Azərbaycan diasporu və mətbuat

 

Diaspor təşkilatları müasir informasiya kommunikasiya texnologiyalarından necə istifadə edirlər?

 

Müasir, qloballaşan dünyada bütün sahələr kimi diaspora sahəsi də yeni yanaşmalar, yeni imkanlardan istifadə tələb edir. Yeni imkanlar dedikdə isə ilk növbədə informasiya kommunikasiya texnologiyaları yada düşür.  Bəs görəsən günümüzdə Azərbaycan diaspor təşkilatları, ayrı-ayrı cəmiyyət və birliklər müasir dövrün informasiya kommunikasiya texnologiyalarından necə istifadə edirlər? Və ya diaspor təşkilatlarının, cəmiyyət və birliklərin özlərinin rəsmi internet saytları armı? Bu bir danılmaz faktdır ki, istənilən bir təşkilatın müasir dörümüzdə mütləq internet saytının olması zəruridir və hər bir təşkilat həyata keçirdiyi layihələr, gördüyü işlərlə bağlı məhz internet saytı vasitəsilə cəmiyyəti bilgiləndirir.

 Ekspert, fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti Rövşən Raqifoğlu deyir ki, bu gün Azərbaycan diasporu həmrəylik ideyalarını əsasən internet saytı, mətbu orqanlar, televiziya və radio vasitələri ilə həyata keçirir: “Müqayisə üçün deyək ki, yalnız 2002-2005-ci illərdə diasporumuz, Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdə 16 internet saytı(www.diaspora.az, www.avstriya.com, www.diaspora az.com, www.vatan.org.uk, www.canadaazerbaican.org, www.araztoplulugu.8m.net, www.nourida.com, www.azbul.8m.com, www.diaspora.czwww.nazarov.cz, www.aacef.org, www.az.ee, www.kongressaz.kiev, www.dostlug.org.ua, www.aydc.tk, www.diaspora.gov.az, www.azmaizon.fr), 4 radio (“Azərbaycan”/Almaniya, “Orange FM”/Avstriya, “Azərbaycanın səsi”/Fransa, “Azərbaycanın səsi”/İsveçrə), 1 TV (“GÜNAZ”/ABŞ), 11 qəzet (“Oqni Azerbaydjana”/Ukrayna, “Turan”/Rusiya, “Azerbaydjan”/Rusiya, “XXI vek-XXI əsr”/Ukrayna, “EU Xəbər”/Belçika, “Beniluks”/Niderland, “Ekspress Turan”/Qazaxıstan, “Abşeron”/Ukrayna, “Euro News”/Belçika, “Azerbaydjanskiy konqress”/Rusiya, “Türkel”/Qırğızıstan) və 6 jurnal (“Birlik”/Rusiya, “Azərbaycan diasporu”/Azərbaycan, “Yeni Körpü”/Almaniya, “Türk və Qafqaz dünyası”/Estoniya, “Körpü Le Pont”/Fransa, “Azərbaycan Dünyası”/Türkiyə) yaratmışdır. Mətbu orqanlara gəlincə, müasir dövrdə Amerika Birləşmiş Ştatlarında çap olunanDirilik” (Vaşinqton), “Azərbaycan”, “Əlifba”, “Beynəlxalq Azərbaycan” (Los-Anceles), “Reform”, “Bablyon Azerbaijan” (Sietl), İsveçdə “Tribun”, “Durna”, “Azərbaycan”, “Araz” (Stokholm), Rusiyada “ÀÇÅÐÐÎÑ. Àçåðáàéäæàíöû Ðîññèè” (Azərros. Rusiya Azərbaycanlıları”, “Salam”, “Ïîíîðàìà Àçåðáàéäæàíà” (Azərbaycanın ponoramı), “Azərbaycan diasporu”, “Vətən çağırır” (Moskva), “Azərbaycan-media” (İvanovo), “Bizim qəzet” (Kemerovo), “Azərbaycan” (Vladivostok), “Yurd” (Saratov), “İnam” (Sankt-Peterburq), “Al Xayat” (Nijni Novqorod), “Birlik” (Xantı-Mansiysk), Dağıstanda “Dərbənd” (Dərbənd), EstoniyadaOcaq” (Tallin), UkraynadaSavalan” (Dnepropetrovsk), “Ýõî Àçåðáàéäæàíà” (Azərbaycanın əks-sədası), “Ãîëîñ Àçåðáàéäæàíà (Azərbaycanın səsi) (Kiyev), “Millət” (Simferopol), Polşada “Xüdafərin” (Varşava), İspaniyada “Dədə Qorqud” (Madrid), MoldovadaAraz” (Kişinyov), Kanadada “Azəri” (Ontario), İrandaİnqilab yolunda” (Tehran), həmçinin “Ana dili”, “Ərk”, “Azər”, “Savalan” (Almaniya), “Dədə Qorqud” (İspaniya), “Qürbət” (Brüssel), “Aydınlıq” (İngiltərə), “Azərbaycan türkləri”, “Xəzər” (Türkiyə), “Azərbaycan” (İsveçrə), “Azərbaycan” (ABŞ), “Araz” (İsveç), “Ziya”, “İnam” (Rusiya), “Savalan”, “Millət” (Ukrayna), “Araz” (Moldova) və s. kimi dərgiləri misal göstərmək olar. Radioteleviziyalardan “Azərbaycan” (Almaniya), “Azərbaycan” (Danimarka), “Azərbaycanın səsi” (Fransa), “Azərbaycanın səsi” (Danimarka), “Azərbaycanın səsi” (Norveç), “Günaz TV” (ABŞ), “Heydərbaba” TV, “AzCAN” TV (Kanada) xüsusi qeyd olunmalıdır”. Rövşən Raqifoğlu Azərbaycan diaspor təşkilatlarının müasir informasiya kommunikasiya texnologiyalarından istifadəsində müəyyən problemlərin olduğunu da diqqətə çatdırıb. Bildirib ki, həmin problemləri bir neçə kateqoriyaya ayırmaq mümkündür: “Problemlərə gəlincə, həmin çatışmazlıqları belə qruplaşdırmaq olar: 1. Maddi durumun qənaətbəxş olmaması; 2. İnformasiya bazasının zəifliyi; 3. Şimali və Cənubi Azərbaycanla əlaqələrinin istənilən səviyyədə və müntəzəm şəkildə qurulmaması; 4. Diaspor mətbuatının yayım coğrafiyasının məhdudluğu; 5. Diaspor nümayəndələrimiz arasında əlaqələrin qənaətbəxş olmaması, onların bəzən vahid konsepsiya əsasında fəaliyyət göstərməməsi; 6. Diaspor nümayəndələrimizin əsasən aid olduğu cəmiyyət və ictimai birliyin proqramını rəhbər tutması və ya ümummilli prinsiplərdən kənar qalması; 7. İnternetdən yetərincə yararlanmamaqya diaspor mətbu orqanlarımızın əksəriyyətinin internetə çıxışının olmaması; 8. Diaspor cəmiyyət və birliklərimiz arasında əlaqələrin bir çox halda istənilən səviyyədə olmaması və ya təşkilatlarımızın ayrı-ayrı mətbu orqanlara ikili münasibəti; 9. Soydaşlarımız arasında ideoloji bölgünün düzgün aparılmaması”. Ekspertin sözlərinə görə, Şimali Azərbaycandan xarici ölkələrə üz tutanlar daha çox Dağlıq Qarabağ probleminə önəm verdiyi halda, Cənubi Azərbaycandan mühacir düşmüş soydaşlarımız isə Gülüstan və Türkmənçay sülh müqavilələri ilə ikiyə bölünmüş Azərbaycanın yenidən birləşməsi məsələsini irəli çəkirlər: “Bu üzdən bəzi mətbu orqanlarımızda  Müstəqil Azərbaycan Respublikası ilə bağlı məlumatlar, bəzilərində isə Cənubi Azərbaycanda yaşanan problemlər əks olunmur. Eyni zamanda Vətəndə yaşayan soydaşlarımızın diaspor nəşrləri barədə məlumatsız olması və ya diaspor mətbu orqanlarımızın Azərbaycan Respublikasında yayımlanmaması, həmçinin  cəmiyyət və ictimai birliklərimizin bəzən fəaliyyət göstərdiyi ölkənin yerli təşkilatları, cəmiyyətləri ilə əməkdaşlığa meylli olmaması və ya bu əməkdaşlığın istənilən səviyyədə qurulmaması da bu sahədə mövcud olan çətinliklərdəndir”. Rövşən Raqifoğlu hesab edir ki, qeyd olunanlar diaspor problemlərimizin az, lakin önəmli bir hissəsidir: “Bu çatışmazlıqlar soydaşlarımızın daha da təşkilatlanması, vahid konsepsiya əsasında mübarizə aparmasına mane olur. Odur ki, həmin problemlər analiz olunmalı və tezliklə aradan qaldırılmalıdır. Əks halda konkret nəticədən, diaspor hərəkatının yüksələn xətt üzrə formalaşmasından, düşünülmüş fəaliyyət proqramına əsaslanan sistemli təbliğat işindən danışmaq mümkün deyil. Mütəxəssislərin fikrincə mövcud problemlərdən çıxış yolları da var. Bunları isə bir neçə qrupa bölmək mümkündür.  1. Xarici ölkələrdə fəaliyyət göstərən ziyalı və intellektli soydaşlarımızın bir-biridiaspor mətbuatı ilə əməkdaşlığına nail olmaq; 3.Diaspor mətbuatımızın həm dərc olunduğu ölkənin ayrı-ayrı bölgələrinə, həm də dünyanın müxtəlif ölkələrinə yayılmasını təmin etmək, oxucu auditoriyasını genişləndirmək; 4. İnformasiya qıtlığını aradan qaldırmaq və bu məqsədlə informasiya bazası yaratmaqla xaricdəki soydaşlarımızı ölkəmizdə baş verən hadisələr barədə yetərincə məlumatlandırmaq; 5. Azərbaycan diaspor nümayəndələrinin ölkəmizə müntəzəm gəlişini təmin etməklə onları informasiyaideoloji mübarizədə, eləcə də mətbuat işinin təşkilində istiqamətləndirmək, xüsusi tapşırıq və tövsiyələr vermək və sair; 6. Diaspor cəmiyyət və ictimai birliklərin, mətbu orqanlarımızın fəaliyyət göstərdikləri ölkələrdə səfirliklərimiz və ya Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınması (qeydiyyatda qəzet və jurnalların yaranma tarixi, redaksiya heyəti, onların strateji fəaliyyət proqramı, önəm verdiyi mövzular barədə məlumatlar əksini tapmalıdır); 7. Diaspor təşkilatlarımızla mütəmadi əlaqə saxlamaq, onların maddi-texniki bazasını və yayım coğrafiyasını daha da genişləndirmək; 8. Xüsusi informasiya bazası yaratmaq, həmin bazanı Azərbaycanın milli-mənəvi dəyərlərindən xəbər verən məlumatlarla təmin etmək və bu məlumatlardan diaspor mətbuatımızın yetərincə yararlanmasına nail olmaq; 9. Diaspor cəmiyyət və ictimai birliklərimizin fəaliyyət göstərdiyi ölkələrin iri şəhərlərində, o cümlədən müstəqil Azərbaycan Respublikasında reklam olunmasını, yayımlanmasını və satışını təmin etmək (bu işdə yerli KİV-dən, xüsusən də televiziyanın gücündən istifadə etmək önəmlidir)”. Rövşən Raqifoğlu bildirib ki, bu, birbaşa ideoloji olduğundan hökumət tərkibində, yaxud Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində xüsusi olaraq diaspor mətbuatı, onun fəaliyyət metodları ilə məşğul olan şöbənin yaradılmasına çalışmaq: şöbə əməkdaşlarının xarici ölkələrdə fəaliyyət göstərən jurnalist soydaşlarımızla müntəzəm görüşünü təmin etmək lazımdır: Bundan başqa  diaspor mətbu orqanlarımızın internetə çıxışını təmin etmək, onların hər biri üçün ayrıca internet səhifəsi yaratmaqbu saytların kütləvi informasiya vasitələrində, tanınmış internet saytlarında reklamını təmin etmək zəruri addımlardandır”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 7 mart.- S.10.