Həmvətənlilərimiz haqqında ən

çox kitab yazan həmvətənlimiz

 

Azərbaycançılığın təbliği onun fəaliyyətində həmişə birinci yerdə durur

 

Ayrı-ayrı diaspor təşkilatları, cəmiyyət və birliklərin Azərbaycanın təbliği istiqamətində gördükləri işlər zaman-zaman müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılıb cəmiyyətə çatdırılsa da, lakin görülən işlərin, aparılan mübarizənin kitab şəklinə salınıb gələcək nəsillərə çatdırılması da olduqca vacib məqamlardandır. Etiraf etmək lazımdır ki, bu istiqamətdə məqsədyönlü addımlar atan, xarici ölkələrdə yaşayan soydaşlarımızın gördüyü işlər, onların fəaliyyətini kitab halına salan dəyərli həmvətənlərimiz də az deyil. Maraqlısı odur ki, diaspor təşkilatlarımız barədə kitablar yazan həmin insanların da fəaliyyəti araşdırılır, öyrənilir və tədqiq olunur.

 

"Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin mətbuat, informasiya və ictimaiyyətlə mərkəzinin rəhbəri,  Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov deyir ki,  belə dəyərli insanlardan biriRamin Məmmədovdur: Ramin Məmmədovun  “Vətən həsrətiylə keçdiyim yollar” adlı 1994-cü ildə “Şur” nəşriyyatında  işıq  üzü  görmüş 90 səhifəlik  toplusu onun  Sibirdə yaşadığı  dövrdə, yəni 1992-ci ilə kimi Tümen, Nijnevartovsk qəzetlərində, eləcə də ölkəmizin  müxtəlif mətbu orqanlarında çap olunmuş yazılarından bəhs edir. Həmçinin kitabda həyatımızın müxtəlif problemlərindən, qürbətdə və Azərbaycanda Daxili İşlər Orqanlarında çalışan  soydaşlarımızın mərdlik və şücaətindən, Qarabağ  həqiqətlərindən və o dövrün  başqa ağrılı-acılı problemlərindən, eləcə də milli  məsələ, beynəlmiləlçilik sahəsində buraxılmış irimiqyaslı səhvlərdə bəhs edilir”. Əlihüseyn Şükürovun sözlərinə görə, Ramin Məmmədov 1988-ci ildən başlayaraq erməni  təcavüzünü, onların  törətdikləri vəhşilikləri açıqlayan bu  məqalələri ilə bir zamanlar Azərbaycandan  uzaqlarda ictimai fikrin obyektiv formalaşmasına çalışıb və qarşıya qoyduğu məqsədəqinə qismən də olsa nail olub: Unutmayaq ki, informasiya blokadasında olduğumuz o dövrdə millətimiz üçün bu olduqca yararlı və gərəkli bir  , dəstək idi”. Əlihüseyn Şükürov bildirir ki, 1995-ci ildə Ramin Məmmədov “Yaddaşımın izi ilə” adlı kitabı ilə oxucularla görüşə  gəlib: “ Azərbaycanın  hərb  tarixinin şanlı səhifələrini yazmiş mərd sərkərdələrimiz, adını qanları ilə  ədəbiyyata həkk  etmiş cəsur  övladlarımız    uzaqlarda  yaşayıb işləyən ləyaqətli oğullarımız  haqqında  söhbət açan müəllif həmin dövrdə müharibə şəraitində yaşayan ölkəmizdə vətənpərvərlik, yurda bağlılıq, millətə sədaqət ideyalarını bu topluda tərənnüm edir. Onun yazılarında istinad etdiyi faktların dəqiqliyi diqqəti xüsusilə cəlb edir. Hiss edirsən ki, müəllif həmin kitabın işıq üzü görməsi üçün tələsikliyə yol verməyib, gərgin axtarışlar aparıb, müəyyən adamlarla şəxsən görüşüb söhbət edib, ayrı-ayrı mətbuat səhifələrində gedən yazılardan qidalanıb. Nəticədə sanballı bir əsər meydana çıxıb. Kitabın geniş oxucu kütləsi üçün əhəmiyyəti və dəyəri də elə bununla bağlıdır. Əsər tarixilikxronoloji ardıcıllıq baxımından da əhatəliliyi və zənginliyi ilə seçilir. Topluda iyirmi səhifədən artıq yer  tutan ,,Sibir dəftərindən və ya yaddaşımın izi ilə” adlı publisistik yazını oxuduqdan sonra məndə bir çox başqa hörmətli ziyalılar kimi belə qənaətə gəldim ki, Ramin Məmmədov Şeyx Nizamini, Mövlanə Füzulini, əqidəsi yolunda dərisi diri-diri soyulan Nəsimini, hərbi mundir altında əsl vətəndaş ürəyi gəzdirən Mirzə Fətəli Axundovu, yazıçı, ictimai və hərbi xadim,general-mayor İsmayıl bəy Qutqaşınlını, kəsilmiş qolları ruha dönüb səmada dolaşan Babəki, xəyanət xəncəri ilə köksü dəlinən Cavanşiri, tank qoşunları  general-mayoru, iki dəfə Sovet  İttifaqı Qəhrəmanı  Həzi Aslanovu, əfsanəvi  partizan Mehdi  Hüseynzadəni, bədəni ilə Vətən yolunda düşmən tankının lüləsinin ağzını bağlamış Gəray Əsədovu, ilk azərbaycanlı Sovet  İttifaqı Qəhrəmanı İsrafil Məmmədovu, Fransanın Milli Qəhrəmanı, şəkili balası Əhmədiyyə Cəbrayılovu, hərb tarixinin şanlı səhifələrini yazmış mərd sərkərdələrimiz-general Səmədbəy Mehmandarovu, ,,Artileriyanın allahı” Əliağa Şıxlinskini, kosmos fatehlərinə xeyir-dua verib səmaya yola salan Sosialist Əməyi Qəhrəmanı, general-leytenat Kərim Kərimovu, Böyük Vətən müharibəsində misilsiz xidmətləri olmuş Azərbaycan qızları-təyyarəçilər, haqqında film çəkilmiş, Səməd Vurğunun ,,Leylaşeirinin, eləcə də “İsmət” filminin qəhrəmanı, sinəsində ,,Şərəf nişanı” ordeniçoxlu medallar gəzdirə n Leyla  Məmmədbəyovanı, 500-dən artıq döyüş uçuşu keçirmiş, Lenin  ordeni, 2-ci dərəcəli Vətən  müharibəsi, 2 Qırmızı Əmək Bayrağı, 2 Şərəf nişanı” ordenləri və onlarla medallara layiq görülmüş, ,,Təyyarə çinin qeydlə ri “ kitabının müəllifi Züleyxa Seyidməmmədovanı, Böyük Vətən müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim F.Ə.Rüstəmbəyovun qızı, həmin dəhşətli, qanlı-qadalı müharibənin ilk günlərindən Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət etmiş, 1941-ci ildə əsir düşən və 1942-ci ilin əvvəllərində əsirlikdən qaçan, Smolensk meşələrində fəaliyyət göstərən ,,Deduşkapartizan dəstələrinə qoşulmuş, tibb-sanitar batalyonunun rəisi olmuş, çoxlu partizanı ölümdən xilas etmiş, döyüşlərin birində özü də həlak olmuş qəhrəmanlığına M.Dilbazinin ,,Partizan Aliyə” poeması həsr olunmuş Aliyə Rüstəmbəyovanı, yazıçı və bəsdəkarlarımızdan Hüseyn Cavidi, Səməd Vurğunu, Niyazini, Qara Qarayevi, ittifaqın qaz sənayesi  naziri olmuş Sabit Orucovu, Qərbi  Sibir neftinin korifeyi, Sosialist Əməyi Qəhrəmanı,  Rusiya Elmlər  Akademisyasının müxbir  üzvü, SSRİ geologiya nazirinin birinci müavini Fərman Salmanovu və başqalarını misal gətirir. O, Azərbaycan xalqının varlığını danan, bu xalqa böhtan atmaq istəyənlərə layiqli  tutarlı cavablar verir. Millətçi erməni ekstremistlərinin hiyləgərliyini  ifşa etməklə  Dağlıq Qarabağ haqqında əsl həqiqətləri cəsarətlə açıb göstərir. Bir hörmətli  jurnalistin dediyi kimi, ümumiyyətlə müəllif  xalqımız haqqında Azərbaycandan uzaqlarda ictimai fikrin  formalaşasına  çalışmış və qarşısına  qoyduğu  məqsədə əsasən nail olmuşdur”. Əlihüseyn Şükürovun bildirdiyinə görə, Ramin Məmmədovun Sibir  həyatı 1992-ci ildə başa çatıb: “Bunu  yəgin ki,  diqqətli oxucular da yuxarıda gətirilmiş bəzi  faktlardan bildilər. Bundan düz  dörd il  keçmiş onun “Qəbələ: insanlar, talelər, ziyalılar” adlı birinci  kitabı işıq üzü gördü. Bununla bağlı Azərbaycan jurnalistlər birliyinin üzvü Miri  Rəhimov yazır: “Raminin  sevimli oxucularına  təqdim etdiyi  bu kitabda doğma diyarın bir parçası tədqiqat obyektidir. Burada  qədim  Qəbələnin tarixi, coğrafiyası, maraqlı adamları, sənət fədailəri bir sözlə, ləyaqətlilərin ləyaqətliləri tərənnüm edilir. Bu  obyektlər, bu insanlar haqqında duzlu və zəngin publisist qələmlə söz açılır. Dəyərli sözün əhatəsində isə doğma diyarın keşməkeşli dünəni, təlatümlü bu günü  ümidverici sabahı  canlanır. Yazıçı-jurnalistin əsas məqsədi isə yurddaşlarını bir-birinə bir azda  yaxınlaşdırmaq, daha da doğmalaşdırmaq,qorxulu bəla olan  unutqanlıq pərdəsini aradan qaldırmaqdır. Kitabı  vərəqlədikcə bir daha  əmin olursan ki, Ramin İsmayıl bəy  Qutqaşınlı (1806-1869), İbrahim bəy Musabəyov (1881-1942), Vahid Qəhrəmanov (1900-1978), Ümnisə Musabəyova(1902-1974) və digər görkəmli  adamlarımız haqqında tədqiqatlar və araşdırmalar aparmış, arxiv sənədlərinə söykənərək dəyərli portret-oçerklər yaratmışdır. Bu adamların çoxları ilə müəllif  şəxsən görüşmüş,artıq dünyasını dəyişmişlərin doğmalarını  tapmış lazım  gəldikdə fotoşəkillərlə  arxiv sənədləri ilə  üzbə-üz oturub danışmağı  bacarmışdır.  Yəqin ki, diqqətli oxucunu maraqlandırır ki, Ramin məmləkətimizin ağır, keşməkeşli, müstəqilliyinə yenicə qədəm qoyduğu bir vaxtda Vətənə dönmüşdür, xidməti vəzifəsilə əlaqədar həmin illərdə onun yazıb-yaratmağa boş vaxtı olmamışdır: “Bəs necə olmuşdur ki, bir-birinin ardınca o, publisistik kitabları ilə oxucularla görüşə gələ bilmişdir?!  Necə deyərlər, yerli sualdır. Bununla bağlı açıqlamalarından birində o, qeyd etmişdir ki, qəbələli ziyalılara dair hələ orta məktəb illərindən məlumatlar toplayırdı. Daha sonra görkəmli yazıçı və qiymətli müəllimimiz  mərhum Abdulla Şaiqin sözlərini xatırlamışdır: Ramin Məmmədov öz növbəsində axtarışlar, araşdırmalar aparmış, sonra gərgin xidmətilə yanaşı yuxusuz gecələr keçirərək müxtəlif sahələrə dair itablar yazmasını xalqımıza, cəmiyyətimizə, dövlətçiliyimizə xidmət kimi qiymətləndirir. Hesab edir ki, kitabları qəhrəmanlarilə yanaşı onu da yaşadacaq. Doğrudan da bu belədir, təbii haldır.

 

Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2014.- 4 mart.- S.10.