Diasporun keçdiyi yola qısa baxış

 

Azərbaycan müstəqillik qazanandan sonra onun ən böyük ehtiyaclarından biridünyada səsi olacaq diaspora idi. O diaspora ki, onun haqq səsini hər yerə çatdıracaq. Onun tanınmasında önəmli rol oynayacaqdı.

Ekspert Taryel Faziloğlu deyir ki, Azərbaycan müstəqillik qazanandan 90–cı illərin sonlarına qədər daxili problemləri ilə tam əhatə olunduğundan diaspora məsələsinə demək olar ki heç diqqət ayıra bilməmişdi. Onun sözlərinə görə, bu illərdə diasporamız müstəqil şəkildə təşkilatlanmağa çalışırdı və çox önəmli işlərə də imza atmışdı: “Azərbaycanın tanınmasında, onun problemlərinin dünyaya çatdırılmasında böyük işlər görməyə başlamışdı. 2000–ci illərin əvvəllərindən dövlət diaspora məsələsinə diqqət ayırmağa başladı. Elə diasporamızın əsl problemləri buradan başladı. Hökumət diaspora işinin gücləndirilməsi istiqamətində dünyadakı azərbaycanlıları birləşdirmək üçün Dünya Azərbaycanlıları Konqresini yaratdı. Amma böyük yanlışlığa yol verildi. İran vətəndaşı olanolmuş Azərbaycan türkləri burda üstünlük təşkil etdilər və buna görə də Dünya Azərbaycanlıları Konqresinin işi Azərbaycanın maraqlarına xidmət etməkdən çıxdı. DAK İrana qarşı mübarizə aparan, onun ərazisini parçalamağa çalışan, buna görə də İranı işğal etməyə çalışan qüvvələrin oyuncağına çevrilən təşkilata çevrildi. İran da buna görə Azərbaycanı günahlandırdı və Azərbaycana qarşı siyasətini sərtləşdirdi. Bu qarışıqlardan istifadə edən adamları özlərinə diplomatik toxunulmazlıq almaq üçün bu təşkilatlara doluşdular. Onları nə Azərbaycan diasporası, nə də Azərbaycanın problemləri maraqlandırmırdı. Onları bir şey maraqlandırır - bu imkandan istifadə edərək daha çox pul qazanmaq. Məhz buna görə də Dünya Azərbaycanlıları Konqresi bir neçə yerə parçalandı. Avropa dövlətlərində, Rusiyada, Birləşmiş Ştatlardaçoxlu cırtdan təşkilatlar yarandı. Bunu görən Azərbaycan diasporaya nəzarət etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzə Dövlət Komitəsini yaratdı. Bu işi daha da qarışdırdı. Bunula da Azərbaycanın daxilində gedən iqtidar müxalifət “mübarizəsi” diasporaya daşındı. Diasporamız parcalandı və bütün gücləri iqtidar müxalifət mübarizəsinə sərf edildi. Həqiqətən də Azərbaycan üçün nələrsə etməyə çalışan əsl vətənpərvər insanlar bu olanları görüb meydandan çəkildilər”. Ekspert deyir ki, bir müddət sonra 2006-cı ildə Dünya Azərbaycanlılarının II Qrultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasını yaradıldl: “Məqsəd isə bir idi, diasporanı düzgün şəkildə təşkilatlandırmaq”. Ekspertin sözlərinə görə, bütün bu qarışıqlıqlardan isə itirən Azərbaycan oldu, xaricdə yaşayan sadə azərbaycanlılar oldu: “Məncə bu problemi tezliklə həll etmək lazımdır. Bu qarışıqlıqlar heç də Azərbaycana ziyansız ötüşmür.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2014.- 8-11 mart.- S.15.