Litva SeymindəDağlıq Qarabağla parlament dostluq qrupu”nun gizlinləri

 

Əvvəli ötən sayımızda

 

Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqillik əldə etməsindən sonra əksər dövlətlər kimi Litva ilə normal münasibətlər quruldu ölkələr arasındakı ikitərəfli əlaqələr yüksək səviyyəyə qaldırıldı. Müstəqil Azərbaycan - Litva münasibətlərinin qurulub inkişaf etdirilməsində bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımızın da müstəsna rolu var desək yanılmarıq. Xüsusilə, bu sıraya Litva Azərbaycanlıları Cəmiyyətininin fəaliyyətini tam əminliklə aid etmək olar. Litva Azərbaycanlıları Cəmiyyət 1988-ci ildə fəaliyyətə başladığı gündən Azərbaycanm haqq səsinin Litva ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra mühüm tədbirlər layihələr həyata keçirib. Sevindirici haldır ki, Cəmiyyətin həyata keçirdiyi tədbirlər öz uğurlu nəticələri ilə həm Litvada, həm Azərbaycanda yadda qalıb. Hazırda da Litva Azərbaycanlıları Cəmiyyəti qeyd edilən istiqamətdə mühüm fəaliyyətini davam etdirir bu gün Litvada Azərbaycana qarşı olan təxribatların, erməni diasporunun ermənipərəst Litva ictimai-siyasi qüvvələrinin Azərbaycana qarşı dağıdıcı fəaliyyətinin qarşısının alınması istiqamətində konstruktiv fəallıq nümayiş etdirərək faydalı nəticələrə imza atır. Azərbaycan əleyhinə yönəlmiş təxribatların qarşısını almaq sahəsində Litva Azərbaycanlıları Cəmiyyətinin növbəti konkret işləri keçən ilin mart ayında da özünü göstərdi. Belə ki, 2013-cü ilin mart ayında Litva Respublikasının Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu" yaradıldı ki, buna ilk reaksiya verən Seymə qəti şəkildə etirazını bildirən məhz Litva Azərbaycanlıları Cəmiyyəti onun sədri Mahir Həmzəyev oldu. Mahir Həmzəyevlə söhbətimizdə Litva Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun yaradılmasının hansı zərurətdən meydana gəlməsi ilə bağlı məqamlara toxunduq, Cəmiyyət tərəfindən Litva Seyminə Litva Respublikasının rəhbərlərinə göndərilən etiraz məktublarına, mətbu Bəyanat təkliflərə verilən reaksiyalara aydınlıq gətirdik. Ümumiyyətlə bu yönümdə görülən bir sıra işləri mövcud vəziyyəti araşdırdıq.

-Litva Azərbaycanlıları Cəmiyyəti olaraq bu ölkənin Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun yaradılmasını necə qarşıladınız buna qarşı hansı formada reaksiyalar bildirdiniz?

-Parlamentin Xarci İşlər Komitəsinin sədri, iqtidarda olan Litva Sosial Demokrat Partiyası fraksiyasının təmsilçisi, Vilnüs Universitetinin sabiq rektoru, akademik Benediktas Yuodka  tərəfindən imzalanmış məktubda göstərilir ki, "Dağlıq Qarabağla parlament dostluq qrupu" onun rəhbərlik etdiyi Xarici İşlər Komitəsi tərəfindən "parlamentlərarası əlaqələr üzrə işçi qrupu" qismində tanınmır. Belə ki, "parlamentlərarası əlaqələr üzrə işçi qrupları" yalnız de jure tanınmış dövlətlərin parlamentləri ilə yaradılır. Buna görə Seymin sədri rəsmi tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın parlamentinə göstərilən qrupun yaradılması barədə məlumat göndərməyib". Seymin Hüquq Hüquq qaydaları Komitəsinin sədri, tanınmış hüquq mütəxəssisi Yulyus Sabatauskasın imzaladığı rəsmi sənəddə isə konstatasiya olunur ki, "Dağlıq Qarabağla parlament dostluq qrupunun yaradılmasının yuridik əsasları Litva Respublikası Seyminin Əsasnaməsində təsbit olunmuş hüquqi tələblərə uyğun deyil. Belə ki, həmin tələblərə görə "parlamentlərarası əlaqələr üzrə qruplar" yalnız hüquqi baxımdan tanınmış dövlətlərin parlamentləri ilə qurula bilər. Buna görə , həmin qurum "parlamentlərarası əlaqələr üzrə qrup" olaraq qəbul edilmir heç bir vəchlə Litva dövlətinin rəsmi mövqeyini əks etdirmir. Seymdə parlamentlərarası əlaqələr üzrə qrupların yaradılması qaydalarının optimallaşdırılması ilə bağlı Litva Azərbaycanlıları Cəmiyyəti Litva - Azərbaycan Assosiasiyası tərəfindən irəli sürülmüş təkliflər Seymin Nizamnaməsi təkmilləşdirilən zaman nəzərə alınacaq".

 

-Sizin etirazlarınıza qarşı verilən cavab reaksiyalar hansı qənaətə gəlməyə əsas verir?

 

-Bizim qənaətə görə Seymin Komitələrinin çıxardığı bu nəticələr Litva azərbaycanlıları diasporuna ünvanladığı cavablar "Dağlıq Qarabağla parlament dostluq qrupu" ilə bağlı erməni ekspansionist qüvvələri tərəfindən Litvada qurulmuş planların onların Seymdəki bir sıra muzdlu havadarlarının göstərdikləri səylərin faktiki olaraq iflasa uğramasını göstərir. Xüsusilə vurğulamaq lazımdır ki, 1990-cı ilin martın 11-də Litvanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra keçən 24 ildən artıq bir zaman ərzində ilk dəfədir ki, bu ölkənin ali qanunverici orqanı ictimai təşkilatların Seymə ünvanladıqları müraciətdə ifadə olunmuş tənqidi fikirlərin düzgünlüyünü irəli sürülmüş təkliflərin əsaslı olduğunu etiraf etməyə vadar olub. Düşünürük ki, həmin təkliflər yaxın zamanda Litva Respublikası Seyminin Nizamnaməsində müvafiq dəyişikliklərin edilməsinə gətirib çıxaracaq.

 

-Belə demək mümkündürmü ki, Litva Seyminin məlum "dostluq qrupu" ilə bağlı milli mövqenin ortaya qoyulmasında bu ölkədəki Azərbaycan diasporunun müstəsna rolu olub?

 

-Əlbəttə. Bununla yanaşı, bu fakt Litvadakı Azərbaycan diasporunu Azərbaycanın bu ölkədəki səmimi dostlarını da hiddətləndirdi onların qəti etirazlarına səbəb oldu. Qeyd olunmalıdır ki, Seymdə "Dağlıq Qarabağla parlament dostluq qrupunun" ləğv edilməsi üçün görülən bu qəti tədbirlər Litvadakı Azərbaycan diasporunun lobbiçilik fəaliyyəti, həmçinin Azərbaycanın Litvadakı təəssübkeş dostlarının dəstəyi əzmli addımları sayəsində mümkün olub. Bəzi Litva parlament üzvlərinin bu cür dağıdıcı fəaliyyətini tamamilə zərərsizləşdirmək üzdəniraq "Dostluq qrupunun" ləğv edilməsi məqsədi ilə Litva Azərbaycanlıları Cəmiyyəti Litva - Azərbaycan Assosiasiyası tərəfindən görülən birgə tədbirlər çərçivəsində Seymin sədr müavini Parlamentin İdarə heyətinin üzvü İrena Degutene, Seymin Vətən Birliyi (Konservatorlar) - Xristian Demokratlar fraksiyasının sədri Parlamentin İdarə Heyətinin üzvü, keçmiş Baş nazir Andryus Kubilyus, Liberal Sayudis fraksiyasının sədri, sabiq nəqliyyat naziri Eligiyus Masyulis, Seymin Xarici İşlər Komitəsinin sədri Benediktas Yuodka, həmçinin həmin komitənin sədr müavini, sabiq xarici işlər naziri Audronyus Ajubalis bir sıra digər nüfuzlu siyasətçilərlə görüşlər keçirildi, məsələ ilə bağlı müvafiq müzakirələr aparıldı ilkin nəticələr əldə edildi. Bunlarla bərabər, Litva Azərbaycanlıları Cəmiyyəti Litva - Azərbaycan Assosiasiyası adından kütləvi məlumat vasitələri ilə müxtəlif dillərdə bəyanatlar yayımlandı, müsahibələr məqalələr dərc edildi. Mətbuatda sözügedən yönümdə Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü dəstəyi ilə çap olunmuş yazılardan litvalı tarixçi, Litva - Azərbaycan Assosiasiyasının prezidenti İ. Melyanasın "Tarixçinin elmi səviyyəsi siyasətçinin vicdan saflığı haqqında fikirlər" adlı məqaləsini xüsusilə vurğulamaq istərdik. 28 mart 2013-cü il tarixində Litvanın www.balsas.lt xəbərlər portalında litvaca yer almış bu publikasiya ermənipərəst Litva tarixçisi siyasət adamı A. Kaşetanın "1988-1991-ci illərdə Litva Ermənistan, eləcə Dağlıq Qarabağ milli azadlıq hərəkatlarının bir-birinə oxşarlığı" mövzusunda 2013-cü ilin mart ayında Litvanın www.delfi.lt internet qəzetində dərc etdirdiyi analitik məqaləyə cavab olaraq hazırlanmışdı. Tarixçi İ. Melyanasın sözügedən məqaləsində təqdim olunan tarixi faktlar paralellər, ictimai-siyasi tutuşdurmalar, analitik ümumiləşdirmələr  məntiqi nəticələr litvalı siyasətçilər elm adamlarının böyük qismi tərəfindən çox müsbət qarşılandı, həmçinin geniş ictimaiyyət dairələrində yaxşı dəyərləndirildi. Yazı ilə bağlı Litva mətbuatında dərc olunmuş şərhlərdə. İ. Melyanasın intellektual səviyyəsi, geniş dünyagörüşü vətəndaş cəsarəti yüksək qiymət aldı. Bu məqalə litvalı ermənipərəst tarixçi A. Kaşetaya Seymdə fəaliyyət göstərən "Dağlıq Qarabağla parlament dostluq qrupu" üzvlərinə tutarlı cavab olaraq nəticə etibarı ilə onları susdurdu.  Litva - Azərbaycan Assosiasiyasının prezidenti İ. Melyanasın publikasiyasında araşdırılan mövzuya olan geniş marağı nəzərə alaraq məqalə Litva Azərbaycanlıları Cəmiyyətinin xətti ilə rus dilinə tərcümə olundu 2 iyun 2013-cü il tarixində Azərbaycanın www.day.az saytında "Литовский историк разоблачил ложь армян и их друзей" başlığı altında yerləşdirildi. Qeyd edək ki, yuxarıda sözügedən tarixçi ermənipərəst siyasətçi A. Kaşeta 1996-cı ildən indiyədək davamlı olaraq Litva Respublikası Seyminə üzv seçilir. O, bir müddət Seymin idarə strukturlarında rəhbər vəzifələrdə çalışıbdır. A. Kaşeta 2005-ci ildə Litva Parlamentində qondarma erməni soyqırımının tanınmasını təşkil etmiş əsas şəxslərdən biridir. Erməni xalqı qarşısında "xidmətlərə görə" Ermənistan Respublikasının orden medalları ilə təltif olunub, fəxri fərmanlara layiq görülüb. O, hazırda Seymin Milli təhlükəsizlik Müdafiə komitəsinin üzvüdür. Uzun illər ərzində Litvanın Ermənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri olub indi isə həmin qrupun sədr müavinidir. 14 mart 2013-cü il tarixində Seymdə "Dağlıq Qarabağla parlament dostluq qrupu"nu yaradanlardan biridir.

 

Olaylar (internet versiyası).- 2014.- 27 iyun.