Diaspor hərəkatında
aktiv olan qadınlar
Əvvəli ötən sayımızda
Müasir
dövrümüzdə də diaspor hərəkatında
fəal iştirak edən qadınlar var. Məhz həmin qadınların səyi və
diaspor sahəsində atdığı uğurlu addımlar nəticəsində Azərbaycanın
təbliği, onun tanıdılması,
üzləşdiyimiz problemlərin dünya
ictimaiyyətinə çatdırılması işində bir intensivlik müşahidə
edilir. Azərbaycanın diaspora
hərəkatında müstəsna xidmətləri olan qadınlardan biri də
Tomris Azəridir.
Tomris
Azəri 1950-ci il noyabrın 4- də
Birləşmiş Ştatlarda anadan olub. Tomris Azəri Amerika Azərbaycanlıları
Cəmiyyətinin prezidentidir. O,
Nağı bəy Şeyxzamanlının qızıdır. Tomris Azəri ikinci nəsil
amerikalı azəbaycanlıdır. Onun rəhbərlik
etdiyi Amerika Azərbaycanlıları
Cəmiyyəti Azərbaycan həqiqətlərinin Birləşmiş
Ştatlar ictimaiyyətinə
catdırılmasında muhum rol oynayan təşkilatlardan
biridir. Tomris Azəri
Azərbaycanın Amerika ictimaiyyətinə
tanıdılmasına xidmət edən bir
sıra layihələrin muəllifi olub. Onun təşəbbusu ilə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ munaqişəsi haqqında məlumatların
Birləşmiş Ştatların siyasi
dairələrinə catdırılmasına xidmət edən kampaniyalar təşkil edilib.
Tomris Azəri
Dunya azərbaycanlılarının I, II və
III qurultaylarında Dunya Azərbaycanlıları
Əlaqələndirmə Şurasının uzvu
seçilib. 2006-cı il
martın 13-də Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə dunya azərbaycanlılarının
həmrəyliyi sahəsində fəaliyyətinə gorə Tomris Azəri “Şohrət” ordeni ilə təltif olunub.
Azərbaycan diasporuna yeni nəfəs gətirən,
gənclərin bu sahədə fəalığının
artırılmasına nail olan
qadın diaspor nümayəndələrindən
biri də Leyla
Əliyevadır. Leyla Əliyeva 1986-cı
il iyulun 3-də anadan olub. O, Bakıda 160
saylı məktəbdə orta təhsil
alıb. Leyla Əliyeva İsvecrədə və Boyuk
Britaniyada ali təsil
alıb. 2006-2008-ci illərdə Moskva Dovlət
Beynəlxalq Munasibətlər İnstitutunun
politologiya fakultəsinin dunya
siyasəti ixtisası uzrə magistr pilləsini
bitirib. 2010-cu ilədək Moskva
Dovlət Beynəlxalq Munasibətlər İnstitutunda
Azərbaycan Gənclər Klubunun sədri
olub. Leyla Əliyeva 2007-ci il mayın
10-dan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı numayəndəliyinin
rəhbəridir. 2007-ci il fevralın 27-də
Heydər Əliyev Fondunun dəstəyi ilə
Moskva Dovlət Beynəlxalq Munasibətlər
İnstitutunun (MDBMİ) Azərbaycan Gənclər
Klubu və RAGƏŞ-in Moskvada
təşkil etdikləri Xocalı soyqırımının
qurbanlarını anma mərasimi –
“Xocalısız 15 il” adlı xatirə gecəsi
kecirilib. Leyla
Əliyeva 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan
“Bakı” jurnalının təsiscisi və baş
redaktorudur. Jurnal Azərbaycan
mədəniyyətinin Rusiyada təbliği
və Azərbaycan həqiqətlərinin dunya
ictimaiyyətinə catdırılması istiqamətində boyuk işlər aparır. 2008-ci il may ayında Mədəniyyətlərarası
Dialoqda İslam
Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi
olub. 2008-ci il, may ayının 8-də Leyla
Əliyeva “Xocalıya Ədalət” kampaniyasını
başladıb. O, 2009-cu il aprelin
8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
(AMOR) sədri secilib. Leyla
Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun
vitse-prezidentidir. Leyla
Əliyeva 2011-ci il, iyulun
4-də Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə
Azərbaycan diasporunun inkişafı sahəsindəki
xidmətlərinə gorə “Tərəqqi” medalı ilə
təltif olunub.
Gülşən Kazimova -1961-ci il noyabrın
8- də Bakı şəhərində anadan
olub. O, Azərbaycan Yazıcılar Birliyinin və Niderland
Yazıcılar İttifaqının üzvüdür.
Gülşən Kazımova hazırda “Ana
Vətən” Avropa Azərbaycanlı
Qadınlar Birliyinin sədri, tərcüməçidir.
“Ana Vətən” Azərbaycanlı
Qadınlar Birliyi 2004-cü ildə Hollandiyada
onun rəhbərliyi altında fəaliyyətə
başlayıb. Cəmiyyətin
yaradılmasında məqsəd Avropada yaşayan azərbaycanlı qadınların cəmiyyətə
inteqrasiyasına dəstək vermək, onların hüquq və azadlıqlarının
qorunmasına yardım göstərməkdir. 2006-cı ildə
Gülşən Kazımovanın "Nəslimizin
qızları" adlı kitabı Niderlandda
nəşr edilib.
2011-ci il iyulun 4-də
mədəniyyət sahəsindəki nailiyyətlərinə
Azərbaycan diasporunun
inkişafındakı xidmətlərinə gorə
Gülşən Kazımova Azərbaycan Respublikasının
“Əməkdar mədəniyyət işcisi”
fəxri ad ına layiq
görülüb.
Samirə Patzer-İsmailova-1963-cu il fevralın 26- da Bakı şəhərində dunyaya gəlib. O, 1970-ci ildə Bakı şəhərində
Bulbul adına orta ixtisas musiqi məktəbinə
qəbul olub Samirə Patzer-İsmailova
1981-ci ildə həmin məktəbi qızıl medalla bitirib. O, 1981-ci ildə Uzeyir Hacıbəyov
adına Azərbaycan Dovlət Konservatoriyasına daxil olub, 1986-cı ildə
isə konservatoriyanı fərqlənmə diplomu
ilə bitirib. 1986-1990-cı illərdə
Bakı Mədəniyyət Texnikumunda fortepiano ixtisası uzrə muəllim işləyib.
1989-1991-ci illərdə Samirə Patzer-İsmailova
Muslum Maqomayev adına
Azərbaycan Dovlət Filarmoniyasında musiqi
redaktoru kimi
calışıb, Azərbaycan Dovlət Televiziyasında klassik musiqi
proqramlarının muəllifi və aparıcısı olub. O, 1990-1995-ci illərdə Uzeyir
Hacıbəyov adına Azərbaycan Dovlət
Konservatoriyasında muəllim vəzifəsində işləyib
və mədəni- ictimai fəaliyyət
gostərib. Xanım İsmailova 1995-ci ildə
Almaniyanın Koln Universitetində
musiqişunaslıq kursu keçib.
Həmyerlimiz 1998-2007-ci illərdə Koln şəhərində Koln
Musiqi məktəbində fortepiano
və musiqi uzrə muəllim işləyib
və pedaqoji fəaliyyətindəki
peşəkarlığa gorə Avropa Fortepiano Muəllimləri Cəmiyyətinin uzvu seçilib.. 2008-ci ildən
etibarən Samirə Patzer-İsmailova
Almaniyadakı Azərbaycanlıların Koordinasiya
Mərkəzinin icraçı direktorudur.
O, 2009-cu ildə Avropa Azərbaycan
Konqresinin vitse-prezidenti
seçilib..2009- cu
ildən bu gunə qədər isə
Samirə Patzer-İsmailova “Xocalıya
Ədalət” kampaniyasının Almaniya
uzrə koordinatorudur. 2011-ci ildə o, Almaniyadakı Turk-Azərbaycan Birliyinin sədr muavini seçilib. 2012-ci ildə isə Avropa Azərbaycan Konqresinin
vitse-prezidenti, daha sonra Avropa Azərbaycan Konqresinin prezidenti seçilib. Hazırda Samirə Patzer-İsmailova Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzinin rəhbəridir.
2011-ci il, iyulun 4-də
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə Azərbaycan diasporunun
inkişafı sahəsindəki xidmətlərinə gorə
Samirə Patzer-İsmailova “Tərəqqi”
medalı ilə təltif olunub.
Mehriban Nəsib-Birləşmiş Ştatlardakı Kolumbiya Universitetinin
magistrı, Dünya Azərbaycanlıları
Konqresinin üzvü,
Amerikada Azərbaycan diasporunun
fəalıdır. Mehriban Nəsib
1976-cı ildə Qəbələ rayon Zarağan kəndində müəllim ailəsində
anadan olub. 1994-cü
ildə Xəzər Universitetinin Humanitar və sosial elmlər
fakültəsinə qəbul olub və
1999-cu ildə oranı fərqlənmə diplomu
ilə bitirib. Mehriban
Nəsib 2002-ci ildə özünün “Qəbələ-sağlam
mühit” (QSM) ictimai birliyini yaradıb və 7 il
İsveçrə Əməkdaşlıq və İnkişaf (Swiss Agency for Development
and Cooperation) təşkilatı
ilə əməkdaşlıq edib. Bundan başqa, Mehriban Nəsib həm
də maarifləndirmə proqramları həyata keçirib. 2000-2011-ci illər ərzində
QSM və müxtəlif ictimai birliklərin
(İB) dəstəyi ilə qadın və uşaq
hüquqları, qızların və gənc qadınların,
eyni zamanda gənc
oğlanların ailə-məişət
zorakılığı sahəsində maarifləndirilməsi
üzrə çalışıb. Mehriban
Nəsib həm də
yazardır. O, bir neçə hekayə və
məqalənin müəllifidir. Məqalələri Azərbaycanla
bərabər, dünyanın bir neçə
ölkəsində, o cümlədən
Birləşmiş Ştatlar, Fransa, Qazaxıstan və digər ölkələrin
mətbuat orqanlarında çap edilib. Mehriban Nəsibin “Məhəbbət
olanda” adlı romanı 2006-cı ildə
işıq üzü görüb.
Mehriban Nəsib hazırda Birləşmiş
Ştatlardakı Kolumbiya Universitetində magistr təhsili alır. O, eyni
zamanda Dünya Azərbaycanlıları
Konqresinin üzvü,
Amerikada Azərbaycan diasporunun
fəallarındandır.
İradə Uluxanlı-Vahid,
Bolunməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyətinin
sədridir. Onun rəhbərlik etdiyi Vahid, Bölünməz
və Demokratik Azərbaycan Uğrunda Birlik Cəmiyyəti
2005-ci ilin aprelindən fəaliyyət
göstərir. Təşkilat rəsmi olaraq
qeydiyyatdan keçib. Vahid,
Bölünməz və Demokratik Azərbaycan
Uğrunda Birlik Cəmiyyətinin
məqsədi Azərbaycanı Hollandiya cəmiyyətinə
tanıtmaq, işğal olunmuş
torpaqlarımızla bağlı gerçəkliyi bu ölkənin insanlarına
çatdırmaqdır. Bu yolla
həm Azərbaycanın haqq səsini Holland ictimaiyyətinə çatdırır,
həm də millətimizin milli-mədəni adət-ənənələrini,
musiqimizi və s. orada təbliğ edir. Bu cəmiyyətin gördüyü
faydalı işlərdən biri də Azərbaycanla
bağlı sənədlərin Hollandiya
kitabxanalarına verilməsi, buradakı kitabxanalarda
“Azərbaycan guşə”lərinin yaradılmasıdır.
Vüsalə Məmmədzadə-Azərbaycan-Fransız Gənclik
Assosiasiyasına rəhbərlik edir. Assosiasiya
2003-cü ildə Parisdə təhsil
alan bir qrup azərbaycanlı tələbələr tərəfindən
təsis edilib. Assosiasiyanın ilk prezidenti o zaman Parisdə təhsil alan Babək
İsmayılov olub. Növbəti illərdə təşkilata
Mirvari Fətəliyeva
başcılıq edib.
AFGA bu gün
nəinki Parisdə, eləcə də Fransada ən aktiv təşkilatlardan biridir. Təşkilat
Parisdə, eləcə
də Fransanın müxtəlif şəhərlərində
fərqli mövzularda
tədbirlər, layihələr
həyata keçirir.
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması
və bu faktın dünya dövlətlərinin parlamentlərinin,
siyasi dairələrinin
müzakirəsinə çıxarılması
Azərbaycan diaspor təşkilatlarının əsas
fəaliyyət istiqamətlərindəndir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 13 mart.- S.15.