Sosial aktivliyin diaspor
və lobbiçiliyə
təsiri
Əvvəli ötən sayımızda
Diasporun ayrılmaz tərkib
hissəsi olan lobbiçilik
fəaliyyəti üçün tələb
olunan əsas amillərdən biri də yurddaşların sosial
aktivlik göstərməsidir. Sosial aktivlik isə siyasi vərdişlərdən irəli gəlir.
Yəni vətəndaş illər boyu
yaşadığı mühitə uyğun
vərdişlərə yiyələnir, həmin vərdişlər
onun həyatının bir
parçasına çevrilir. Siyasi vərdişləri də, öz növbəsində, vətəndaşın
yaşadığı dövlətin xarakteri
müəyyənləşdirir.
Ekspert Hikmət Kəngərli deyir ki, dövlət
nə qədər demokratik ənənələrə sahibdirsə,
onun vətəndaşı da sosial cəhətdən bir o qədər
aktiv olur. Çünki o, öz
aktivliyinin nəticə verəcəyinə
və şəxsi həyatını
yaxşılaşdıracağına inanır: “Başqa təbirlə desək, insanın sosial aktivliyi onun siyasi proseslərə
təsir imkaları ilə bağlıdır. Hətta eyni dövlətin müxtəlif vətəndaşları
siyasi proseslərə bir-birindən fərqli təsir imkanlarına
malikdirsə, bu müxtəliflik
onların psixologiyasında da özünü göstərir. Məsələn,
bir zamanlar Birləşmiş
Ştatlarda aparılan sosiologi
rəy sorğularına görə, zəncilərdə siyasətə
laqeydlik və təbəəçilik, bəyaz
irqə mənsub vətəndaşlarda isə təşəbbüskarlıq
hissi hakimdir. Əlbəttə,
səs vermə yoluyla heç
nəyi dəyişə bilməyəcəyini görən,
bunu artıq özünün
alın yazısı kimi qəbul edən
zəncinin siyasətə və ictimai fəaliyyətə
laqeydliyindən təbii heç nə ola bilməzdi. Bu gün Azərbaycan da demokratik ənənələrə tam yiyələnməyib. Hətta rəsmlərimiz
belə, demokratiyadan söz
düşərkən, Birləşmiş Ştatların bizdən
200 il əvvəl demokratik
rejimi mənimsədiyini bildirərək, bunu
etiraf edirlər. Bu problem, təbii ki, vətəndaşların
sosial aktivliyinə də mənfi təsir
göstərir. Xaricə gedən həmvətənlərimiz
isə Ana Yurdda yiyələndikləri
vərdişləri də özləriylə aparır,
artıq iliklərinə qədər işləmiş təbəəçilik
zehniyyətindən yaxa qurtara
bilmirlər. Ən pisi isə odur ki, xaricdə tamamilə
başqa mühitlə
qarşılaşan bu insanlar
cəmiyyətə uyğunlaşmaq problemi ilə üzləşir, “yeni dünyada” köhnə
vərdişlərlə yaşaya bilmədiklərindən,
“özgəlik” psixologiyasına qapılırlar. “Yeni dünya” da onsuz da
antropoloji cəhətdən “özgə” kimi görünən
yurddaşlarımızın davranışlarında da fərqlilik göstərməsi onları “arzu olunmaz şəxslər”
vəziyyətinə salır. Təbii ki,
hər baxımdan “özgələrin” effektli
lobbiçilik fəaliyyəti göstərməsi
qeyri-mümkündür”. Ekspert
hesab edir ki, yurddaşlarımızın cəmiyyətdən
təcrid olunması onların qeyri sivil fəaliyyətə üstünlük
verməsinə, bəzən kriminal
qrupların toruna düşməsinə
şərait yaradır: “Onların bu yola düşməsinin kökündə Azərbaycanda
məhkəmə və hüquq
islahatlarının aparılmamasının da
payı var. Hüquq-mühafizə
orqanlarındakı neqativ hallar
vətəndaşlarda hüququn
üstünlüyünə inamsızlıq hissi
formalaşdırır, nəticədə onlar
bütün problemlərin qeyri-qanuni
yollarla həll olunacağına
inanırlar. Daha sonra bu hisslərə “özgələşmə” duyğusu əlavə olununca,
kriminallaşma qaçılmaz hala gəlir. Haqqında söhbət
açdığımız psixoloji mühit içərisində yaşayan
insanlardan vətənpərvərlik
gözləmək sadəlövhlükdən başqa
bir şey deyil. Çünki kriminallaşmağa meyilli
psixologiyalarda, ümumiyyətlə, Vətən
anlayışı olmur. Xaricdə yaşayan yurddaşlarımızın tez-tez özümüzünkülər tərəfindən
qətlə yetrilməsi və sairə səbəbləri də,
zənnimizcə, məhz bu həqiqətlərdə
axtarılmalıdır”. Hikmət Kəngərli
deyir ki,
dünyanın bir çox
ölkələrində aparılan sosioloji
araşdırmalar vətəndaşların sosial
aktivliyinin onların legitimlik
anlayışları və cəmiyyətdəki siyasi qüvvələrin bir-birinə bəslədiyi
münasibətlərlə düz mütənasib
olduğunu göstərir: “Yəni
siyasilərin bir-birinə münasibətləri nə qədər
loyal və mülayimdirsə, sosial aktivlik də bir o qədər yüksək
olur. Demokratik ölkə
vətəndaşlarının ruhuna
yurddaşlıq hissinin hakim
olması, qeyri-demokratik ölkə vətəndaşlarında
isə təbəəçilik psixologiyasının
formalaşması bu mənada təsadüfi
sayıla bilməz. Göründüyü
kimi, Azərbaycan lobbiçiliyinin
yaranması istiqamətində bir sıra kompleks tədbirlər həyata keçrilməlidir.
Məhz kompleks tədbirlərin həyata
keçirilməsindən sonra qeyd edilən istiqamətlərdə məqsədyönlü
addımlar atıb real nəticələr
əldə etmək olar”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 19 mart.- S.15.