Azərbaycan-Ukrayna əlaqələrinin

inkişafında diasporun rolu

 

Bu gün Azərbaycan və Ukrayna arasında münasibətlərin inkişaf etdirilməsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan  diasporunun müstəsna rolu var. Diasporun xətti və təşkilatçılığı ilə həyata keçirilən qarşılıqlı səfərlər iki ölkə arasında əlaqələrin inkişafını hər ötən gün yeni bir müstəviyə qaldırır. Bu da sirr deyil ki, Ukraynada Azərbaycan diasporunun formalaşması və ictimai qüvvə yə çevrilməsində ümummilli lider Heydər Əliyevin xüsusi xidməti olub.

Məhz Heydər Əliyevin tapşırığı və xüsusi diqqəti sayəsində Ukraynada Azərbaycan diasporu təşkilatlanmış və inkişaf yolu tutmuşdu. 1997-ci ildə Ukraynaya rəsmi səfər edən Prezident Heydər Əliyev burada yaşayan azərbaycanlılarla görüşdə demişdi: "Harda yaşamasından asılı olmayaraq heç bir azərbaycanlı öz Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harda yaşayırsansa yaşa, yaxşı da, pisyaşasan, gərək ürəyin öz vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin vətənin nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır. O cümlədən, respublikamızdan kənarda, Ukraynada yaşayan azərbaycanlılarda da olmalıdır."

Təsadüfi deyil ki, prezident İlham Əliyev də Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində diasporun rolunu xüsusi vurğulayır və bu ölkədə yaşayan soydaşlarımıza daha fəal olmağı tövsiyyə edir. Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Ümumiyyətlə, Azərbaycan və Ukrayna münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında inkişafında Ukraynadakı Azərbaycan icması fəal iştirak edir. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin 28 aprel 2011-ci ildə Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Mənə çox xoşdur ki, həm Azərbaycanda yaşayan ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar özlərini rahat, inamlı, öz evlərindəki kimi hiss edir, öz dövlətlərində bir ailə kimi yaşayır, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin, indi olduğu kimi, fəal inkişaf etməsinə çalışırlar.” Ukraynada yaşayan bir neçə yüz minlik Azərbaycan diasporu bu gün də ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

Məhz bütün bunların göstəricisidir ki, Ukrayna Azərbaycan diasporunun fəal olduğu ölkələrdən hesab edirlir. Yaxın tarixə qısa ekskyrsiya etsək görərik ki, Ukraynaya azərbaycanlıların mühacirəti XIX əsrin sonu – XX əsrin əvvəllərində başlayıb. XX əsrin əvvəllərindən buraya təhsil almağa gələn azərbaycanlı tələbələr ictimai fəallıq göstərməyə başlayıblar. Onların fəallığı sayəsində Kiyev şəhərində Azərbaycan Milli Mədəniyyət Mərkəzi yaranmış və burada yığılan azərbaycanlılar Azərbaycan mədəniyyəti, poeziyası, ədəbiyyatı barəsində müzakirələr aparmışlar. Kiyevdən başqa, digər böyük şəhərlər - XarkovLvovda da azərbaycanlı gənclər təhsil aldıqları müəssisələrdə eyni istiqamətdə aparırdılar. Ukraynada 1917-1918-ci il lərdə tanınmış yazıçı Tağı Şah bazi Simurq Xorvak şəhərində məskunlaşaraq "Cənub səsi" adlı qəzet nəşr etmişdir. Ukraynada 1920-ci ildə bolşevik işğalına məruz qalandan sonra Azərbaycan-Ukrayna münasibətlərində xeyli irəliləyişlər yaranır. Ukrayna-Azərbaycan arasında, eyni zamanda, tələbə-mütəxəssis mübadiləsi də aparılırdı. Müxtəlif sahələr üzrə mütəxəssis hesab olunan yüzlərlə azərbaycanlı Ukraynaya köçərək buranı özlərinə daimi yaşayış məskəni seçmişlər. Bunun nəticəsində Kiyev, Xarkov, Odessa, Lvov, Krım şəhərlərində və Valın, Vinnitso, Dnepropetrovsk, Donetsk, Zakarpatye, Zaparodce, Jitomir, İvano-Frankovsk, Kirovoqrad, Nikolayev, Poltava, Rovina, Ternopol, Suşk, Xerson, Xmelnitski, Cerkask, Cerniqo, Cernovisti vilayətlərində soydaşlarımız məskunlaşmışlar. Məskunlaşdığı şəhər və vilayətlərin ictimai işində fəallıq göstərən azərbaycanlılar Ukrayna dövlət idarələrində də irəli çəkilməyə başlayıblar. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra müstəqillik əldə edən Ukrayna və Azərbaycan arasında ikitərəfli diplomatik münasibətlər quruldu. Artıq beynəlxalq birliyin bərabər hüquqlu üzvü olan Ukrayna və Azərbaycan bütün sahələr üzrə münasibətləri inkişaf etdirirlər.

Hazırda Ukraynada   500 min azərbaycanlı yaşayır. Bu şəxslər ötən əsrin əvvəllərindən bu günə qədər davam edən intensiv mühacirət nəticəsində buraya gələnlərdir. 500 min azərbaycanlının bir-biri ilə əlaqə saxlaması və ictimai fəaliyyəti bəzi ölkələrdəki azərbaycanlıların fəaliyyətindən nisbətən daha fəaldır. Bu ölkədə onlarla Azərbaycan diaspor təşkilatı, mədəniyyət mərkəzi, kütləvi informasiya vasitəsi olmaqla yanaşı, ana dilimiz həm Ukrayna ali məktəblərində, həm də Azərbaycan dilli “Həftə sonu” məktəblərində tədris edilir. Azərbaycan folklor ansambllarının yaradılması isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edir. Hazırda Ukraynada çoxsaylı Azərbaycan diaspor təşkilatları və milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onlardan ən böyüyü bir çox regional diaspor təşkilatlarını ətrafında birləşdirən Ukrayna azərbaycanlıları Konqresidir. 1999-cu ilin 21 martında təsis edilən Ukrayna Azərbaycanlıları Konqresinin yaranmasında Ukraynadakı Azərbaycan səfirliyi və tanınmış azərbaycanlıların rolu böyük idi. İlk təsis yığıncağında Ukraynanın 15 vilayətində filialı olan Ukrayna Azərbaycanlıları Konqresinin zamanla filiallarının sayı artmağa başladı. Ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatında mühüm rol oynayan UAK-ın 27 inzibati ərazi bölgüsünün demək olar ki, hamısında vilayət təşkilatları fəaliyyət gostərir. UAK-ın əsas fəaliyyət sahələri

Çerkassı, Çernovtsı, Çerniqov, Dnepropetrovsk, Dneprodzerjinsk, Dnepropetrovsk vilayətinİN Novomoskovsk şəhər təşkilatı, Pavloqrad, Donetsk, Xarkov, Xerson, Xmelnitski, İvano-Frankovsk, Jitomir, Kiyev, Kirovoqrad, Krım, Sevastopol, Lvov, Luqansk, Lutsk, Nikolayev, Odessa, Poltava, Rovno, Sumı,Ternopol, Vinnitsa, Zakarpatye, Zaporojye vilayət təşkilatlarıdır. Adları qeyd edilən hər bir vilayətdə Ukrayna Azərbaycanlıları Konqresi özünü Ukrayna cəmiyyətinə təqdim edə bilib. Yalnız son illərdə konqresin daxilində müəyyən narazılıqlar və fikir ayrılıqları meydana çıxıb ki,  həmin problemlərin aradan qaldırılması istiqamətində də müəyyən səylər göstərilir.

Ukrayna Azərbaycanlıları Konqresindən başqa bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları da var ki, həmin təşkilatlar da iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində müstəsna rol oynayırlar. Belə təşkilatlardan biri  "Aynur Xatun" Azərbaycan Qadınları Birliyidir ki, adıçəkilən təşkilat daha çox Azərbaycanla Ukrayna arasında mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. Təşkilatın tərkibində  "Qız qalası" vokal ansamblı, solist-rəqqaslar, teatr studiyası da fəaliyyət göstərir.

Ukraynada fəaliyyət göstərən digər bir diaspor təşkilatı "Demokratiyanın nəbzi" beynəlxalq vətəndaş təşkilatıdır. Bundan başqa Dnepropetrovsk Azərbaycanlıları Liqası, "Dostluq" Azərbaycan-Ukrayna Dostluğu Vilayət Milli-Mədəni Birliyi, həmin birliyin nəzdində "Natavan" maarif mərkəzi və qadın klubu, Dünya Azərbaycanlıları Konqresinin Kiyev təmsilçiliyi, Heydər Əliyev adına ukrayna-azərbaycan elimi-mədəni idman mərkəzi, həftəsonu məktəbi, Krım Azərbaycanlıları Cəmiyyəti, Müslüm Maqomayev adına Azərbaycan mədəniyyət mərkəzi, "Savalan" Gənclər təşkilatı, Ukrayna-Azərbaycan dostluğu beynəlxalq xeyriyyə fondu, "Vətən" Simforopol şəhər azərbaycanlılar təşkilatı kimi qurumlar da mövcuddur.

Dostluq” – Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatı-“Dostluq” – Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatı noyabr 19-u 1999-cu ildə Xarkov vilayətində təsis edilmişdir. Təşkilatın ətrafında müxtəlif  millətləri təmsil edən 500-dən çox nümayəndə toplaşmışdır. “Dostluq” təşkilatının əsas məqsədi milli adət-ənənələrin qorunması və inkişaf  etdirilməsində buradakı azərbaycanlıların səylərinin birləşdirilməsidir. Həmçinin, Ukrayna və Azərbaycan arasındakı mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Ukraynada yaşayan azərbaycanlıların  hüquq və maraqlarının təmin olunmasında yardımcı olmaqdır. Təşkilatın nəzdind“Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi, “Azərbaycan  inciləri” adlı rəqs qrupu, “Qarabağfolklor ansamblı, "Natəvan" Qadınlar Klubu, "Novruz" Gənclər Klubu, hüquqi xidmət fəaliyyət göstərir.“Dostluq” təşkilatı ötən illər ərzində Ukraynada bir sıra sosial, mədəni, təhsil və xeyriyyə layihələri həyata keçirmişdir.“Dostluq- Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatının sədri Murad Ömərovdur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 6 mart.- S.10.