Xaricdəki azərbaycanlı
gənclər üçün yeni imkanlar
Xarici
ölkələrdə yaşayan və ya təhsil alan azərbaycanlı
gənclərlə bağlı müntəzəm olaraq
müxtəlif təşkilat və qurumlar tərəfindən
məqsədyönlü layihələr həyata
keçirilir. Həyata keçirilən bu kimi layihələr
xaricdəki azərbaycanlı gənclərin müasir
informasiya kommunikasiya texnologiyalarına yiyələnməsinə,
onların bilik və bacarıqlarının
artırılmasına xidmət edir.
Xaricdəki azərbaycanlı gənclər
üçün Gürcüstandakı Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin təşkil etdiyi layihələr
xüsusi əhəmiyyət daşıyır. Bir müddət
əvvəl Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət
Mərkəzinin təşkil etdiyi daha bir layihə də gənclərimiz
üçün uğurlu sayıla bilər. Belə ki, Nobel-T
Məhdud Məsuliyyətli Cəmiyyət və Azərbaycanlılarıln
Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin
birgə həyata keçirdiyi “Xarici ölkələrdə
yaşayan azərbaycanlı uşaqlara və gənclərə
müasir informasiya texnologiyaları vasitəsilə Azərbaycan
dili, tarixi, ədəbiyyatı və coğrafiyasının tədris
edilməsi” layihəsinin ilkin mərhələsi sona
çatıb. Layihənin məqsədini
aşağıdakı kimi qiymətləndirmək olar: Xarici
ölkələrdə yaşayan azərbaycanlı uşaqlara
və gənclərə müasir informasiya texnologiyaları
vasitəsilə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin tədris edilməsi,
soydaşlarımızın milli ruhda tərbiyə
olunmasına xidmət etmək, distant təhsil vasitəsilə
xarici ölkələrdə yaşayan və Azərbaycan
haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı
gəncə virtual məkanın imkanlarından istifadə edərək
ana dilini öyrətmək, doğma vətənin tarixini,
coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini
mənimsəmək imkanı yaratmaq. Bundan başqa layihə
xarici ölkələrdə yaşayan soydaşlarımıza
Azərbaycan dilinin zənginliyini öyrətmək, ədəbiyyatımızı,
folklorumuzu sevdirmək, vətənimizin təbii sərvətləri,
fauna və florası, iqlimi haqqında məlumatlar verməyi nəzərdə
tutur. Layihə gənclərimizə tariximizi aşılamaq
baxımından faydalıdır. Belə ki, xarici ölkələrdə
yaşayan həmvətənlərimizə vətənimizin bu
günə qədər keçdiyi yolu-tariximizi öyrətmək,
xarici ölkələrdə yaşayan soydaşlarımıza
müstəqilliyimizin qazanılmasında müstəsna rolu
olan, xalqı birləşməyə çağıran, ərazılərimizi
qorunmağa, düşmənlərimizə qarşı birləşməyə
çagıran, Azərbaycanı dünyada tanıdan və Azərbaycanlı
olmağı ilə fəxr edən Heydər Əliyev irsinini
öyrətməyi qarşıya başlıca məqsəd
kimi qoyur. Eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlı
uşaqların və gənclərin kompüter və elektron
resurslardan istifadə bacarıqlarını artırmaq, “Distant
təhsil portal-platforması” adlı internet portalını
yaratmaq, xarici ölkələrdə yaşayan azərbaycanlı
uşaqlar və gənclər arasında (tədris olunan fənlər
çərçivəsində) xüsusi istedadları üzə
çıxarmaq, təhsilin bu səviyyəsində tədris
ediləcək fənlərin elektron versiyasından istifadə
edilməsindən ibarət yeni təhsil texnologiyası əsasında
tədrisi təşkil etmək layihə müddətində
görüləcək işlər sırasında yer
alır. Həmçinin layinənin məqsədi xarici
ölkələrdə yaşayan xüsusi istedadlı azərbaycanlı
uşaqların və gənclərin respublikada keçirilən
müsabiqələrdə onlayn iştirakını təmin
etməkdir. Yaxın vaxtlarda layihənin nöbəti mərhələsinə
start veriləcək.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.-
2014.- 21-23 iyun.- S.15.