Ramin Məmmədovun fəaliyyətində

azərbaycançılıq hər zaman birinci olub

 

Əvvəli ötən sayımızda

 

Həm müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları, həm də qürbətdə yaşayan ayrı-ayrı həmvətənlərimiz barədə kitablar yazan Ramin Məmmədov hazırda da bu işi davam etdirir. "Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin mətbuat, informasiya və ictimaiyyətlə mərkəzinin rəhbəri,  Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov deyir ki, Ramin Məmmədov 2005-ci ildə əslən qəbələli olan 100 nəfər alim, yazıçı, jurnalist və dövlət xadiminin həyat və fəaliyyətindən bəhs edən ,,Qəbələ ziyalıları” adlı daha bir kitab nəşr etdirib.

Əlihüseyn Şükürovun sözlərinə görə, yazıçı-jurnalist Ramin Məmmədovu  azərbaycançılığın təbliği, Qarabağ həqiqətlərinin vətənimizin hüdudlarından kənarda yayılması, diaspor cəmiyyətlərimizin işinin araşdırılması, Rusiyadakı qabaqcıl soydaşlarımızın, alimlərimizin axtarılıb tapılması məsələsi daha çox düşündürür: “Elə böyük alim, saf və ləyaqətli vətəndaş Xudu Məmmədov da deyərmiş: ,,Azərbaycanı təkcə sevmək yox tanıtmaq lazımdır”. Bu həvəs, arzu və məqsədlə Ramin Məmmədov 1998-ci ildə öz məzuniyyəti hesabına Rusiyanın Moskva, Kaluqa, Surqut, Nijnevartovskbaşqa şəhərlərinə səfər edir. Bundan bir il öncə isə Rusiya paytaxtında xidməti ezamiyyətdə olarkən və ondan əvvəl artıq gələcək planlarını cızmışdı. Həmin planları reallaşdıraraq 1999-cu ildə o, rusca ,,Bakıdan Moskvaya” kitabını oxuculara təqdim edir. Toplu ümumilli liderimiz, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan-Rusiya əməkdaşlığının dünəni, bu günü və sabahı barədə söylədiyi fikirlərlə açılır”. Əlihüseyn Şükürov qeyd edir ki, müəllifin rus oxucuları tərəfindən xüsusi maraqla qarşılanan ,,Doğma Bakıda qalırıq” yazısından açıq-aydın görünür ki, hətta 20 Yanvar qanlı faciəsindən sonra belə bizim xalqımız başqa millətləri ölkəmizdən qovmamışdır: “Əksinə, ziyalılarımız, o cümlədən xalq şairi Bəxtiyar Vahabzadə mətbuat vasitəsilə xalqa müraciət edərək insanları səbirli, dözümlü, təmkinli olmağa çağırmışlar. Bəxtiyar müəllim xalqımızın dosta, qonşuya olan hörmətini açıqlamış, başqa millətlərin nümayəndələrinə isə təxribatlara uymamağı, Bakıdan çıxıb getməməyi tövsiyə etmişdir. ,,Bakıdan Moskvaya” kitabında müəllifin ,,Voprosı İstorii” jurnalının baş redaktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Əhməd İsgəndərovla, SSRİ xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovla, ötən əsrin 80-90-cı illərində Zaqafqaziyanın tarixinə dair kitablar yazaraq xalqımızın haqq işini, ,,Qarabağ bizimdir” sözlərini müdafiə etmiş Rusiya tarixçisi, tarix elmləri doktoru Dilarə İsmayılzadə ilə, qocaman ,,Zaşita i karantin rasteniy” jurnalının baş redaktoru Vladislaf Eduardoviç SavzdarqlaMoskvada başqa maraqlı adamlarla görüşlərinə dairxeyli yazılar getmişdir. İstər Nijnevartovskda, istərsə də Lökbatanda, Ramin Məmmədov taleyin hokmü ilə yaşadığı və işlədiyi bölgənin adamlarına dərin hörmət və diqqətlə yanaşmışdır. Əlindən gələn qayğını göstərmişdir. Bu baxımdan onun ,,Neftin işığında-Lökbatanda” (Bakı-Şirvannəşr-2000) kitabını da nümunə göstərmək olar. Bu qəsəbədə sahə inspektoru işləməyə başladığı vaxtdan buranın alimlərinə, neftçilərinə, uzun illər öncə dünyadan köçmüş, az qala unudulmuş istehsalat qabaqcıllarına dair məlumatlar toplayır. Bununla bağlı yüzlərlə adamlarla görüşməli olur. Nəticədə adı çəkilən kitabı yazır və nəşr etdirir” Əlihüseyn Şükürov bildirir ki, azərbaycançılığın təbliği Ramin Məmmədovun fəaliyyətində həmişə birinci yerdə durur: “ Bir qayda olaraq hər il növbəti məzuniyyətini Rusiya şəhərlərinə yaradıcılıq səfərlərinə istifadə edir. ,,Ot Baku do Moskvı i daleye...” (Bakı-2000), ,,Səfərnamə-Puteşestviye” (Bakı-2001), ,,Puteşestviye”(2002), ,,Moskva: Oni rodom iz Azerbaydjana”(2002), ,,Moskva, Sank-Peterburq:Oni iz Azerbaydjana” (2003), Azərbaycan oxucuları üçün ,,Rusiya: ziyalılarımız, mətbuatımız, münasibətlərimiz” (2003), ,,Sibir dəftərindən”(2004) kitablarını nəşr etdirib oxucuların ixtiyarına verir. Ramin Məmmədov vaxtından səkkiz il əvvəl (2004-cü ildə) təqaüdə çıxmasını belə əsaslandırır: Rusiyadan Vətənə dönmüşdüm ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən müharibədə mən də iştirak edim. Ölkəmizin faciəli, olduqca çətin günlərində doğma xalqımızla bir yerdə olmaq, mənə düşən yükün ağırlığını çiynimdə çəkmək istəyirdim. Belə də etdim. Ümummilli liderimiz Heydər Əliyevin düzgün siyasəti, böyük təşkilatçılıq və quruculuq qabiliyyəti sayəsində sabitlik, əminamanlıq yaranandan sonra qəti qərara gəldim ki, polisdən getməyimə məni qınamazlar. İndi, informasiya müharibəsi dövründə mən azərbaycançılığın təbliğatını genişləndirməliyəm”. Əlihüseyn Şükürovun sözlərinə görə, Ramin Məmmədovun qəlbində gəzdirdiyi vətənpərvərlik hissləri, şimal qonşumuz olan böyük bir ölkəylə-Rusiyayla dostluq əlaqələrimizi möhkəmlətməyə dair həmişə təbliğat aparması, bu dövlətin hüdudları çərçivəsində Azərbaycan həqiqətlərini yaymaq üçün daim çalışması göz qabağındadır: “Elə yaradıcılıq fəaliyyətinin məhsuldarlığı da onun əsas işindən vaxtından əvvəl təqaüdə çıxmasına bəraəd qazandırmağa əsas verir. Müəllifin ,Rusiya: Ziyalılarımız, mətbuatımız, münasibətlərimiz” toplusunun annotasiyasında deyildiyi kimi ,,Xalqlar dostluğunu, azərbaycançılığın təbliğini özünün baş mövzuları kimi seçən yazıçı-publisis Ramin Məmmədov bu növbəti kitabında da öz yaradıcılıq amalına sadiq qalmış, teleyini Rusiya ilə bağlamış 100-dən çox soydaşımız,qonşu ölkədə fəaliyyət göstərən onlarla Azərbaycan ictimai təşkilatının mətbu orqanları və bizə maraqlı olan başqa məsələlər haqqında müfəssəl məlumat verir. Oxucular onlara tanış olan Kərim Kərimov, Fərman Salmanov, Tahir Salahov, Müslüm Maqamayev... kimi xadimlər sırasında əvvəllər geniş oxucu kütləsinə tanış olmayan alim, coğrafiyaşünas-səyyah, tarixçi, etnoqraf, ədəbiyyatşünas Hacı Zeynalabdin Şirvani (1780-1837), 1954-cü ildən Rusiya Bəstəkarlar İttifqının üzvü, bu günMoskvada peşə və içtimai fəaliyyətini davam etdirən Asya Baxiş qızı Sultanova (1923), tibb  elmləri doktoru, professor, Rusiya Nazirlər Soveti mükafatı lauriatı (ölümündən sonra), Rusiyanın Əməkdar elm xadimi Həbib Abdulla oğlu Həbibov (1924-1993), alim-mühəndis-polkovnik, texnika elmləri doktoru, Moskvada kosmos sahəsində baş konstruktorun birinci müavini olmuş, maşınqayırma sahəsində qazandığı misilsiz nailiyyətlərinə görə 1976-cı ildə Lenin mükafatı ilə təltif edilmiş, ,,Kosmik tədqiqatları biləvasitə təmin etdiyinə görə Y.A.Qaqarin medalı ilə təltif edilmiş  Yusif Xaspolad oğlu İsmayılov (1928-1984), fəlsəfə elmləri doktoru, professor, əsərləri Türkiyə, Rusiya, İngiltərədə nəşr olunmuş Moskvada,,Şəhriyar” ədəbi məclisinin rəhbəri Rafiq Osman oğlu Qurbanov (Sarıvəlli) (1937-2005) və onlarla başqa görkəmli soydaşlarımızın qısa tərcümeyi-hal məlumatları ilə topluda tanış ola bilərlər. Dörd bölmədən ibarət olan həmin nə şrdə ,,Rusiyada Azərbaycan ictimai təşkilatlarının mətbuat orqanları və başqa nəşrlər” adlı bölmə də hər birimiz üçün olduqca maraqlıdır. Kitabdan öyrənmək olar ki, Rusiya məkanında geniş fəaliyyət göstərən Azərbaycan diasporunun ictimai icmaları apardığı çoxşaxəli işin geniş təbliğ olması üçün ən ucqar bölgələdə belə özlərinə mətbu orqanları təssis etmişlər. Məsələn, mərhum prezidentimiz Heydər Əliyev tərəfindən Moskvada yaradılmış Ümumrusiya Azərbaycan Konqresinin ,,Azerbaydjanskiy Konqress” qəzetinin ilk sayı 2002-ci ilin avqustunda oxucuların ixtiyarına verilmişdir. Elə həmin sayda səfir Ramiz Rzayevin ,,Tarixi dialoq: Azərbaycan Rusiya”, şair-publisist Əliş Əvəzin ,,Diasporislam dini”, bütöv bir səhifəni tutan ,,Bir ilin xronikası ” yazıları verilmişdir . Qəzetin ikinci nömrəsində bir neçə səhifə prezident Heydər Əliyevin 80 illik yubleyinə həsr edilmişdir. Burda Azərbaycan Demokratik Respublikasının 85 illiyinə, ADR-in rəhbərlərinin həyat və fəaliiyətinə dair çoxlu maraqlı materiallar getmişdir. Kitabın bu  bölməsindən bizə məlim olur ki, Moskvada “Azərros”, ”Azerbaydjan- XXI vek”,  “Asudə vaxt”,”Azərbaycan diasporu”, ”Millətin qəzeti” və başqa qəzetlər, “Konqress azerbaydjantsevbülleteni, ”Media-forum” beynəlxalq jurnalı  nəşr olunur. Onlar öz səhifələrində,,Dünya azərbaycanlılarının həmrəylik günü haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr  1991-ci il tarixli qərarını, ”Erməni terrorizminin mənbəyi”,  “Azərbaycan biznesi: Amerikadan baxış”, ”Azərbaycançılıq haqqında düşüncələr”,”Ekstremizm nə deməkdir”, “2003-cü ilin soyuq yayı”,”Sağlamlığınızı qoruyun”,”Şərq yumoru”,”Dostluq dənizi”, “PuşkinQuran”, “Xeyirxahlıq keçmişdə indi və gələcəkdə xeyirxahlıq olaraq qalır” kimi ən müxtəlif aktual materiallar təqdim etməklə oxucuları məlumatlandırırdılar. Daha sonra müəllif diqqətimizə çatdırır ki, Sank-PeterburqdaVmeste”,”Ulu torpaq” və “Azəri”, Nijni-Novqorodda və Tümendə “Dostluq-Drujba”, İvanovoda “Azərbaycan-media”, NovqoroddaStrana Oqney”, Saratovda “Vətən”, SurqutdaBirik” qəzetləri nəşr olunur. Qeyd etmək yerinə düşər ki, həmin qəzet və jurnalları Ramin Məmmədov Rusiya regionlarına səfərləri zamanı toplamışdır”. Əlihüseyn Şükürov deyir ki, Ramin Məmmədov təqaüdə çıxdıqdan sonra ilk, sayca isə on beşinciSibir dəftərindən” adlı kiçik həcmli, 40 səhifəlik kitabını torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş, Azərbaycan və digər MDB ölkələrində asayişi qoruyan zaman həlak olmuş rütbə yoldaşlarının əziz xatirəsinə ithaf etmişdir: Burda Sovet dövründə Sibirdə baş vermiş, ağlagəlməz, dəhşətli cinayətlər “Cəlladlar” adlı bədii oçerkdə verilmişdir. Üç nəfəri o dövrün qanunlarına uyğun olaraq güllələnməyə məhkum olunmuş on iki nəfərdən ibarət cinayətkar qurupun məhkəmə prossesinin şahidi olmuş müəllif canilərin ağır cinayətlərini oxunaqlı bədii üslubda oxucularına açıqlayır. Həmin nəşrdə ağır cinayətlərdən bəhs edən daha yeddi bədii lövhə verilmişdir”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 5 mart.- S.10.