Tək bircə qızılgül

 

8 Mart Beynəlxalq Qadınlar Günü yaxınlaşır...Hələ o zamanlar qədim romalılar mart ayının hər hansı bir günündə xanımlarına hədiyyə bəxş edərdilər. Hətta qul qadınlar, bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Martın 8-in Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdı. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında Klara Setkin bu tarixin Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması təklifi ilə çıxış edib. Beynəlxalq Qadınlar Günü üçün 8 Mart tarixinin seçilməsi də təsadüfi olmayıb.

Belə ki, 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxıblar. Onlar 10 saatlıq günü, işıqlı və quru yeri, kişilərlə eyni maaş tələb edirdilər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində qəpik-quruş alırdılar. Kişilər qəti çıxışlardan sonra 10 saatlıq gününə nail oldular. ABŞ-ın bir çox müəssisələrində həmkarlar ittifaqı təşkilatı yarandı. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni həmkarlar ittifaqı təşkilatı yarandı. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq seçki hüququnu tələb edirdilər. 1911-ci il 19 mart tarixində bu bayram Avstriya, Danimarka, Almaniya İsveçrədə qeyd olundu. O zaman milyondan artıq kişi qadın nümayişlərdə iştirak etdilər. "Seçmə rəhbər vəzifələri tutma hüququ"ndan başqa qadınlar kişilərlə bərabər, eyni işləri icraetmə hüququnu da tələb edirdilər. Rusiyada ilk Beynəlxalq Qadınlar Günü 1913-cü ildə Peterburqda qeyd olundu. Növbəti il Avropada 8 mart ərəfəsində qadınlar müharibəyə qarşı etiraz marşları ilə çıxış etdilər. 1917-ci ildə rusiyalı qadınlar "Çörək Sülh" şüarı ilə küçələrə çıxdılar. 4 gün sonra II Nikolay taxtdan düşdü. Müvəqqəti hökumət qadınlara seçmə hüququnu zəmanət etdi. Bu hadisə 8 mart tarixinə təsadüf etdi.

 

Azərbaycanda 8 mart

1917-ci ildən qeyd olunur

 

Beynəlxalq Qadınlar Günü sovet hakimiyyətinin ilk illərindən Azərbaycanda da dövlət bayramı kimi qeyd olunub. 1965-ci ildən etibarən isə bu gün artıq qeyri-rəsmi günü hesab olunub. 1977-ci ildə BMT 8 martı "Beynəlxalq Qadınlar Günü" kimi elan edib.

 

Dünyada qadına qarşı

zorakılıqların sayı artıb

 

Bir sıra beynəlxalq Araşdırmalar Mərkəzi, o cümlədən Azərbaycanda fəaliyyət göstərən QHT-lər son dövrlər dünyada Azərbaycanda qadın zorakılığının sayının artdığını deyir. Cinsi, əmək, psixoloji, fiziki bu kimi müxtəlif zorakılıq növlərinə məruz qalan belə qadınlar üçün həyat deyilən bir məfhum yoxdu. Hər gün amansız zorakılığa məruz qalan zərif cinsin nümayəndələri əsas çıxış yolunu özünə qəsddə, intiharda görür. Bir çox hallarda həyat yoldaşından boşanmaq da onlar üçün kabusa çevrilir. Statistikalara nəzər yetirdikdə əksər hallarda təhsilsiz, erkən nikaha girən xanımların zorakılığa məruz qaldığını görə bilərik. Təbii ki, erkən nikahların yaratdığı fəasdların kökündə valideyn məsuliyyətsizliyi yatır. Bəlkə qızı erkən yaşlarda ailə həyatı qurduğu üçün öyünən valideyn sabahkı faciədən xəbərsiz olur. Bu məsələyə bir o qədər önəm vermədiyi üçün olub-bitəcəkləri nəzərə almır. Nəticədə, ağrılı da olsa qeyd edək ki, bəzi hallarda övladlarının intihar xəbərləri onların səhərlərini, elə bütün həyatını yasa qərq edir. Hər il nəinki Azərbaycanda, eləcə bir çox dünya ölkələrində bu bayramı qeyd etməyən qadınlar var

 

Qızlar böyüdükləri ailədə

zorakılığa məruz qalır

 

Azərbaycanda bir sıra müsəlman ölkələrində olduğu kimi hələ erkən yaşlarda qızlar valideynləri, qohum-əqrəbaları tərəfindən zorakılığa məruz qalır. Sevmədiyi şəxslə ailə həyatı qurmağa vadar edilir. Ötən ildə baş verən hadisələrə nəzər yetirdikdə bu fikrin təsdiqini tapdığını görə bilərik. Nəticədə arzuolunmaz evlilik qadın intiharlarının sayını artırır. Bəzi hallarda toydan öncə, toy gecəsi, bəzi hallarda isə ailə həyatı qurduqdan sonra qadınlar gördükləri zorakılığa dözməyərək çıxış yolu kimi intihara əl atırlar. Əlbəttə məcburi olaraq bu vəziyyətə baş əyənlər az deyil. Qadınlara qarşı ailədaxili zorakılığın artmasının kökündə təhsilsizliyi ilə yanaşı iqtisadi asılılığın da rolu danılmazdı. İqtisadi şəkildə həyat yoldaşından asılı olan qadın bir çox hallarda sözünü deməyə, azad, sərbəst hərəkət etməyə belə çəkinir.Ərim qoymaz”, “Ərim mənim başımı kəsər s. bu tip ifadələri dəfələrlə qadınların dilindən eşidə bilərik.

İlin yalnız bir günü deyil, hər günündə qadına dəyər vermək, sizlər üçün dünyaya övlad, sevinc  bəxş edən bu zərif məxluqa sevgi bəxş etmək onun üçün havadan, sudan da dəyərli olar. Qadına onun varlığını, dəyərini hiss etdirmək lazımdır. Qadına xəyanət etmək, ona diqqətsiz yanaşmaq isə onu daha çox əzər. Hər bir qadın öz dəyərini hiss etmək istər. Əlbəttə ki, bu məsul siz kişilərə həvalə olunub. 8 Mart günü həyat yoldaşınız, ananın, bacınız, ətrafınızda olan xanımlara heç olmasa bir qızılgül hədiyyə etməyi onlara çox görməyin. Qadınlığını məhv etmək, ev əşyasına çevirməkdən daha çox ona sevgi diqqət bəxş edin.

 

Nigar Məhərrəm

 

Olaylar.- 2014.- 6 mart.- S.13.