Azərbaycan diasporunun
İraqda məskunlaşma tarixi
Azərbaycan diasporunun fəaliyyət
göstərdiyi ölkələrdən biri
də Iraqdir. Antik coğrafiyada
Mesopotomiya adlanan ərazi
VII əsrdə ərəblərin nəzarətinə
keçdikdən sonra İraq
adlandırıldı. Mühüm geosiyasi və iqtisadi
mövqeyə malik olan
İraq əhalisinin 91-95 faizini
müsəlmanlar təşkil edir ki, bunun da
20 faizi türkmən adlandırılan azərbaycanlılardır.
İraqda yaşayan
soydaşlarımız özlərini və bizi
türkmən adlandırırlar. Elmi ədəbiyyatda
"türkmən" etnoniminin "tərəkəmə"
sözunun cəmi olan
"tərəkəmun"dan meydana gəlməsini,
bəzilərində isə "türkmanənd"
biçimində işlənməsinə rast
gələ bilərik ki, bu
da "türkə bənzər" deməkdir.
Ərəb mənbələrində türkmənlərin
Türkmənistan, Əfqanıstan və İranda
yaşamış türkmən tayfası olduğu
qeyd edilir. Bununla tarixi faktları təhrif edən ərəb mənbələri
kökündən yanılırlar. "Əsl türk, ulu türk" mənasını verən
türkmənlər barəsində İslam
Ensiklopediyasında deyilir: "İraq türkmənləri, yəni,
oğuzcanın azəri türkcəsini qonuşan
türklər".
Bəzən türk mənbələri
türkmənlərin Osmanlı türklərinin bir qolu
olduğu barədə fikir söyləyirlər,
oxşarlıq kimi türkmənlərin dilində Osmanlı
türklərinin leksikonuna məxsus sözlərin
olmasını göstərirlər. Düzdür, bu bilgidə bəzi
həqiqətlər var, lakin
türkmən yazı dilində Osmanlı türkcəsinin
elementləri özünü göstərməsinə
baxmayaraq, xalq dilinə
olan nüfuzu qüvvətli
olmayıb. Bəzi fərqləri nəzərə almasaq, İraq türkmənlərinin
ləhcəsi Azərbaycan dilindən fərqlənmir. Bütün faktlar, dil, ənənə, musiqi,
folklor, mətbəx, inanc
və digər eynilik türkmənlərin
məhz Azərbaycan türkləri olmasını təsdiq edir. İraq türkmənləri
ölkənin şimalında əsasən Kərkük vilayətində:
Kərkük şəhəri, Tuz
Xurmatu, Altun körpu, Təzə Xurmatu
Daquq, Badava, Bəşir,
Böyuk hasar, Biləvə,
Qara bulaq, Qızıl
yar, İttixar,
Yaycı, Yarvərli, Yengicə, Kokuz, Cumbədlər,
Leylan, Ömər, Məndən, Tərcil,
Tisin, Toxmaqlı, Türgələn,
Çardaxlı kəndlərin də, Kifri,
Tərətəppə, Əbud, Birəvculu,
Bostamlı, Talxanlu, Qaranaz,
Ənbuhəsən, Ənbusabah, Əmirli, Əski Kifri, Yeşil təpə,
Kəhriz, Kinkirban, Kotə burun,
Laqum, Məftun, Parapara,
Pirvaz, Pirəhməd, Səyyad, Suleyman bəy, Hel Mənzil,
Uctəpə, Xasadarı, Hasarlı, Hələvə,
Cabbarlı, Şirvanə kimi şəhər
və qəsəbələrdə yaşayırlar. Bundan başqa, Liyalə
vilayətində, Şahraban, Dəlli Abbas, Məndəli Qarağan,
Qızlarbat, Qızılca, Mənzəriyyə, həmcinin
Ərbil, Mosul, Bağdad,
Samirə kimi iri şəhərlərdə
də türkmənlərin sayı az deyil.
İraqda türkmənlərin məskunlaşması
eramızın VII əsrinə təsadüf edir.
İlk zamanlar hərbi
heyət olaraq Bağdadda
xidmət edən türkmənlər sonradan
ciddi nüfuz
qazanmış və həmişəlik burada
qalmışlar. Xüsusilə də, xəlifə Möhtəsim
öz ətrafına xeyli
türkmən toplamışdı. Xilafətin Səlcuq
türklərinin nüfuzu altına
keçməsindən sonra
soydaşlarımızın siyasi, huquqi və mədəni inkişafı
dirçəldi. Mosul (1127-1228), Ərbil (1144-1232) atabəylikləri
yarandı, xüsusilə, şimal əyalətlərindən
İraqa köçürülən
türklərin vəziyyəti yaxşılaşdı. Tədricən
Bağdad və onun ətrafında
yerləşən ərazilər türkmənlərin nəzarətinə
keçdi. Cəlayirilər, Qaraqoyunlular, Ağqoyunlular,
Səfəvilər dövrundə İraq
türkmənləri bütün sahələrdə
yüksək dövlət postlarında təmsil olunurdular. Türkmənlərin elm, ədəbiyyat, memarlıq, musiqi sahəsində uğurları artmağa başladı. Azərbaycan türkcəsi
fars və ərəb dilləri kimi üstün mövqe qazandı. Qaraqoyunluların hakimiyyəti
illərində türk dili
dövlət səviyyəsində nüfuz
qazandıqdan sonra mədrəsələrdə
ana dilimizdə tədrisə
başlandı.
İraq türkmənləri Bağdad ətrafı
ərazilərdə sıx-sıx məskunlaşıb, bəzi
yerlərdə sayca ərəblərdən üstun olmaqla,
doğma mədəniyyəti, musiqi və ədəbiyyatı,
ənənələri təbliğ edirdilər. Burada yerləşən dini
ziyarətgahlara, ticari məqsədlə İraqa edilən səfərlər İraq türkmənləri üçün
çox rahat və sərbəst
idi. Osmanlı
İmperiyasının qüvvətlənməsi, yeni ərazilər əldə etmək
iddiası 1514-cü ilin məşhur
Çaldıran döyüşündən sonra
İraqın bu dövlətin nəzarətinə
keçməsinə şərait yaratdı. Şah
Abbasın dövründə qısa müddətə geri qaytarılan İraq sultan VI Murad tərəfindən
yenidən Osmanlı İmperiyasının tabeliyinə keçirildi. Osmanlı dönəmində İraqa Anadoludan türk ailələri köçürülməyə
başlandı. XVIII əsrin əvvəllərində isə Qarabağ xanı Pənahəli xan bu ərazidən əvvəllər
İraqa köçürülmüş
elatları geri qaytarmağa
cəhd göstərdi. I dünya
müharibəsinə qədər Osmanlı
İmperiyasının tabeliyində qalan İraqda soydaşlarımızın
hüquqları, mövqeyi qismən də
olsa qorunurdu. 1920-ci ildə
qurulan İraq
hökumətində bir Kərkük azərbaycanlısı
nazir postuna təyin olundu.
1922-ci ildə İraq-Böyük Britaniya
sazişinin 3-cü maddəsinə görə, azərbaycanlılar
ana dilində təhsil almaq hüququ əldə etdilər. Lakin onlara
verilən hüquqlar sonradan
İraq hökuməti tərəfindən
kobud şəkildə pozuldu.
1958-ci ildə İraq da
respublika qurulmasında yaxından iştirak edən türkmənlər ilk illər müəyyən hüquqlar
əldə etdikdən sonra 1959-cu ilin 1 fevralında Bağdadda
türkmən dilində radio açıldı. 1960-cı
ildə Bağdadda Türkmən
Qardaşlıq Klubu (sonradan
Ocaq oldu)
yaradıldı. İraq türkmənlərinin
iradəsilə təşkil olunan klub onların rəsmi nümayəndəliyi kimi sosial-mədəni sahədə fəaliyyət
göstərməyə başladı. 1961-ci ildə
"Qardaşlıq" jurnalının nəşrə başlaması klubun ilk mühüm işlərindən
idi. İraq türkmənlərinin
tarixini, həyat tərzini, dünya göruşünü
əks etdirən jurnal 156 saylı 1977-ci il 6 fevral tarixli
qərarla BƏƏS Partiyasının nəzarətinə
keçdikdən sonra nüfuzunu
itirdi. 1968-ci il 17 iyun inqilabından sonra
İraq türkmənlərinə ana dillərində təhsil almaq,
doğma dildə jurnal,
qəzet nəşr etmək, Kərkuk televiziya
və radiosunda verilişlər açmaq vədləri verildi.
Lakin
BƏƏS Partiyası hakimiyyətdə möhkəmləndikdən
sonra 1971-ci il dən başlayaraq, "Bağdaddan
Kərkukədək hamı ərəbləşməlidir"
siyasəti yeridilməyə başlandı. Rəsmi olaraq verilən huquq və
vədlərin cox hissəsi həyata kecmədi.
Buna etiraz edən turkmən
tələbələr, ziyalılar cəzalandırıldılar.
İraq turkmənlərinin assimilyasiya olunması prosesi
sürətləndirildi. Onların malik olduqları torpaq sahələri,
mülklər müxtəlif bəhanələrlə zorla əllərindən alındı. Azərbaycanlılar
xristian, ərəb və kürdlərdən
fərqli olaraq, seçkilər zamanı öz namizədliklərini irəli sürə
bilməzdilər. Azərbaycan dili ərəb
dilinin ağır təsiri altına duşdu. Doğma dildə
təhsil almaq huquqlarını itirən
soydaşlarımıza hərbi, polis
sistemində işləmək, bu yondə
təhsil almaq qadağan
olundu. Kərkuk və digər ərazilərin
adları ərəbləşdirildi. Neftlə zəngin torpaqlarda yaşayan azərbaycanlılar
zorla ucqar ərəb
kənd və qəsəbələrinə
köçürüldülər. Azərbaycan
məktəbləri bağlandı. Rəsmi dairələrdə
bu dildə danışmaq qadağan
edildi. 7 yaşından sonra
ərəb düşərgələrinə aparılan azərbaycanlı
uşaqlara ərəb dili,
mədəniyyəti və ideologiyası öyrədilirdi.
Ərəb oğlanlarını azərbaycanlı qızlarla
evləndirməyə həvəsləndirmək üçün hökumət belə gənclərə
böyük miqdarda pul vəd edirdi. Cənubdan
yüzlərlə ərəb ailəsi
soydaşlarımızın yaşadıqları ərazilərə
köçürülərək geniş
səlahiyyət və imkanlar
qazanırdılar. Turkmənlərin alqı-satqı
hüquqları əllərindən alındı. 1980-ci ildən
sonra soydaşlarımız torpaq, ev, dukan
satın ala bilməzdilər. Şəxsiyyət
vəsiqəsi alarkən türkmənlərin milliyyəti zorla dəyişdirilirdi, onlar
ərəb və kürd millətindən
olduqlarını yazmağa vadar edilirdilər. Dövlət işlərində
türkmənlər çalışa bilməzdilər.
Soydaşlarımıza məxsus tarixi mədəniyyət
abidələri dağılırdı. Məsələn, Kərkukdəki Daş körpu, Kərkuk
qalası uçurduldu. Türkmənlər
zorla kürd və ərəblərin
çox olduqları bölgələrə
sürgun edilirdilər. Ərəb
bölgələrinə köçənlər ev əşyalarını götürə bilərdilər.
Lakin kürdlərin ərazisinə
köçənlər üst
paltarlarından başqa heç
nə apara bilməzdilər. Bu cür
haqsızlıqlara dözməyən yüzlərlə
soydaşımız Danimarka, İsveç, Türkiyə və digər Avropa ölkələrinə mühacirət
etməyə məcbur oldu. Nüfuzlu, cəmiyyətdə mövqe
qazanan türkmənlər həbs edilir, gözdən salınırdılar.
Səddam Hüseynin hakimiyyət illərində
İraqdakı soydaşlarımızın vəziyyəti daha
da pisləşdi. Təzyiqlər
yolu ilə türkmənlərin qonşu ölklərə köçməsini
gücləndirən Səddam Hüseyn rejimi boş qalan ərazilərdə kürdləri və ərəbləri
yerləşdirirdi. 8 illik müharibə
illərində qardaşı qardaşa silah qaldırmağa vadar
edən İraq və İran
rejimlərinin amansız,
mənfur siyasətənin qurbanları əsasən hər iki ölkədə yaşayan
və hər iki səngərdə vuruşan türkmənlər idi.
İraq türkmənlərinın
1990-cı ilin İraq
Konstitusiyasında adları belə çəkilmir. Konstitusiyada
"İraq xalqı yalnız ərəb
və kürdlərdən ibarətdir" bəndini qeyd etməklə insan
hüquqlarını kobudcasına pozan,
beynəlxalq hüquq normalarını tapdayan Səddam Hüseyn rejimi, aydındır ki,
soydaşlarımızı bu iki xalqın içərisində "əritməyə"
çalışıb. Ərəblərdən sonra İraqda ikinci böyük xalq olan
soydaşlarımızın dili, mədəniyyəti
son illərdə
sərt şəkildə
sıxışdırılmaqda, folklor
abidələri, ənənələri, mətbəx, milli varlığı yox
edilməkdədir. Soydaşlarımızın kütləvi informasiya vasitələrinə
çıxışı yox dərəcəsindədir.
Hazırda İraq türkmənləri
ölkə daxilində və kənarda müxtəlif birliklər
quraraq öz sosial- mədəni hüquqlarının bərpa
edilməsinə çalışırlar. Bu sırada İraq
Milli Azadlıq Hərəkatı, Şimali İraq Türkmən
Cəbhəsi, Türkmən Milli Cəbhəsi,
İraq Milli Türkmən
Partiyası, Müstəqillər Partiyası, Qardaşlıq
Ocağı, İraq türkmənlərinin
Mədəniyyət Dərnəyi, İraq
Türkmənlərinin Mədəniyyət və
Yardımlaşma Dərnəyi, Türkmənistan Elli Gənclik və Tələbə Birliyi, Türk Milli Vəqfi, Kərkük Vəqfi kimi qurumlar var.
Bu təşkilatlar
İraqda başlanan hərbi
əməliyyatlar zamanı burada yaşayan soydaşlarımızın zərər
görməməsi və tarixi abidələrimizin
qorunması üçün müəyyən
işlər görmüşdür. İraqda 1400 illik tarixə
malik olan türkmənlər
– azərbaycanlılar tarixin müxtəlif
dövrlərində bütün çətinliklərə
baxmayaraq, öz kimliklərini,
mənəviyyatını, ana dilini unutmamış, ulu babalardan qalan, misilsiz dəyərə malik
ənənələri nəsildən-nəsilə öturərək
bu günümüzə
çatdırmışlar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 28-30 iyun.- S.15.