Novruz-birlik və bərabərlik bayramı
Ocağımız yanar, odumuz sönməz olsun!
Gözlərimizi
açıb bu bayramı qeyd edirik. Analarımız, nənələrimiz,
ulu babalarımız də həmçinin.
Onlardan xəbər alsan nə vaxtdan qeyd etməyə
başlayacaqlarını bilmirlər. Ay bala, dünya yaranandan
qeyd edirik, deyəcəklər.
Novruz bayramının tarixini dinlə, zərdüştlüklə
bağlayanlar da var. Bu bayramda nə İslam dinin əlamətləri
nəzərə çarpır, nə də zərdüştlükdə
olduğu kimi oda tapınmağın. Tonqalın qalanması,
üzərindən atlanması qaranlığın
uzaqlaşdırılması, ağırlığın dərdin,
bəlanın yandırılması kimi daha çox yadda
qalır. Novruzu bütün türk dünyası qeyd edir.
İnsanlar qışı yola salmağı, baharı
qucaqlamağı böyük sevinclə
qarşılayırlar. Diqqət etsək, bu bayramda
bütün canlılar sevinir.
İslam dini Yaxın Şərq və
Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb
xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini,
bayramlarını da təqib etməyə başladı. Əsrlər boyu dini xadimləri, müxtəlif təriqət
nümayəndələri bu bayramı təbii
və tarixi köklərindən
ayırmağa, dini bayram
donu geyindirməyə
çalışıblar. Xalqın bayramla
əlaqədar keçirdiyi mərasimlər
heç bir dini ehkamlar ilə
bağlı deyil. Bu
bayramı qeyd edən digər bir çox xalqlar kimi xalqımız da Bahar bayramına məxsus
adətlərini illərlə qoruyub bu günə kimi
saxlayıb.
Novruzda hər birimizin uşaqlıqda ən çox
sevdiyimiz adətlərdən olan papaq atmaq
bu gün də uşaqlar tərəfindən böyük
sevgi və maraqla
qarşılanır.
Qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük
falına baxmaq, səməni yetişdirmək,
xonçaları bəzəmək, yumurta
döyüşdürmək, qonaq getmək,
şam yandırmaq, gözəl adətlərdən
olan küsülülərin
barışması və s.
çoxsaylı adətləri qeyd etmək
olar.
Bu gözəl
baramda İranda,
Türkmənistanda, Tacikistanda, Özbəkistanda,
Pakistanda, Qazaxıstanda,
Qırğızıstanda da xüsusi qeyd edilir. Novruz
bayramının ən gözəl adətləri arasında
süfrə bəzəmək, bolluq-bərəkət nemətləri
sayılan ərzaqları süfrəyə düzməkdir. Adətə görə süfrəyə
"s" hərfi ilə başlayan
7 növ ərzaq qoyulur.
Milli yeməklər bişirilir.
Bayramdan bir neçə
gün əvvəldən şəkərbura,
paxlava, halva bişirilir. Bayram günü isə süfrələrimiz yeməklərin
şahı hesab olunan
bayram plovu bəzəyir.
Hamı bir süfrə arxasına toplaşar və yeni ilin onlara bol-ruzi
bərəkət, sağlıq gətirməsini arzu edər.
Novruz dünyanın əksər ölkələrində
bu xalqların nümayəndələri tərəfindən
geniş şəkildə qeyd
edilir. Bu cür
məkanlar arasında
Los-Anceles, Toronto, Londonu
saymaq olar. Los-Anceles şəhərinin
ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq
Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək
istəyən azərbaycanlılar
və iranlılar Kaliforniyanın çimərliklərinə
gedir və ocaq qalamağa icazə verilən yerlərdə bayram ocağı qalayırlar.
Qeyd edək ki, Novruz bayramı
2009-cu il sentyabrın 30-da
YUNESKO tərəfindən qeyri-maddi
mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının
64-cü sessiyasının iclasında
mart ayının 21-i "Beynəlxalq
Novruz Günü"
elan edilib.
Bütün
bunlar Novruzla bağlı olan faktlardır. Zamanla yazıya
köçürülənlərdir.
Amma xalq bu bayramı
o qədər çox
böyük məhəbbətlə
sevir ki, Sovetin qadağa qoyduğu dövrdə də qeyd edib.
Nənələrin dilindən eşitdiyimizdən
belə başa düşürəm ki, onların dövründə
bayram daha mili adətlərə bağlı şəkildə
qeyd olunub. Zamanla müasir şəkildə qeyd etdiyimiz bayramı bəzən problemlərin çoxluğundan
istənilən səviyyədə
qeyd etmirik.
“Qızım, bu gün ayın
necəsidir. 19-mu?
Mən yaddan çıxarmışam.
Sabah bayram axşamıdır.
O qədər problemim
var ki, bayram
heç yadıma düşmür. Əsas dərd
odur ki, bişirdiklərimizn dadı-duzu
yoxdur. Əvvəlki qaydada hazırlayıram,
yenə də yeməklərdən əvvəllər
gördüyüm dadı
ala bilmirəm”. Bu qısa
söhbəti avtobusda
ayın tarixini xəbər alan
55-60 yaşlarında bir
xanım edirdi. Şikayətçi yerdən göyə
qədər haqlı idi. Normal qozun
kq 15-20 manat, qaysı 10, şabalıd
10-a yaxın, kişmişi,
fındığı 10 manatdan
başlayan bazardan kasıb necə razı qalsın? Hazır almaq istəsən o da bir başqa
problem. Şəkərbura 60-70 qəpiyə satılır. Digərləri də onun kimi.
Xanımlarla apardığımız söhbətlərdən bəlli
oldu ki, onlar almaqdansa evdə bişirməyə
üstünlük verirlər.
İnsanlarımızın bu kimi çətinliklərindən kifayət
qədər yazmaq olar. Amma bu bayramın
ən çox tövsiyə olunan qaydalarından biri də bayram günlərində prolemləri
unutmaq, pis şeylər haqqında düşünməməkdir. Bayramların
əsas vacib amillərindən biri də ruhu təzələmək,
gözəl günlər
üçün niyyət
etməkdir. Bu il Şərq təqviminə görə
at ilidir. At xalqımızın
hər zaman sirdaşı, yol yoldaşı olub. Çətin günündə dayaq durub. Elimizdə ata xüsusi rəğbət
var. Arzu edək ki, bu yeni
il xalqımızın,
torpağımızın başının
üzərindəki qara
buludları qovub çox uzaqlara aparsın. Kədər yurdumuzdan uzaq
olsun. Hər bir soydaşımızn
evində bərəkətli
süfrələr qurulsun.
Parçalanan yurdumuzun dərdinə
dava gətirsin. Bu bayram günlərində
çoxsaylı problemlərimizi
tonqalda yandıraq və yeni ilə
yeni ruhla qədəm qoyaq. Biz niyyətlənək ki, Tanrı da onu yerinə
yetirsin. Bayramınız
mübarək!
Aygün
Olaylar.- 2014.- 20-31 mart.- S.9.