Cənubi Azərbaycandan
olan
fəal diaspor
nümayəndələri
Bu gün
dünya ölkələrində Azərbaycanı
təmsil edən, onun diaspor təşkilatlarında
təmsil olunaraq aktiv iştirak edənlərin bir
qismi də Cənubi Azərbaycandan olan soydaşlarımızdır. Tarixin müxtəlif dövrlərində xarici ölkələrə üz
tutan cənubi azərbaycanlılar
yaşadıqları ölkələrdə müxtəlif cəmiyyət
və təşkilatlar yaradaraq Azərbaycanın
təbliği prosesində yaxından iştirak
ediblər.
Ümumiyyətlə, İran İslam
Respubikasının ərazisində – Cənubi Azərbaycanda
yaşayan azərbaycanlıların bir qismi XX əsrdə 5 əsas
dalğa ilə xarici ölkələrə mühacirət
ediblər. Cənubi Azərbaycanlılar
ifadəsi 1813-cu il Gülüstan
və 1828- ci il
Türkmənçay müqavilələrindən sonra yaranıb. Bu tarixlərə
qədər yalnız bir – bütöv
Azərbaycan var idi ki, onun sərhədləri
geniş idi və burada yaşayan millətlərin
bir dili – Azərbaycan dili və bir vətəni
Azərbaycan idi. Lakin Gülüstan
və Türkmənçay müqavilələrindən sonra ikiyə parçalanan
Azərbaycana Rusiya tabeçiliyində Şimali, İran əsarəti
altında olan hissəsi isə Cənubi
Azərbaycan adlandırılmağa başlandı. XX əsrin
əvvəllərinə qədər Cənubi Azərbaycan Qərb
və Şərq ölkələrinə mühacirət
prosesləri baş verib.
Lakin Cənubi Azərbaycan mühacirət
tarixi bizdə lazımi səviyyədə
tədqiq edilməyib. Tədqiqatçılar XX əsrdən
etibarən Cənubi Azərbaycandan başlanan
mühacirət prosesini siyasi
və iqtisadi səbəblərlə
bağlayırlar. Azərbaycan diasporunun mühüm qanadını təşkil edən
cənublular, əsasən ziyalılar və biznesmenlərdən
ibarətdir. Mühəndis, inşaatçı, həkim, texnoloq, nəqliyyatçı və s. peşələrdə çalışan
soydaşlarımız öz peşələrində
mütəxəssislər hesab olunurlar. Akademik təhsilə cənublular içərisində maraq böyük olduğundan, hazırda diasporumuzda
ziyalılar təbəqəsi çoxluq
təşkil edir. Ədəbiyyat, riyaziyyat, din, tarix, biologiya, iqtisadi elmlər sahəsində daha cox uğurlar
əldə edən soydaşlarımız Qərb və Şərq
ölkələrinin nüfuzlu ali və orta məktəblərində
dərs deyir, elm dairələrində
tanınırlar. Cənublu ziyalılarımızın elmi-bədii
əsərləri Qərb və Şərqdə sevilən, oxunulan əsərlər olmaqla
elmi araşdırmalar məqsədilə
də istifadə olunur. Cənubi azərbaycanlıların
böyük bir hissəsi
də ticarət sahəsində çalışırlar və
əminliklə söyləmək olar ki, kifayət qədər güclü
mövqeyə və nəhəng kapital mənbələrinə
malikdirlər. Güclü investisiya
imkanları olan
soydaşlarımızın sahib
olduqları firmalar, şirkətlər,
müəssisələr bir cox ölkələrin iqtisadiyyatına xeyir verir. Güclü
iqtisadçı və biznesmenlərdən sayılan cənublu
soydaşlarımız məskunlaşdıqları ölkələrin
yüksək dövlət xadimləri və imkanlı
biznesmenləri tərəfindən hörmətlə tutulur, bəzən onlardan
məsləhət və kömək istənilir. Birləşmiş
Ştatlar, Kanada, Böyük Britaniya, Fransa, Danimarka, İsveç, Avstraliya və
digər ölkələrdə cənublular böyük
imkanlara malikdirlər.
Xarici ölkələrdə böyük
nüfuza sahib olan cənublu diaspor
nümayəndələrindən biri Cavad Derəxtidir. Cavad Derəxti
1951-ci ildə Təbriz şəhərində anadan
olub. O, 1981-ci ildə Ankara
Hacıtepe Universitetinin Mikrobiologiya
fakültəsini bitirib. Cavad
Derəxti 1985-ci ildə Ankara Tibb Universitetində doktorluq
dissertasiyasını mudafiə edib. Həmin
ildə İran İslam
Respublikasının Urmiya Universitetində
dərs deyib və Mikrobiologiya
laboratoriyasının müdiri olub. Cavad Derəxti 1987-ci
ildə İsveçə mühacirət edib.
Hazırda Cənubi İsveçin meşə
təsərrüfatı departamentində mikrobioloq-tədqiqatçı
kimi çalışır. O, İsveç Sosial
Demokrat Partiyasının üzvüdür.
1988-ci ildə İsveçdə yaradılan ilk
diaspor təşkilatlarından biri olan “Araz”
cəmiyyətinin yaradıcısıdır. 1997-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis
edilmiş Dünya Azərbaycanlıları
Konqresinin (DAK) üzvü
olub və DAK-ın III, IV,V, VI, VII, VIII
qurultaylarında Dünya Azərbaycanlıları
Konqresinin sədri seçilib. Cavad Derəxtinin rəhbərliyi altında Dunya Azərbaycanlıları Konqresi
Azərbaycan həqiqətlərini dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
mühüm işlər gormuş,
Azərbaycan xalqının problemlərinin beynəlxalq təşkilatların
diqqətinə çatdırılmasında geniş
fəaliyyət göstərmişdir. 2006-cı il martın 13-də Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi
sahəsində fəaliyyətinə görə “Tərəqqi”
medalı ilə təltif olunub.
Bəhram
Atabəyli-1962-ci il dekabrın 12-də
anadan olub. O, 1982-ci ildə Urmiyada Ferdosiad adlı məktəbi bitirib. 1988-də Çalmers
Universitetində ali təhsil alıb. İsveçin Hotenburq şəhərində
yaşayan azərbaycanlı
Bəhram Atabəyli bu ölkənin Elmlər Akademiyasında laboratoriya müdiri vəzifəsində calışır.
2006-cı il martın 13-də Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı ilə
dunya azərbaycanlılarının
həmrəyliyi sahəsində
fəaliyyətinə gorə
“Tərəqqi” medalı
ilə təltif olunub.
İbrahim Əhrari-1938-ci ildə Cənubi Azərbaycanın
Urmiya şəhərində
anadan olub. O, 1956-cı ildə Təbrizdə rəssamlıq məktəbinə
daxil olur. Lakin o dövrdə İranda yaranmış siyasi vəziyyət və İbrahimin valideynlərinin
təkidi ilə o rəssamlıq sənətindən
uzaqlaşır. 1966-cı
ildə İbrahim Əhrari Almaniyaya mühacirət etmiş və burada Berlin İncəsənət Ali Məktəbinin
rəssamlıq, qrafika-dizayn
fakultəsini bitirir.
1975-ci ildən Almaniya Rəssamlar Təşkilatının işcisidir.
1973-1975-ci illərdə
Tehran Universiteti incəsənət
fakültəsinin və
Tətbiqi İncəsənət
Ali Məktəbinin dosenti
olur. 1975-ci ildə Tehran Hote İnstitutunda Almaniya-İran
Mədəniyyət Əlaqələri
çərçivəsində şərgilərin təşkilatçısı
olur. 1975-ci ildə Berlin Azad Universitetində
İncəsənət tarixi
üzrə təhsil alır. 1976-2003-cu illərdə Berlin Təsviri
İncəsənət üzrə
Sənətkarlar Cəmiyyətinin
çap atelyesində
ofort atelyesinin rəhbəri olaraq çalışır. 1988-ci
ildə Almaniyada Azərbaycan mədəniyyətinə
həsr olunmuş silsilə tədbirlər keçirir. 2008-ci ildə
Azərbaycan Dövlət
Təsviri İncəsənət
Akademiyasinın fəxri
doktoru adına
layiq görülür.
Rəssam, həmçinin
Azərbaycan Alman Mədəniyyətinin İnkişafı
Cəmiyyətinin, Alman-
Azərbaycan Mədəniyyəti
Dostları Cəmiyyətinin
sədri, Berlin-Bakı
Qalereyasının (MMM) qaleristi
kimi də fəaliyyət göstərir.
2007-ci ildən etibarən Berlin-Bakı Qalereyasının (MMM) icraçı
direktoru olaraq Azərbaycan və alman sənətkarlarının
Berlində və Bakıda sərgilərinin
təşkili işləri
ilə məşğul
olur. O, İran, Əfqanıstan, Azərbaycan,
Hindistan, Almaniya, Moskva, Fransa, Hollandiya, İspaniya, Belçika, Polşa, İngiltərə, Şimali
İrlandiya, Braziliya,
Argentina və Meksikada
çoxsaylı sərgiləri
keçirib. İbrahim
Əhrari “Mən
hər zaman varam”, “Xocalı ağırlığı” (rəsm,
kətan üzərində
yağlı boya və akril), “Mərd və Namərdin nağılı”
(illustrasiya), “Əmin-amanlıq
sorağında” (oyma,
sulu murəkkəb), Dr.h.c. İbrahim Əhrari (litoqrafiya) və s. əsərlərin
müəllifidir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
ilə mədəniyyət
və incəsənət
sahəsindəki nailiyyətlərinə
görə “Əməkdar
incəsənət xadimi”
fəxri adına layiq görülüb.
Qulam Rza Səbri Təbrizi-1932-ci il
martın 21- də Təbrizdə müəllim
ailəsində anadan olub. 1953-1958-ci illərdə
Təbriz Universitetinin
ingilis və fars dili
fakültəsini bitirir.
Bir müddət İranda yerləşən Amerika hərbi idarəsində tərçüməci işləyir.
Qulam Rza Səbri Təbrizi 1959-cu ildə İngiltərəyə mühacirət
edir. 1961-ci ildə o, London Universitetində
magistr dərəcəsi
alır. 1963-cü ildə Edinburq Universitetində “Vilyam Bleykin dialektik fikri, sosial görüşləri”
mövzusunda doktorluq dissertasiyasını müdafiə
edir və həmin universitetdə müəllim kimi fəaliyyət göstərməyə
başlayır. 1973-cü
ildə Q.Səbri Təbrizinin “Vilyam Bleykin cənnəti və cəhənnəmi”
adlı kitabı Londonda və Nyu-Yorkda çap edilir. 1989-cu ildə
“İran: Bir uşağın xatirəsi,
bir kişinin təcrübəsi” adlı
kitabı London və Nyu-Yorkda nəşr edilir. 1961-1963 və
1987-1997-ci illərdə “BBC”, “İTV” və “Sky” televiziya kanallarında çalışır.
Bu müddətdə Azərbaycan
həqiqətlərinin, 1990-cı il 20 Yanvar
hadisəsinin dünya
ictimaiyyətinə çatdırılmasında
mühüm rolu olur. O, üç dəfə Edinburq Universitetinin Ali Şurasına
seçilib və Professorlar Assosiasiyasının
vitse-prezidenti olub. N.Gəncəvi, İ.Nəsimi, Xaqani
Şirvani, F.Nəimi,
O.Xəyyam və M.İqbal haqda elmi məqalələri İngiltərə mətbuatında
çap edilir. Qulam Rza Səbri-Təbrizi
“Mənim iki dünyam”, “Həsrət”,
“Fikir dalğaları”,
“Həyat fəlsəfəsi”,
“Sönməz ocaq”, “Ümid çırağı”,
“Seçmə seirləri”,
“Qürbət harayı”,
“Xudafərin”, “Arzular,
fikirlər, düşüncələr”
kitablarının müəllifidir.2006-cı
il martın 13-də Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
ilə dünya azərbaycanlılarının həmrəyliyi
sahəsində fəaliyyətinə
görə “Tərəqqi”
medalı ilə təltif olunub.
Səttar
Sevgin-1958-ci il aprelin 22- də İranın Sayınqala şəhərində
anadan olub. Hazırda Azərbaycan Federasiyası-İsvecin
(AFİ) sədridir. Azərbaycan həqiqətlərinin
İsveç və Avropa ictimaiyyətinə çatdırılmasında fəal
rol oynayan diaspor nümayəndələrindən
biridir. Onun təşəbbusu və iştirakı ilə İsveçdə
Azərbaycanla bağlı
bir sıra kampaniyalar təşkil olunub. Səttar Sevgin eyni zamanda Azərbaycan həqiqətləri barədə
İsveç Parlamenti
üzvlərinin məlumatlandırılması
məqsədilə keçirilmiş
bir sıra tədbirlərin təşkilatçısı
olub. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə
gorə “Tərəqqi”
medalı ilə təltif edilib.
Səid
İrandost-1960-cı ildə Təbriz şəhərində
anadan olub. Hazırda Asiya Texnologiya İnstitutunun prezidentidir.
O, 1979-cu ildə İsveçə
köçüb. 1984-cu ildə Kalmers Universitetində kimyəvi
texnologiyalar uzrə mühəndislik elmi dərəcəsi alıb.
1989-cu ildə isə monolit reaktorlar tezisi üzrə doktorluğu müdafiə edir. 1990-cı ildən 2000-ci ilədək İsveçin
ən qabaqcıl universitetlərindən olan
Kalmers Universitetində
işləyir. 2001-2005-ci
illərdə Bores Universiteti
nəzdindəki Kollecin
vitse-kansleri olur.
Riyaziyyat elminin inkişafı uzrə İsveç Dövlət
Komitəsinin sədri və universitetlərə qəbul
səviyyəsinin genişləndirilməsi
üzrə İsveç
Dövlət Komitəsinin
uzvu olub. Elm və ali
təhsil sahəsində
beynəlxalq əməkdaşlıq
üzrə İsveç
Fondunun İdarə Heyətinin üzvü olub. Moskvada Plexanov adına
Rusiya İqtisad Akademiyasının fəxri
doktoru adına layiq görülüb.
2006-cı il martın 13-də Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı ilə
dünya azərbaycanlılarının
həmrəyliyi sahəsində
fəaliyyətinə gorə
“Tərəqqi” medalı
ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 20-31 yanvar.- S.15.