Arxangelskdə yaşayan soydaşlarımızın
problemləri diasporun daim diqqətindədir
Rusiya Federasiyasının
subyektlərindən ən çox azərbaycanlıların
məskunlaşdığı vilayətlərdən biri də Atxangelsk vilayətidir.
Bu vilayətdə yaşayan
soydaşlarımızla koordinasiyalı şəkildə işin təşkili, onların problemlərinin
araşdırılıb həll olunması məqsədilə
2001-ci ilin fevral
ayında Ümumrusiya Azərbaycanlıları
Konqresinin Arxangelsk
şəhərində regional təşkilatı yaradılıb.
Əhəd Cəfərovun rəhbərlik
etdiyi ÜAK regional təşkilatı tən müddət ərzində
bir sıra təqdirəlayiq tədbirlər həyata
keçirib. Sevindirici hal ondan
ibarətdir ki, Artxangelsk
vilayətində yaşayan
soydaşlarımız daima Rusiya Federasiyasındakı səfirliyimiz, eləcə
də digər diplomatik konsulluqların hər
zaman diqqət mərkəzində olub. Belə ki, hələ 2006 il
tarixində Baş Konsulluğun
nümayəndə heyətinin Arxangelsk
vilayətinə rəsmi səfəri
təşkil edilib. Səfərin məqsədi
Rusiya Federasiyasında son
zamanlarda qeyri-leqal miqrasiyaya qarşı aparılan mübarizədə
çoxsaylı soydaşlarımızın hüquq
və mənafelərinin qorunması ilə bağlı olub. Səfər çərçivəsində
baş konsul Arxangelsk vilayəti administrasiyasının
başçısı vəzifəsini icra
edən birinci müavin
Vladimir Voykovla, Rusiya Federasiyası prezidentinin
Arxangelsk vilayəti üzrə federal inspektoru Aleksey Yermakovla, parlament sədri Vitaliy
Fortıqinlə görüşlər keçirib.
Vladimir Voykovla baş konsulun
görüşündə Rusiya-Azərbaycan dostluq
əlaqələrindən, respublikamızın
iqtisadiyyatının yüksək templə inkişafından,
müasir Azərbaycan dövlətinin
qurulmasında və çiçəklənməsində eks-prezident Heydər Əliyev rolundan
danışılıb. Azərbaycan prezidenti
İlham Əliyevin ölkəmizin
hüdudlarından kənarında yaşayan
soydaşlarımıza olan bilavasitə
qayğısından və bu qayğı
nəticəsində diasporumuzun
inkişafından söz
açılıb: Vilayət rəhbərliyi
ikitərəfli əlaqələrin bərpası, yenidən
qurulması və inkişafı üçün
böyük potensialın olması, Arxangelsk –Azərbaycan iqtisadiyyat
əlaqələrinə böyük biznesin cəlb olunması, biznes
forumların keçirilməsini zəruriliyini
vurğulayıb. Arxangelsk vilayəti
və Azərbaycan hökumətləri arasında iqtisadi-ticarət,
elmi-texniki və mədəni sahələrdə
sazişin bağlanmasına hazır
olduqlarını qeyd ediblər. Bundan əlavə, min nəfərlik
şəhər filarmoniyasında Azərbaycan və Sankt-Peterburq incəsənət xadimlərinin
iştirakı ilə “Azərbaycan günləri” adlı tədbirin
keçirilməsi barədə razılıq əldə edilib. Hüquq –mühafizə
orqanlarının rəhbərlikləri ilə aparılan
görüşlərdə soydaşlarımızın regionda qarşılaşdıqları problemlərdən
bəhs olunub. Arxangelsk
vilayətinin Daxili İşlər
İdarəsinin rəsmisi cənab Karpeyevin
verdiyi məlumata əsasən, bu regionda 8000–ə
yaxın azərbaycanlı yaşayır. Vilayət
prokurorunun müavini cənab
Şperlinq və Rusiya
Federasiyasının Federal Miqrasiya
Xidməti İdarəsinin Arxangelsk vilayəti
üzrə rəisi xanım Carova
soydaşlarımızın əksəriyyətinin regionda hüquq
qaydalarına riayət etməsinə baxmayaraq,
müəyyən faktorların (pasportlarının
olmaması, yaşayış statusu almaq üçün
Azərbaycandan alınan müvafiq
arayışların gecikdirilməsi və bu
üzdən qeyri-leqal yaşaması) inzibati qaydaların pozulmasına səbəb olduğunu qeyd ediblər.
Arxangelsk
meriyası rəhbərliyi ilə keçirilən
görüşdə isə Arxangelsk
şəhəri ilə Azərbaycanın hər hansı bir şəhərinin
qardaşlaşmasını, Arxanqelsk
şəhərinin ad günündə Baş Konsulluğun
nümayəndə heyəti və Sankt-Peterburqda
fəaliyyət göstərən Azərbaycan mədəniyyət
xadimlərinin iştirakı ilə konsert
proqramının keçirilməsi təklif edilib.
Meriya rəhbərliyi bu
təklifləri müsbət qarşılayıb. Arxanqelsk şəhərində milli diasporumuzun və Azərbaycan
Beynəlxalq Bankının Arxanqelsk vilayətində
filialının fəaliyyət göstərməsi üçün binanın ayrılmasına dair şəhər rəhbərliyinə
müraciət edilib. Bundan
əlavə, baş konsul
Azərbaycan diasporunun müxtəlif təbəqələrini
əhatə edən 80 nəfərdən ibarət aktiv üzvlərlə 3 saatlıq görüş keçirib.
Baş konsul çıxışında, ümummilli lider Heydər
Əliyevin tösiyələri əsasında xarici
ölkələrdə milli diaspor qurumlarının yaradılması,
formalaşması və yerli orqanlarla sıx münasibətlərin
qurulmasının böyük əhəmiyyət
kəsb etdiyini vurğulayaraq,
bunun prioritet istiqamətlərdən
biri olduğunu deyib. O, 2002-ci ildə Heydər Əliyevin Sankt-Peterburq milli diaspor numayəndələrinin
qarşısında etdiyi
çıxışda verdiyi tövsiyələri
əldə əsas tutan, bu
gün tam
formalaşmış Sankt-Peterburq diaspor modelinin Arxangelskdə
tətbiq olunmasının vacibliyini qeyd edib. Bunun
əsasında görüşdə Azərbaycan diasporunun 19 nəfər fəal üzvündən
ibarət Şura yaradılıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 19 mart.- S.15.