Mübarək Ramazan öz

bərəkət qapılarını açdı...

 

Mübarək Ramazan ayı öz xeyirli qədəmləri ilə  gəldi. Ayların sultanı, ən xeyirlisi kimi izah olunan Ramazan müxtəlif vaxtlarda yaşadığmız 12 ayın hər birində bizə qonaq gəlir. Yaşadığımız ömür payının ən qiymətli 30 günü içərisinə daxil oluruq. Bu zaman kəsiyi insanların mənəvi və fizioloji təmizlik yolçuluğuna çıxdığı məqamdır. Ramazanın məqsədi  sadəcə yeməkdən imtina ilə çərçivəli deyil. Bu sürətli həyat qatarında az da olsa durmaq, düşünmək, həyatımızı, yaşadıqlarımızı bir daha gözdən keçirmək fürsəti verir. Həyatın  gözlə görülən zövqlərindən imtina və mənəvi gözəlliyə çatmaq üçün yolçuluğa çıxmaq... Ramazan insanın mənəvi cəhətdən təmizlənməsi üçün ən gözəl fürsətdir.

 

Ramazanın hikməti

 

Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır.  Ərəbcə bir sözdür. Aya Ramazan adının verilməsinin izahları var. Ramazan sözü yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasını verən "ramda" sözündən alınıb. Yağış yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da insanları  təmizləyər. Ramazan sözünün daha bir izahında isə Günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasında olan "ramad" sözü önə çəkilir. Belə ki, qızğın yerdə gedənin ayaqları yanar, zəhmət məşəqqət çəkər. Bunun kimi oruc tutan kimsə aclıq susuzluğun hərarətinə dözər, məşəqqət çəkər, içi yanar. İsti torpaq orada gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər. Ramazan ayına "on bir ayın sultanı" deyilib.  Quran-i Kərimdə adı açıq olaraq keçən tək ay Ramazan ayıdır. Quran-i Kərim bu ay içərisində endirilib.  Əl-Bəqərə surəsindəRamazan ayı elə bir aydır ki, insanlara doğru yolu göstərər, hidayəti haqqı batildən ayırmağı açıqlayardeyilir. “Quran”, bu ayda endirildi. Quran-i Kərimdə, "min aydan daha xeyirli" olduğu ifadə olunan Qədr gecəsi bu ay içərisindədir. Dinimizin beş təməlindən biri olan oruc ibadəti bu ayda üzərimizə fərz qılınıb. Quran-i Kərimdə "Sizdən kim bu aya çatdırsa oruc tutsun"  buyurular. Fitrə sədəqəsi vermək, Təravih namazı da bu aya məxsus ibadətlərimizdəndir. Ramazan ayının son on günündə daha çox ibadət olunur. Peyğəmbər (s.ə.s) Ramazanın son on günündə daha çox ibadət taətdə olardı. Hz. Aişə anamızdan belə rəvayət edilib: "Rəsulullah (s.ə.s) Ramazan ayının son on günü girincə əlini-ətəyini toplar, gecəni canlandırar ev xalqını oyandırardı". Ramazan ayında Quran-i Kərimi oxumaq, xeyir əməllər etmək ön sıraya keçir. Ramazan ayı dinimizcə ən fəzilətli müqəddəs bir aydır.  Ramazan ayı girincə göylərin qapısı  açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar zəncirə vurular. Bütün bunlar Ramazan haqqında zaman-zaman bizlərə ötürülən məlumatlardır. Bəzən ərəb dilindən o qədər fərqlənməyən izahla  ramazan ayı bir qədər qarışıq şəkildə izah olunur insanlarımıza. ya bəzən bu mübarək ayın fəziləti sadəcə ac qalmaq məsələsi ilə qabardılır. Ramazan bizə nəyi aşılayır? Gün ərzində yeməklərdən imtina etmək insanın sağlamlığına yönəlik bir addımdır. Ramazanın əsrlər əvvəl, bizə vacib buyrulduğu zamanla indiki vaxtı müqayisə etsək, indi insanların gün ərzində yeməklərdən imtina etməyə daha çox ehtiyacı var. Nəzərə alsaq ki, cəmi 100 il bundan əvvəllə müqayisədə insanların il ərzində istifadə etdiyi şəkərin miqdarında 100 kq-a yaxın artım olub, başqa sözə ehtiyac qalmır. Eləcə , fast-fudlar, ayaqüstü zərərli yeməklər. İşlənmiş qida məhsulları. GMO-lar, daha nələr-nələr. İnsan sağlamlığına zərərli qidaların tüğyan etdiyi bir dövrdə yeməklərdən bir qədər uzaq durmaq orqanizm üçün əvəzsizdir. Qidanın azaldılması dolayısıyla beynimizin daha yaxşı çalışmasına, dünya zövqlərinə ehtiyacın azalmasına gətirib çıxarır. Orqanizmini yüngülləşdirən insan özünün daha çox mənəvi tərəflərini, yaradılışını, Yaradanını, onun istəklərini düşünməyə başlayar. Kamillik yolunda məsafə qət edər ki, bu da Yaradanın bizdən istədiyi ən vacib əməllərdəndir. Daha bir vacib amil. Aclıq əziyyətini çəkən insan bu yolla ətrafındakıların halını daha yaxşı anlamağa başlayar. İndi dünyada milyonlarla insan aclıqdan əziyyət çəkir. Digər bir tərəfdə isə zənginlər daha cür dəbdəbə edəcəklərini düşünürlər. Ramazan bir növ ədalətli  vicdan sorqulamasıdır. Biz bizə məxsus olanları qanunlarla, vergi ilə yox, öz vicdanımızın səsi ilə paylaşmağa çağrılırıq. Müsəlman dünyası çətin bir dövrdə yaşayır. Avropa, qərb insanı müsəlman sözünü qorxu ilə qarşılayır. Bütün bunlar isə cahilliyin müsəlman dünyasının başına açdığı oyunlardır. Dinimiz bizə oxu deyə, əmr etdi. Bu gün müsəlman dünyasının ən böyük problemlərindən biri oxumamaq, maariflənməməklə bağlıdır. Öyrənməmək, hətta dini bilgiləri belə, öz xeyrinə dəyişən insanların ağzından dinləməkdir. Mədəmizə rahatlıq verməmizin əksinə, mənəvi dünyamızı zənginləşdirmək üçün əmək sərf etməklə Ramazanı daha da gözəl, faydalı bir şəkildə yaşamış olarıq. İbadət dua bu mübarək ayın ən vazkeçilməzidir. Dünyaya, xalqımıza, ailəmizə əmin-amanlıq hüzur verməsi üçün əllərimiz göylərə, qəlbimizin içindən süzülən pıçıltılar Tanrıya yüksələcək. Ramazan bizi Yaradanımıza daha da yaxınlaşdıracaq. Arzu edək ki, Allahın bizdən əslində istədiyini, bizim öz davranışlarımızla dünyada xeyrə, hüzura necə çatmağın mümkünlüyü aça bilək.    Ramazan ölkəmizə xeyirli, uğurlu olsun. Bu mübarək ayın ilk gün duasıyla mərhəmət ayının qapısını döyürük:

İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən et. bu günkü gündə məni qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin Allahı ey günahkarları əfv edən!

 

Aygün

  

Olaylar.- 2014.- 28-30 iyun.- S.5.