Azərbaycan diasporu beynəlxalq
KİV-lərlə uğurlu əməkdaşlıq
qurur
Son illər Azərbaycan diasporunun həyatında
müşahidə edilən müsbət tendensiyalardan
biri ondan ibarətdir ki, artıq diaspor rəhbərlərimiz
fəaliyyət göstərdikləri ölkələrin televiziya kanalları, radiolar,
kütləvi informasiya vasitələrinə
çıxış əldə edir, həmin
vasitələr hesabına müxtəlif ölkələrdə
Azərbaycanın təbliği ilə məşğul olurlar. Bu sahədə ən ciddi uğurlar əldə edən və fəaliyyət
göstərdiyi ölkənin kütləvi informasiya
vasitələri ilə sıx əlaqələr quran diaspor təşkilatlarından
biri Birləşmiş Ərəb
Əmirliklərində fəaliyət göstərən “Azərbaycan”
Cəmiyyətidir.
Müntəzəm olaraq Dubay hökumətinə
bağlı qəzet və jurnallarda Azərbaycan barədə
yazılar, məqalələrin dərc edilməsinə nail
olan Birləşmiş Ərəb Əmirliklərindəki
“Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov bu
günlərdə daha bir uğura imza atıb. Belə ki,
Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan
diasporunun rəhbəri Samir
İmanovun Dubayın aylıq dövlət
jurnalı sayılan “Dubai Al-Thakafiya”
(Dubay mədəniyyət jurnalında) Azərbaycan
Prespublikasının Prezidentinin Məhsəti
Gəncəvi yaradıcılığının 900 illiyinin dünyada qeyd və təbliğ
edilməsilə bağlı verdiyi sərəncamına əsasən
“Məhsəti Gəncəvi - ilk Azərbaycan
şairəsi ” baṣlıqlı böyük
məqaləsi dərc edilmiṣdir.
Məqalədə
Azərbaycan diasporunun rəhbəri qeyd edir ki,
XI əsrin sonları – XII əsrin əvvəllərində
yaşamış böyük Azərbaycan
şairəsi Məhsəti Gəncəvi Azərbaycan mədəniyyətinin
intibahının parlaq nümayəndəsi
olmuşdur. Məhsəti Gəncəvi hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçi
və ilk qadın bəstəkardır. Cəngi
və bərəbad kimi musiqi
alətlərində ifa edir
və rubailər yazirdi. Məhsəti Gəncəvi
1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün
sonuna qədər orada
yaşamışdır. Onun əsl
adı Mənicə idi, Məhsəti adını
isə özünə ədəbi təxəllüs kimi götürmüşdü.
Həmin təxəllüsün mənşəyi barədə
bir neçə rəvayətlər
vardır. Bunlardan birində deyilir ki, guya
Sultan Səncərlə söhbətlərindən
birində Mənicə öz mühitində
hamıdan kiçik və görünməz
olduğunu söyləyir. Sultan
isə onunla razılaşmayıb deyir ki,"to, meh-həsti" (yəni, "sən
hamıdan böyüksən").
Məṣhur Azərbaycan yaziçisi
Abbasqulu ağa
Bakıxanovun məlumatina görə, "Məhsəti"
"mah" və "səti" olmaqla iki sözdən ibərətdir
və "böyük xanım"
anlamına gəlir. Nəhayət, başqa
bir ehtimala əsasən,
bu ad "Mah" və "səti" ("Ay xanım") sözlərindən düzəlib”.
Samir İmanov məqaləsində
onu da vurğulayır
ki, Məhsəti
yaxşı təhsil almış və əsərlərindən
də göründüyü kimi, aşağıdakı şəhər və
vilayətlərdə olmuşdur: Rum, Mərv, Bəlx, Nişapur,
Herat, Xorasan, İraq, Zuzən, Arran və
s. Bir müddət o, böyük Sultan Səncərin sarayında
yaşamış, onun qəbullarında və
burada keçirilən ədəbi məclislərdə
iştirak etmişdir.
Böyük şairənin həyatı
barədə məlumatlar əsasən əlyazma nüsxələri
Azərbaycan Əlyazmalar İnstitutunda, İstanbulda və Londonda saxlanan XIII əsrə aid
edilən "Məhsəti və Əmir Əhməd"
dastanından götürülür. Azərbaycan ədəbiyyatşünaslarının
son tədqiqatları göstərir ki, "Dastan"ın müəllifi XIII əsrdə
yaşamış Azərbaycan şairi və
alimi Abdulla Cövhəri
Zərgər Təbrizidir və buradakı qəhrəmanlar, o cümlədən şair
Əmir Əhməd, Gəncə şahı (Sultan
Məhəmməd) və II Gəncə şahı (Sultan Mahmud) real şəxsiyyətlərdir. Diaspor təşkilatının rəhbəri
yazır ki, 2013-cü ildə YUNESCO-nun Baş
Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin
900 illik yubileyinin dünya səviyyəsində qeyd
edilməsi haqqında qərar qəbul edilib.
Azərbaycan Respublikasinin Prezidenti cənab Ilham
Əliyevin Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illik
yubileyinin geniṣ ṣəkildə və
dünya miqyasında qeyd
edilməsi haqda verdiyi
sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputati,
YUNESKO və ISESKO-nun xoṣməramlI səfiri,
həkim və siyasətçi, Azərbaycanın
Biriinci Xanımı Mehriban
xanım Əliyevanın dəstəyi və ṣəxsi rəhbərliyi
ilə Azərbaycanda və
Avropanın Fransa, Avstriya,
Italiya kimi ölkələrində,
həmçinin bir
sira Şərq ölkələrində və
dünyanin müxtəlif qitələrində
musiqi axṣamları, sərgilər, ədəbi
gecələr, teatrlar artıq təṣkil
edilmiṣdir. Azərbaycan Prezidenti Ilham Əliyevin
16 yanvar 2013-cü il tarixli Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illik
yubileyinin qeyd edilməsi
haqda sərəncamının icrası
çərçivəsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi
və səyi nəticəsində 2014-cü ilin
yanvar ayında Gəncə ṣəhərində
Məhsəti Gəncəvi Mərkəzi və parkı
açılmıṣdir. Azərbaycanın Birinci xanımı Mehriban
Əliyevanın ṣəxsi təṣəbbüsü və
böyük səyləri nəticəsində
Azərbaycanın paytaxti Bakı səhərində
hər il millətlər və dinlərarasi
tolerantlıq və mədəniyyətlər
arasında dialoq mövzularında beynəlxalq
konfranslar və forumlar
keçirilir. Məhz
Mehriban Əliyevanın dəstəyi sayəsində
paytaxt Bakı dünya
mədəniyyətləri arasında dialoq
mərkəzi hesab edilir.
Mehriban
Əliyevanın qəbul etdiyi qərarlara
və verdiyi göstərişlərə
əsasən Heydər Əliyev Fondu Azərbaycanda
və digər ölkələrdə uṣaq evlərinin, məktəblərin,
xəstəxanaların və tibb mərkəzlərinin
vəziyyətinin yaxşəlaşdırılması
proqramı çərçivəsində bu
iṣlərə xüsusi diqqət yetirir və lazımi sərmayə
ayırır. Bu qərarlar əsasında
artıq çoxlu sayda
xeyriyyə aksiyaları keçirilmişdir.
Göz, ürək, qan,
dauna (talasimiya) kimi xəstəliklərə düçar
olmuṣ minlərlə uṣağa Azərbaycanda və
dünyanın bir çox
ölkələrində yardım edilmişdir.
Heydər Əliyev Fondu eyni
zamanda Azərbaycanda qədim zamanlarda inşa olunmuş məscidlərin bərpasına və
təmirinə də böyük
yardım edir. Samir İmanov məqalənin sonunda
qeyd edir ki, Mehriban Əliyeva Azərbaycan
musiqisinin, milli folklorun dünyada təbliğ
edilməsində böyük işlər
görür və bu
işlər artıq uğurlu nəticə
verib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 6 mart.- S.15.