Litva Seymində “Dağlıq Qarabağla parlament dostluq qrupu”nun
gizlinləri
Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqillik
əldə etməsindən
sonra əksər dövlətlər kimi Litva ilə də normal münasibətlər quruldu
və ölkələr
arasındakı ikitərəfli
əlaqələr yüksək
səviyyəyə qaldırıldı.
Müstəqil Azərbaycan
- Litva münasibətlərinin
qurulub inkişaf etdirilməsində bu ölkədə fəaliyyət
göstərən diaspor
təşkilatlarımızın da müstəsna rolu var desək
yanılmarıq. Xüsusilə,
bu sıraya Litva Azərbaycanlıları
Cəmiyyətininin fəaliyyətini
tam əminliklə aid etmək olar. Litva Azəbaycanlıları
Cəmiyyəti 1988-ci ildə
fəaliyyətə başladığı
gündən Azərbaycanm
haqq səsinin Litva ictimaiyyətinə çatdırılması istiqamətində
bir sıra mühüm tədbirlər
və layihələr
həyata keçirib.
Sevindirici haldır ki, Cəmiyyətin həyata keçirdiyi tədbirlər öz uğurlu nəticələri
ilə həm Litvada, həm də Azərbaycanda yadda qalıb. Hazırda da Litva Azərbaycanlıları
Cəmiyyəti qeyd edilən istiqamətdə
mühüm fəaliyyətini
davam etdirir və bu gün
Litvada Azərbaycana qarşı olan təxribatların, erməni
diasporunun və ermənipərəst Litva
ictimai-siyasi qüvvələrinin
Azərbaycana qarşı
dağıdıcı fəaliyyətinin
qarşısının alınması
istiqamətində konstruktiv
fəallıq nümayiş
etdirərək faydalı
nəticələrə imza
atır. Azərbaycan əleyhinə yönəlmiş
təxribatların qarşısını
almaq sahəsində Litva Azərbaycanlıları
Cəmiyyətinin növbəti
konkret işləri keçən ilin mart ayında da özünü göstərdi. Belə ki, 2013-cü ilin mart ayında Litva Respublikasının Seymində "Dağlıq
Qarabağla parlament dostluq qrupu" yaradıldı ki, buna ilk reaksiya
verən və Seymə qəti şəkildə etirazını
bildirən məhz Litva Azərbaycanlıları
Cəmiyyəti və
onun sədri Mahir Həmzəyev oldu. Mahir Həmzəyevlə
söhbətimizdə Litva
Seymində "Dağlıq
Qarabağla parlament dostluq qrupu"nun yaradılmasının hansı
zərurətdən meydana
gəlməsi ilə bağlı məqamlara toxunduq, Cəmiyyət tərəfindən Litva Seyminə və Litva Respublikasının rəhbərlərinə göndərilən
etiraz məktublarına,
mətbu Bəyanat və təkliflərə
verilən reaksiyalara aydınlıq gətirdik.
Ümumiyyətlə bu
yönümdə görülən
bir sıra işləri və mövcud vəziyyəti araşdırdıq.
-Mahir bəy, əvvəlcə oxuculara Litva Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun yaradılması,
onun üzvləri və fəaliyyəti haqqında bilgilər verərdiniz.
-Əvvəlcə burada
bir haşiyə çıxıb qeyd etmək istərdim ki, məlum olduğu kimi, Ermənistan işğal və ilhaq etdiyi
Azərbaycan ərazisində
yaratdığı oyuncaq
"dövlət" qurumunun
beynəlxalq səviyyədə
tanınması ilə
bağlı rəzil məqsədinə nail olmaq üçün dəridən-qabıqdan çıxır
və bu yolda hətta ən şərəfsiz üsul və vasitələrdən istifadə
etməyi özü üçün ar saymır. Bu yolda panerməni təbliğat qüvvələri
və onların xaricdə fəaliyyət göstərən havadarları həyasızcasına
tarixi uydurmalar və iftiralar yayımlayır, qara piardan istifadə edərək ictimai fikri özləri üçün əlverişli
yönümdə formalaşdırmağa
çalışır, dünyanın
müxtəlif ölkələrindəki
siyasətçilər və
medianı heç nədən çəkinmədən
rüşvət və
digər vasitələrlə
satın alır və beləliklə həmin ölkələri
qondarma "Dağlıq
Qarabağ respublikasının"
de jure olaraq
tanınması yönümündə
kökləyirlər. Bu
baxımdan erməni ekspansionistləri tərəfindən
Avropada görülən
fitnə-fəsad işlər
siyahısına 2013-cü ilin
14 mart tarixində daha bir biabırçı
fakt əlavə olundu. Belə ki, həmin tarixdə Litva Respublikası Seymində həm iqtidar, həm də müxalifət partiyalarını
təmsil edən 12 millət vəkili "Dağlıq Qarabağla parlament dostluq qrupunu" yaratdıqlarını
bəyan etdilər.
"Dağlıq Qarabağla
parlament dostluq qrupu"na daxil olan millət vəkilləri bunlardır.
1-Dalya Kuodite,
2-Alma Monkauskayte, 3-Povilas Urbşis.
4-Kyastutis Bartkyaviçyus, 5-Rima Başkene, 6-Vitaliyus Gaylyus.
7-Pyatras Grajulis, 8-Algis Kaşeta,
9-Kyastas Komskis, 10-Dangute Mikutene,
11-Vintse Vaydyavute Margyaviçene,
12- Kyastutis Masyulis. Qrupun sədri Dalya Kuodite, sədr müavinləri isə
Alma Monkauskayte və
Povilas Urbşisdir. Beləliklə,
postsovet məkanında
Litva ilk ölkə oldu
ki, bu Respublikanın Parlamentində "Dağlıq
Qarabağla parlament dostluq qrupu" meydana gəldi. Litvanın Vətən Birliyi (Konservatorlar) - Xristian Demokratlar Partiyası 2013-cü ilin martın ikinci yarısında sözügedən
dostluq qrupundan 2 nəfər üzvünü - V.V. Margyaviçene və K. Masyulisi geri çağırdıqdan sonra
həmin Qrupda 10 nəfər deputat qalmışdı. Litvanın
iqtidar partiyaları dostluq Qrupunda bu deputatların timsalında təmsil olunubdu. - A. Monkauskayte (Sosial Demokratlar Partiyası), D. Mikutene (Əmək Partiyası),
K. Bartkyaviçyus, P. Grajulis
və K. Komskis (Qayda-Qanun və Ədalət Partiyası).
Qeyd etmək vacibdir ki, K. Komskis Litva Respublikası Seyminin Sədr müavinidir. D. Mikutene isə Seymin Səhiyyə məsələləri Komitəsinin
sədridir. Müxalifət
partiyalar isə "Dağlıq Qarabağla parlament dostluq qrupu"nda aşağıda
göstərilən millət
vəkilləri vasitəsi
ilə təmsil edilib: D. Kuodite, A. Kaşeta, V. Gaylyus (Litva Respublikasının Liberallar
Hərəkatı Partiyası),
R. Başkene (Kəndlilər və Yaşıllar İttifaqı Partiyası)
və P.Urbşis
(Bitərəf). Beləliklə,
Qrupun üzvlərinin
bir yarısı iqtidar partiyalarına, digər yarısı isə müxalifət partiyalara aiddir. Belə bir faktı
da vurğulamaq istərdim
ki, sosial-demokrat A. Monkauskayte
Litva Sosial Demokratlar Partiyası rəhbərliyi
tərəfindən ona
dostluq Qrupunu tərk etməklə bağlı hələ ötən ildə edilmiş tövsiyyə və təkliflərə
məhəl qoymamışdır
və ermənipərəst
parlament qrupu dəstəsində qalmağı
üstün tutmuşdur.
Litva Respublikasının Liberallar
Hərəkatı Partiyası
tərəfindən onun
Qrupda təmsil olunmuş üzvlərinə
həvəssiz edilmiş
analoji təkliflər
və təsir etmək cəhdləri də uğursuz nəticələnmişdi. Bu ilk növbədə o deməkdir
ki, "Dağlıq Qarabağla
parlament dostluq qrupu"na üzv olmaq siyasi partiyalara
mənsubluq, eləcə
də iqtidar və yaxud müxalifətə
aid olmaq prinsipləri əsasında həyata keçirilmir, digər maddi və qeyri-maddi
həyati maraqların
gerçəkləşdirilməsi hesabına tənzimlənir.
Bunu həm də belə bir faktik reallıq
təsdiq edir ki, Qrupun aparıcı üzvləri olaraq fəaliyyət göstərən
millət vəkilləri
D. Kuodite və A. Kaşeta ixtisasca tarixçidirlər, litvalıların
soyqırım və Sovet rejiminə qarşı müqavimət
hərəkatı tarixinin
araşdırılması sahəsində
mühüm tədqiqat
işləri görüblər
və onlar təbii ki, Cənubi Qafqazda yaranmış vəziyyətlə də
yaxşı tanışdırlar.
Həmçinin Qarabağda
davam edən silahlı münaqişənin
əsil səbəbkarlarının
kim olduğunu da gözəl bilirlər. Hər necə olsa da, "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun ən fəal üzvləri
"müxalifət qüvvələr
düşərgəsindən" - D. Kuodite, A. Kaşeta və "iqtidar" təmsilçisi olaraq D. Mikutene qalmaqdadırlar. Qrupun qalan üzvləri
isə statist rolunu oynayırlar və açıq-aydın görünür
ki, bunu müftə etmirlər. "Dağlıq
Qarabağla parlament dostluq qrupu" hal-hazırda nəzərəçarpan
fəallıq göstərmir
və açıq iş aparmır. Mən bunun səbəblərini ilk növbədə
Azərbaycan diasporunun
etiraz tədbirlərinin
effektli olmasında görürəm və həmçinin Azərbaycanın
Litvadakı dostlarının
apardıqları təbliğat
və təşviqat işlərinin müsbət
təsiri ilə izah edirəm. Bununla yanaşı şübhəsiz ki, Rusiyanın
Ukraynaya qarşı həyata keçirməkdə
olduğu təcavüzün
də Seymdəki
"Dağlıq Qarabağla
parlament dostluq qrupu" fəallığının
nisbi süstlüyünə
təsiri vardır. Belə ki, Litvada çoxları bu təcavüzün timsalında
Azərbaycan-Ermənistan münasibətləri
və Qarabağ münaqişəsinin analoqunu
sezirlər. Amma, bütün
bunlara baxmayaraq "Dağlıq Qarabağla parlament dostluq qrupu" vaxtaşırı
yığışır və
aktual məsələləri
müzakirə edirlər.
Bu Qrup sonuncu dəfə 7 dekabr
2013-cü il tarixində Seymdə
Spitak zəlzələsinin
25 illiyinə həsr olunmuş beynəlxalq anım tədbirinin təşkilatşılarından biri olaraq çıxış
edibdir.
-Litva Azərbaycanlıları Cəmiyyəti
olaraq bu ölkənin Seymində
"Dağlıq Qarabağla
parlament dostluq qrupu"nun yaradılmasını
necə qarşıladınız
və buna qarşı
hansı formada reaksiyalar bildirdiniz?
-Bu hadisədən dərhal sonra Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri
olaraq mən və Litva - Azərbaycan Assosiasiyasının prezidenti
İmantas Melyanas buna qəti etiraz bildirərək Litva Respublikası
Seyminin rəhbərliyinə
Azərbaycan təşkilatları
adından birgə sorğu göndərdik. Həmin məktubda Litva Seyminin fəaliyyətini tənzimləyən Qanunda
(Nizamnamədə) heç
bir "parlament dostluq qrupunun" yaradılmasının nəzərdə
tutulmadığını göstərərək,
Litva parlamentinin divarları
arasında sözügedən
qurumun hansı hüquqi əsaslarla yaradıldığını və
nə kimi statusa malik olduğunu izah etməyi tələb etdik. Bununla yanaşı, Seymin Nizamnaməsində təsbit olunmuş tələblərə uyğun
olmayan bu cür strukturların fəaliyyətinə son qoymaq
üçün optimal tədbirlərin
görülməsi ilə
bağlı konkret təkliflər də irəli sürdük. Həmçinin Seymin Nizamnaməsində müvafiq
dəyişikliklərin olunması
yolu ilə Parlamentlərarası dostluq
qruplarının təsis
qaydalarının optimallaşdırılması
və qanunla nəzərdə tutulmamış
"Dostluq qrupunun"
ləğv olunması
barədə Parlamentə
rəsmi müraciət
ünvanladıq. Seymin
Sədri Vidas Gedvilas sözügedən sorğunun
cavablandırılması və
müraciətdə ehtiva
olunmuş təkliflərə
Seymin müvafiq fəaliyyət reqlamenti əsasında baxılması
məsələsini Parlamentin
Xarici İşlər
Komitəsinə, eləcə
də Hüquq və Hüquq qaydaları Komitəsinə
tapşırdı. Onu da diqqətə
çatdırım ki, Litva Azərbaycanlıları Cəmiyyəti
və Litva - Azərbaycan
Assosiasiyası Seymin göstərilən komitələrindən
rəsmi cavab məktublarını aldılar.
Olaylar (internet versiyası).- 2014.- 25 iyun.