifəsi Azərbaycan-Özbəkistan
mədəni və iqtisadi əlaqələrinin
inkişafına köməklik
göstərmək, Özbəkistanda
yaşayan həmvətənlərimizə
xalqımızın adət-ənənələrini
yaşatmaqda yardım etməkdir.
Dili, dini və adət-ənənənələri
eyni olan özbək xalqı ilə azərbaycanlıların
əlaqələrinin möhkəmlənməsi
Mərkəzin qarşısında
duran əsas vəzifələrdən biridir.
Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin
sədri Səxavət
Ovceyevdir.
Bu günlərdə Azərbaycanın Özbəkistandakı
səfirliyinin, səfirliyin
nəzdindəki Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM), Respublika
Azərbaycan Mədəniyyət
Mərkəzinin və
Səmərqənddəki Azərbaycan
Mədəniyyət Mərkəzinin
birgə təşkilatçılığı
ilə Milli Qurtuluş Günü münasibətilə mərasim
keçirilib. Tədbirdə Səmərqənd şəhər
hakimiyyətinin təmsilçiləri,
elm və mədəniyyət
xadimləri, şəhərdəki
Azərbaycan diasporunun
üzvləri, qardaş
özbək xalqının
nümayəndələri, jurnalistlər iştirak ediblər. Mərasimdə səfirliyimizin birinci
katibi, Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov Milli Qurtuluş
Gününün tarixi
və əhəmiyyəti
haqqında danışıb.
Bildirib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də
müstəqilliyini bərpa
etsə də, ilk illərdə ölkədə
hakimiyyət böhranı
yaranmış və Ermənistanın təcavüzü
getdikcə güclənmişdi.
Vurğulaıb ki, xalqımızın təkidli
tələbi ilə
1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı
tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
Daşkənddəki Respublika Azərbaycan
Mədəniyyət Mərkəzinin
icraçı direktoru
Firdovsi Hüseynov ulu öndər Heydər Əliyevin diaspora qayğısından
danışıb, Bakıda
dünya azərbaycanlılarının
qurultaylarının keçirilməsi
ideyasının Ümummilli
Liderə məxsus olduğunu vurğulayıb.
Azərbaycanlıların Milli-Mədəni Mərkəzləri
Assosiasiyası-Özbəkistanda Azərbaycanlıların Milli-Mədəni
Mərkəzləri Assosiasiyası
2002-ci ilin noyabr ayında təsis edilmişdir. Assosiasiyanın 6 vilayətdə yerli təşkilatı fəaliyyət göstərir.
Bu Assosiasiya Özbəkistanda
yaşayan azərbaycanlıların
bir-biri ilə əlaqə yaratmasında,“Azərbaycancılıq” ideyasını
soydaşlarımız arasında
təbliğ etməsində,
onların tarixi vətənlə əlaqələrinin
gücləndirilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi
dəyərlərinin tanıdılmasında
mühüm rol oynayır. “Qardaşlıq”
Azərbaycan Mədəniyyət
Mərkəzi-“Qardaşlıq”
Azərbaycan Mədəniyyət
Mərkəzi 1989-cu ilin
sentyabrında Daşkənddə
yaradılmışdır. Mərkəzin əsas məqsədi Özbəkistanda
yaşayan soydaşlarımız
arasında sıx əlaqələr yaratmaq,
onları Azərbaycanda
baş verən hadisələrlə yaxından
tanış etmək,
milli mədəni dəyərlərin qorunub
saxlanılmasına çalışmaq,
Azərbaycan və Özbəkistan xalqları
arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.
Mərkəzin fəaliyyətində Azərbaycana qarşı erməni təcavüzkarlarının
apardıqları işğalçılıq
müharibəsi haqqında
əsl həqiqəti
açıb göstərmək,
soydaşlarımıza və
Özbəkistanda yaşayan
xalqlara bu hadisələrin mahiyyətini
izah etmək mühüm yer tutur. Mərkəzdə keçirilən tədbirlərdə və
toplantılarda Azərbaycanda
gedən hadisələr
təhlil olunur, erməni təcavüzkarlarına
qarşı müharibə
aparmağa məcbur olan Azərbaycana maddi və mənəvi
kömək göstərilməsi
təşkil edilir.
Mərkəzdə tez-tez xalqımızın
tarixindən, adət-ənənələrindən
söhbətlər kecirilir.
Mərkəz Özbəkistanın,
Azərbaycanın və
digər respublikaların
mədəniyyət və
elm dairələri ilə
əlaqələr yaratmışdır.
Mərkəzdə teatr, musiqi,
folklor-etnoqrafiya kollektivləri,
bədii studiyalar və dərnəklər təşkil edilmişdir.
Mərkəzin təşkil etdiyi
tədbirlərdə digər
millətlərin nümayəndələri
də iştirak edirlər. Birgə mədəni və siyasi tədbirlər kecirilir, dəyirmi stol arxasında
söhbətlər təşkil
edilir, ümumi problemlərdən və qayğılardan danışılır.
Belə tədbirlərdə Azərbaycan
mədəniyyətini, xalq
sənətini təbliğ
etmək məsələlərinə
xüsusi diqqət yetirilir. Mərkəz Azərbaycanın peşəkar incəsənət
ustaları və özfəaliyyət kollektivləri
ilə müntəzəm
əlaqələr saxlayır.
“Qardaşlıq” Azərbaycan Mədəniyyət
Mərkəzinin sədri
Mobil Məmmədovdur.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.-
2014.- 19 iyun.- S.15.